Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5/2023 16.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X22 Mehdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin (SOCAR) “X20” Trestinin nümayəndələri X3 və X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin (SOCAR) “X20” Trestinə qarşı “artımın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin (SOCAR) “X20” Trestinə qarşı “artımın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) məhkəməyə müraciət edərək, iddiaçının dənizdə xəsarət aldığına görə xx.xx.2011-ci ildən 10 faiz artımın məbləğinin müəyyən edilərək Cavabdehdən alınıb iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1998-ci ilin oktyabr ayının 1-dən Dənizdə Neft və Qazçıxarma X1ma işləri idarəsində 4-cü dərəcə ilə istismar və kəşfiyyat üçün neft və qaz qurğularının qazılması üzrə qazmaçı köməkçisi işinə qəbul edilib. 07 may 1999-cu ildə Qazma avadanlıqları təmiri sexinə 4-cü dərəcə ilə buruqlarda avadanlıqların təmiri üzrəçilingər işinə keçirilib. 16 noyabr 1999-cu ildə 5-ci dərəcəli çilingər şəhadətnaməsini alıb. 2000-ci ilin fevral ayının 11-də dənizdə, neft quyusunda boruları biri-birindən ayıranda, yəni çilingər işləri görən zaman , iş vaxtı, borular sol ayağına düşdü və iddiaçı istehsalat xəsarəti aldı. Bu faktla bağlı araşdırma aparıldı və akt tərtib olundu. Həmin aktın sürətini ərizəsinə əlavə edir. İstehsalat Birliyi tərəfindən iddiaçıya birdəfəlik 6000 (altı min) manat verildi və hər ay üçün 538 manat pul kəsildi. Hazırda da 538 manat alır. xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Əmək Məsəlləsinin 68-ci maddəsinin 2 “A" bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilib. Çünki istehsalat xəsarətlərindən sonra işləmək qabiliyyətini itirdi. Təxminən 2013-cü ildə 10 faiz müavinətlərə artım müəyyən edilmişdir. Lakin iddiaçıya məlum olmayan səbəblərdən 10 faiz artım ona bu günə kimi tətbiq edilməmişdir. Ümumiyyətlə aylıq müavinatın məbləği də düzgün hesablanmamış, yazılmışdır ki, guya o, dənizdə deyil, quruda xəsarət alıb. Halbuki, neftçıxarma quyuları dənizdədir, iddiaçı məhz dənizdə xəsarət alıb. Bundan başqa bildirmək istəyir ki, iddiaçı kimi dənizdə xəsarət alanlara həmin 10 faiz artım edilmişdir. Bəs nə üçün iddiaçıya belə artım edilmir, bilmir. İddiaçı yazılı surətdə Cavabdehnə ərizə ilə müraciət etdi və ona cavab verildi ki, iddiaçıya verilən aylıq müavinətə artım edilməyəcəkdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, 2000-ci ildə dənizdə işləyərkən iş vaxtında xəsarət almış, bundan sonra həmin hadisə ilə bağlı akt tərtib olunmuşdur. Bildirir ki, həmin aktdan da göründüyü kimi, o dənizdə xəsarət alıb, lakin ona müavinət dəniz əmsalı ilə deyil, quru əmsalı ilə hesablanır. Qeyd edir ki, hazırda 708 manat müavinət alır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbi ilə eyniməzmunlu izahat verib, iddiaçıya hazırda ödənilən müavinət hesablanarkən, 10 faiz artımın nəzərə alınmadığını, iddiaçının dənizdə xəsarət almasına baxmayaraq, ona ödənilən müavinətin dəniz əmsalına əsasən hesablanmalı olduğunu bildirib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin (SOCAR) “X20” Trestinin nümayəndəsi nümayəndələri X7 və X18 iddia tələbinin əsassız olduğunu bildirib, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası DNŞ-nin (SOCAR) “X20” Trestinin nümayəndəsi iddia tələbinə yazılı etirazlar təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bildirirlər ki, iddiaçı əvvəllər “KQİT” trestinin hüquqi varisi olduğu “Dənizdə Neft və X5”nin X21 İşləri İdarəsində 5-ci dərəcəli çilingər peşəsində çalışmış 2000-ci ilin fevralında istehsalat qəzası nəticəsində xəsarət almışdır. Qeyd olunan xəsarət ilə bağlı işçi xx.xx.2000-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermişdir. Hazırda işçi aylıq ona dəymiş ziyana görə “KQİT” tresti tərəfindən aylıq müavinət ödənilir. Lakin iddiaçı öz iddia ərizəsində 2013-cü ildə müavinətlərə 10 faiz artımın müəyyən edildiyini və həmin artımın qanunsuz olaraq ona tətbiq edilmədiyini bildirmişdir. İddiaçı bu məsələ ilə bağlı KQİT trestinə müraciət etdiyini və ona rədd cavabı verildiyini bildirmişdir. Belə ki, 01 mart 2018-ci il tarixdən SOCAR-ın işçilərinin əmək haqlarında kütləvi artım olmuşdur. Bununla bağlı iddiaçının aldığı müavinətin qanunverciliyə uyğun yenidən hesablanmasına baxmayaraq, mart ayı ərzində iş günlərinin bayramların sayına görə az olması səbəbindən, iddiaçının əldə etdiyi müavinətin məbləği artmamışdır. Belə ki, İstehsalatda peşə xəstəliyi və əmək xəsarəti ilə əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003cü il tarixli, № 3-li Qərarında qeyd edilmiş qaydada həyata keçirilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. 01 mart 2018-ci il tarixdən SOCAR-da işçilərin əmək haqqlarının 10 faiz artırılması ilə əlaqədar istehsalatda əmək xəsarəti və peşə xəstəliyi ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı hesablanarkən 2018-ci ilin mart və aprel aylarının orta əmək haqqı əsas götürülmüşdür. Bilindiyi kimi 2018-ci ilin mart ayı üçün iş vaxtı norması 126 saat, aprel ayı üçüsn isə 168 saat olmuş və iki aya görə orta aylıq iş vaxtı forması (126=126/2) olmaqla 147 saat olmuşdur. 2018-ci il üçün orta aylıq iş vaxtı norması 160 saat təşkil etdiyindən tətbiq edilən artım iddiaçının ödəncinə müsbət təsir göstərməmişdir. xx.xx.2023-cü il tarixli yazılı etiraz onunla əsaslandırılmışdır ki, "X20" trestinin keçmiş işçisi İddiaçı “aylıq ödənişin 10% faiz artımının “X20” trestindən alınıb iddiaçıya ödənilməsi” tələbi ilə bağlı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün bildirirlər ki, iddiaçı əvvəllər "KQİT" trestinin hüquqi varisi olduğu "Dənizdə Neft və Qazçıxarma X1ma İşləri İdarəsi"ndə çilingər peşəsində işləmiş və istehsalat qəzası nəticəsində xəsarət almışdır. Qeyd olunan xəsarət ilə bağlı işçi xx.xx.2000-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermişdir. Hazırda işçi aylıq ona dəymiş zərərə görə "KQİT" tresti tərəfindən məbləğdə müavinət alır. İddiaçı sözügedən iddia ərizəsi əsassız olduğundan aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Bildirirlər ki, iddiaçı tərəf öz iddia ərizəsində bildirmişdir ki, guya hansısa sənəddə onun quruda xəsarət aldığı qeyd edilmişdir. Bununla bağlı qeyd edirlər ki, iddiaçının harada xəsarət alması müvafiq İZ aktında qeyd edilib və bu məsələ işin mübahisəsiz halı olmaqla yanaşı iddia predmeti ilə əlaqəsi yoxdur. Belə ki, iddianın predmeti xəsarətin harada alınması deyil, 10 faiz artımın hesablanmasıdır. İkinci məsələ ondadır ki, iddia ərizəsinin nəticə hissəsində hansı ilə görə 10 faiz artımın istənildiyini konkret olaraq göstərilməmişdir. Halbuki, iddiaçıya müxtəlif illər üzrə 3 artım hesablanaraq tətbiq edilmişdir. Üçüncü məsələ ondan ibarətdir ki, iddiaçı tərəf nə öz iddia ərizəsində, nə də 5 illik şifahi məhkəmə iclaslarında məhz hansı normativ hüquqi akta əsasən artımın tətbiq edilməli olduğunu konkret olaraq maddə və bənd göstərilərək izah edə bilməmişdir. Dördüncü məsələ ondan ibarətdir ki, 3 dəfə keçirilən məhkəmə ekspertizasının nəticələrinə münasibət bildirərkən, hansısa xəyalı qeyri-müəyyən məbləğə istinad etmiş, guya artıq məbləğin ödənməli olduğunu bildirmiş, lakin həmin məbləğin necə formalaşdığının faktiki və hüquqi əsasını təqdim edə bilməmişdir. Dördüncü məsələ ondan ibarətdr ki, KQİT-in artım hesablamasını inkar etdiyi halda özünün təklif etdiyi alternativ hesablama qaydasını təqdim edə bilməmiş və bunu əsaslandırmamışdır. Qeyd edilənlərdən açıq aydın görünür ki, qarşı tərəf öz iddiasının nə faktiki, nə də hüquqi əsasını təqdim edə bilmir. Müqayisə üçün bildirirlər ki, iddiaçı tərəfdən fərqli olaraq KQİT tresti həm işin faktiki, həm də hüquqi hallarına söykənərək öz mövqeyini əsaslandırmışdır. Belə ki, KQİT tresti istər aşağıdakı halların istər faktiki tərəfini, istərsə də hüquqi tərəfini sübut edə bilmişdir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, № 3-li qərarının 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə mıəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzrə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Bildirirlər ki, iddiaçının ödənc aldığı müddət ərzində 4 müxtəlif illərdə maaşlarda kütləvi artım olub, artımlar KQİT tərəfindən əmrləşdirilib (xx.xx.2011, xx.xx.2013, xx.xx.2016 və xx.xx.2018-ci il tarixli əmr-qərarlar), hər dəfə həmin artımlar qüvvədə olan yuxarıda qeyd edilən qərara əsasən hesablanılıb və mütəmadi olaraq ödənilib. Bu əmr-qərarların surətləri, hesablanma cədvəlləri, buna əlavə olaraq KQİT-nin İqtisadiyyat və uçot departamentinin rəisinin tərtib etdiyi arayış həm məhkəməyə, həm də ekspertizaya təqdim edilmişdir. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" 15 iyul 2000-ci il tarixli, № 126-li qərarı ilə tənzimlənir. Tərəflərindən təqdim edilən cədvəllərdən görünür ki, bu qərarda nəzərə alınmalı olan bütün ödənclər hesablamalar zamanı nəzərə alınmış və hesablanma cədvəllərində öz əksini tapmışdır. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, № 137-li qərarının 4-cü bəndində aşağıdakı norma müəyyən edilmişdir. Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin: sahillə quru yol əlaqəsi olduqda -----------------------------------------------------------------1,4 Quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə 0,5 km-ə qədər-------------------------------------------------------------------------------------- 1,5 0,5 km-dən 70 km-ə qədər ------------------------------------------------------------------1,65 70 km-dən artıq ---------------------------------------------------------------------------------1,75 Bu əmsal kütləvi artımlar zamanı iddiaçının aldığı müavinətlərə tətbiq edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının "Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının" və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında" 12 aprel 2016-cı il tarixli, № 3/1 nömrəli qərar qəbul etmişdir. "Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nətcəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı" Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu siyahının 20 v bəndinə əsasən məzuniyyətlərin verilməsi, növbətçilərin təyin edilməsi, cərimələr, fəhlə və qulluqçuların ölkədaxili ezam edilməsi haqqında əmrlərin saxlanması ili 5 ildir. (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair" göstərişi olmuşdur.) Qeyd edilən siyahının 468-ci bəndinə əsasən fəhlələrin, qulluqçuların, mühəndis- texniki işçilərin şəxsi vərəqələrinin saxlanma ili 75 ildir. İddiaçının bu şəxsi vərəqəsi məhkəməyə və ekspertizaya təqdim edilmişdir. Yekun olaraq belə nəticəyə gəlinir ki, KQİT-in mövqeyi haqlı, əsaslı və qanunidir, iddiaçının iddiasının isə heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı qohumudur, atası xalamoğludur. 1998-ci ilin may ayından çilingər olaraq işləmişdir. O dənizdə işləyirdi. 1999cu ilin mart ayında eşitdi ki, iddiaçının ayağı sınmışdır. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, hər ikisi dənizdə növbəli olaraq işləyirdilər. Dənizdə adətən buruqlarda “bolt, qayka” quraşdırılması işi ilə məşğul olurdu. Quruda çilingər vəzifəsində idi, lakin dənizdə işləyirdi. İş saatları dənizdə olan işə görə hesablanırdı. X19rumunda işləyirdi. X26 İdarəsində işləyirdi. O səyyar işləməyib, daim dənizdə olmuşdur. Qazma İdarəsində çilingər vəzifəsi mövcud olmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, iddiaçı ilə birlikdə buruqda növbəli olaraq işləmişdir. Dənizdə motorist olaraq işləmişdir. Onun ştatı da dənizdə olmuşdur. 2003-cü il tarixdə yaşı ilə əlaqədar quruda nəzarətçi olaraq fəaliyyət göstərmişdir. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı ilə təxminən 1-2 il müddətində birlikdə işləyiblər. İddiaçı daimi olaraq dənizdə işləmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan SOCAR-ın İddiaçı müraciətinə baxılması haqqında 12 sentyabr 2018-ci il tarixli məktubundan görünür ki, bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarının 3.5 bəndinə uyğun olaraq, İstehsalatda əmək xəsarəti və peşə xəstəliyi ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı, təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarında “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı" nın, nəzərə alınmayan ödənclər bölümünün 3-cü bəndinə uyğun olaraq iş vaxtından artıq iş saatlarının ödənilməsi orta əmək haqqı hesablanarkən nəzərə alınmır. 01 mart 2018-ci il tarixindən SOCAR-da işçilərin əmək haqqlarının 10 % artması ilə əlaqədar istehsalatda əmək xəsarəti və peşə xəstəliyi ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı hesablanarkən 2018-ci ilin mart və aprel aylarının orta əmək haqqı əsas götürülmüşdür. Bildiyiniz kimi 2018-ci ilin mart ayı üçün iş vaxtı norması 126 saat, aprel ayı üçün isə 159 saat olmuşdur və iki aya görə orta aylıq iş vaxtı norması ((126+159)/2) 143 saat olmuşdur. Lakin 2018-ci il üçün orta aylıq iş vaxtı norması 160 saat təşkil edir. Bu səbəbdən Sizə çatacaq aylıq müavinatda artım olmayıb. İş materiallarında olan Mir-Qasımov adına Respublika Klinik xəstəxanası tərəfindən verilmiş XT seriyalı 1076 saylı epikrizin surətindən görünür ki, İddiaçı sol baldır sümüklərinin orta 1/3-nin yerdəyişməsi – cərrahi əməliyyatdan sonraki vəziyyət diaqnozu ilə 19 fevral 2000-ci il tarixdən 07 mart 2000-ci il tarixədək müalicədə olmuşdur. İş materiallarında olan 14 fevral 2000-ci il tarixli “İstehsalatda Bədbəxt hadisə haqqında” 1 №-li 5 nüsxədən ibarət tərtib edilmiş Aktın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 11 fevral 2000-ci il tarixdə saat 12:30-da “Abşeron” Bankası 165 saylı stasionar dəniz özülü 164 saylı buruqda 8 fevral 2000-ci ildə briqadaların növbəsi dəyişdirilir. İstismar kəmərinin sementlənməsindən sonra sahə mexaniki Sadıqov İ. tərəfindən qaz avadanlıqlarının təmiri üzrə çilingərləri İddiaçı və Baxşıyev Z.A. preventorun altı xəttinin sökülməsini tapşırmış və onlar 11 fevralda təxminən saat 19:00 radələrində həmin işin icrasına başlayırlar. Bu işin icrasə zamanı İddiaçı boltla bağlanmış birləşdirilmiş açarla qaykaları açıb azad etdiyi vaxt ərzində boru kəməri kipləndirici üzüyündən üzülərək İddiaçı sol ayağına düşüb zədələyir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin SER TSE -01 № 677394 arayışın surətindən görünür ki, İddiaçı əmək zədəsi nəticəsində müddətsiz ikinci qrup əlillik müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 62/K №-li xx.xx.1998-ci il tarixli Əmrlə Dənizdə neft və qazçıxarma X1ma işləri idarəsində 4-cü dərəcə ilə istismar və kəşfiyyat üçün neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi işinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.1998-ci il tarixli İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 41/K №-li xx.xx.1999-cu il tarixli Qazma avadanlıqları təmiri sexinə 4-cü dərəcə ilə buruqlarda avadanlıqların təmiri üzrə çilingər işinə keçirilir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2000-ci il tarixli 81/K nömrəli əmr ilə İddiaçı Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə əlilliyi ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan 09 iyun 2016-cı il tarixli, 29 may 2018-ci il tarixli “Əmək haqqının kütləvi artımının müavinət alanlara tətbiq edilməsi barədə” əmrlərindən görünür ki, işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artırılması ilə əlaqədar həmin artımın qanunvericiliyə uyğun olaraq istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənilən müavinətlərin yenidən hesablanmasını və hər ay ödənilməsinin təmin edilməsi tapşırılmışdır. İş materiallarında olan X10 10 mart 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı cavabdeh SOCAR “Kompleks qazma işlər tıestınə qarşı artımın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mühasibatlıq ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətindən mütəxəsislərin cəlb edilməsi ilə bağlı müraciətinizə X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən baxılmışdır. Qeyd olunanlarla bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 56/2023 nömrəli 09. 01.2020-ci il tarixli qərardadının qərar hissəsində qeyd olunan suallara cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin 4-cü hissəsinə əsasən istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Həmin ödənclərın əmsallaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarının 3.4-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. İş materiallarında olan SOCAR-ın sorğuya alınmış cavab məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli 2(005)-18/2021 sorğusuna cavab olaraq bildirilər ki, İddiaçı məxsus olan T-2 şəxsi vərəqəsinin surəti təqdim edilir. İddiaçı dənizdə işləməsinə dair ezamiyyə və digər daxili əmrləri “X20” tresti arxivində aşkar olunmadığı səbəbindən həmin sənədləri təqdim edə bilmirlər. Mərkəzləşdirilmiş mühasibatlıq və hesabat şöbəsinin rəisinin təqdim etdiyi etdiyi arayışa əsasən, İddiaçı ilə eyni peşədə işləyən X17 və X4 üçün təyin olunmuş müavinətin hesablanma qaydası eynidir. 4-cü dərəcəli təmirçi çilingərlər üçün orta əmək haqqının hesablanması cədvəlində (cədvəl əlavə olunur) həmin peşədə işləyən 4-cü dərəcəli təmirçi çilingərlərin əmək haqqı əsas götürülərək hesablanmış və 4-cü dərəcəli təmirçi çilingər peşəsi üçün orta əmək haqqı 969,11 manat təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli SOCAR-ın məhkəmə sorğusuna alınmış cavab məktubundan görünür ki, Sizin, 05 oktyabr 2022-ci il tarixli, №2(305)-16/2022 nömrəli məktubunuzun icrası olaraq Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Sahib İsmayılovun mohkomə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatına əsasən İddiaçı Bəgəli oğluna verilmiş müavinətin hesablanması qaydası (cədvəli), əmək haqqının və müavinətin hesablanmasına dair əmr və sərəncamların surətləri Sizə göndərilir. Bildiririk ki, digər sənədlər, əmək haqqının hesablanması cədvəli, iş rejimi haqqında tabel uçot vərəqəsi, dənizdə işləməsinə dair ezamiyyə və yaxud daxili əmr 5 il saxlama müddəti keçdiyi üçün arxivdə aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 9/2433 saylı ekspert rəyindən görünür ki, 1- ci sual üzrə: "X20" trestinin müavinətçisi İddiaçı Bəgəli oğlu xx.xx.2012-ci il tarixinə kimi 505.09 manat müavinət aidığı müəyyən edilir. xx.xx.2012-ci il tarixdən əmək haqqı artımından sonra, müavinətlər yenidən hesablanarkən həmin peşə üzrə 5-c dərəcə qazma avadanlıqlarının təmiri üzrə çilingərlərin orta əmək haqqı əsas götürülərək hesablama aparılmış və həmin peşə üzrə 769.46 manat orta əmək haqqı təyin olunduğu müəyyən edilir. Həmin məbləğin 70%-i miqdarında, yəni 538.62 manat müavinat İddiaçı Bəgəli oğluna təyin olunduğu müəyyən edilir.(hesablama cədvəlləri əlavədə) 2- ci sual üzrə: "Kompleks cazma işləri" trestinin 5-ci dərəcə qazma avadanlıqlarının təmiri üzrə çilingərlərin orta əmək haqqı əsas götürülərək yenidən hesablama aparılmış və xx.xx.2013-cü il tarixdə olan 10% artıma əsasən həmin peşə üzrə orta əmək haqqı 635.17 manat təşkil etdiyi müəyyən edilir. Həmin məbləğin 70%-i miqdarı (635.17x70%=444.61) 444.61 manat təşkil etdiyindən, yəni əvvəlki dövrlərdə olan müavinətin məbləğindən az olduğu səbəbindən İddiaçı Bəgəli oğlunun müavinəti dəyişilməz olaraq qaldığı müəyyən edilir. 3- cü sual üzrə: "X20" trestinin 5-ci dərəcə qazma avadanlıqlarının təmiri üzrə çilingərlərin orta əmək haqqı əsas götürülərək yenidən hesablama aparılmış və xx.xx.2016-cı il tarixdə olan 10% artıma əsasən həmin üzrə orta əmək haqqı 726.06 manat təşkil etdiyi müəyyən edilir. Həmin miqdarı (726.06x70%=508.24) 508.24 manat təşkil etdiyindən, yəni əvvəlki dövrlərdə olan müavinətin məbləğindən az olduğu səbəbindən İddiaçı Bəgəli oğlunun müavinəti dəyişilməz olaraq qaldığı müəyyən edilir 4- cü sual üzrə: “X20" trestinin 5-ci dərəcə qazma avadanlıqlarının təmiri üzrə çilingərlərin orta əmək haqqı əsas götürülərək yenidən hesablama aparılmış və xx.xx.2018-ci il tarixdə olan 10% artıma əsasən həmin peşə üzrə orta əmək haqqı 616.08 manat təşkil etdiyi müəyyən edilir. Həmin məbləğin 70%-i miqdarı (616.08x70%=431.25) 431.25 manat təşkil etdiyindən, yəni əvvəlki dövrlərdə olan müavinətin məbləğindən az olduğu səbəbindən İddiaçı Bəgəli oğlunun müavinəti dəyişilməz olaraq qaldığı müəyyən edilir. xx.xx.2013-cü il, xx.xx.2016-cı il və 01.042018-ci il tarixlərdə hesablanmış orta əmək haqqı İddiaçı Bəgəli oğluna təyin olunmuş müavinətdən daha az olduğu səbəbindən, 2012-ci ildə təyin olunmuş müavinəti yəni, 538.62 manat olduğu saxlanılması və müavinətin azaldılmaması müəyyən edilir. xx.xx.2019-cu il tarixində SOCAR-da əmək haqqlarının kütləvi artımı zamanı həmin prşə üzrə hesablanmış orta əmək haqqı 969.11 manat təşkil etmiş və İddiaçı Bəgəli oğluna həmin məbləğin 70%-i miqdarında yəni, 678.37 manat müavinat təyin edildiyi müəyyən edilir. Bu da İddiaçı Bəgəli oğlunun müavinat məbləğinin 26% artım olmasını müəyyən edir. 6- ci sual üzrə: Quru şəraitində yuxarıda qeyd edilən əmr-qərar və Qaydaların şərtləri nəzərə alınmaqla İddiaçı 2012-ci ildə təyin olunmuş müavinəti 538.62 manat olduğu halda, hal-hazirda ştat cədvəlinə uyğun olaraq, dəniz əmsalı və digər əmsallar da daxil olmaqla əmək xəsarətinə görə hər ay 708.18 manat müavinat ödənildiyi müəyyən edilir. ("X20" trestinin İqtisadiyyat və uçot departamentinin xx.xx.2023-cü il tarixli arayışı) Bu da İddiaçı müavinətinin 169.56 manat (538.62+169.56=708.18) artım olmasını müəyyən edir. 7- ci sual üzrə: “X20" trestinin ştat cədvəlində dənizdə yerləşən buruqlarda, DSÖlərdə, meydaçalarda. o cümlədən dənixdə yerləşən digər obyektlərdə adı çəkilən və ona uyğun olan ştat vahidi olmadığından ekspert qarşısında qoyulan bu sualla bağlı tədqiqat aparmaq mümkün olmadığı müəyyən edilir ("Kompleks qazma işlori" trestinin xx.xx.2023cu ıl tarixli arayışı) 8- ci sual üzrə: Qeyd olunan artımların məbləğləri nəzərə alınmaqla, İddiaçı əmək xəsarətinə görə hər ay 708.18 manat müavinat ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı əmək zədəsi nəticəsində müddətsiz ikinci qrup əlillik müəyyən edilmişdir. İddiaçı xx.xx.1999-cu il tarixdə Qazma avadanlıqları təmiri sexinə 4-cü dərəcə ilə buruqlarda avadanlıqların təmiri üzrə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il tarixldə ƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə əlillik səbəbindən işdən azad edilmişdir. Cavabdeh müəssisə İddiaçı məxsus olan T-2 şəxsi vərəqəsinin surətini təqdim etsə də, İddiaçı dənizdə işləməsinə dair ezamiyyə və digər daxili əmrləri “X20” tresti arxivində aşkar olunmadığı səbəbindən həmin sənədləri təqdim edə bilməmişlər. Cavabdeh müəssisə arayış təqdim edərək, bildirir ki, əmək haqqının hesablanması cədvəli, iş rejimi haqqında tabel uçot vərəqəsi, dənizdə işləməsinə dair ezamiyyə və yaxud daxili əmr 5 il saxlama müddəti keçdiyi üçün arxivdə aşkar olunmamışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 9/2433 saylı ekspert rəyi ilə iddiaçının aldığı 10 faiz artımın məbləğləri hesablanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.3-cü maddəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 239.4-cü maddəsinə əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 239.5-ci maddəsinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2011-ci ildən 10 faiz artımın məbləğinin müəyyən edilərək ona ödənilməsini xahiş edir. İddiaçı məhkəməyə müraciət edərkən ilkin olaraq, ona həmin artımların tətbiq edilmədiyini, habelə tətbiq edilərkən də bəzi illərdə artımın hesablanmadığını, eyni zamanda müavinətin məbləğinin düzgün hesablanmadığını mübahisələndirmiş, daha sonrakı məhkəmə iclaslarında həmin artımın dəniz əmsalları (Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı) ilə hesablanaraq ödənilməli olduğunu bildirmişdir. Nəticə etibarilə iddiaçı məhkəmədə cavabdeh müəssisədə tətbiq edilmiş artımların ona şamil edilmədiyini, bu səbəbdən də hüquqlarının pozulduğunu iddia etmişdir. Lakin tərəflərin təşəbbüsü ilə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 9/2433 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, illər üzrə cavabdeh idarədə tətbiq edilmiş artımlar (xx.xx.2011, xx.xx.2013, xx.xx.2016 və xx.xx.2018-ci il tarixli əmr-qərarlar üzrə) müvafiq hesablama yolu ilə iddiaçıya da şamil edilmiş və ödənilmişdir. Belə olan halda məhkəmə, iddiaçının 10 faiz artımın məbləğinin ona ödənilməməsinə dair dəlilinin əsassız olması qənaətinə gəlir. Qeyd olunduğu kimi, İddiaçı məhkəmə araşdırması zamanı bir neçə dəfə iddia tələblərinə əlavələr, dəqiqləşdirmələr təqdim etmiş, həmin ərizələrdə ona ödənilməli olan müavinətin quruda işləyən işçilərə deyil, dənizdə işləyən işçilərə tətbiq edilən əmsallar üzrə hesablanmalı olmasını əsas gətirmişdir. Bu baxımdan məhkəmə, iddia tələbinin həmin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. MM-nin 239.4-cü maddəsinə əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2003-cü il, 3 №-li Qərarının 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin Qərarın 1.3-cü bəndinə görə aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Zərərin ödənilməsi üçün peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi ilə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarı (yəni, hər iki sənəd) olmalıdır. Həmin Qərarın 3.4-cü bəndinə əsasən, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarının İ nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin əmək haqqında onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun aylıq əmək haqqı müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu aylar üzrə əmək haqqı nəzərə alınır. 18 yaşına çatmamış zərərçəkənin aylıq ödəncinin miqdarı minimum əmək haqqının beş mislindən az ola bilməz. Həmin Qərarın 3.5-ci bəndinə əsasən, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi iddiaçı ona ödənilən müavinətin əslində “Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın” hesablanmalı olmasını mübahisələndirməklə iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə sadalanan xüsusatların kontekstində bildirir ki, mülki işin faktiki halları ondan ibarətdir ki, İddiaçı "Dənizdə Neft və Qazçıxarma X1ma İşləri İdarəsi"ndə çilingər peşəsi üzrə işə qəbul olunmuşdur, xəsarət aldıqdan sonra xx.xx.2000-ci il tarixdə öz təşəbbüsü ilə əlilliyi ilə əlaqədar sonuncu peşəsi üzrə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının “Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın hesablanması” əsası ilə tələb etməsi üçün heç bir hüquqi əsası mövcud olmamışdır. Üstəlik də işin faktiki hallarına əsasən, "X20" trestinin ştat cədvəlində dənizdə yerləşən buruqlarda, DSÖ-lərdə, meydançalarda, o cümlədən dənizdə yerləşən digər obyektlərdə (iş yerlərində) "4-cü dərəcəli buruqlarda avadanlıqların təmiri üzrə çilingər" ştat vahidinin olmadığı müəyyən edilmişdir. Belə ki, cavabdeh müəssisənin hərəkətlərində müavinətin hesablanması və ödənilməsi ilə əlaqədar hər hansı pozuntu halları aşkar edilmir. Göründüyü kimi, hazırda iddiaçının aldığı xəsarətlə bağlı aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı iddiaçının cavabdeh müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilərək, ödənilir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə şahidin ifadəsi mübahisəli halın təsdiqlənməsi və ya təkzib edilməsi üçün hər hansı əhəmiyyət kəsb etmir. Şahidin ifadələri iddiaçının müavinətinin qanunverciliyə uyğun olaraq düzgün hesablanıb hesablanmadığı və s. kimi hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan halın müəyyən edilməsi şahid ifadəsi ilə təsdiq oluna bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, işin yuxarıda şərh olunan hallarına və qanunvercilik normalarına görə İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin (SOCAR) “X20” Trestinə qarşı “artımın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin (SOCAR) “X20” Trestinə qarşı “artımın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-5/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5/2023
16.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver