Məhkəmə qərarları › İş №2(102)-783/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-783/2024

28.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-783/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-959/2023 saylı mülki iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 28 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hall arı 1. ünvan 4, yaşayış sahəsi 19,0 kv.m olan 4 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətində olmuşdur. 2. ünvan 4, yaşayış sahəsi 19,0 kv.m olan 3 nömrəli mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh xüsusi mülkiyyətində olmuşdur.

3. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən 49,4 kv.m qeyri-yaşayış sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh tərəfindən satın alınmışdır. Alınmış əmlakın tərkibi 49,4 kv.m qeyri-yaşayış sahəsi (birmərtəbəli binanı zirzəmisi), əmlakın ümumi satış qiyməti 840 manat təşkil edir. Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 nömrəli tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 840 manat pul köçürülmüşdür. Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edi lmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. 4."xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, LP-035/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri 4.800 (dörd min səkkiz yüz) manat, 1 kv.m görə icarə haqqı 18 (on səkkiz) manat təşkil edir. 5."xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 110 nömrəli (xx.xx.200 2-ci il, 110 nömrəli, xx.xx.2006-cı il, 55 nömrəli, xx.xx.2006-cı il, 192 nömrəli və xx.xx.2006-cı il, 275 nömrəli əlavə dəyişikliklər) qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış obyektinin hesablanmış inventar dəyəri 145.400 manat təşkil edir. 6."xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, MB 12/455 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 9 saylı evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 3 saylı mənzilinin hesablanmış bazar dəyəri 64.200 manat, ünvan 2 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 4 saylı mənzilinin hesablanmış bazar dəyəri 64.200 manat, ünvan 2 ünvanda yerləşən 49,4 kv.m qeyriyaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi) hesablanmış bazar dəyəri 39.200 manat, mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli və fotoşəkillərdə təsvir olunmuş qeyri-yaşayış sahəsinin hesablanmış bazar dəyəri 887.800 manat, həmin ərazidə qeyri-yaşayış sahələrinin 1 kv.m görə aylıq icarə haqqının bazar dəyəri 17 manat təşkil edir. 7. "xxxx" Hüquq və Qiymətləndirmə MMC-nin xx.xx.2019-cu il tarixli, LF21 nömrəli hesabatından görünür ki, ünvan 2 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 3 saylı mənzilinin 2018-ci il tarixinə bazar qiyməti 63.000-63.500 manat arasında dəyişirdi, ünvan 2 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 4 s aylı mənzilinin 2018-ci il tarixinə bazar qiyməti 63.000-63.500 manat arasında dəyişirdi, ünvan 2 ünvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi) 2018-ci il tarixinə bazar qiyməti 38.000-38.500 manat arasında dəyişirdi, ünvan 2 ünvanda yerləşən fotoşəkillərdə təsvir olunmuş ümumi sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin 2018-ci il tarixinə bazar qiyməti 570.000-585.000 manat arasında dəyişirdi. 8. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 57 nömrəli hesabatından görünür ki, ünvan 2 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 3 saylı mənzilinin bazar qiyməti 64.000-64.500 manat arasında dəyişir, ünvan 2 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 4 saylı mənzilinin bazar qiyməti 64.000-64.500 manat arasında dəyiş irdi, ünvan 2 ünvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi) bazar qiyməti 39.000-39.500 manat arasında dəyişir, "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2012-ci il tarixli hesabat cədvəli və fotoşəkillərdə təsvir olunmuş sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 620.000-630.000 manat arasında dəyişir, həmin ərazidə qeyri-yaşayış sahələrinin 1kv. görə aylıq icarə haqqı 10-12 manat arasında dəyişir. ünvan 2 ünvanda yerləşən fotoşəkillərdə təsvir olunmuş ümumi sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin 2018-ci il tarixinə bazar qiyməti 570.000585.000 manat arasında dəyişirdi.

9. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 84 nömrəli sərəncamına əsasən Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2.99 ha torpaq sahəsi “Poleks" MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncama əsasən İddiaçı MMC-nə Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan Sərəncamla İddiaçı MMCnə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzar ət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq- planlaşdırma həllini layihələndirmə ərəfisində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması. Ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekti küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsini öhdəsinə götürmüşdür. 11. 13.11.2018-ci il tarixli hesabdan çıxarışdan görünür ki, sözügedən ərazilərdən köçürülən vət əndaşlara xx.xx.2017-ci il tarixdən ödənilən kirayə haqqları ümumilikdə 490.635 (dörd yüz doxsan min altı yüz otuz beş) manat təşkil edir.

12. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 2 saylı filialı tərəfindən verilmiş şəhadətnamədən görünür ki, İddiaçı MMC (ünvanı AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 24, mənzil 118) xx.xx.2007-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı MMC (bundan sonra iddiaçı) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti, ev 29, mənzil 3 (sahəsi 19 kv.m); Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospe kti ev 29, mənzil 4 (sahəsi 19 kv.m); Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən (ümumilikdə 38.kv.m) yaşayış sahələri və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən 49.4 kv.m birmərtəbəli binanın zirzəmisində olan qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməklə həmin sahədən çıxarılaraq sökülməsinə, maneənin aradan qaldırılmasına və şirkətin işgüzar nüfuzuna xələl gətirərək 255.000 (iki yüz əlli beş) manat miqdarında vurulan maddi ziyanın cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə bütün sakinlərə kompensasiyalar ödənilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər, lakin cavabdeh qərəzli şəkildə MMC-nin təkliflərindən imtina etmişdir. İddiaçı cavabdehə bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, mülkiyyətində olan sahənin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binasında yerləşəcək sahələrin 1kv.m-nin bazar qiymətinin, cavabdehin hal-hazırda mülkiyyətində və ya istifadəsində olan sahənin 1 kv.m-dən baha olacağına, iddiaçı tərəfindən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçülərinə 20% əlavə sahə, yeni yaşayış binası tikilənədək və onlara bu binada yeni yaşayış sahələri təhvil verilənədək komp ensasiya şəklində vəsait təklif edilmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının təklifləri ilə razılaşmayaraq ondan müqavilə şərtlərinə və mövcud bazar münasibətlərinə uyğun olmayan təklif ilə çıxış edib qərəzli şəkildə MMC ilə müqavilə bağlanmasından imtina etmişdir. Ona edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq qeyri-real kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edir. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmuşdur.

15. Cavabdeh qarşılıqlı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi; qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 manat kompensasiya məbləğinin, 230.400 manat məbləğində 20 faiz əlavənin, cəmi 1.382.400 manat məbləğin iddiaçıdan alınaraq ona verilməsi va ya eyni ərazidə MMC tərəfindən inşa edilən binanın qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin iddiaçıya həvalə edilməsi; qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsi nəticəsində 82.080 manat məbləğində əldən çıxmış faydanın, 114.152.4 manat məbləğində faiz borcunun, 100.000 manat mənəvi zərərin əvəzinin, cəmi 296.262.4 vəsaitin iddiaçıdan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.

16. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən 3 və 4 saylı mənzillər, həmçinin eyni ünvanda həmin binanın zirzəmisində yerləşən ümumi sahəsi sənəd üzrə 49,4 kv.m olan qeyri-yaşayış sahəsi ümumilikdə ayrıca bina şəklində ona məxsus olmuşdur. Müxtəlif dövrlərdə bina daxilində müvafiq rekonstruksiya işləri aparılmış, binanın faktiki sahəsi iç divarlarından 240 kv.m təşkil etmişdir. Bina uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilmiş və icarədə olmuşdur. Söküntü müqabilində ona cuzi məbləğdə kompensasiya təklif etmişlər. Qeyd olunan halla bağlı ona qanunun tələblərinə uyğun olaraq hər hansı məlumat verilməmiş, habelə bildiriş təqdim edilməmişdir. Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov qeyd olunan ərazidə tikinti işləri aparan MMC şirkətinin işçiləri olan "xxxx" və adlarını MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə bütün sakinlərə kompensasiyalar ödənilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər, lakin cavabdeh qərəzli şəkildə MMC-nin təkliflərindən imtina etmişdir. İddiaçı cavabdehə bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, mülkiyyətində olan sahənin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binasında yerləşəcək sahələrin 1kv.m-nin bazar qiymətinin, cavabdehin hal-hazırda mülkiyyətində və ya istifadəsində olan sahənin 1 kv.m-dən baha olacağına, iddiaçı tərəfindən onun mülkiyyətində olan yaşa yış sahəsinin ölçülərinə 20% əlavə sahə, yeni yaşayış binası tikilənədək və onlara bu binada yeni yaşayış sahələri təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının təklifləri ilə razılaşmayaraq ondan müqavilə şərtlərinə və mövcud bazar münasibətlərinə uyğun olmayan təklif ilə çıxış edib qərəzli şəkildə MMC ilə müqavilə bağlanmasından imtina etmişdir. Ona edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq qeyri-real kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edir. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmuşdur.

17. Cavabdeh qarşılıqlı iddia ərizəs i və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi; qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 manat kompensasiya məbləğinin, 230.400 manat məbləğində 20 faiz əlavənin, cəmi 1.382.400 manat məbləğin iddiaçıdan alınaraq ona verilməsi va ya eyni ərazidə MMC tərəfindən inşa edilən binanın qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin iddiaçıya həvalə edilməsi; qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsi nəticəsində 82.080 manat məbləğində əldən çıxmış faydanın, 114.152.4 manat məbləğində faiz borcunun, 100.000 manat mənəvi zərərin əvəzinin, cəmi 296.262.4 vəsaitin iddiaçıdan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən 3 və 4 saylı mənzillər, həmçinin eyni ünvanda həmin binanın zirzəmisində yerləşən ümumi sahəsi sənəd üzrə 49,4 kv.m olan qeyri-yaşayış sahəsi ümumilikdə ayrıca bina şəklində ona məxsus olmuşdur. Müxtəlif dövrlərdə bina daxilində müvafiq rekonstruksiya işləri aparılmış, binanın faktiki sahəsi iç divarlarından 240 kv.m təşkil etmişdir. Bina uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilmiş və icarədə olmuşdur. Söküntü müqabilində ona cüzi məbləğdə kompensasiya təklif etmişlər. Qeyd olunan halla bağlı ona qanunun tələblərinə uyğun olaraq hər hansı məlumat veril məmiş, habelə bildiriş təqdim edilməmişdir. Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov qeyd olunan ərazidə tikinti işləri aparan MMC şirkətinin işçiləri olan "xxxx" və adlarını xatırlamadığı bir neçə şəxsin də iştirakı ilə aparılan görüşlərin birində ərazidə hündür mərtəbəli binanın inşa ediləcəyini və ona məxsus qeyri-yaşayış sahəsinin əvəzinə tikiləcək binanın birinci mərtəbəsində eyni kv.metrlik qeyri-yaşayış sahəsi ilə əvəzləşdiriləcəyi və tikiləcək binanın tam istifadəyə veriləcəyi müddətə kimi icarə müqaviləsi əsasında aldığı 5.000 manatlıq icarə haqqı verilməsi vəd olunmuş, lakin ödəniş edilmədən öncə binanın dərhal boşaldılması xahiş edilmişdir. Tikintini aparan şəxslərin ciddi insanlar olduğunu və həmin layihənin dövlət proqramı tərəfindən dəstəkləndiyini nə zərə alaraq onun tərəfindən bina 2017-ci il avqust ayında qismən boşaltdırılmış, obyekti icarəyə götürmüş fərdi sahibkar X1 obyektin təhvil verilməsi xahiş olunmuş, lakin söküntüsünə icazə verilməmişdir. Həmin ərəfədə onun dövlət əhəmiyyətli xidməti səfərə yollanmağından istifadə edən iddiaçı sahəyə ağır texnika yeridərək 27 noyabr 2018-ci il tarixdə ona məxsus həmin binanı qanunsuz şəkildə sökmüş və məhv etmişdir. Səfərdən qayıtdıqdan sonra ona şifahi qaydada razılaşdırılmış kompensasiya ödənişinin verilməsindən imtina edilmişdir. 2 ilə yaxındır ki, mübahisənin barışıq yolu ilə nizama salınması mümkün olmamışdır. MMC-nin qanunsuz hərəkətləri nəticəsində əmlakını itirməklə yanaşı, sahibkarliq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən də məhrum olmuşdur. Bundan əlavə, yol verdikləri qanun suz hərəkətlərə aydınlıq gətirmək üçün Nərimanov Rayon İcra Hakimiyyəti icra başçısının birinci müavini Şahmar İbadovla birlikdə həmin şirkətin əməkdaşları ilə görüş zamanı onu təhqir edərək, şərəf və ləyaqətini alçaltmışlar. MMC-nin rəhbərləri ilə görüş zamanı vurduqları ziyanın aradan qaldırılmasını xahiş etsə də, hər dəfə müxtəlif vədlər verərək onu aldatmış və bu vaxta kimi hər hansı bir nəticə əldə olunmamışdır. Hazırda həmin ərazidə qanunsuz tikinti işləri davam etməkdədir. Qeyd edilməsi zəruridir ki, mülkiyyət hüququ ilə ona məxsus olan binaya münasibətdə hər il vergi qanunvericiliyinə müvafiq qaydada əmlak vergisi ödənilmiş, bələdiyyə tərəfindən müvafiq ölçmə işləri aparılarkən binanın daxili sahəsinin 240 kv.m olması müəyyən edilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfin dən tərtib olunmuş və həm MMC, həm də Nərimanov rayonu Bələdiyyəsinin səlahiyyətli şəxslərinin imzası və dairəvi möhürü ilə təsdiq edilmiş 05 dekabr 2012-ci il tarixli hesabat cədvəlində də, cavabdeh tərəfindən sökülmüş binanın daxili ölçülərinin 240 kv.m olması öz təsdiqini tapmışdır. Bu hal, cavabdeh tərəfindən sökülmüş obyektin, sökülməzdən öncə uzun müddət icarəyə verildiyi fərdi sahibkar X2 (VÖEN **********) tərəfindən də təsdiq edilə bilər. Belə ki, onunla X2 arasında icarə müqaviləsi mövcud olmuş, həmin müqavilə vergi orqanında qeydiyyatdan keçmişdir. Onunla "xxxx" arasında qiymətləndirmə xidmətlərinin göstərilməsi haqqında bağlanmış 11 mart 2019-cu il tarixli müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaş ması ilə 1 kv.m üçün satış dəyəri və həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.mə görə icarə haqqının müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-nin qiymətləndirici mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən qeyriyaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri 4800 manat, 1 kv.m görə icarə haqqı 18 manat təşkil edir. Belə ki, ona məxsus olan və cavabdeh tərəfindən qanunsuz olaraq məhv edilmiş qeyri-yaşayış obyektinin real bazar dəyəri 4800 (1 kv.m üçün satış dəyəri) x 240 kv.m (daxili divarlardan hesablanmaqla sahə) = 1.152.000 AZN (bir milyon yüz əlli iki min) manat təşkil etmişdir. Tikinti aparılan sahədə kompleks binalar inşa edilməkdədir, iddiaçı tərəfindən ətrafda aparılan tikinti işləri ilə əlaqədar 2017-ci ilin iyun-iyul aylarının əvvəllərindən artıq bina qeyri-yaşayış sahəsi kimi istifadəyə yararsız vəziyyətə düşmüş, fərdi sahibkar X2 2017-ci ilin avqust ayından icarə haqqı ödəməyi dayandırmaqla obyekti boşaltmağa başlamışdır. Həmin vaxtdan hal-hazıradək 1 il 7 aydır ki, o, icarədən əldə etdiyi gəlirdən məhrum olmuşdur. Onun məhrum olduğu icarə haqqı 240 kv.m x 18 manat x 19 ay =82,080 manat təşkil etmişdir. Mülkiyyət hüququndan qanunsuz məhrum olması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Qeyd olunmalıdır ki, MMC onun mülkiyyətində olan qeyri-yaşayış sahəsini hər hansı kompensasiya ödəmədən sökməklə ona çatacaq pul məbləğini qanunsuz olaraq öz sərəncamında saxlamış və dövriyyə etdir mişdir. Azərbaycan Respublikası Mərkəzi X4 tərəfindən 2019-ci il fevral ayına uçot dərəcəsi 9,25 faiz müəyyən edildiyindən 114.152.4 manat ((1.152.000 manat (satış qiyməti) + 82,080 manat (icarə haqqı)) x 9.25 = 114.152.4 manat məbləğində faiz məbləği də MMC-dən tutularaq ona ödənilməlidir.

19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(005)-635/2019 nömrəli qətnaməsi ilə (hakim Ramin Quliyev) ilkin iddia tam, qarşılıqlı iddia qismən təmin olunaraq, İddiaçı MMC-dən Cavabdeh xeyrinə 347.600 manat pulun tutulması və qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.

20. Məhkəmə hesab etmişdir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrin sökülməsi ilə bağlı həmin sahələrdə olan hər hansı əmlakların dağıdılması və ya məhv edilməsi, b ununla bağlı vurulan ziyana dair iddiası olmamış və hazırda da yoxdur. Onun iddia tələbləri qeyd edildiyi kimi sökülən sahələrin bazar qiymətləri və bu tələbdən törəyən digər tələblərdir. Göstərilən sahələrin sökülməsinin dövlət tərəfindən təsdiq olunmuş tədbirlər planı əsasında həyata keçirilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Başqa sözlə, mülkiyyətə müdaxilə qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmışdır.

21. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ona edilən təkliflərin məqbul olmasına və mülkiyyətində olan sahələrin sökülməsi üçün boşalmış vəziyyətə gətirilməsinə baxmayaraq MMC-nin təkliflərindən imtina etməsi ona edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək yalnız öz mənafeyi naminə icrası mü mkün olmayan şərtlər irəli sürməkdə davam etməsi kimi hərəkətləri qəsdən süni maneə yaratmaq, bununla da dövlət tərəfindən təsdiq olunmuş tədbirlər planını bilərəkdən gecikdirərək şirkətin müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinin qarşısını almaq və beləliklə də hüquqdan sui-istifadə hallarına yol verilməsi kimi qiymətləndirilir.

22. Bundan əlavə məhkəmə hesab etmişdir ki, yuxarıda sadalanan rəy və hesabatlar cavabdehin istinad etdiyi "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, LP-035/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən daha mötəbər sübut növləri olduğu üçün hazırkı mübahisənin həllində sözügedən hesabatlarda əksini tapan qiymətlərə istinad edilməlidir. Belə ki, cavabdehin istinad etdiyi rəydə əks edilən qiymətlər real bazar qiymətlər inə uyğun olmayaraq düzgün əsaslandırılmamış şəkildə göstərildiyindən hazırki iş üzrə sübut növü kimi qiymətləndirilə bilməz.Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən cavabdehə ödənilməli olan 168,500 manat məbləğinə 20% (33700 manat) əlavə edərək hesab etmişdir ki, MMC tərəfindən cavabdehə 202.200 manat ödənilməlidir. Mənəvi ziyanla bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, MMCnin qanunsuz hərəkətləri nəticəsində cavabdehin mənəvi sarsıntı və iztirablara məruz qalması, əsəbləri pozulduğundan sosial fəaliyyətlə məşğul olan xanım kimi bir sıra sosial proyektlərin həyata keçirilməsinə diqqətini cəmləmək imkanından məhrum olması, başqa sözlə əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun n ədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, qarşılıqlı iddia bu hissədə rədd edilməlidir.

23. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, cavabdeh mülkiyyətində və istifadəsində olan sahələri yuxarıda qeyd edildiyi kimi boşaldaraq sökülməyə hazır vəziyyətə gətirdiyindən, beləliklə də təyinatı üzrə fəaliyyət göstərmədiyindən onun həmin sahələrdən gəlir əldə etməsinin MMC tərəfindən məhdudlaşdırması kimi iddia dəlilləri əsassız olmuş, tələbinin faiz borcu və əldən çıxmış faydanın tutulması hissəsi də heç bir sübutlarla təsdiqini tapmamışdır.

24. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 29.4, 43.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 21.1, 152.3, 152.6, 18 0.1, 180.2, 180.4, 449.1, 560.1, 560.2, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

25. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, qarşılıqlı iddia ərizəsinin, habelə qarşılıqlı iddia ərizəsinə verilmiş əlavədə göstərilən tələblərin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı hakim iddiaçının mənafeyinə uyğun işə baxaraq, kompensasiyanın verilməsi üçün verilmiş qiymətləndirmə rəylərinə iddiaçı MMC-nin mənafeyinə uyğun şəkildə qiymət verərək, keçirilmiş müstəqil qiymətləndirməni əsaslı sübut kimi qiymətləndirməyərək, ümumiyyətlə digər qiymətləndiricilərin də müəyyən etdiyi normalara tam əməl etməyərək, MMC-nin istəyinə uyğun qiymət müəyyənləşdirmişdir. MMC tərəfindən ona ödənilməsi nəzərdə tutulan 347600 manat ağlabatan qiymət olmamaqla, ona dəymiş ziyana mütənasib deyil. Həmçinin iddianın digər hissələrdə də əsassız yerə təmin edilməməsi qanuni deyil. Məhkəmə kompensasiya təyini zamanı əmlakını bazar qiymətindən də aşağı qiymətləndirərək ödəniş məbləği müəyyən etmişdir. Məhkəmə tərəfindən qiymətləndirmə rəylərinə əsasən əmlaklara mütənasib, isin hallarına uyğun olaraq, əldən çıxmış fayda da nəzərə alınaraq daha yüksək kompensasiya təyin edilməli idi.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(103)-683/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edi lməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv olunmuş, həmin hissədə iddia qismən təmin olunmuş, MMC tərəfindən cavabdehə məxsus Nərimanov rayonu, Xətai prospekti, ev 29 ünvanında yerləşən 240 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı MMC-nin hərəkətləri qanunsuz hesab edilməklə MMC-dən maddi ziyana görə 816.500 manat, mənəvi ziyana görə 10.000 manat kompensasiyanın tutulub Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.

28. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli tikili cavabdehin iradəsinin əleyhinə olaraq sökülmüş və bununla bağlı ilkin iddia üzrə iddiaçı tərə findən edilmiş hərəkətlər onun mübahisəli əmlaka münasibətdə malik olduğu hüquqlarından məhrum etməyə yönəlmişdir. Mülki qanunvericilik və bununla bağlı olan digər normalarda mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər və şəxslər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, belə yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Qarşılıqlı iddianın əldən çıxmış fayda ilə bağlı hissəsində isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 17 noyabr 2020-ci il tarixli, 2(102)-4756/2020 saylı qərarı ilə (h akimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. d) Konstitusiya Məhkəməsindəki icraat

30. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək, kassasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021ci il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki kollegiyasın ın 17 noyabr 2020-ci il tarixli, 2(102)4756/2020 saylı qərarı qüvvədən düşmüş hesab edilmiş, işə qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq yenidən baxılması qərara alınmışdır.

32. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli tikili üzərində həyata keçirilən sahibliyin qanuni olub-olmamasını, həmin binaya dair hansı əmlak hüquqlarının mövcud olduğunu araşdırmadan və gəldiyi nəticəni əsaslandırmadan Mülki Məcəllənin yuxarıda göstərilən normalarını tətbiq etmişdir. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təyinatını düzgün qiymətləndirməmiş və həmin Qanunun fərqli hüquq münasibətlərini tənzimlədiyini nəzərə almamışdır. e) Azərbaycan Respublikası Ali Məhk əməsinin Plenumunda icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 sentyabr 2021-ci il tarixli, 13(102)-14(k)/2021 saylı iş üzrə qərarı ilə (məruzəçi hakim A.Ə.Abbasov) kassasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

34. Plenum hesab etmişdir ki, ərazidə mövcud olan və sakinlərin istifadə etdiyi tikililərin qanuni və ya özbaşına inşa edilməsi ilə bağlı təftiş aparmaq şirkətlərin deyil, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Lakin bu zaman MMC-nin qanunsuz tikili ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edib-etməməsi, Cavabdeh mübahisəli tikintinin aparılması üçün müvafiq icazə alıb-almaması məhkəmələr tərəfindən araşdırıl mamış, tikintinin sifarişçisi Nərimanov Rayon İcra Hakimiyyəti işə üçüncü şəxs qismində cəlb edilməmişdir. f) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(103)-997/2022 saylı qətnaməsi ilə (E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. g) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2022ci il tarixli, 2(102)-3943/2022 saylı qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) kassasiya şikayəti təmin e dilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. h) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

37. Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/1411 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən hər birinin sahəsi 19,0 kv.m olan 3 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 36860,0 manat, 4 saylı mənzilin dəyəri 36860 manat və həmin ünvanda yerləşən ümumi sahəsi 49,4 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri təqribən 54834,0 manat müəyyən olunur. Mülkiyyət sənədi olmayan (özbaşına tikinti statusuna malik olan) tikililərin bazar qiymətlərinə uyğun dəyəri və ya satışı ba rədə internet saytlarında, alqı-satqı birjalarında hər hansı məlumat olmadığından, mənzillərə və zirzəmiyə əlavə inşa edilmiş, özbaşına tikinti statusuna malik olan 152,6 k.m qeyri-yaşayış sahəsinin mərtəbəliliyi nəzərə alınmaqla hazırkı dövrə bazar dəyərinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd olunmuşdur ki, qeyriyaşayış sahəsinin inventar dəyərinin müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Buna görə də tədqiq olunan qeyri-yaşayış sahəsinin bazar qiymətlərinə uyğun dəyəri, həmin tikilinin inşa edilməsi üçün çəkilmiş xərclər nəzərə alınmaqla hesablanmışdır. Belə ki, aparılmış araşdırmalara əsasən ayrı-ayrı zonalarda qeyri-yaşayış sahəsinin iş materiallarında olan fotoşəkillərə əsasən inşa olunma konstruksiyasını nəzərə alaraq a naloji tikililərin 1 kv.m-nin inşa olunmasına çəkilmiş xərclərin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 400-500 manat məbləğində müəyyən edilir ki, həmin qiymət yuvarlaqlaşdırılmaqla 450 manat müəyyən edilir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 152,6 kv.m təşkil etdiyi nəzərə alınmaqla, həmin tikilinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 68670,0 manat müəyyən edilir.

38. Tikililərin aylıq icarə (kirayə) haqqının müəyyən edilməsi ilə bağlı suallara məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1474 saylı rəyi ilə cavab verilmişdir. Həmin rəyə görə ünvan 4 ünvanında yerləşən hər birinin sahəsi 19,0 kv.m olan 3 və 4 saylı mənzillərin və 49,4 kv.m qeyri-yaşayış (zirzəmi) sahəsinin, həmçinin 152,6 k.m qeyri-yaşayış sahəsinin (bi rinci mərtəbə) 2017-2023-cü ilin yanvar ayına (73 ay) olan aylıq icarə haqqının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 270100,00 (73 ay x 3700 manat) manat müəyyən edilir. O cümlədən, hər birinin sahəsi 19 kvm olan 3 və 4 saylı mənzillər - 400 (2 mənzil x 200 man.) manat, 49,4 kvm qeyri-yaşayış (zirzəmi) sahəsi – 300 manat, 152,6 kvm qeyri-yaşayış sahəsi (birinci mərtəbə) – 3000 manat.

39. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 25 oktyabr 2023-cü il tarixli, 2(103)-959/2023 saylı qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli ) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarix li qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, qarşılıqlı iddianın həmin hissədə qismən təmin olunması, qanunsuz söküntü nəticəsində dəymiş ziyanla əlaqədar olaraq 49,4 kv.m qeyri-yaşayış sahəsinə görə 15.334 manat, əldən çıxmış faydaya görə (icarə, kirayə haqqı) 70.300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat olmaqla, cəmi 85.654 manat pul vəsaitinin İddiaçı MMC-dən tutulub Cavabdeh ödənilməsi və mübahisələndirilən qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, icarə haqqı ilə bağlı əldən çıxmış fayda iddia tələbində göstərilən müddət üçün, yəni 19 aya görə tutulmalıdır. Aylıq icarə haqqı ekspert rəyi ilə 3.700 manat müəyyən edildi yindən 19 aya görə icarə haqqı 70.300 manat təşkil edir və bu məbləğ də İddiaçı MMC-dən Cavabdeh xeyrinə tutulmalıdır (19x3700=70300). 2017-ci ildən mülkiyyətindən qanunsuz məhrum edilməklə, bununla bağlı kompensasiya ödənilməməklə və gəlirdən məhrum olmaqla, eləcə də uzun müddət məhkəmə çəkişmələrinə cəlb edilməklə Cavabdeh mənəvi zərərə məruz qalmışdır. Ona görə də mənəvi zərər 20.000 manat qiymətləndirilməklə, həmin məbləğ də İddiaçı MMC-dən tutularaq Səkinə Bapbayevaya ödənilməlidir.

41. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsində işə baxılarkən apellyasiya baxışının predmeti olan hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Kassasiya şikayətinin və ona qarş ı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

42. İddiaçı MMC (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- qarşılıqlı iddianın əldən çıxmış fayda və mənəvi zərərin təmin edilməsi hissəsində ləğv edilib, həmin hissələrdə qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisənin uzanmasına səbəb Cavabdeh öz hərəkətləri olmuşdur. Bu səbəbdən də iddia olunan əldən çıxmış fayda yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı əldən çıxmış faydaya aid hissədə təmin edərkən bu halı nəzərə almamışdır. Cavabdeh fiziki və mənəvi sarsıntı keçirməsi və bu sarsıntının aradan qaldırılmasına çəkdiyi xərclər barədə məhkəməyə he ç bir sübut təqdim etməmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi kifayət qədər sübut və əsas olmadan mənəvi zərərin tutulması barədə qətnamə qəbul etmişdir.

44. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- “Qanunsuz söküntü nəticəsində dəymiş ziyanla əlaqədar olaraq 49,4 kvm qeyri-yaşayış sahəsinə görə 15.334 manat” verilməsi hissəsində ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi cavabdehin razılaşdırmadan sökülmüş əmlakın “özbaşına tikili” olduğu, həmçinin özbaşına tikili adı altında ekspertin həmin əmlaka çəkilmiş xərc qismində göstərdiyi simvolik məbləği sübut kimi qəbul e tməsi qənaəti ilə mübahisənin həll edilməsi hazırkı iş üzrə düzgün deyildir. Ona görə ki, “özbaşına tikililər”lə bağlı məsələlərin həlli aid olduğu müvafiq icra hakimiyyəti müəyyən edilmişdir. Cavabdeh MMC olaraq bu səlahiyyətə malik deyildir. Bundan başqa mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətinə deyil, icarəsinə verilmişdir. Belə olan halda mübahisəli əmlakla bağlı məsələnin həlli həmin torpaq sahəsini cavabdehə icarəyə vermiş Nərimanov rayon İcra Hakimiyyəti Başçısına aiddir. Onlar arasında bağlanmış icarə müqaviləsinin əsas şərtlərindən biri ərazidə mövcud tikililərin sahibləri ilə qarşılıqlı razılıq əldə ediləndən sonra sökülməsi cavabdeh üçün öhdəlik müəyyən edilmişdir. Bundan başqa ilkin iddia ərizəsinin məzmunundan aşkar şəkildə görünür ki, "xxxx" MMC sö külmüş tikilinin 240 kv.m. olduğunu qeyd edir və bunun üçün əmlak sahibinə ədalətli kompensasiya müəyyən edilməsini xahiş edir. İddia ərizəsində mübahisəli əmlakın hansısa hissəsinin özbaşına olduğunu mübahisələndirmir. Ədalətli kompensasiyanın təyini üçün xahişi də qeydiyyata alınmasından asılı olaraq sökülmüş əmlakın hissələrinin ayrı-ayrı deyil, ümumilikdə 240 kv.m. sahə üçün müəyyən edilməsi barədə qətnamə çıxarılması olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzin in daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

48. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

49. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

50. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

51. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

52. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənlə şdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 56.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 57.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

59. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

60. Maddə 417.1.1. Kassasiya məhkəmə si işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 61.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərə findən əldən çıxmış faydaya və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinin təmin olunan hissələrində, cavabdeh tərəfindən isə qanunsuz söküntü nəticəsində dəymiş ziyanla əlaqədar pul tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

63. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

64. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

65. Belə ki, mübahisə predmeti hər birinin sahəsi 19 kv.m olan iki mənzil, ümumi sahəsi 49,4 kv.m olmaqla zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi və 152,6 kv.m özbaşına tikilidən ibarətdir. Qeyd olunan sahələrin cəmi 240 kv.m təşkil edir. Ümumi sahəsi 38 kv.m olan iki mənzil və 49,4 kv.m qeyri-yaşayış sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlə t reyestrində qeydə alınmışdır. Sahəsi 152,6 kv.m tikili isə özbaşına inşa olmaqla qeydiyyatdan keçməmişdir. Tikililərin ümumi sahəsinin 240 kv.m olması İddiaçı MMC tərəfindən mübahisələndirilmir. Göstərilən sahələr cavabdeh tərəfindən ticarət obyekti kimi istifadə olunmuş və İddiaçı MMC tərəfindən sökülmüşdür.

66. Bu söküntünü qanunsuz sayan Cavabdeh iş üzrə qarşılıqlı iddia vermiş və aşağıdakı tələbləri irəli sürmüşdür: qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi; qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 (bir milyon yüz əlli iki min) manat kompensasiya məbləğinin, 230.400 manat məbləğində 20 faiz əlavənin, cəmi 1.382.400 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi va ya eyni ərazidə İddiaçı MMC tərəfindən inşa edilən binasının qeyri-yaşayı ş sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində 82.080 (səksən iki min səksən) manat məbləgində əldən çıxmış faydanın, 114.152.4 (yüz on dörd min yüz əlli iki manat dörd qəpik) manat məbləğində faiz borcunun, 100.000 (yüz min) manat mənəvi zərərin, məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 296.262.4 (iki yüz doxsan altı min iki yüz altmış iki manat dörd qəpik) vəsaitin cavabdehdən tutularaq ona verilməsi.

67. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia qismən təmin olunmuş və İddiaçı M MC-dən 347 600 manat pulun tutulub Cavabdeh ödənilməsi qət edilmişdir.

68. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, mülkiyyətçinin razılığı olmadan ona məxsus daşınmaz əmlakın (tikililərin) sökülməsi mülkiyyətə qəsddir və delikt sayılır. Törədilmiş delikt nəticəsində cavabdehin ziyana məruz qalması da işin mübahisəsiz halıdır. Hazırda tərəflər arasında həll olunmamış məsələ vurulmuş ziyanın əvəzinin ödənilməsi ilə bağlıdır. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, mübahisə predmeti olan özbaşına tikili hesab edilən daşınmaz əmlaklar cavabdehin sahibliyində və istifadəsində olmuşdur. Aidiyyəti dövlət orqanları həmin tikililərin inşasına etiraz etməmiş və özbaşına olması əsası ilə sökülməsi barədə məsələ qaldırmamışdır.

69. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsa sən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

70. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

71. Apellyasiya instansiyası məhkəməsi tərəflərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan ilk və qarşılıqlı iddia tələblərini araşdırıb, ekspert və qiymətləndirici rəylərinə hüquqi qiymət verib, hər birinin sahəsi 19 kv.m olan iki mənzillə və 152,6 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı ekspert rəyində aparılan qiymətləndirməyə öz münasibətini bildirib qeyd etmişdir ki, ekspert rəyində mənzillərin hər birinin qiyməti 36.860 manat müəyyən edilmişdir. Həmin məbləğə 20 % də əlavə olunduqda məbləğ 44.232 manat təşkil edir. 152,6 kv.m qeyri-yaşayış sahəsinin qiyməti isə ekspert rəyi ilə 68.670 manat müəyyən olunmuşdur. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə mənzillərin hər birinin qiyməti çoxsaylı mütəxəssis rəylərində göstərilən və bir-birinə yaxın olan qiymətlər əsas götürülməklə 64.500 manat, 152,6 kvm qeyri-yaşayış sahəsinin qiyməti isə 145.400 manat müəyyən edilmişdir.

72. Göründüyü kimi, həmin məbləğlər ekspert rəyində göstərilən qiymətdən yüksəkdir və iddiaçı qətnamə ilə müəyyən edilən həmin məbləğləri mübahisələndirməmişdir.

73. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları, eləcə də qiymətləndirmənin tikililər sökülməmişdən əvvəl deyil, ondan sonra, həm də uzun müddət keçməklə aparıldığını nəzərə alaraq ekspert rəyinin mənzillərin və 152,6 kv.m qeyri-yaşayış sahəsini n qiyməti ilə bağlı gəldiyi nəticənin hazırkı vəziyyətdə işə tətbiqini mümkün saymamışdır. Belə ki, ilk növbədə iddiaçı bu məbləğləri mübahisələndirməmişdir və cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamənin hazırkı apellyasiya baxışının predmeti olmayan hissəsinə müdaxilə edilə və cavabdehin (mülkiyyətçinin) əmlak maraqlarına zidd qərar qəbul oluna bilməz.

74. Ona görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə 49,4 kv.m qeyri-yaşayış sahəsinə görə cavabdehə 39.500 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı ekspert rəyi ilə bu məbləğ 54.834 manat müəyyən edilmişdir.

75. Apellyasiya instansiyası məhkəməsi, ekspert rəyinin bu hissədə mö təbərliyini qəbul edərək hesab etmişdir ki, 39.500 manat kompensasiya məbləğinin ödənilməsi artıq qətnamə ilə tutulduğundan və hazırkı məhkəmə baxışında müzakirə predmeti olmadığından qeyd olunan məbləğlər arasında yaranan fərq, yəni 15334 manat İddiaçı MMC-dən tutulub Cavabdeh ödənilməlidir.

76. Cavabdeh əldən çıxmış faydaya görə 82.080 manat pul tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda olan tikililər fərdi sahibkar Elçin Əliyevin icarəsində olmuş və 2017-ci ilin avqust ayından Elçin Əliyev iddiaçı tərəfindən aparılan inşaat işləri ilə əlaqədar olaraq icarə haqqının ödənilməsini dayandırmışdır. Həmin sahənin 1 kv.m üçün icarə haqqı 18 manat olmaqla 240 kv.m sahə üçün icarə haqqı 19 aya görə 82.080 manat təşkil edir (240x18x19=82080).

77. Apellyasiya instansiyası məhkəməsi q eyd etmişdir ki, mübahisəli tikililərin Cavabdeh tərəfindən icarəyə verilməsi və bundan gəlir götürülməsi işin müəyyən edilmiş halı olmaqla mübahisəsizdir. Apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ümumi sahəsi 240 kv.m olan tikililərin 2017-2023-cü ilin yanvar ayına (73 ay) olan aylıq icarə haqqının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 270.100 (73 ay x 3700 manat) manat müəyyən edilir. O cümlədən, hər birinin sahəsi 19 kv.m olan 3 və 4 saylı mənzillər - 400 (2 mənzil x 200 man.) manat, 49,4 kv.m qeyri-yaşayış (zirzəmi) sahəsi – 300 manat, 152,6 kv.m qeyri-yaşayış sahəsi (birinci mərtəbə) – 3000 manat. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh iddia ərizəsində 73 ay üçün deyil, cəmi 1 il 7 ay, yəni 19 ay üçün icarə haqqının ödənilməsini tələb etmişdir. 7

8. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

79. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Bu hüquq iddiaçıya məhkəmə tərəfindən qətnamə çıxarılanadək Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin həcmini artırmaq və ya azaltmaq imkanı verir. Lakin işdən göründüyü kimi iddiaçı bu hissədə iddia tələbinin həcminin artırılması və ya azaldılması, yaxud iddianın dəyişdirilməsi barədə məhkəməyə müraciət etməmişdir.

80. Qanunun tələbinə görə işə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu məhz iddia əriz əsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarmaqdan ibarətdir.

81. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan normanın tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, icarə haqqı ilə bağlı əldən çıxmış fayda iddia tələbində göstərilən müddət üçün, yəni 19 aya görə tutulmalıdır. Aylıq icarə haqqı ekspert rəyi ilə 3.700 manat müəyyən edildiyindən 19 aya görə icarə haqqı 70.300 manat təşkil edir və bu məbləğ İddiaçı MMC-dən Səksinə Babayevanın xeyrinə tutulmalıdır.

82. Apellyasiya instasiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, 2017-ci ildən mülkiyyətindən qanunsuz məhrum edilməklə, bununla bağlı kompensasiya ödənilməmə klə və gəlirdən məhrum olmaqla, eləcə də uzun müddət məhkəmə çəkişmələrinə cəlb edilməklə Cavabdeh mənəvi zərərə məruz qalmışdır və bu zərərin əvəzi olaraq İddiaçı MMC-dən 20.000 manat tutulub Cavabdeh ödənilməlidir.

83. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi tərəflərin ayrıayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə qanuni və əsaslıdır, qətnamənin kassasiya şikayətlərinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 v ə 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(103)-959/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar