Məhkəmə qərarları › İş №2(005)-5048/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5048/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5048/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər X2 və Cavabdeh2 oğluna qarşı müqavilə şərtlərinə əməl edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, qeyri-yaşayış sahəsinə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər X2 və Cavabdeh2 oğluna qarşı müqavilə şərtlərinə əməl edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, qeyri-yaşayış sahəsinə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair tərəflər arasında bağlanan 01 oktyabr 2020-ci il tarixli İcarə müqaviləsinin və həmin müqaviləyə edilən 22 aprel 2021-ci il tarixli Əlavənin şərtlərinə əməl olunması öhdəliyinin cavabdehlər X3 və Cavabdeh2 üzərinə qovulmasına, həmçinin icarə sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 128A ünvanında yerləşən qeyri yaşayış sahəsinə köçürülmə və fəaliyyətə yaranan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətinə başlayarkən bunun üçün ən uyğun yer kimi Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 128 ünvanında yerləşən qeyri-yaşayış sahəsini seçdik və oranı icarəyə götürmək qərarına gəlmişlər. Bu qeyriyaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 olsa da onunla bütün danışıqları həmin şəxsin oğlu, eyni zamanda da etibarnamə üzrə nümayəndəsi X3 aparılmış və aralarında razılıq əldə edilmişdir. Məhz bu razılıqdan sonra onlar şərtlərini hazırlayaraq yazılı müqavilə şəklinə salmışlar. Hazırki iddia ərizəsinə əlavə edilən müqavilə layihəsindən də görünür ki, əldə etdikləri razılaşmanın şərtlərinə uyğun olaraq onlar hər ay 3.700 manat olmaqla cavabdehlərə icarə haqqı ödəməli idilər. Lakin, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, daşınmaz əmlakla bağlı müqavilələr notarial bağlanmalı olduğundan biz 01 noyabr 2020-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Ofisində görüşüb qeyd edilən qeyri-yaşayış sahəsinə görə müqavilə bağlamalı olmuşlar. Notariusda olarkən cavabdeh İlqar Bayramov icarə haqqına görə dövlət büdcəsinə ödənilməli vergini hesabladarkən 3.700 manatın vergisi çox çıxdığından bilərəkdən müqavilədə icarə haqqını 1.000 manat olaraq göstərmişdir. Buna baxmayaraq hər ay 3.700 manat məbləğində icarə haqqını götürürmüşdür. Hazırki iddia ərizəsinə əlavə edilən icarə müqaviləsinin 3-cü bəndin də görünür ki, müqavilənin müddəti 01.10.2021-ci il tarixədək qüvvədədir və tərəflər müqavilənin pozulmasnda dair heç bir təklif irəli sürməzlərsə növbəti il üçün uzadılmış hesab edilir. Onu da qeyd etmişdir ki, bu müqavilə üzrə qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 dünyasını dəyişdiyindən biz 22.04.2021 -ci il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzində görüşərək vərəsə, eyni zamanda digər Cavabdeh2 ilə də müqaviləyə əlavə rəsmiləşdirmişlər. Maraqlıdır ki, sentyabr ayının 15-dək cavabdehlərdən müqavilənin pozulması barədə heç bir xəbərdarlıq almamağımıza baxmayaraq cavabdeh İlqar Eyy ubov 15 sentyabr 2021 -ci il tarixdə qeyri-yaşayış sahəsinə gələrək orada olan əməkdaşlarımıza qarşı kobudluq edərək əməkdaşlarımızı sahədən çıxarmış və qapının açarlarını dəyişdirib, eyni zamanda çöl jaluzi bağlayaraq onları icarə sahəsinə buraxmamışdır. Həmin tarixdən bu günədək onlar dələlərlə cavabdeh İlqar Eyyubovla danışıqlar apararaq bu hərəkətlərinə son qoymasını, müqavilənin pozulmasına dair bildiriş vermədiyi üçün növbəti il ərzində müqavilənin uzadıldığını bildirsək də cavabdeh buna razı olmamışdır. Hətta biz digər Cavabdeh2 ilə do əlaqə saxladıqda, sonuncu əvvəlcə bizə problem olmadığını sahədən istifadənin mümkün olduğunu bildirsə də sonradan buna da əməl edilməmişdir. Əldə etdikləri məlumata əsasən, hazırda cavabdehlər bu qeyri-yaşayış sahəsinə başqa icarəçi tapdıqlarından və həmin icarəçidən bizdən artıq icarə haqqı alacaqlarından bu yolla onları sahədən uzaqlaşdırmaq istəyirlər. Nəticədə onlar cavabdehin bu əməllərinə görə öz sahibkarlıq fəaliyyətlərini həyata keçirə bilmir, bu da sonda onlara maddi zərərin dəyməsinə və əldən çıxmış faydamızın yaranmasına səbəb olur. Həmçinin onların sahiblik və istifadə hüquqları da cavabdehlər tərəfindən kobudluqla pozulur. Cavabdehlərin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiklərini, məhkəmədən kənar qaydada müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyini nəzərə alaraq, onlar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və İddiaçı MMC-nin məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehlər X1 və Cavabdeh2 oğlunun məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onun iştirakı olmadan baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və İddiaçı MMC-yə izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər X2 və Cavabdeh2 oğluna qarşı müqavilə şərtlərinə əməl edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, qeyri-yaşayış sahəsinə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar