Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-48/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində ümumlikdə 41,2 kv.m. ibarət olan qeyri-yaşayış sahəsi var idi. Həmin qeyri- yaşayış sahəsi üzrə xüsusi mülkiyyət hüququ da dövlət qeydiyyatına alınaraq iddiaçıya çıxarış da verilmişdir. Məlumdur ki, AR Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallalıı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 nömrəli, xx xxxxxx 2016- cı il tarixli Qərar qəbul olunmuş və həmin Qərara əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xəlai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallalıı, Xəzər rayonlarının ərazisində abadlıq- quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyırdı. Bununla bağlı qərarda göstərilən dövlət proqramının bir qsiminin həyata keçirilməsi ilə əlaqədar cavabdeh “xxxx” MMC-yə müvafiq işlərin görülməsi tapşırılmışdır. Lakin cavabdeh bu qərarın icrası ilə əlaqədar iddiaçınınn qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuş, ona məxsus olan daşınmaz əmlakını qanunsuz olaraq sökərək məhv etmişdir. Bu cür mötəbər və vacib olan Dövlət əhəmiyyətli “Pilot” lahiyəsinin icrasını həyata keçirən cavabdeh dövlətiin qanunlarına zidd olan fəaliyyətlə məşğul olaraq iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını məhv edərək, kompensasiya və əvəzləşdirməni təklif etmədən ona həvalə edilən işlərin həyata keçirilməsinə başlamışdır. Bu da yolverilməzdir, çünki mövcud olan qanunvericiliyə əsasən dövlət ehtiyacları üçün sökülməli olan əmlaka görə birmənalı olaraq kompensasiyanın ödənilməsi və sökülmüş əmlakın əvəziəşdirilməsi yolu ilə heyata keçirilməlidir. Ancaq dövlət proqramının icıası ilə əlaqədar cavabdeh tərəfindən üzərinə götürələn öhdəliklər qərəzli olaraq tam həcmdə yerinə yetirilməmiş və iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Qeyd edir ki, “pilot” layihəsinin icrasına cavabdehə icazə verən orqan, yəni Nərimanov Rayon İcra Hakimiyyəti də öz vəzifələrin icrasına lazımınca yerinə yetirməmiş və bu səbəbdən də cavabdeh tərəfindən yol verilən qanun pozuntulara şərait yaratmışdır. Halbuki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 nömrəli, xx xxxxxx 2016-cı il tarixli AR Nazirlər Kabinetinin Qərarının 1-ci hissəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirilməlidir. Həmin Qərarın 1-ci hissəsinin 1-ci bəndinə əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsim: rayonu üzrə XİX əsrin sonları və ölən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadiği 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini Nərimanov Rayon İcra Hakimiyyəti həyata keçirməli idi. Ancaq göründüyü kimi, Qərardad göstərilən qaydaya zidd olaraq cavabdehin həyata keçirdiyi işlərin nəticəsində, iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. Baxmayaraq ki, 2016-cı ilin sonlarında dövlət proqramının icrasına başlanılsa da, iddiaçıya məxsus olan daşınmaz əmlakın sökülməsi ilə bağlı hər hansı bir rəsmi xəbərdarlıq və onun əvəzləşdirilməsi ilə əlaqədar təklif cavabdeh və ya Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən irəli sürülməmişdir. Nəticə etibarı ilə yaranmış məsələnin həlli ilə əlaqədar iddiaçı ilk növbədə həm Nərimanov rayon İcra Hakimiyyətinə, həm də cavabdehə həm yazılı, həm də şifahi qaydada müraciət etmişdir. Müraciətə cavab olaraq Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, qeyri-yaşayış sahə AR Nazirlər Kabinetinin qərarı əsasənda sökülmüşdür. Daha sonra, söküntü işləri aparan cavabdeh "xxxx” MMC-yə müraciət olunmuş və uzun mübahisələrdən və danışıqlardan sonra inşa edilmiş bina kompleksinin daxilində olan təxmini yerin təkindən 5 metr dərinlikdə yerləşən lazımsız və heç bir şey üçün yaramayan zirzəmi təklif olunmuşdur. Təbii ki, dövlət əhəmiyyətli layihənin icrası zamanı qanunsuz sökülən əmlakın məhv olunmasının nəticəsində böyük gecikmlərlə (yəni, bina 2016-cı ildə sökülmüşdür) qanunla iddiaçıya çatası olan əmlak təklif olunsa da, bu iddiaçını qane etməmiş və bu səbəbdən də o, təklif olunan əmlakdan imtina etmişdir. Vaxtılə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi binanın əlverişli hissədə və ümumlikdə 1,2 metr dərinlikdə yerləşmişdir. O, həmin əmlakdan səmərəli istifadə edərək müxtəlif dövrlərdə bundan mənfəət də götürə bilmişdir. Hətta orada müxtəlif daşınar əmlak və pul vəsaiti də saxlanılmış və qanunsuz söküntü işləri aparıldıqda ona məxsus olan əmlak və pul talan olunmuşdur. Bundan başqa sökülmüş əmlak üçün qanunda nəzərdə tutulmuş kirayə haqqı da cavabdeh tərəfindən bu günə kimi ödənilməmişdir. Cavabdeh yüksək templərlə inşa etdiyi binanın bütün boş sahələrin satışı ilə məşğuldur. Cavabdehin məntiqinə görə onun tərəfindən idciaçıya təklif edilən zirzəmi onu qane etmir və onun maraqlarına da cavab vermir, eləcə də onun əvvəlki vəziyyətini daha da cavab pisləşdirir. İddiaçıya məxsus olan daşınmaz əmlakın sökülməsindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq istifadəsindən məhrum olunmuş əmlak üçün nəzərdə tutulmuş kirayə haqqı da bu günə qədər ödənilməyib. Bu da təxmini aylıq 700 manat təşkil edir və bu günə qədər 21000 manata yaxın pul vəsaiti təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh - “xxxx” MMC-dən 120 000 manat kompensasiya pulu, əldən çıxmış fayda qismində 20 000 manat, ödənilməli olan kirayə haqqı 25 000 manat, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 145 030 manat pul tutularaq iddiaçı – İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh “xxxx” MMC-nin üzərinə iddiaçıya məxsus olmuş ünvan 2 ünvanında yerləşmiş, ümumi sahəsi 42,1 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsinin nəticəsində tamamilə məhv edildiyindən söküntü ərazidə cavabdehə məxsus inşa edilmiş çoxmərtəbəli binanın yerin səviyyəsindən aşağı olmayaraq 1-ci mərtəbədə 62,1 kv.m. az olmadan (əlavə 20 kv.m.) qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, həmin qeyriyaşayış sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin qoyulması, bu mümkün olmadıqda isə sökülmüş qeyri-yaşayış sahəsinin real bazar dəyərini nəzərə alınmaqla (hər bir kv.m. üçün 3500 manat nəzərə almaqla) 217350 (iki yüz on yeddi min üç üz əlli) manat), eləcə də əldən çıxmış fayda qismində 20000 (iyirmi min) manat, ödənilməli olan kirayə haqqı 30000 (otuz min) manat, qanunsuz hərəkətlər nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyan qismində 12000 (on iki min) manat, qeyri-yaşayaış sahəsində saxlanılmış 5000 (beş min) manat pul, daşmar əşyaların əvəzi qismində 2000 (iki min) manat, əmlakın qiymətləndirilməsi üçün rəyə görə ödənilmiş 300 (üç yüz) manat, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh xxxx” MMC-nin üzərinə iddiaçıya məxsus olmuş ünvan 2 ünvanında yerləşmiş, ümumi sahəsi 42,1 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsinin nəticəsində tamamilə məhv edildiyindən söküntü ərazidə cavabdehə məxsus inşa edilmiş çoxmərtəbəli binanın yerin səviyyəsindən aşağı olmayaraq 1-ci mərtəbədə 62,1 kv.m. az olmadan (əlavə 20 kv.m.) qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, həmin qeyriyaşayış sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin qoyulması, (bu mümkün olmadıqda isə sökülmüş qeyri-yaşayış sahəsinin real bazar dəyərini nəzərə almaqla (hər bir kv.m. üçün 3500 manat nəzərə almaqla) 217350 (iki yüz on yeddi min üç yüz əlli) manat), eləcə də əldən çıxmış fayda qismində 20000 (iyirmi min) manat, ödənilməli olan kirayə haqqı 32500 (otuz ikin min beş yüz) manat, qanunsuz hərəkətlər nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyan qismində 12000 (on iki min) manat, qeyri-yaşayaış sahəsində saxlanılmış 5000 (beş min) manat pul, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manat, əmlakın qiymətləndirilməsi üçün rəyə görə ödənilmiş 300 (üç yüz) manat, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2009-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən binanın zirzəmisindı yerləşmiş və hal-hazırda sökülmüş olan qeyri-yaşayış sahəsinin hazırkı dövrə olan bazar qiyməti 39153 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Texniki Pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquq subyekti İddiaçıdur. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli QXM 350/M saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar qiyməti 45000 manat təşkil edir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçıia məxsus daşınmaz əmlak - ünvan 2 ünvanında yerləşmiş ümumi sahəsi 42,1 kv.m. ibarət olan qeyri-yaşayış sahəsi cavabdeh “xxxx” MMC tərəfindən həmin ünvanda yeni hündürmərtəbəli binanın tinşa edilməsi məqsədi ilə aparılan işlər nəticəsində sökülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə iş materiallarında olan sübutları əsas götürərək, qeyd etməyi zəruri hesab edir ki, sökülmüş tikili ünvan 2 ünvanında yerləşmiş və təyinatı zirzəmi olmuşdur. İddiaçı həmin zirzəminin sahibkarlıq məqsədləri üçün istifadə etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sökülmüş zirzəminin əvəzində inşa ediləcək binadan qeyri-yaşayış sahəsinin tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi – iddiaçıya “xxxx” MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli binada 42,1 kv.mdan ibarət olan zirzəminin verilməsi vəzifəsinin cavabdehin üzərinə goyulması məzmununda təmin edilməlidir. Qeyri yaşayış sahəsi – zirzəminin verilməsi mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçıya verilə biləcək pul kompensasiyasının məbləğinə gəldikdə, məhkəmə sökülmüş zirzəminin real bazar dəyəri barədə müstəqil qiymətləndici “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli QXM 350/M saylı rəyinə əsaslanaraq, onun 45000 manat müəyyən edilməsi qənaətinə gəlir. Əldən çıxmış fayda qismində 20000 (iyirmi min) manat, ödənilməli olan kirayə haqqı 32500 (otuz ikin min beş yüz) manat, qeyri-yaşayaış sahəsində saxlanılmış 5000 (beş min) manat pul, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manat hissəsində iddia tələbini məhkəmə əsassız hesab edir, çünki iddiaçı həmin tələbləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə iddiaçının mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı “xxxx” MMC tərəfindən ona məxsus daşınmaz əmlakın sökülməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 12000 manat mənəvi ziyana görə pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsini rəhbər tutaraq, məhkəmə ödənilmiş düvlət rüsumunun iddiaçıya aid edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşmiş və sökülmüş ümumi sahəsi 42,1 kv.m. ibarət olan zirzəminin ərazisində “xxxx” MMC-nə məxsus inşa edilmiş çoxmərtəbəli binada 42,1 kv.m-dan ibarət olan zirzəmi, bu mümkün olmadıqda isə onun dəyəri kimi 45000 manat məbləğində kompensasiyanın “xxxx” MMC tərəfindən İddiaçı verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-48/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-48/2021
02.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver