Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-503/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Republikasının Təhsil Nazirliyinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Republikasının Təhsil Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixli, k-986 saylı əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Republikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli K-986 saylı əmrin ləğv edilməsi və işlədiyi Lənkəran rayonu Şağlaküçə kənd tam orta məktəbinin direktoru vəzifəsinə işə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1967-ci il tarixdə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. 1994-cü ildən ixtisası üzrə Lənkəran rayonu Lüvəsər kənd tam orta məktəbində müəllim işləməyə başlamış, 1996-cı ildə müvafiq əmrlə Bələbur kənd tam orta məktəbinin direktoru təyin edilmişdir. 1997-ci ldən 2003-cü ilə kimi Lənkəran rayonu Kərgəlan kənd seçki məntəqəsinin sədri vəzifəsində, 2003-cü ildən 2014-cü ilə kimi Lənkəran Şəhər İcra hakimiyyətində mədəniyyət və səhiyyə məsələləri üzrə məsləhətçi vəzifəsində işləmişdir. 2017-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi direktorların işə qəbul müsabiqə və müsahibəsini uğurla keçərək M.M.Əbilov adına Lənkəran rayonu Şağlakücə kənd tam orta məktəbinə direktor təyin olunmuşdur. Sözügedən məktəbədə üç ilə yaxın direktor vəzifəsində işləmiş, işlədiyi dövrdə heç bir təşkilat və qurumlar tərəfindən məktəbdə monitorinq və yoxlamalar aparılmamışdır. Bu üç il ərzində şagirdlərin ali məktəbə qəbulu sahəsində nəzərə çarpacaq müsbət statistik göstəricilər əldə olunmuşdur. Ənənəvi olaraq hər təhsil ilində məktəbin bır və ya iki məzunu ali məktəblərə qəbul olunduğu halda onun həmin məkəbdə direktor işlədiyi üçüncü il ərzində, yəni 2020-ci ildə 8 (səkkiz) şagird ali məktəblərə qəbul olunmuşdur. Təhsildə olduğu kimi təlim tərbiyədə də müsbət nəticələr rəhbərlik tərəfindən mütəmadi olaraq qeyd edilmişdir. Məktəbdə keçirilmiş tədbirlər barəsində məktəbin sosial şəbəkəsindəki səhifəsində müfəssəl faktlar, videogörüntülər şəkilində dərc olunmuşdur. Həmin məlumatlar bu gün də sosial şəbəkədə qalmaqdadır. Azərbaycan Respublikasının Təhsil Naziri 22 09.2020-ci il № K-986 saylı əmri ilə onu və digər məktəbin direktorlarını işdən azad etmişdir. Əmrdə Lənkəran rayonu Şağlaküçə kənd tam orta məktəbində və digər məktəblərdə aparılmış yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi, o cümlədən əsassız əmək haqqı ödənildiyi, bir neçə müəllim və texniki işçilərin işə gəlmədiyi, dərnək məşğələləri və fərdi təhsilə ayrılan dərslərin tədris olunmadığı, sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şagirdin sinifdə digər şagırdlərlə birlikdə təhsil alması kimi pozuntulara yol verildiyi göstərilmişdir. Yoxlamanın gedişi və sonrakı dövr ərzində əsassız ödənilən əmək haqqı üzrə vəsaitlərin büdcəyə bərpası təmin olunmuşdur. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2020-ci ıl tarixli, K-980 saylı əmri ilə razı olmadığını, əmrdə göstərilənlərin Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinə aid olmayan məsələlərdir. İşlədiyi dövrdə heç bir təşkilat və qurumlar tərəfindən dərnək məşğələləri və fərdi təhsilə ayrılan dərslərin tədris olunmağı, sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şagirdin sinifdə digər şagirlərlə birlikdə təhsil alması kimi pozuntularla bağlı monitorinq və yoxlamalar aparılmamışdır. Əsassız əmək haqqı ödənildiyi, bir neçə müəllim və texniki işçilərin işə gəlmədiyinə gəldikdə isə yoxlayıcı faktlar əsasında deyil, özünün subyektiv mülahizələri əsasında qərar qəbul etmiş, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işdən qovmaq təhdidi ilə və digər təzyıq vasitəsilə ona və işçilərə akta imza etdirilmişdir. xx.xx.2020-ci ıl tarixdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin əməkdaşı Aydın Rəhimov tərəfindən Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbində yoxalama cəmi bir saata yaxın aparılmışdır. Həmin akta görə guya 2019-cu ilin oktyabr ayından 2020-ci ilin fevral ayının 19-na kimi Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbində əsassız əmək haqqı ödənildiyi, bır neçə müəllim və texniki işçilərin işə gəlmədiyinə görə 2300 manat cərimə hesablanmışdır. Həmin cərimənin hansı riyazi metodlarla hesablanması və hansı aktlarla qeydə alınması ona qaranlıq qalmışdır. Belə ki, Şahid3 1 vahid ştatla işləmiş, Şahid5 isə 0,5 vahidlə işlədiyi halda yoxlama tərəfindən əsası olmayan qaydada, hər iki işçi eyni məbləğdə, yəni 521 manat (cəmi 1042manat) cərimə edilmişdir. Digər texniki işçi X2 geyiminə görə yoxlama tərəfindən səlahiyyətindən sui-istifadə edərək əsassız olaraq 1260 manat cərimə edilmişdir. Yoxlama tərəfindən texniki işçilərə cərimə tətbiq olunsa da, hansı qanunvericiliyə istinad edilməsi barədə hər hansı məlumat verilməmiş, həmin işçilərdən izahat alınmamış və bu barədə akt tərtib edilməmişdir. Bu hal işçilərin davamiyyət kitabında da öz əksini tapmamışdır. Yoxlama zamanı təsərrüfat işləri üzrə direktor müavinindən işə davamiyyət kitabı tələb edilmiş və davamiyyət kitabı yoxlama aparan Aydın Rəhimova təqdim edilmiş, yoxlayıçı tərəfindən davamiyyət kitabı və tabel cədvəlləri yoxlanılmış və hər hansı nöqsan və çatışmamazlıq aşkar edilməmişdir. Davamiyyət kitabı və tabel cədvəllərinə baxış keçiriləndən sonra geri qaytarılmışdır. Yoxlama aparan şəxs tərəfindən yazılmış aktla işçilərin davamiyyət kitabından istifadə olunmamışdır. Yoxlama aparan şəxs, Aydın Rəhimov təsərrüfat işləri üzrə direktor müavini X18, həmin orta məktəbdə müəllim işləyən Şahid2, hərbi rəhbər kimi çalışan X9, kitabxana müdiri işləyən Şahid6, xadimə işləyən X13 və Şahid5 əsassız olaraq təhqir etmiş və işdən qovulma ilə əlaqədar onlara hədə-qorxu gəlmişdir. Yoxlamağa gəlmiş şəxs öz vəzifə səlahiyyətlərindən istifadə edərək akt tərtib etmişdir. Həmin aktın bır nüsxəsini məktəbə təqdim etməkdən imtina edilmişdir. Lənkəran Şəhər Təhsil şöbəsinin 08 sentyabr № 00- 01-94/18 saylı və 15 saylı Ərazi X10 28 sentyabr №334 saylı məktubunda göstərilmişdir ki, noyabr 2020-ci il tarixdə Mərkəzə daxıl olan məlumata əsasən məktəbin müəllimi X6 ölkə ərazisində olmadığı halda, məktəb direktoru İddiaçı tərəfindən onun adına saxta yolla əmək haqqı yazılmışdır. X1 bütün kollektivlə birlikdə 2019-cu il üçün 56 gün əmək məzuniyyətinə buraxıldıqdan sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmişdir. 2019-cu ilin sentyabr ayının 15-də dərs başlanarkən məktəbin ingilis dili müəllimi X3 dərsə gəlmədiyi məlum olmuş və onunla telefon əlaqələri saxlanılmışdır. Sehrarıə Qənbərova ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmiş və qayıtmaq üçün bilet pulları çatmağını bildirmiş və müəyyən vaxta ona güzəşt edilməsini xahiş etmişdir. Bununla bağlı həmin dövrdə Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri olmuş Aslan İbrahimova O, yəni İddiaçı şifahi qaydada məlumat vermişdir. Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri şifahi olaraq ona bildirmişdir ki, X5 müəyyən vaxt verilsin, Sehranə Qənbərova qayıtdıqdan sonra ona əvvəlcədən ödənilmiş əmək haqqı üçün tədbirlər görülsün. X6 işə qayıtdıqdan sonra ona işdə olmadığı dövr üçün ödənilmiş 434 manat əmək-haqqını xx.xx.2019-cu il tarixdə öz şəxsi vəsaiti hesabına könüllü olaraq 15 saylı Ərazi X10 hesabına ödəmişdir. Bu məsələ onun və Lənkəran Şəhər Təhsil şöbəsinin müdirinin şifahi razılğı əsasında baş veımişdir. Bu, 15 saylı Ərazi X10 28 sentyabr № 334 saylı məktubunda göstərilənlərin saxta olmasını bir daha təsdiq edir. Çünki ödəmələr xx.xx.2019-cu ıl tarixdə baş vermişdir. Əgər belə bir məlumat var idisə niyə məktəbdə yoxlama aparılmamışdır? Bu iş barədə nazirlikdən gəlmiş yoxlamaya guya noyabr ayında aparılmış yoxlamanın nəticəsi kimi məlumat verilmişdir. Əslində belə yoxlama olmamış və bununla bağlı akt və ya hər hansı sənəd tərtıb edilməmişdir. 15 saylı Ərazi X22 Təhsil nazirliyinə verdiyi məlumatda sözü gedən məktəbdə yoxlama apardığını, Şağlakücə kənd tam orta məktəbinin X21 sədrinə 28 sentyabr № 334 nömrəli məktubunda isə məktəb direktoruna bildirdiyini göstərmişdir. Ancaq hansı vasitə ilə məktəb direktoruna bu barədə bildirildiyi öz əksini tapmamışdır. Bu da göstərir ki, 15 saylı Ərazi X22 bu işə qərəzli yanaşmışdır. İddiaçı işlədiyi 35 ıl ərzində heç bır qanun pozuntusuna yol vermədiyini, həmişə işinin başında olduğunu, kollektiv arasında da münasibətlərinin olduqca səmimi olduğunu, işə gəlməmək, iş saatlarını buraxmaq və sair neqativ hallara yol vermədiyini, işəgötürən tərəfindən heç vaxt neqativ hallara görə cəzalandırılmadığını bildirmişdir. O, Lənkəran Şəhər Təhsil Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli № 00-01-94\18 saylı Şağlakücə kənd orta məkləbi X21 sədri Maqsud Əliyevə müraciət əsasında Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinin ilk X11 heyətinin növbədənkənar iclası keçirildiyini, iclasın aşağıda qeyd etdiyi 2 bənddən ibarət qərar qəbul edildiyini bildirmişdir: 1) Lənkəran Şəhəri Təhsil Şöbəsinin müdiri Ü.Əliyevanın xx xxxxxxxx 2020-ci il tarixili №00-01 -94\18 saylı məktubunda göstərilmiş nöqsanlar təsdiqini tapmadığından Lənkəran rayonu M.M. Əbilov adına Şağlakücə kənd tam orta məktəbin direktoru İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verilməsin. 2) Lənkəran Şəhəri Təhsil Şöbəsinin müdiri Ü.Əliyevadan xahiş edilsin ki, M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinin ilk X11 Heyətinə ünvanladığı məktubda göstərilən çatışmamazlıqların faktlar və sənədlər əsasında bır daha yoxlanmasına göstəriş versin. Yuxanda qeyd etdiyi iclasda M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbində işləyən X23. Şahid3 və Şahid5 X11 Heyətinin sədrinə geniş və ətraflı yazılı izahat vermiş və həmin izahatların təsdiq olunmuş surətlərini işə əlavə etmişdir. Təhsil Nazirliyi insan resursları şöbəsinin müdiri Eşqi Bağırovun arayışı və Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyevanın təqdimatına əsasən keçirilmiş ATİAHİ Lənkəran Şəhər Komitəsi Rəyasət Heyətinin xx xxxxxxxx 2020-ci il tarixli İ2 saylı iclasının protokolunda aşağıdakı qeyd olunub: 1) Lənkəran Şəhəri Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyevanın xx xxxxxxxx 2020-ci iİ tarixli 00-01-100\13 №-li təqdimatı. Şəhər Komitəsinin sədri Q.Zeynalovun məlumatı, rəyasət heyyətinin üzvləri E.Həsənovun. İ.Səfərovun. İ.Musayevin çıxışları nəzərə alınsın. 2) Respublika Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Şağlakücə kənd tam orta məktəbi haqqında yoxlama arayışı, məktəbin direktoru İddiaçı izahatı və buraxdığı nöqsanlar. Təhsil Nazirliyi insan resursları şöbəsinin müdiri Eşqi Bağırovun arayışı. Şəhər Təhsil Şöbəsinin müdiri Ü.Əliyevanın məlumatı nəzərə alınaraq məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinə Lənkəran ŞK-sı olaraq razılıq verilsin. 3) İddiaçı 2017-ci il dekabrın 18-dən Təhsil Nazirliyinin direktorların işə qəbul müsabiqəsindən üğurla keçərək Şağlakücə tam orta məktəbinə direktor təyin edilmişdir. O, qısa müddətdə fəaliyyət göstərməsinə baxmayraq məktəb pedoqoji kollektivinin və rayon ictimaiyyətinin hörmətini qazanmışdır. Onun ictimai nüfüzunu nəzərə almağınızı xahiş etmişdir. Lakin heç bir səbəb olmadan və göstərdiyi faktlar və izahatı nəzərə alınmadan onu işdən azad etmişlər. Əmək kitabçasını aldıqdan sonra O, xx.xx.2020-ci ıl tarixli K-986 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edildiyini görmüşdür. Bunu gördükdə çox təccüblənmiş, çünki, O, heç bir pozuntuya yol vermədiyi halda Azərbaycan Respbulikası Təhsil Nazirliyi tərəfindən məni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç" bəndinə əsasən işdən azad edilmişdir. Bütün bunlardan görünür ki, Azərbaycan Respublikası Təhsil naziri Azərbaycan Respublikası Konstitutsiyanın ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar və sair qanunlardan irəli gələn tələblər kobudcasına pozulmuşdur. Məhz bu səbəbdən hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən verilən xx.xx.2020-ci il tarixli K-986 saylı işdən azad olmağı barədə əmr qanunsuz və əsassızdır. Sözü gedən əmr forması və tərtibatı təlimata və kargüzarlıq qaydalarına uyğun deyildir. Bu pozuntular bır daha onun qərəzli işdən azad olunmağını təsdiq edir. Buna gorə O, işə bərpa tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli K-986 saylı əmrin ləğv edilməsi və işlədiyi Lənkəran rayonu Şağlaküçə kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, o Lənkəran rayon Həmkarlar Komitəsinin sədri vəzifəsində işlədiyi 3 il müddətdə İddiaçı da məktəb direktoru kimi işləmişdir. Həmin müddət ərzində məktəbə yoxlama gəlməmişdir. Orada işləyən işçilər yoxlamaya gələn əməkdaşların onlara hədə qorxu gəldiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 bildirmişdir ki, o, 2019-cu ilin noyabr ayından 2020-ci ilin aprel ayına məktəbdə kimi sobayandıran kimi işləmişdir. Təhsil Nazirliyinin əməkdaşı Aydın adlı şəxs məkətəbə gələrək texniki işçiləri çağırmış və onun sobayandıran kimi işləmədiyimi bildirdi. Onun iş saatı səhər saat 09:00-dan axşam saat 17:00-ə qədər, əmək haqqısı 121 manat təşkil etmişdir. Ondan sonra otağa digər texniki işçi Vüsalə daxil olmuş və Vüsalə ağlayaraq otaqdan çıxmışdır. Aydın adlı yoxlama aparan şəxs Vüsaləyə isə onun geyiminin işçi paltarına oxşamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 bildirmişdir ki, o sobayandıran kimi məktəbdə işləmişdir. Bir dəhlizin də təmizlik işlərinə nəzarət etmişdir. O, hər gün işə qonşu kənddən gəlirdi. Aydın adlı nazirliyin işçisi onu müdirin otağına çağırmışdır. Həmin vaxt müdir də orada olmuşdur. Aydın ona geyimindən texniki işçiyə oxşamadığını bildirmişdir. Aydın ondan hansı vəzifəni icra etdiyini, odunların necə gətirilməsi və s. suallar vermişdir. Aydın ona pulların geri qaytarılması üçün hədə-qorxu gəlmiş və bu səbəbdən o işlədiyi halda öz əmək haqqından 1260 manat geri ödəniş etmişdir. Hər gün saat 09:00-da işə gəlmiş və saat 18:00-dək işləmişdir. Qeyd etdiyi halları gündəlik işə gəlmələrinə dair jurnalla da təsdiq edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, həmin məktəbdə mövsimi iş kimi noyabr ayından aprel ayınadək sobayandıran kimi işləmişdir. Aylıq əmək haqqısı 221 manat təşkil etmişdir. Nazirliyin əməkdaşları yoxlamaya gələn zaman o, həyətdə olmuşdur. Nazirliyin əməkdaşları onun məktəbdə işləmədiyini bildirmiş və ona pulların geri qaytarılması üçün hədə-qorxu gəlmişdir. Bu səbəbdən o işlədiyi halda öz əmək haqqından həyat yoldaşı ilə birlikdə 1000 manat geri ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, o, həmin məktəbdə 10 ildir ki, müəllimə işləyir. Yoxlama gələn zaman orada olmuşdur. Vüsalə və Gülnarə adlı şəxslər o məktəbdə sobayandıran kimi işləmişlər. Şahid6 isə texniki işlərə nəzarət etmiş və texniki işçilərin gündəlik işə gəlib getmələrinə jurnala imza etdirməklə nəzarət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, o, həmin məktəbdə hazırda kitabxana müdiri kimi işləyir. xx.xx.2020-ci il tarixdə məktəbə nazirlikdən yoxlama gəlmişdir. Həmin vaxt yoxlama ondan da məkətəbin fəaliyyəti ilə bağlı suallar soruşmuşdur. Sobalar daima məktəbdə işlək vəziyyətdə olmuş və texniki işilər daim işə gəlmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, hal-hazırda məktəbdə direktor müavini vəzifəsində işləyir. Sobayandıranlar Cəmalə, Kəmalə və İmran adlı şəxslərdir. Həmin işçilər məktəbdə müqavilə əsasında işləyirlər. Sobayandıranlar mövsümi iş olduğundan hər il noyabr ayının 15-dən aprel ayının 15-nə kimi işləyirlər. Öz şəxsi otağı olmadığı üçün katibə məktəbdə jurnal əsasında işçilərin davamiyyətinin qeydiyyatını aparmışdır. İşçilər hər gün işə gələndə jurnalı imzalamışlar. Davamiyyət jurnalının rəsmiləşdirilməsi ilə bağlı hər hansı əmr mövcud olmamışdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Republikasının Təhsil Nazirliyinin nümayəndəsi X27 iddiaya etiraz edərək iddiaçının işdən azad edilməsi ilə bağlı qanunvericiliyə uyğun qərar verildiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbində qeyd olunan mübahisələndirilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən İddiaçı ilə bağlanmış emək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanları əsas gətirərək İddiaçı cavabdeh Azərbaycan Republikasının Təhsil Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixli, k-986 saylı əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiasının rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020ci l tarixli, E-254 №-li əmrindən görünür ki, vətəndaş X8 rayonu Mamusta, Xolmili kənd orta məktəblərində və Lənkəran Dövlət Humanitar Kollecində baş verın qanunsuz hərəktlər barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş müraciətini yerində araşdırmaq məqsədilə Daxili Nəzarət Şöbəsinin Nəzarət sektorunun baş məsləhətçisi Kamil Abdulbaqiyev və aparıcı məsləhətçi Aydın Rəhimov xx.xx.2020-ci il tarixdən 4 gün müddətinə Lənkəran şəhərinə ezam olunmuşlar. İş materiallarına əlavə olunmuş Təhsl Nazirliyinin əməkdaşları Kamil Abdullayev və Aydın Rəhimovun, Lənkəran ŞTŞ-nin əməkdaş Elnur Əsədlinin, Lənkəran rayonu Şağlakücə kənd orta məktəbinnin direktoru İddiaçı və direktor müavini Ümüd Əhədovun iştirakı ilə tərtib olunmuş Lənkəran rayonu Şağlakücə kənd orta məktəbinə dair xx.xx.2020-ci il tarixli Aktından görünür ki, Xa sinfində 16 şagirddən 13-ü iştirak etməsi, Xb sinfində 17 şagirddən 7-si iştirak etməməsi, Xİ a sinfində 13 şagirddən 7-si iştirak etməməsi, Xİ b sinfində 15 şagirddən 8-i iştirak etməməsi, dərsdə iştirak etməyən şagirdlərə müəllim tərəfindən qayıb qoyulmaması aşkar edilmişdir. Eyni zamanda həmin aktla texniki işçilərin araşdırılması zamanı Şahid3 və Şahid5, məktəbi gündüz gözətçisi X23 (övladını məktəbə aparıb gətirir) işə gəlməməsi, məktəbdə fizika və kimya laborantların olması, amma laboratoriyaların olmaması məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Şəhər Təhsil Şöbəsinin müdirinin Şağlakücə kənd tam orta məktəbi X21 sədri Maqsud Əliyevə ünvanladığı xx.xx.2020-ci il tarili 00-01-94/18 №-li məktubun surətindən görünür ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Daxili nəzarət şöbəsi tərəfindən Şağlakücə kənd tam orta məktəbində aparılan monitoroinq zamanı aşağıdakı nöqsanlar aşkar edilmiş, Təhsil müəssisəsinin kiçik texniki işçiləri X23, Şahid5 və Şahid3 işə gəlmədikləri məlum olmuş, onlara əmək haqqı kimi ödənilən 2300 (iki min üç yüz) manat vəsait məktəbin direktoru İddiaçı tərəfindən dövlət büdcəsinə bərpa edilmişdir. 15 saylı Ərazi X22 tərəfindən 2019cu ilin noyabr ayında məktəbdə aparılan yoxlama zamanı məktəbin müəllimi X7 ölkədə olmadığı halda məktəbdə direktor tərəfindən saxtakarlığa yol verilərək adına 434 (dörd yüz otuz dörd) manat əmək haqqı ödənildiyi məlum olmuşdur. Yuxarıdakıları nəzərə alaraq məsələnin məclisin iclasında müzakirəsini, məktəbin idarə edilməsində yol verdiyi ciddi nöqsanlara görə Şağlakücə kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan təhsil işçiləri azad həmkarlar ittifaqı (ATİAHİ) Lənkəran şəhər komitəsinin xx.xx.2020-ci il tarixli, 12 saylı protokolundan Çıxarışdan görünür ki, Azərbaycan Republikası Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Şağlaküçə kənd tam orta məktəbi haqqında yoxlama arayışı, məktəbin direktoru İddiaçı izahatı və buraxdığı nöqsanlar, Təhsil Nazirliyi insan resusları şöbəsinin müdiri Eşqi Bağırovun arayışı, Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyevanın məlumatı nəzərə alınaraq məktəbin direktoru İddiaçı Azərbaycan Republikası Əmək Məcəlləsinin 70-ci maddəsini “ ç ” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinə Lənkəran ŞK-si olaraq razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Republikasının Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, K-986 №-li əmrin surətindən görünür ki, Lənkəran rayonu, Şağlaküçə kənd tam orta məktəbinin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxxxxxx 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinin X11 heyətinin növbədənkənar iclasının 2 №-li Protokolundan görünür ki, idarə heyəti Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ü.Əliyevanın x xxxxxxxx 2020-ci il tarixli, 00-01-94/18 saylı məktubunda göstərilmiş nöqsanlar təsdiqini tapmadığından Lənkəran rayonu Şağlakücə kənd tam orta məktəbin direktoru İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verilməmiş, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ü.Əliyevadan M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinin İlk X11 Heyətinə ünvanladığı məktubda göstərilən çatışmamazlıqların faktlar və sənədlər əsasında bir daha yoxlanmasına göstəriş verilməsi xahiş olunması barədə qərar qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 saylı Ərazi X10 rəisi X17 kənd tam orta məktəbi X21 sədri Maqsud Əliyevə ünvanladığı xx.xx.2020-ci il tarili 334 №-li məktubun surətindən görünür ki, 15 saylı ərazi X22 tərəfindən 2019-cu ilin noyabr ayında məktəbdə aparılan yoxlama zamanı, məktəbin müəllimi X7 ölkədə olmadığı halda məktəbin direktoru tərəfindən saxtakarlığa yol verilərək adına əmək haqqı yazılmış, bu hal məktəb direktoruna bildiriləndən sonra xx.xx.2019-cu il tarxdə artıq ödənilən əmək haqqı 432,43 (dörd yüz otuz iki manat 743 qəpik) manat direktor İddiaçı tərəfindən Beynəlxalq Bank ASC-nin Lənkəran Filialına ödənilmişdir. İş materiallarında olan Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbi üzrə xx.xx.2019-cu il tarixli, 18 saylı əmək məzuniyyətinə buraxılma barədə əmrdən çıxarışdan görünür ki, məktəbin aşağıdakı adları qeyd olunmuş pedaqoji işçiləri, o cümlədən X7 xx xxxx 2019-cu il tarixindən 56 (əlli altı) gün müddətinə (iki gün ödənişsiz) növbəti əmək məzuniyyətinə buraxılmış və xx xxxxxx 2019-ci il tarixindən işdə hesab edilmişdir. İş materiallarında olan X14, Şahid5 Həmid oğlunun və Şahid3 Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinin X21 sədri Maqsud Əliyevə yazdıqları izahatlardan görünür ki, onlar hər biri ayrılıqda Təhsil Nazirliyi tərəfindən yoxlamaya gəlmiş Aydın Rəhimovun onlara etdiyi təzyiq nəticəsində və işdən qovulacaqlarından qorxduqlarından onlara ödənilmiş əmək haqlarını öz vəsaitləri hesabına qaytardıqlarını bildirmişlər. İş materiallarına əlavə edilmiş Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinin X21 sədri Maqsud Əliyevin 15 saylı ərazi X10 müdirinə və Azərbaycan Respublikası Təhsil Nazirinə ünvanlandığı məktubdan görünür ki, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyevanın M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbin ilk həmkarlar təşkilatı idarə heyətinin sədri Maqsud Əliyevə ünvaladığı və heyət iclasında müzakirəsini xahiş etdiyi x xxxxxxxx 2020-ci il tarixli 00-01-94/18 nömrəli məktubunda 2019-cu ilin noyabr ayında (dəqiq tarix qeyd olunmayıb) məktəbdə aparılan yoxlama zamanı məktəbin müəllimi X4 ölkədə olmadığı halda məktəb direktoru tərəfindən saxtakarlığa yol verilərək adına 434(dörd yüz otua dörd) manat əmək haqqı ödənildiyi bildirilir. Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd orta məktəbin kollektivi bilir ki, 15 saylı X22 tərəfindən məktəbdə ümumiyyətlə heç vaxt, eləcə də 2019-cu ilin noyabr ayında yoxlama aparılmamışdır. Biz inanırıq ki, bu qurama işi Sizin xəbəriniz olmadan ediblər. Buna görə də məktəb kollektivinə bu barədə ya təkzib, ya da guya ki, keçirilmiş yoxlamanın nəticələri ilə bağlı tərtib edilmiş aktının surətinin məktəbin idarə heyətinə təqdim edilməsini xahiş etmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Mədaxil qəbzlərinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə X24 tərəfindən Azərbaycan Beynəlxalq Bankına 1261,26 manat, 521 manat, 434 manat, 521 manat ödənilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş daha bir ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə X24 tərəfindən Azərbaycan Beynəlxalq Bankı vasitəsilə 1260,0 manat artıq ödənilmiş əmək haqqı Lənkəran rayonu, Şağlakücə kənd tam orta məktəbinə X23 üçün ödənilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayonu Şağlakücə kənd orta məktəbinnin direktoru İddiaçı Lənkəran rayonu Şağlakücə kənd tam orta məktəbinin X21 sədri X25 ünvanladığı ərizədən görünür ki, xx.xx.2019-cu il tarixindən sentyabr ayının sonuna kimi həmkarlar ittifaqının üzvü, pedaqoji orta ixtisas təhsill ingilis dili müəllimi X7 işə gəlmədiyindən onun intizam tənbehinə cəlb edilməsi üçün həmkarlar təşkilatının razılıq verməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayonu Şağlakücə kənd tam orta məktəbinin X21 sədri X19 təqdim etdiyi ərizəyə cavab məktubundan görünür ki, Lənkəran rayonu Şağlakücə kənd orta məktəbinnin direktoru İddiaçı təqdimatına məktəb X11 heyətində baxılmış, lakin ingilis dili müəllimi X4 işdən azad edilməsinə razılıq verilməmişdir. Bununla əlaqədar Lənkəran rayonu, Şağlakücə kənd tam orta məktəbinin həmkarlar təşkilatının xx xxxxxx 2019cu il tarixli heyət iclasının 02 saylı Protokolundan çıxarış əlavə olunmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Həmin Məcəlləsinin: 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. 186-cı madddənin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 2-ci hissəsinin “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda istinad olunan hüquq normalarının təhlili nəticəsində məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli K-986 saylı əmr qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Republikasının Təhsil Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixli, K- 986 saylı əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-503/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-503/2021
11.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver