Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-481/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İsrafil qızına qarşı (açar sözlər: mənzilə köçürmə) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X17 2017-ci il tarixdə 25000 (iyirmi beş min manat) pul qarşılığında Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 59 nömrəli sərəncamı əsasında adında olan ünvan 2 ünvanında yerləşən fərdi evi xx.xx.2017-ci il tarixdə X3na 50 il ərzində etibarnamə verərək satmışdır. Cavabdeh X12 25000 manat pulu özü ödəmişdir. X3 ilə həmin ünvanda yaşamışdırlar. Həmin evi X4 bir ay müddətinə kirayə vermişdir. X15 həmin evə saxta 164 saylı sərəncam əsasında çıxarış çıxardaraq kirayəyə verdiyi evdə yaşayan X4 tərəf tutaraq məhkəməyə müraciət edərək onun evdən çıxarılması barədə qətnamə çıxarılmışdır. Bununla da, cavabdeh X15 etibarnamə əsasında qızı və o qanunsuz olaraq yaşayış yerindən məhrum edilmişdirlər. Qeyd edilən fərdi yaşayış evində özünün və X3na məxsus əşyaları mövcuddur. Faktiki olaraq yaşayış yerlərindən məhrum olmuşlar, başqa yaşayış yerləri yoxdur və kirayədə yaşayırlar. Həmin evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Nərimanov rayon Bələdiyyəsindən ‘'Azərişıq” ASC-yə təqdim edilmək üçün alınmış arayışda da X3nın qeyd edilən ünvanda qeydiyyatda olmaqla yaşadığı göstərilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə görə kommunal xərcləri özü ödəmişdir. Göründüyü kimi özü və qızı yuxarıda qeyd olunan fərdi yaşayış evində yaşamışlar və yaşadıqları yerdən məhrum edilmişlər. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi ünvanda yaşamır, qeydiyyatda deyildir və kommunal xərcləri Cavabdeh ödəyir. Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə təqsirli bilinmiş və həbs edilmiş X18 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini dələduzluq yolu ilə ələ keçirmiş, eyni mənzili Afiz, Yeganə, Azad adlı şəxslərə satmış, Afiz başqa ölkənin vətəndaşı olduğu üçün istintaq dövründə qaçıb getmiş, Yeganə, Azad güclü stress keçirmiş, hər ikisi vəfat etmiş və həmin mənzilin əlindən çıxmaması üçün xx.xx.2017-ci il tarixdə vətəndaş Emilya Bayramovaya etibarnamə vermişdir. X11 ********* № li cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş "İttiham aktı”nın 98-ci səhifəsində İddiaçı öz ifadəsində yuxanda qeyd olunan faktları etiraf edib. X11 həbsxanada vəfat etdiyini biləndən sonra İddiaçı yuxanda qeyd olunan mənzilə dair iddialar irəli sürməyə başlamış və heç bir subyektiv hüquqa malik olmadan mənzili zəbt etmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-548/2021 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) İddiaçı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Xəlilova X5 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-548/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Apellyasiya Məhkəməsinin (hakim Anar Tanrıverdiyev) xx.xx.2021-ci il tarixli, 2(103)-5909/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Anar Tanrıverdiyev) xx.xx.2021-ci il tarixli, 2(103)-7618/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-548/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin alqı-satqı müqaviləsi ilə mənzili almış, mənzilin əsl sahibi Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma və mənzilə köçürülməsinə» dair Nərimanov rayon Məhkəməsində iddia qaldırmış, iddiası təmin edilmiş "İttiham Aktı”nın 98-ci səhifəsində İddiaçı verdiyi ifadə ilə 2(005)-4223/2022 saylı iş üzrə Məhkəmədə verdiyi ifadə tam fərqlidir. Bundan əlavə, İddiaçı və onun qızı Emilya Bayramovanın (etibarnamə əsasında) yuxarıda qeyd olunan mənzilə dair heç bir subyektiv hüquqları olmayıb. X18 xx.xx.2021-ci il tarixdə həbsxanada vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnaməyə xitam verilməsi üçün əsasdır. İddiaçı Xəlilova X5 RİH-nə qarşı "sərəncamın ləğv edilməsi” iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3285/2023 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək, etiraz ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. III. İşin faktiki halları: - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2013-cü il tarixli 589 nömrəli Sərəncamından görünür ki, Nürəddin Süleymanov küçəsi 1 saylı ünvanında yerləşən ümumi sahəsi 46,5 kv.m. olmaqla 1 (bir) mərtəbəli fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş K.R.Nemətullayevin adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. - xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş fərdi yaşayış evinin alqısatqısına dair ilkin müqavilədən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil 20000 manat müqabilində X1 tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixə kimi satılması nəzərdə tutulmuşdur. - 37 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 37/564 saylı arayışdan görünür ki, Cavabdeh N.Süleymanov küçəsi 1 №-li fərdi ev alqı-satqı müqaviləsinə əsasən mülkün sahibidir. - 37 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 37/089 saylı arayışdan görünür ki, Cavabdeh N.Süleymanov küçəsi 1 №-li fərdi ev alqı-satqı müqaviləsinə əsasən mülkün sahibidir. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli Sərəncamından görünür ki, Nərimanov RİH-in nəzdində fəaliyyət göstərən mənzilməişət məsələləri üzrə ictimai komissiyanın 1 sentyabr 2020-ci il tarixli rəyinin təsdiq edilməsi, Nərimanov rayonu, N.Süleymanov küçəsindəki 1 №-li ünvanda fərdi yaşayış evinin X9 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 59 №-li Sərəncamının ləğv edilməsi, fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 589 №-li Sərəncamının dəyişdirilməsi, N.Süleymanov küçəsindəki 1 №-li ünvanda yerləşən, ümumi sahəsi 46,5 kv.m. olan 1 (bir) mərtəbəli fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş Cavabdeh adına sənədləşdirilməsi qərara alınmış, sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilməsi Cavabdeh tövsiyə edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı ünvan 4 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m2 olan fərdi yaşayış sahəsindən çıxarılması, həmin fərdi yaşayış sahəsi boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7618/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3333/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiadan imtina qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh ünvan 7 ünvanda yerləşən, 46.5 kv.m sahədən ibarət, fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. - 14.11.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3059/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aparılmış icra tədbirləri nəticəsində tələbkar Cavabdeh sözügedən mənzilə köçürülmüş, həmin mənzilin giriş çıxış açarları tələbkara təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin akta əsasən, icra yerində olan X7 mənzilin açarlarını təhvil vermiş və şəxsi əşyalarını götürərək mənzili tərk etmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4223/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı (Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh X2 qarşı dəymiş maddi ziyanın ödənilməsi və mənzildən məcburi çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4223/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4088/2023 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(103)-2140/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 və Cavabdeh arasında notariat kontorunda bağlanmış 18 mart 2017-ci il tarixli müqaviləyə əsasən ünvan 7 ünvanda yerləşən 1 mərtəbəli yaşayış evi sonuncuya satılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli Sərəncamına əsasən, həmin fərdi yaşayış evinin Cavabdeh adına sənədləşdirilməsi qərara alınmış, fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilməsi Cavabdeh tövsiyə edilmişdir. Bununla yanaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırki iş üzrə Cavabdeh ünvan 7 ünvanda yerləşən, 46.5 kv.m sahədən ibarət, fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə icra olunmuş, Cavabdeh sözügedən mənzilə köçürülmüşdür. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 9 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m2 olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 158.1.2-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıb ya yox?; 2) şəxs yaşadığı yerdən məhrum edilib ya yox?; 3) məhrum edilmə qanunidirmi? Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Əhmədovanın Azərbaycana qarşı iş üzrə Qərarında qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı Xəlilova X5 rayonu, Nurəddin Süleymanov küçəsi ev 1 ünvanında yerləşən fərdi evinin ona satıldığını, yaşadığı yerdən məhrum edildiyini və oraya köçürülməli olduğunu bildirsə də, təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədi, eləcə də hüququ mövcud olmamışdır. Belə ki, iddiaçının istinad etdiyi, iş materiallarına əlavə edilmiş 27 oktyabr 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, mübahisələndirilən mənzilə dair X18 tərəfindən iddiaçının qızı hazırki iş üzrə tərəf olmayan X8 50 il müddətinə etibarnamə verilmişdir. Məhkəmə qeyd edir ki, bu etibarnamə mənzilin mülkiyyət hüququ ilə İddiaçı məxsus olmasına əsas olmamaqla, mənzilə dair hüququn etibarnaməli idarəçiyə keçməsinə də səbəb olmur. Həmçinin İddiaçı “fərdi yaşayış evinə görə X14 25.000 manat pul verdiyini” bildirsə də, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli Sərəncamına əsasən, Nərimanov rayonu, N.Süleymanov küçəsindəki 1 №-li ünvanda fərdi yaşayış evinin X11 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 59 №-li Sərəncamı ləğv edilmiş, X18 mənzilin qanuni sahibi olmamışdır. Bununla yanaşı iş materiallarında olan 31 mart 2020-ci il tarixli ittiham aktından görünür ki, X11 barəsində dələduzluq əməli törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi açılmışdır. Digər tərəfdən iş materiallarından görünür ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinə dair gözlənti hüququ vardır. Belə ki, xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi Cavabdeh satılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli Sərəncamına əsasən isə həmin fərdi yaşayış evinin Cavabdeh adına sənədləşdirilməsi qərara alınmaqla, onun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün müvafiq orqana müraciət etməsi tövsiyə edilmişdir. Bununla yanaşı, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırki iş üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, qətnamə icra edilərək Cavabdeh həmin evə köçürülmüşdür. Bu barədə tərtib edilmiş aktdan da görünür ki, icra yerində olan X7 mənzilin açarlarını təhvil vermiş və şəxsi əşyalarını götürərək mənzili tərk etmişdir. İddiaçı mübahisəli mənzildə yaşaması faktı aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olması ilə əlaqəlidir. Lakin iş materiallarında İddiaçı mübahisəli fərdi yaşayış dair əmlak hüququnun olmasına əsas verən mötəbər sübutlar (müqavilə və s.) mövcud deyildir və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı mənzilin notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılması, habelə Cavabdeh məhkəmə qətnaməsi əsasında mübahisəli mənzilə köçürülməsi müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik hüququna malik olmaqla yanaşı, Cavabdeh məhkəmə qətnaməsi ilə həmin fərdi yaşayış evinə köçürüldüyündən (e-2(005)- 3059/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamə), İddiaçı isə mübahisəli evə dair hər hansı bir hüququ müəyyən olunmadığından, hazırki ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə məhkəmə xərclərinin bölünməsi məsələsinə münasibətdə hesab edir ki, İddiaçı hazırki iddia tələbi rədd edildiyindən onun tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da İddiaçı özünə aid edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “İddiaçı ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “İddiaçı ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-481/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-481/2024
24.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver