Məhkəmə qərarları › İş №2(005)-489/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-489/2023

06.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-489/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və X7 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35 ünvanda 75 saylı mənzildə olan yaşayış hüquqları olmayan hesab edilməklə bu mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəh., Nərimanov ray., Təbriz küç., ev 105/35 mən. 75-də doğulduğu vaxtdan yaşamışdır. Həmin əmlak atası Seyranın adına olub. Cavabdeh1 onun anasıdır və 2002-ci ildə atası ilə aralarında nikah pozulmuş və həmin evi digər cavabdeh X14 (bacısı) ilə tərk etmişdir. Atası xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra bu əmlaka cavabdeh anası Cavabdeh1 istisna olmaqla digər övladlarının miras üzrə pay hüququ tanınıb. Daha sonra iddia ərizəsilə məhkəməyə müraciət edərək həmin evin hərracdan satılaraq payının verilməsini tələb etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2022 saylı qətnaməsinə və icra sənədinə əsasən bu ev hərraca çıxarılmış və hərrac əsasında digər cavabdeh olan bacısı X7 əmlak üzərində pay hüququ hərracda xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən tam ödəyərək bu evin tam mülkiyyətçisi olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən bu əmlaka dair xx.xx.2022-ci il tarixdə çıxarış almışdır. Bununla belə yaşayış yeri üzrə DİN-dən verilən arayışdan göründüyü kimi cavabdehlər onun mülkiyyətində olan evdə qeydiyyatdadırlar. Uzun müddətdir ki, yuxarıda qeyd olunan mənzildə yaşayır. Lakin cavabdehlər həmin mənzildə formal olaraq pasport qeydiyyatında qalması bir mülkiyyətçi kimi onun mənzil hüququnu pozur. Belə ki, cavabdehlər faktiki olaraq həmin mənzildə artıq xeyli müddətdir ki, yaşamır. Mənzilin bütün kommunal xərclərini özüm ödəyir, cavabdehlərin yerinə artıq olaraq kommunal xidmət xərcləri ödəmək onun üçün böyük maddi çətinliklər yaradır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbiniin təmin olunmasını xahiş etdi. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Bakı şəhəri X1 İcraiyyə Komitəsinin 21 oktyabr 1976-cı il tarixli orderinin surətindən görünür ki, Bakı şəhəri, Çapayev küçəsi, 105 saylı binanın 5-ci blokunda yerləşən 4 otaqlı sahəsi 63,32 kv.m. olan mənzil X2 və onun 4 nəfər ailə üzvünün (X8, X11, X12 və X9) istifadəsinə verilmişdir. Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkəti “Azərşin” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzil X2 əvəzsiz mülkiyyətinə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli AZ-İ 017624 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X8 arasında olan nikah xx.xx.2003-cü il tarixdə pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ 941882 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018ci il tarixdə Bakı şəhərində ölmüşdür. 234972 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 2V 06 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiiş X2 vərəsəsi İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzildən ¾ hissədə pay almalıdır. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiiş X2 qızı və oğlu X13 və X11 hər biri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzildən 1/8 hissədə pay almalıdırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzil 1/8 hissədə X7, 1/8 hissədə X3, ¾ hissədə İddiaçı mülkiyyətində olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-213/2022 saylı icra vərəqisindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzilin hərracdan satılması, mənzilin satışından əldə olunan pul vəsaiti bu mənzilin mülkiyyətçiləri olan İddiaçı, X11 və X14 arasında, onların paylarına mütənasib surətdə (1/8 hissədə X7, 1/8 hissədə X3, ¾ hissədə İddiaçı) bölüşdürülməsi, mənzilin açıq hərracdan satış qiymətinin 137000 manat müəyyən edilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı özünün, X11 və X7 paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzili 137000 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzil tam payda İddiaçı mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Azərbaycan respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1981-ci il təvəllüdlü X14 ünvan 1 ünvanında qeydiyyatdadır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzil 1976-cı ildə iddiaçının atası X2 və onun 4 nəfərlik ailə üzvlərinin istifadəsinə verilmiş; xx.xx.1995-ci il tarixdə isə həmin mənzil onun tərəfindən əvəzsiz olaraq xüsusi mülkiyyətinə keçirilmişdir. İddiaçı və cavabdeh X14 onun övladlarıdır. Digər Cavabdeh1 onun arvadı olmuş, lakin xx.xx.2003-cü il tarixdə nikahları pozulmuşdur. X5 xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 2V 06 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzili ¾ hissədə İddiaçı vəsiyyət etmişdir. Qalan ¼ hissədə pay açıq saxlanılmışdır. X5 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İddiaçı mübahisəli mənzilə ¾ hissədə pay hüququ olması barədə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qalan ¼ hissədə pay isə X2 qanun üzrə vərəsələri olan X11 və X14 arasında bərabər paylara bölüşdürülmüşdür. Sonradan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2022 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzilin hərracdan satılması, mənzilin satışından əldə olunan pul vəsaiti bu mənzilin mülkiyyətçiləri olan İddiaçı, X11 və X14 arasında, onların paylarına mütənasib surətdə (1/8 hissədə X7, 1/8 hissədə X3, ¾ hissədə İddiaçı) bölüşdürülməsi, mənzilin açıq hərracdan satış qiymətinin 137000 manat müəyyən edilməsi qət edilmişdir. Əmlak hərracdan satılmış, İddiaçı əmlakı onun dəyərini tam ödəyərək hərracdan almışdır. Daha sonra əmlaka tam payda xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı da əldə etmişdir. Hazırda isə həmin mənzil üzrə ünvanda cavabdehlərin qeydiyyatda qaldığını, onların üz təşəbbüsləri ilə qeydiyyatdan çıxmadıqlarını bildirərək, cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilərək sözügedən ünvandan qeydiyyatdan çıxarılmalarını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Mülki işin materiallarından görünür ki, cavabdehlərdən Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ həmin mənzilə orderin verilməsi ilə eyni vaxtdan – yəni 21 oktyabr 1976-cı il tarixdə yaranmışdır. Digər cavabdeh X7 mənzildən istifadə hüququ isə anadan olduğu tarixdən, yəni xx.xx.1981-ci il tarixdən yaanmışdır. Belə ki cavabdeh X14 da həmin mənzildə yaşamışdır. Lakin iddiaçının anası X5 ilə Cavabdeh1 arasında nikah 2002-ci il tarixdə pozulmuşdur. Həmin tarixdən etibarən cavabdehlər həmin mənzildə yaşamırlar. Cavabdehlərin “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki hər iki cavabdeh uzun müddətdir ki ölkə xaricində yaşayırlar. Digər tərəfdən işin halları ilə müəyyən edilir ki, xx.xx.2003-cü il tarixdən cavabdehlərdən Cavabdeh1 ilə X5 ilə nikahı pozulmuşdur. Mübahisəli mənzil isə ¾ hissədə vəsiyyət üzrə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçirilmişdir. Mənzilin qalan 1/8 hissədə X7, 1/8 hissədə X3 payları isə məhkəmə qətnaməsi ilə hərraca çıxarılmış, iddiaçı tərəfindən digər vərəsələrdən haqqı ödənilərək əldə edilmişdir. Yəni, mənzilin həm mülkiyyətçisi dəyişilmiş, həm də mülkiyyətin hüquqi rejimi dəyişilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin: 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir; 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir; 147-ci maddəsinə əsasən pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 118.1-ci maddəsinə əsasən Xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; 124-cü maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaş bu evi və ya evin bir hissəsini başqa vətəndaşa icarəyə vermək ixtiyarına malikdir. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin: 228.5-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qanunvericiliyin tələbi baxımından yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, hazırki halda mübahisəli məsələyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalari tətbiq edilmə Beləliklə, məhkəmə hesab edir ki, sadalanan qanunvericilik aktlarının təhlilindən aydın olur ki, cavabdehlərin hər ikisinin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzildən istifadə hüququ yaranmış olsa da, hazırda faktiki olaraq orada uzun müddətdir yaşamadıqları üçün; həmçinin mənzil iddiaçı X4 xüsusi mülkiyyətinə keçməsi və cavabdehlərdən X7 iddiaçının ailə üzvü olmaması, və iddiaçı ilə cavabdehlər arasında mənzildən istifadə hüququnu nəzərdə tutuan razılığın olmaması əsası ilə iddia tələbi hər iki hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur». Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Bu maddələrə müvafiq olaraq daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmalı və dövlət reyestrində qeydə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi qüvvəsi məcburi olan qərarlarında formalaşdırılmış və məhkəmələr tərəfindən rəhbər tutulmalı hüquqi mövqeyi ondan ibarətdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Qanunvericilikdə şəxsin qeydiyyatda olması, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi əsası olaraq nəzərdə tutulmamış, həmin hüququn əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən müqavilənin olması ilə şərtləndirilmişdir. Məhkəmə baxışında yuxarıda sadalanan üç şərtin yerinə yetirilməsi ilə bağlı heç bir hal aşkar edilməmişdir. Beləliklə, iş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Məhkəmə hesab edir ki, cavabdehlər hazırki qanunvericiliyə görə sözügedən mənzilə istifadə hüquqları saxlanmamalıdır. Cavabdehlər həmin mənzildə yaşamırlar. Onlar həmin mənzilə formal olaraq qeydiyyatda qalmışdır. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1981-ci il təvəllüdlü X7 X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 75 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar