Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4905/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Ədilova Solmaz İmran qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsna qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” tələbinə dair ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən mərhum həyat yoldaşı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının-miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Ərizəçi maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” tələbinə dair ərizəsi üzrə 2(006)-3292/2023 saylı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4252/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsna qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” barədə ərizəsi üzrə iş məhkəmə aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7580/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Ərizəçi Bakı şəhəri 14 saylı Notariat Ofisi maraqlı şəxs olmaqla “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə” ərizəsi üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə “ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, eyni zamanda “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” həmin iddia tələbinə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki mübahisəyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Bu baxımdan ərizəçiyə müvafiq tələblə iddia icraatı qaydasında MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etməklə, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilir. İddia ərizəsindən görünür ki, Ərizəçi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılmasını xahiş edir. Şərh olunanlara əsasən hesab edirəm ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsna qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” tələbinə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, eyni zamanda iddiaçıya müvafiq ərizə ilə aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilməlidir. Bununla yanaşı qeyd edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7580/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında da qeyd olunan məsələ ilə bağlı “işin göndərildiyi məhkəmə tərəfindən ərizənin icraata qəbul edilməsi məsələsinə baxılarkən hazırki ərizənin məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər kateqoriyasına aid olub-olmadığının da nəzərə alınmalı” olması barədə göstəriş verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsna qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması” dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4905/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4905/2023
15.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver