Məhkəmə qərarları › İş №2(005)-52/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-52/2022

14.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-52/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə 30.01.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri yaşayış sahəsinə və 07.02.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz k. F. Məmmədov və K. Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinə hüquqlarının təmin olunması, "xxxx" MMC tərəfindən qeyd olunan qeyri yaşayış sahələri onun sahiblik və istifadəsinə təhvil verilməsi, yol verdiyi qanun pozğunluğuna görə "xxxx" MMC vurmuş olduğu zərərə görə 100000 manat təzminat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, "xxxx" MMC ilə 30.01.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri yaşayış sahəsinə və 07.02.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz k. F. Məmmədov və K. Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinə cavabdeh "xxxx" MMC tərəfindən müdaxilə edilməsi və məhdudiyyətlər yaratması kimi hərəkətlərə qadağan qoyulması, həmin qeyriyaşayış sahələrinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə 30.01.2019-cu il tarixdə 291 saylı müqavilə bağlamış, müqavilənin şərtlərinə görə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri yaşayış sahəsinə və 07.02.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz k. F. Məmmədov və K. Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinin tikintisini başa çatdırıb təhvil vermək öhdəliyini öz üzərinə götürmüş, hər iki müqavilə üzrə isə müqavilələr üzrə ödəməyi öhdəsinə götürmüşdür. 158 A saylı 07.02.2019-cu il tarixli müqavilə üzrə müqavilənin 3.1ci maddəsinin şərtinə uyğun olaraq sifariş verdiyi yaşayış binasının 1-2-ci mərtəbələrində qeyri yaşayış sahəsinin hər kv.m 2100 manat olmaqla, ******* manat müqavilə qiymətini ödəməyi, 30.01.2019-cu il tarixli 291 saylı müqavilə üzrə isə M.Sənani küçəsində inşa olunan yaşayış binasının 1-2-ci mərtəbələrində cəmi 296-kv.m qeyri yaşayış sahəsinin hər kv.m üçün 1915 manat olmaqla, müqavilə üzrə 566840 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilə üzrə öhdəsinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. 07.02.2019-cu il tarixli müqavilə üzrə ******* manat məbləği, 30.01.2019-cu il tarixli 291 saylı müqavilə üzrə 566840 manat məbləği ödəmişdir. 30.01.2019-cu il tarixli Maliyyə arayışı verilmiş, maliyyə arayışına görə onun "xxxx" MMC-yə borcu olmadığı qeyd edilmişdir. 07.02.2019-cu il tarixli maliyyə arayışına əsasən onun "xxxx" MMC-yə borcu olmadığı qeyd edilmişdir. Müqavilə öhdəlikləri tərəfindən tam yerinə yetirilmiş, vəsaiti hesabına qeyri yaşayış sahələrinin tikintisi başa çatdırılmış olsa da, həmin qeyri yaşayış sahələrinin ona təhvil verilməsi hissəsində cavabdeh qanunsuz hərəkətlərə yol verməklə onun həmin sahələrə olan sahiblik və mülkiyyət huquqlarını pozmaqda davam edir. Həmin qeyri yaşayış sahələri cavabdeh tərəfindən və digər şəxslər tərəfindən özbaşına olaraq təmir etdirilir, qeyri yaşayış sahələrinin çol qapılarının açarları dəyişdirilməklə həmin sahələrdən istifadə və sahiblik hüquqları bilərəkdən məhdudlaşdırılır, mülkiyyətidə olan sahəyə buraxılmır, ona qarşı qeyri qanuni hərəkətlərini davam etdirir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə ünvanlayaraq, təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə onların icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: 30.01.2019-cu il tarixli, 291 saylı Müqavilədən görünür ki, “sifarişçi” İddiaçı ilə “podratçı” "xxxx" MMC arasında müqavilə bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən “sifarişçi” müqavilədə ğöstərilmiş məbləği “podratçı”-ya tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, toplam 296 kv.m olan qeyri-yaşayış sahəsinin tikintisini “podratçı”-ya həvalə etmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “sifarişçi” sifariş verdiyi 1-ci və 2-ci mərtəbələrdə toplam sahəsi 296 kv.m olan qeyri-yaşayış sahəsinin hər kv.m üçün 1915 manat olmaqla, cəmi 566840 manat ödəməyi öhdəsinə götürmüşdür. 07.02.2019-cu il tarixli, 158A saylı Müqavilədən görünür ki, “sifarişçi” İddiaçı ilə “podratçı” "xxxx" MMC arasında müqavilə bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən “sifarişçi” müqavilədə ğöstərilmiş məbləği “podratçı”-ya tam ödəməklə Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 247,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri-yaşayış sahəsinin tikintisini “podratçı”-ya həvalə etmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “sifarişçi” sifariş verdiyi 1-ci və 2-ci mərtəbələrdə toplam sahəsi 495,2 kv.m olan qeyri-yaşayış sahəsinin hər kv.m üçün 2100 manat olmaqla, cəmi ******* manat ödəməyi öhdəsinə götürmüşdür. 07.02.2019-cu il tarixli Maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının D girişi, 1-ci və 2-ci mərtəbəsində ümumi sahəsi 495,2 kv.m-dən ibarət olan, qeyri-yaşayış sahəsinin tam dəyəri üzrə İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. 30.01.2019-cu il tarixli Maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 4-cü girişi, 1-ci və 2-ci mərtəbələrdə, hər mərtəbədə sahəsi 148 kv.m-dən ibarət olan, toplam 296 kv.m olan qeyri-yaşayış sahəsinin tam dəyəri üzrə İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. 26.07.2021-ci il tarixli, 5/707 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 07.02.2019-cu il tarixli, 158A nömrəli müqavilənin ikinci vərəqindəki “Podratçı" sütünunda olan möhür əksi, 07.02.2019-cu il tarixli maliyyə arayışda olan möhür əksi relyef klişe vasitəsilə sənədə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 30.01.2019cu il tarixli, 291 nömrəli müqavilənin ikinci vərəqindəki “Podratçı" sütununda olan möhür əksi və imza, 30.01.2019-cu il tarixli maliyyə arayışda olan möhür əksi və imza axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş 30.01.2019-cu il tarixli, 291 nömrəli və 07.02.2019-cu il tarixli, 158A nömrəli müqavilələrinin ikinci vərəqindəki “Sifarişçi" sütununda olan imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiqata təqdim edilmiş 07.02.2019-cu il tarixli, 158A nömrəli müqavilələrinin ikinci vərəqindəki “Podratçı" sütununda olan imza, 07.02.2019-cu il tarixli maliyyə arayışında olan imza faksimile klişe vasitəsilə vurulmuşdur. 26.12.2021-ci il tarixli, 5/1321 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 72-77 vərəqələrdəki 30.01.2019-cu il tarixli 291 nömrəli, 07.02.2019-cu il tarixli 158A nömrəli müqavilələrin, 30.01.2019-cu il tarixli, 07.02.2019-cu il tarixli maliyyə arayışların çap mətni elektrofotoqrafik çap qurğusunda (lazer printerdə) çap edilmişdir. Tədqiqata təqdim edilmiş mülki işin 72-77 vərəqələrdəki 30.01.2019-cu il tarixli 291 nömrəli, 07.02.2019-cu il tarixli 158A nömrəli müqavilələrin, 30.01.2019-cu il tarixli, 07.02.2019-cu il tarixli maliyyə arayışların blankları axınlı çap qurğusunda çap edilmişdir. Tədqiqata təqdim edilmiş mülki işin 72-77 vərəqələrdəki 30.01.2019-cu il tarixli 291 nömrəli, 07.02.2019-cu il tarixli 158A nömrəli müqavilələrin, 30.01.2019-cu il tarixli, 07.02.2019-cu il tarixli maliyyə arayışların blankları öz aralarında eynilik təşkil edir. Təqdim edilmiş mülki işin 72-77 vərəqələrdəki 30.01.2019-cu il tarixli 291 nömrəli, 07.02.2019-cu il tarixli 158A nömrəli müqavilələrin, 30.01.2019-cu il tarixli və 07.02.2019-cu il tarixli maliyyə arayışların çap mətnləri eyni printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş 30.01.2019-cu il tarixli 291 nömrəli müqavilədə əvvəlcə möhür əksi çap edilmişdir, daha sonra mətn çap edilmişdir. Təqdim edilmiş 07.02.2019-cu il tarixli 158A nömrəli müqavilədə əvvəlcə möhür əksi vurulmuş, daha sonra mətn çap edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəf cavabdeh ilə 30.01.2019-cu il tarixli 291 nömrəli və 07.02.2019cu il tarixli 158A nömrəli müqavilələrin bağlanmasını ərizədə qeyd etsə də, cavabdeh tərəf qeyd edilən müqavilələr barədə məlumatları olmadığını və həmin müqavilələrdəki imza və möhür əksi saxta olduğunu, həmçinin ödəniş barədə qəbzlərin olmadığını bildirmişdir. Bundan başqa ekspert rəylərində də qeyd olunmuşdur ki, 30.01.2019-cu il tarixli, 291 nömrəli müqavilənin ikinci vərəqindəki “Podratçı" sütununda olan möhür əksi və imza, 30.01.2019-cu il tarixli maliyyə arayışda olan möhür əksi və imza axınlı printerdə çap edilmiş; 30.01.2019-cu il tarixli 291 nömrəli müqavilədə əvvəlcə möhür əksi çap edilmiş, daha sonra mətn çap edilmişdir; 07.02.2019-cu il tarixli 158A nömrəli müqavilədə əvvəlcə möhür əksi vurulmuş, daha sonra mətn çap edilmişdir. Bu hallarla sübut olunur ki, müqavilə pozuntular ilə tərtib edilmiş və qeyd edilən müqavilələr cavabdehlər tərəfindən tərtib edilməmişdir. Bundan başqa iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən ödənişə dair öhdəlikləri tam icra etdiyini bildirsə də, ödənişin olunmasına dair sübut (kassa məxaric orderi, ödəniş qəbzi və sair) təqdim etməmişdir. İddiaçı tərəf iddianın təmin olunması üçün əsaslı sübutlar təqdim etməmiş, təqdim etdiyi sübutlar şübhə yaratdığından, iddianın təmin olunmasına yetərli deyil. Həmçinin cavabdehlər tərəfindən məhkəməyə iddianın etirafına dair ərizə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Həmin Məcəllənin 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 30.01.2019-cu il tarixli, 291 saylı və 07.02.2019-cu il tarixli, 158A saylı Müqavilələr tərəflərin razılaşdırılmış iradə ifadəsinin nəticəsi deyil. İddiaçı tərəfindən təqdim edilmiş müqavilələrin tərtibi zamanı boş blanklara əvvəl möhürün vurulması, sonra isə müqavilənin mətninin cap edilməsi faktı həmin müqavilələrin qarşılıqlı öhdəliklər yaradan mötəbər sənəd olmasını istisna edir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən MMC-nin xəzinəsinə vəsaitin ödənilməsini təsdiq edən kassa mədaxil qəbzləri də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış hər iki ekspertiza tədqiqatlarının dəyəri İddiaçı tutularaq, ümumilikdə 124 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbi təmin edilməsin. İş üzrə aparılmış hər iki ekspertiza tədqiqatlarının dəyəri İddiaçı tutularaq, ümumilikdə 124 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar