Məhkəmə qərarları › İş №2(005)-487/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-487/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-487/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mənzilin alqı-satqı müqavilələrində” və “maliyyə arayışlarında” müəyyən edilmiş 8 ədəd mənzilə mülkiyyət hüququnun daşınmaz əmlak reyestrində qeydiyyata alınması üçün cavabdehin üzərinə ümumi yığıncağın qərarının və həmin mənzillərin yerləşdiyi yaşayış binasının istismara qəbul aktının ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2007-ci, 2009-cu və 2014-cü illərdə cavabdeh tərəfin Xırdalan qəs, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş çoxmənzilli yaşayış binalarından 8 ədəd mənzil almışdır. Həmin mənzillərin dəyərini tam ödədiyi üçün cavabdeh ona maliyyə arayışları təqdim etmişdir. Daşınmaz əmlakın mülkiyyətçisi kimi hüquqlarının qeydiyyatı məqsədilə cavabdeh tərəf ona qanunvericiliyə əsasən üzvlərin ümumi yığıncağının qərarını və yaşayış binasının istismara qəbul aktını təqdim etməli olduğu halda, bu günə kimi həmin sənədlər verilməmişdir. Cavabdeh tərəf bu sənədlərin verilməməsini kommunal borcla əlaqələndirmişdir. Kommunal hesablamaların əsası haqda cavabdehə müraciət etsə də, ona yazılı rəsmi cavab verilməmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, “mənzilin alqı-satqı müqavilələrində” və “maliyyə arayışlarında” müəyyən edilmiş 8 ədəd mənzilə mülkiyyət hüququnun daşınmaz əmlak reyestrində qeydiyyata alınması üçün cavabdehin üzərinə ümumi yığıncağın qərarının, həmin mənzillərin yerləşdiyi yaşayış binasının istismara qəbul aktını, binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktını və mənzillərin möhürlə təsdiqlənmiş plan çizgilərini ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Feyruz qızının nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə ünvanlayaraq, səhhətinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddia ərizəsini və təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2014-cü il tarixli, 19311 saylı Mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, “satıcı” "xxxx" ASC Abşeron rayonu ərazisində Xırdalan qəs, Sumqayıt şossesi 7 km 1 saylı binanın, 59 blok, 6 mərtəbə, 22 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.m olan mənzili “alıcı” İddiaçı satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 24325 manat məbləğində müəyyən olunur. Satıcı satdığı mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul etməyi öhdəsinə götürür. xx.xx.2007-ci il tarixli, 9196 saylı Mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, “satıcı” "xxxx" ASC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 59 blok, 32 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 83,4 kv.m olan mənzili “alıcı” İddiaçı satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 21934,2 manat məbləğində müəyyən olunur. Satıcı inşa etdiyi mənzili 12 ay müddətində təhvil verməyi öhdəsinə götürür. xx.xx.2009-cu il tarixli, 9183 saylı Mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, “satıcı” "xxxx" ASC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 59 blok, 21 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 85,2 kv.m olan mənzili “alıcı” İddiaçı satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 29820 manat məbləğində müəyyən olunur. Satıcı inşa etdiyi mənzili 12 ay müddətində təhvil verməyi öhdəsinə götürür. xx.xx.2007-ci il tarixli, 9075 saylı Mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, “satıcı” "xxxx" ASC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 59 blok, 31 saylı 1 otaqdan ibarət, ümumi yaşayış sahəsi 49,72 kv.m olan mənzili “alıcı” İddiaçı satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 13076,36 manat məbləğində müəyyən olunur. Satıcı inşa etdiyi mənzili 12 ay müddətində təhvil verməyi öhdəsinə götürür. xx.xx.2009-cu il tarixli, 9198 saylı Mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, “satıcı” "xxxx" ASC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 59 blok, 24 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 83,4 kv.m olan mənzili “alıcı” İddiaçı satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 29190 manat məbləğində müəyyən olunur. Satıcı inşa etdiyi mənzili 12 ay müddətində təhvil verməyi öhdəsinə götürür. xx.xx.2014-cü il tarixli, 19400 saylı Mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, “satıcı” "xxxx" ASC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 59 blok, 6 mərtəbə, 23 saylı 1 otaqdan ibarət, ümumi yaşayış sahəsi 49,72 kv.m olan mənzili “alıcı” İddiaçı satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmışşərtlər daxilində aldığı mənzillərin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 17402 manat məbləğində müəyyən olunur. Satıcı satdığı mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul etməyi öhdəsinə götürür. xx.xx.2007-ci il tarixli, 9052 saylı Mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, “satıcı” "xxxx" ASC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 59 blok, 30 saylı 2 otaqdan ibarət, ümumi yaşayış sahəsi 69,5 kv.m olan mənzili “alıcı” İddiaçı satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 18278,5 manat məbləğində müəyyən olunur. Satıcı inşa etdiyi mənzili 12 ay müddətində təhvil verməyi öhdəsinə götürür. xx.xx.2007-ci il tarixli, 9182 saylı Mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, “satıcı” "xxxx" ASC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 59 blok, 29 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 85,2 kv.m olan mənzili “alıcı” İddiaçı satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 22407,6 manat məbləğində müəyyən olunur. Satıcı inşa etdiyi mənzili 12 ay müddətində təhvil verməyi öhdəsinə götürür. xx.xx.2007-ci il tarixli, 2926 saylı maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km saylı məhəllədə inşa edilən 1 saylı binanın, 59 blok, 8-ci mərtəbə, 32 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 83,4 kv.m olan mənzilin ümumi dəyəri olan 21934,2 manat məbləği tam ödəmişdir. xx.xx.2009-cu il tarixli, 2925 saylı maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km saylı məhəllədə inşa edilən 1 saylı binanın, 59 blok, 6-cı mərtəbə, 24 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 83,4 kv.m olan mənzilin ümumi dəyəri olan 2919 manat məbləği tam ödəmişdir. xx.xx.2007-ci il tarixli, 2928 saylı maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km saylı məhəllədə inşa edilən 1 saylı binanın, 59 blok, 8-ci mərtəbə, 29 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 85,2 kv.m olan mənzilin ümumi dəyəri olan 22407,60 manat məbləği tam ödəmişdir. xx.xx.2009-cu il tarixli, 2929 saylı maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km saylı məhəllədə inşa edilən 1 saylı binanın, 59 blok, 6-cı mərtəbə, 21 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 85,2 kv.m olan mənzilin ümumi dəyəri olan 29820 manat məbləği tam ödımişdir. xx.xx.2007-ci il tarixli, 2932 saylı maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km saylı məhəllədə inşa edilən 1 saylı binanın, 59 blok, 8-ci mərtəbə, 31 saylı 1 otaqdan ibarət, ümumi yaşayış sahəsi 49,72 kv.m olan mənzilin ümumi dəyəri olan 13076,36 manat məbləği tam ödəmişdir. xx.xx.2007-ci il tarixli, 2935 saylı maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km saylı məhəllədə inşa edilən 1 saylı binanın, 59 blok, 8-ci mərtəbə, 30 saylı 2 otaqdan ibarət, ümumi yaşayış sahəsi 69,5 kv.m olan mənzilin ümumi dəyəri olan 18278,50 manat məbləği tam ödəmişdir. xx.xx.2014-cü il tarixli, 9632 saylı maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km saylı məhəllədə inşa edilən 1 saylı binanın, 59 blok, 6-cı mərtəbə, 22 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.m olan mənzilə dair heç bir borcu yoxdur. xx.xx.2014-cü il tarixli, 9633 saylı maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km saylı məhəllədə inşa edilən 1 saylı binanın, 59 blok, 6-cı mərtəbə, 23 saylı 1 otaqdan ibarət, ümumi yaşayış sahəsi 49,72 kv.m olan mənzilə dair heç bir borcu yoxdur. Təqdim edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında mənzillərə dair müqavilələr bağlanmış, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququnun tanınması üçün sənədlər tam şəkildə təqdim edilməmişdir. İddiaçı cavabdehə rəsmi olaraq sorğu göndərmiş, lakin heç bir nəticə vermədiyindən, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Eyni zamanda Mülki Məcəllənin mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 178.8-ci maddəsinə müvafiq olaraq mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilən tikililər üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9.1-ci maddəsinə əsasən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin məcəllənin 8.0.10-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; Mülki Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq mübahisəli hüquq münasibətinin yarandığı zaman, yəni 2013-cü il yanvarın 1-dək və 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müxtəlif sənədlər tələb olunur. Belə ki, 2013-cü il yanvarın 1-dək inşa edilən tikililər üzrə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalı, həmin qərarda mənziltikinti kooperativi binasının ünvanının və tikintinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surəti, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üzrə isə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə qərara əlavə edilməlidir. Beləliklə, məhkəmə iddianın təmin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı mənzillərinin dəyərini tam şəkildə ödəyərək, öz öhdəliyini yerinə yetirmiş və bununla da mənzillər üzərində mülkiyyətə dair hüquqlarını əldə edilməsinə dair əsası və hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun əldə edilməsinə dair maneələrin qaldırılması üçün 2013-cü il yanvarın 1-dək inşa edilən mənzillərə dair MTK üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi, tikintinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surətinin, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, 2013-cü il yanvarın 1-dən sonra inşa edilən mənzillərə dair isə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədinin iddiaçıya verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumuna dair tələb olmadığından iddiaçıya aid edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilmiş 1 saylı binanın, blok 59, 32 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 83,4 kv.m olan; Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilmiş 1 saylı binanın, blok 59, 21 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 85,2 kv.m olan; Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilmiş 1 saylı binanın, blok 59, 31 saylı 1 otaqdan ibarət, ümumi yaşayış sahəsi 49,72 kv.m olan; Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilmiş 1 saylı binanın, blok 59, 24 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 83,4 kv.m olan; Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilmiş 1 saylı binanın, blok 59, 30 saylı 2 otaqdan ibarət, ümumi yaşayış sahəsi 69,5 kv.m olan; Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilmiş 1 saylı binanın, blok 59, 29 saylı 3 otaqdan ibarət, ümumi yaşayış sahəsi 85,2 kv.m olan mənzillərə dair MTK üzvlərinin ümumi yığıncağının qərarı, verilən mənzillərin plan-cizgisi, tikintinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surəti, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı; Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilmiş 1 saylı binanın, blok 59, mərtəbə 6, 22 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.m olan; Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilmiş 1 saylı binanın, blok 59, mərtəbə 6, 23 saylı 1 otaqdan ibarət, ümumi yaşayış sahəsi 49,72 kv.m olan mənzillərə dair isə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikintiyə icazə verilməsi barədə qərarın, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin və tikinti obyektinin istismarına icazəsinin İddiaçı verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar