Məhkəmə qərarları › İş №2(005)-482/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-482/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-482/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “icarə haqqının tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “icarə haqqının tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 44 saylı notariat ofisinin xüsusi X1 tərəfindən 3M-287 reystr nömrəsi ilə təsdiq edilmiş, 04 dekabr 2019-cu il tarixli “icarə müqaviləsi” nə əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 11 may 2019-cu il tarixdən-11 noyabr 2019-cu il tarixədək olan (cəmi 6 ay ) “icarə müddəti” ərzində ödənilməmiş ümumilikdə 15.400.00 (on beş min dörd yüz) manat olan “icarə haqqı” məbləğini və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********43-05301-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 16 dekabr 2011-ci il tarixli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 222.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi tamı mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bakı Şəhəri 44 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 3M-287 reyestr nömrəsi ilə təsdiq edilmiş, 04 dekabr 2019-cıı il tarixli "İcarə müqaviləsi"nə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 222.1 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdeh "Cavabdeh" Açıq Səmdar Cəmiyyətinə İcarəyə verilmişdir. Həmin Müqavilənin 3,4,5 və 6-cı bəndlərinə əsasən tərəflər "İcarə müddəti” ni 04 dekabr 2021-ci il tarixədək və müqavilənin bitməsinə 3 (üç) ay qalmış tərəflər müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddətini daha (bir) il uzadılmasını, "İcarə haqqı" üzrə hesablaşmanı 01 fevral 2020-ci il tarixdən başlayaraq aparılmasını, aylıq "İcarə haqqı" məbləğinin 01-dən 05-nə kimi ödənilməsini və "İcarə haqqı"nın aylıq məbləğini 3.256,01 (üç min iki yüz əlli altı) manat olmasını müəyyənləşdirmişlər. Belə ki, cavabdeh "Cavabdeh" Açıq Səmdar Cəmiyyəti müqavilə ilə nəzərdə tutulduğu kimi 3 (üç) ay qabaqcadan iddiaçını xəbərdar etmədən yəni 01 oktyabr 2020-ci il tarixdə "İcarəyə verilən" qeyri-yaşayış sahəsini tərk etmiş, burumla belə cavabdeh "Cavabdeh" Açıq Səmdar Cəmiyyəti 01 fevral 2020-ci il tarixdən 01 oktyabr 2020-ci il tarixə kimi hər ay üçün ödənilməli olan 3.256,00 (üç min iki yüz əlli altı) manat, ödəmə mənbəyindən tutulan vergi çıxıldıqdan sonra 2.800,00 (iki min səkkiz yüz) manat, həmin müddət ərzində ödənilməli olan ümumilikdə 8 (səkkiz) ay 2.800,00 (iki min səkkiz yüz) manat=22.400,00 (iyirmi iki min dörd yüz) manat məbləğindən- 7.000,00 (yeddi min) manat ödənilmiş yerdə qalan 15.400,00 (on beş min dörd yüz) manat "icarə haqq məbləğini ödəməmişdir. Bununla bağlı cavabdeh "Cavabdeh" Açıq Səmdar Cəmiyyətinə ünvanlanmış olduğu pretenziya məktubuna da məhəl qoyulmamışdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili X8 13.04.2021-ci il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, Bakı şəhəri 44 saylı notariat ofisinin xüsusi X1 tərəfindən 3M-287 reyestr nömrəsi ilə təsdiq edilmiş, 04 dekabr 2019-cu il tarixli “icarə müqaviləsi” nə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 01 fevral 2020-ci il tarixdən 01 oktyabr 2020-ci il tarixə kimi “icarə müddəti” ərzində ödənilməmiş ümumilikdə 15.400,00 (on beş min dörd yüz) manat olan “icarə haqqı” məbləğini və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə üzrlü səbəb təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; 14.10.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 04 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən İddiaçı Vaqi oğlu icarəçi Cavabdeh Açıq Səhmdar cəmiyyətinə müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 222.1 kv.m olan qeyriyaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) icarəyə verir. Bu müqavilənin 6-cı bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ev 21B/ adından X3 icarəyə verən İddiaçı aylıq 3256 manat 00 qəpik (üç min iki yüz əlli altı manat sıfır qəpik) icarə haqqı ödəyir. İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış pretenziyadan görünür ki, 3 (üç) iş günü ərzində ümumilikdə yaranmış 15.400.00 (on beş min dörd yüz) manat “icarə haqqı” məbləği üzrə borcun cari bank hesabına ödənilməsinin təmin edilməsini, əks təqdirdə “icarə haqqı” məbləğinin tutulması məqsədi ilə iddiaçı məhkəmyə müraciət etmək məcburiyətində qalacaqdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 3 tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 700.5-ci maddəsinə görə əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 684.1-ci maddəsinə görə Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2-ci maddəsinə görə Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. 679-cu maddəsinə görə Kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 04 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin 5-ci bəndindən görünür ki, icraə haaqı hər ayın 01-dən 5-nə kimi icarə verənə ödənilməlidir. Həmin müqavilənin 6-cı bəndindən göründüyü kimi icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 3256 manat icarə haaqı ödəməsi barədə tərəflər razılığa gəlmişlər. İşin hallarından göründüyü kimi iddiaçı 01.02.2020-ci il tarixdən 01.10.2020-ci ilədək icarə haqqı məbləğini tələb etməkdədir. Cavabdeh tərəf isə icarə məbləğinin ödənilməsinə dair sübut təqdim etməmişdir. İcarədar müqavilənin 6-cı bəndinə uyğun olaraq aylıq 2800 manatdan hesablanmaqla (2800 manat x 8 ay = 22400 manat – 7000 manat ödənilmiş məbləğ = 15400 manat) icarə haqqını tələb edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilsə də cavabdeh tərəf öhdəliyin yerinə yetirilməsi şərtlərini pozmuşdur. Odur ki, iddia təmin edilməli Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 15400 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 04 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən 15400 (on beş min dörd yüz) manat məbləğində icarə haqqı məbləği və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar