Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4803/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi vəkili və nümayəndəsi Vəkil və maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin əmisi 07.05.2020-ci ildə vəfat etmişdir. O, vəfat etməmişdən öncə, yəni 01.11.2018-ci il tarixdə vəsiyyətnamə yazaraq, ölən günədək özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv/m, yaşayış sahəsi 17 kv/m olan 1 otaqlı mənzili (miras əmlakı) vərəsə təyin etdiyi öz qardaşı oğlu Ərizəçi, hazırki iş üzrə ərizəçiyə vəsiyyət etmişdir. Ərizəçi, Maraqlı şəxs1 xüsusi notariusu X7 təsdiq etdiyi 08.12.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında sözügedən miras əmlakı öz mülkiyyətinə qəbul edərək, həmin əmlak üzərindəki mülkiyyət hüquqlarını AR ƏMDK yanında DƏDRX-də qeydiyyata aldırmışdır. Daha sonra ərizəçi, əmisinin sağ olarkən "xxxx" Kommersiya Bankı ASC ilə bağlamış olduğu 25.07.2016-ci il tarixli D0008907 saylı əmanət müqaviləsinə əsasən 7000 (yeddi min) manat məbləğində əmanətinin (mülkiyyətinin) olması barədə məlumat əldə etmişdir. Ərizəçi, bu günədək kredit təşkilatında qalan mülkiyyətin miras olaraq qəbul edilməsi üçün Maraqlı şəxs1nə müraciət etsə də, X1 ilə əmisinin qohumluq münasibətini təsdiq edən sənədin, yəni atasının doğum haqqında şəhadətnaməsinin olmadığı üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizəçinin doğum haqqında sənədindən məlum olur ki, onun X1dur. Daşkəsən rayon Qeydiyyat Şöbəsinin müvafiq şəhadətnaməsindən məlum olur ki, ərizəçinin atası M.Dərvişov, 12.07.1991-ci il tarixdə Daşkəsən rayonunun Quşçu kəndində vəfat etmişdir. Ərizəçinin doğum haqqında sənədindən məlum olur ki, o, 08.03.1958-ci il tarixdə Ermənistan SSRİ-nin Amasya rayonunun Yeni yol kəndində doğulmuşdur. Onun sözlərinə görə həmin ərazi işğal olunan ana kimi valideynləri və əmisigillə bərabər orada yaşamışlar. Ərizəçinin əmisinin də doğum sənədindən məlum olur ki, o, yəni ərizəçinin əmisi, 10.01.1937-ci il tarixdə Ermənistan SSRİ-nin Amasya rayonunda Ermənistan SSRİ- nin Amasya rayonunun Yeni yol kəndində doğulmuşdur. Ərizəçinin əmisinin doğumunu, şəxsiyyətini və ölümünü təsdiq edən sənədlərdən məlum olur ki, onun, yəni ərizəçinin əmisinin atası “Talib” adlı şəxsdir. Eyni zamanda, ərizəçinin doğum haqqında sənədindən məlum olur ki, onun atası Mehrəlinin də atasının adı “Talıb”dır. Digər tərəfdən isə, ərizəçinin sözlərinə əsasən, “Dərvişov” soyadı yuxarıda adı qeyd olunan və ərizəçinin babası hesab olunan Talib adlı şəxsin atası olmuş Dərviş adlı şəxsin adından götürülüb. Ərizəçinin əmisinin doğum sənədindən məlum olur ki, onun, yəni ərizəçinin əmisinin atası Talibin atasının adı Dərvişdir. Göstərilənlərdən aydın görünür ki, X8 Ərizəçi əmisi, sonuncunun X1nun isə qardaşı olmasına dair kifayət qədər əsaslar vardır. Hazırda ərizəçi, vəfat etmiş və miras qoyan əmisi Y.Dərvişovun qanun üzrə ikinci növbə vərəsəsi kimi sonuncunun miras əmlakından pay almaq hüququna malikdir. Belə ki, mirasın açıldığı vaxt miras qoyan Y.Dərvişovun qanun üzrə ikinci növbə vərəsəsi olacaq qardaşı M.Dərvişovun sağ olmaması səbəbindən, sonuncunun oğlu Ərizəçi, ölmüş valideyninə (atasına) çatası miras payını əldə etmək hüququnu qazanır. Lakin artıq qeyd olunduğu kimi, M.Dərvişov və Y.Dərvişov arasındakı qohumluq münasibətində olma faktını təsdiq edən sənədin olmamasına görə ərizəçinin qeyd olunan hüququnun həyata keçirilməsi mümkün deyil. Qeyd olunanlarla əlaqədar aidiyyəti qurumlara müraciət edilsə də, məsələnin məhkəmədən kənar qaydada həlli mümkün olmamış, nəticə etibarı ilə göstərilən şəxslər arasındakı qohumluq faktının məhkəmə qaydasında təsdiq edilməsinə zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 01.09.2021-ci il tarixli məktubuna əsasən M.Dərvişovun doğumu haqqında akt qeydinin bərpası üçün ərizəçinin yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, nəticə əldə olunmadığı təqdirdə isə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Ərizəçinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşadığını nəzərə alaraq, Maraqlı şəxs3nə müraciət edilmişdir. Şöbənin 17.09.2021-ci il tarixli məktubuna əsasən doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlərin olmadığından məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Ərizəçinin atası M.Dərvişovun ölümündən əvvəl Daşkəsən rayonunda yaşamasını, eləcə də ölüm faktının Daşkəsən rayon Qeydiyyat Şöbəsində qeydə alınmasını nəzərə alaraq, aidiyyəti üzrə həmin quruma müraciət ünvanlanmışdır. Şöbənin 25.08.2021-ci il tarixli məktubuna əsasən WAQ kitablarının tərtib edildiyi vaxtdan 75 il müddətində saxlanıldığı, həmin müddət qurtardıqdan sonra dövlət arxivinə verildiyi bildirilmişdir. Daşkəsən rayon Qeydiyyat Şöbəsinin sözügedən məktubuna əsaslanaraq Azərbaycan Respublikasının 19 avqust 2021-ci il tarixli 225 nömrəli müraciət ünvanlanmışdır. Lakin hazırki iddia ərizəsi tərtib olunan anadək Milli Arxiv idarəsindən hər hansı cavab məktubu daxil olmamışdır. Qeyd edilənlərə əsasən Ərizəçi atası X11 ilə X9 “qardaş” kimi qohumluq münasibətində olma faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X12 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatlarını dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. İş materiallarında olan ll CЛ seriyalı 045401 saylı SSRİ doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Yeni Yol kəndində anadan olmuşdur. Atası X10, anası X2r. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən ərizəçiyə verilmiş cavab məktubundan görünür ki, miras qoyan əmisi X14 ilə ərizəçinin X1nun qohumluq münasibətini təsdiq edən sənəd, yəni doğum haqqında şəhadətnaməsinin olmadığı üçün ərizəçiyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil. İş materiallarında olan ЗЖ seriyalı 175292 saylı SSRİ doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Dərvişov Yaşar Talıb oğlu xx.xx.1958-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Yeni Yol kəndində anadan olmuşdur. Atası X15, anası X13r. İş materiallarında olan AZ-ll seriyalı 045278 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Dərvişov Yaşar Talıb oğlu 12 may 2020-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-ll seriyalı 200212 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Dərvişov MehralıTalıb oğlu 13 iyul 1991-ci ildə Daşkəsən rayonunda ölmüşdür. İş materiallarında olan 08 dekabr 2020-ci il tarixlı 24/2020 nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Dərvişov Yaşar Talıb oğlu ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv/m, yaşayış sahəsi 17 kv/m olan 1 otaqlı mənzili (miras əmlakı) vərəsə təyin etdiyi öz qardaşı oğlu Ərizəçi, hazırki iş üzrə ərizəçiyə vəsiyyət etmiş ərizəçi isə tam payla mira əmlakdan irs almışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktların müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktlar müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Dərvişov Yaşar Talıb oğlunun ərizəçinin əmisi olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır, buna görə də təmin edilməlidir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi atası X11 ilə X9 “qardaş” kimi qohumluq münasibətində olma işdə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası X11 ilə X9 “qardaş” kimi qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4803/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4803/2021
18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver