Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4879/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “atalığın etiraf olunması faktının müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə Şamaxı rayonunun Göylər kəndində vəfat etmiş X6 onun atası olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxxx 1956-cı il tarixdə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. X3, anası X24 ilə xx.xx.1949-cu il tarixdə nikah bağlayıb ailə qurmuşlar. Birgə nikahlarından o, xx.xx.1959-cu il təvvəllüdlü bacısı X12 və xx.xx.1964-cü il təvəllüdlü qardaşı X16 anadan olmuşdur. X8 xx.xx.2015-ci il tarixdə, X3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X1 miras qalmış əmlakın qəbulu ilə bağlı Şamaxı Regional "ASAN Xidmət" mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin atasının adına olan doğum haqqında şəhadətnamə ilə ölüm haqqında şəhadətnamədə atasının adı ilə bağlı fərqli qeydlər aparıldığından notariat hərəkətlərin aparılmasından imtina edilmişdir. Belə ki, atası və anası arasında bağlanmış nikah akt qeydində atasının adı naməlum səbəblərdən "Abdulbağı" kimi qeyd edilmişdir. Daha sonra isə onun adına verilmiş doğum haqqında şəhadətnamədə atasının adı "Abdulbağı" kimi qeyd edilmişdir. Lakin bacısı X10 və qardaşı X13 məxsus doğum haqqında şəhadətnamələrdə atasının adı "Abdulməmməd" kimi qeyd edilmişdir. Bu səbəbdən Şamaxı Regional "ASAN Xidmət" mərkəzində Qeydiyyat şöbəsinə də ərizə ilə müraciət edərək X3nun adına verilmiş ölüm akt qeydində onun adında dəyişikliyin edilməsini xahiş etsə də, ərizənin təmin olunması mümkün olmamış, bu səbəbdən də aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də, qohumluq etmişdir faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. X2 ilə onun qohumluq münasibəti məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, onun atasının adı səhvən Abdulbağı kimi qeyd edilmişdir. Əvvəllər onu hamı Abdulbağı kimi çağırmışdır. Nikah haqqında şəhadətnaməsində də səhv qeyd edilmişdir. Lakin şəxsiyyəti təsdiq edən sənəddən də görünür ki, adı Abdulməmməd olmuşdur. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə dünyaya gəlmişdir. X5, X8dır; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1964-cü il tarixdə dünyaya gəlmişdir. X3, X8dır; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1927-ci il tarixdə dünyaya gəlmişdir; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1931-ci il tarixdə dünyaya gəlmişdir. X11, anası Babayeva (Qədirova) Bibixanım Məhəmməd qızıdır; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1959-cu il tarixdə dünyaya gəlmişdir. X3, X8dır; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə ölmüşdür; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2015-ci il tarixdə ölmüşdür; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2016-cı il tarixdə ölmüşdür; - 05.08.2025-ci il tarixli, 5-75-26/2-244/2025 nömrəli Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi anası X20 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə kimi Şamaxı rayonunun Göylər kəndində qeydiyyatda olmuşdur və yaşamışdır. Mərhumun vəfatından sonra bu varisləri qalmışdır - Ərizəçi (xx.xx.1956), X12 (xx.xx.1959), X16 (xx.xx.1964); - 08.07.2025-ci il tarixli, 5-75-26/2-213/2025 nömrəli Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi X3 vəfat etdiyi günə kimi onunla bir ünvanda və bir yerdə yaşamışdır; - НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, X7 Şamaxı rayonu hərbi komissarlığı tərəfindən xx.xx.1964-cı il tarixində hərbi bilet verilmişdir; - Şahid qismində dindirilmiş X12 öz ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Atasının adı Abdulməmməd olmuşdur. Atası 1931-ci il tarixdə doğulmuşdur. 2015-ci il tarixdə isə vəfat etmişdir. Ailədə 3 uşaq olmuşlar. Biri rəhmətə getmişdir; - İş materiallarına ailə fotoşəkilləri əlavə edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Ərizəçi ata adı iş materiallarına əlavə edilmiş sənədlərə əsasən onun şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsində fərqli adla qeyd olunmuşdur. Hazırda ərizəçi, atasının adına olan doğum haqqında şəhadətnamə ilə ölüm haqqında şəhadətnamədə atasının adı ilə bağlı fərqli qeydlər aparıldığından atasından miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı notariat hərəkətlərin aparılmasından imtina edildiyindən məhkəmə tərəfindən atalığın etiraf olunması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı oduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni Məcəllənin 307.2.10-cu maddəsinə uyğun olaraq məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin Qərarın 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Ailə Məcəlləsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə şahid ifadəsinə və işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı işdə atalığı etiraf etmə faktının müəyyən olunması üçün Plenum Qərarında göstərilmiş 2 şərt mövcuddur. Belə ki, iş materialları və şahid ifadəsi ilə təsdiq olunmuşdur ki, onun atası ilə anası faktiki nikah münasibətlərində olmuş və ailə kimi bir yerdə yaşamış, ərizəçinin hər iki valideyni vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iş materiallarında olan sənədlərə əsaslanaraq xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 özünün sağlığında xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. Doğum haqqında akt qeydlərində soyadı “Dərgahov”, adı “Abdulhəşim”, ata adı “Abdulməmməd”, ata qrafasında “X17” kimi düzəliş aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 özünün sağlığında xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydlərində soyadı “Dərgahov”, adı “Abdulhəşim”, ata adı “Abdulməmməd”, ata qrafasında “X17” kimi düzəliş aparılsın. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4879/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4879/2025
15.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver