Məhkəmə qərarları › İş №2(103)-2685/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2685/2025

28.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2685/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 MMC-yə, Cavabdeh2nə qarşı “yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh Evrostroy-S.S” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı Cavabdeh1 MMC-yə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri yaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz k. F. Məmmədov və K. Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinə hüquqlarının təmin olunması, Cavabdeh1 MMC tərəfindən qeyd olunan qeyri yaşayış sahələri onun sahiblik və istifadəsinə təhvil verilməsi, yol verdiyi qanun pozğunluğuna görə Cavabdeh1 MMC vurmuş olduğu zərərə görə 100000 manat təzminat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-52/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-52/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(005)- 52/2022 saylı qətnaməsinə aşağıdakı düzəlişlər edilməsi, qətnamənin giriş hissəsində “yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması” sözləri “yaşayış sahəsinə olan hüquqların tanınması, sahiblik və istifadəyə təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi sözləri ilə əvəz edilməsi, qətnamənin nəticə hissəsində birinci abzasda “İddiaçı cavabdeh "xxxx" MMCnə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbi” sözləri “İddiaçı cavabdeh "Evrostroy - S.S” MMC-nə, "Sipark” yaşayış kompleksinə qarşı yaşayış sahəsinə olan hüquqların tanınması, sahiblik və istifadəyə təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin iddiaçıya münasibətdə bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4326/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 10 may 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 MMC-nin şikayəti təmin edilmiş, məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardadı ləğv edilmişdir. Daha sonra Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı şikayətin təmin edilməməsi, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2499/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2nə qarşı “yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması” tələbinə dair mülki iş üzrə İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə və xx.xx.2022-ci il tarixli qərardadına izah verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2499/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilərək, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Hazırda İddiaçı xx.xx.2025-ci il tarixdə EMİS vasitəsi ilə məhkəməyə apelyasiya şikayəti təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı xx.xx.2024cü il tarixli qərardadının ləğv edilməsi, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinə və xx.xx.2022-ci il tarixli qərardadına izah verilməsi barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizə təqdim etmiş və qeyd etmişdir ki, müddətin ötürülməməsi nəzərə alınmaslı və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad Azərbaycan Respublikasının 60.1, 71.1; Mülki Prosessual Məcəlləsnin 133.1, 133.2, 133.3, 396.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mülki iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-22/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçının qeydiyyatda olduğu ünvana (Bakı ş, Nərimanov ray, Tələt Şıxəliyev küç 18,1) göndərilmişdir. Lakin onun tərəfindən həmin qərardaddan şikayəti məhkəməyə ilk dəfə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə verilsə də İddiaçı tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən şikayət ona geri qaytarılmışdır. Qərardaddan verilmiş şikayəti qanunvericiliyin tələblərinə uyğun olaraq EMİS-də yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada imzalanmaqla, habelə qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilməklə təkrarən verilmiş, iddiaçı ilk dəfə sözügedən qərardaddan şikayət verərkən, prosessual müddətlərə riayət etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri və qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən sözügedən qərardaddan ilk dəfə şikayət verilərkən müddət pozulmadığından hazırda buraxılmış müddət üzrlü hesab edilməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh Evrostroy-S.S” MMC şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 25, 60, 125; Mülki Məcəllənin 17.1, 25, 60, 125; Mülki Prosessual Məcəllənin 133.1, 233.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qərardad qanunsuz və əsassız olaraq qəbul edilmişdir və aşağıdakılara əsasən ləğv edilməlidir. Belə ki, məhkəmə onu nəzərə almamışdır ki, iddiaçı qətnaməni vaxtında əldə etmiş, özü prosessual qaydalara əməl etməməklə qəsdən yuxarıda qeyd etdiyi qərardadların çıxarılmasına səbəb olmuşdur. Məhkəmə iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizənin müzakirəsi zamanı nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında göstərilən hüquqi mövqeləri nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, Miragall Eskolaho və digərləri İspaniyaya qarşı iz üzrə 25 yanvar 2000-ci il tarixli qərarından belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Hazırki iş üzrə iddiaçı dəfələrlə apellyasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına əməl etməməklə məhkəməyə müraciət etməklə suni şəkildə işin uzadılmasına yönəlmiş addımlar atmışdır. Bu isə onu göstərir ki, iddiaçı tərəfindən verilmiş vəsatətin təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh etiraz təqdim etmiş və qeyd etmişdir ki, ərizədə iddiaçı məhkəmədən nə istədiyini özü də bilmir. Belə ki, ərizənin bir hissəsində o şikayət etdiyini və araşdırma aparılmasını, həmçinin onun kiminsə tərəfindən qəbul edilməsini xahiş etdiyini qeyd etsə də, digər bir hissəsində isə iş üzrə qəbul edilmiş qətnamə və qəraradların izah edilməsini xahiş edir. İzah verilməsi ilə bağlı hissədə isə iddiaçının nəyə izah verilməsini xahiş etməsi aydın deyildir. Hazırki ərizədə iddiaçinin qeyd etdiyi bütün hallar onun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(005)-52/2022 saylı qətnaməsindən və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(005)-52/2022 saylı qərardadından verilmiş olduğu şikayətlərdə öz əksini tapmışdır və hər iki instansiya məhkəmə tərəfindən verilmiş şikayətlər təmin edilməyərək əsassız olduğu qeyd edilmişdir. Bununla bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərardadları mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi 2(103)-1395/2024 saylı, xx.xx.2024-cü il tarixi qərardadı ilə bütün məsələlərə qiymət verilmişdir. Qərardadda qeyd edilmişdir ki, "Göründüyü kimi, artıq iddiaçının analoji tələblərinə hüquqi qiymət verilmiş, iddia tələbləri mahiyyət etibarilə eyni tələblərdir. İddiaçı faktiki olaraq eyni cavabdehə qarşı, eyni predmet üzrə (eyni daşınmaz əmlaklarla bağlı), eyni əsaslardan çıxış ədərək tələblər irəli sürmüşdür". Eyni zamanda qeyd edilməlidir ki, qətnəmə və qərardadlar üzrə izah bir qayda olaraq həmin sənədlərin icrası zamanı yaranmış anlaşılmazlıqların aradan qaldırılması üçün olunur. Hazırki iddia rədd edildiyindən onun icrası da tələb olunmur. Bundan əlavə məhkəmə izahı mahiyyətə təsir edə bilməz və mahiyyətə toxuna bilməz. İzah barədə ərizədə konkret olaraq hansı halın izah ediməsi özü aydın deyildir. Odur ki, qeyd edilən ərizəyə etiraz bildirir və təmin edilməməsini xahiş edir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən: Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6, 135.7, 135.8-ci maddələrinə əsasən: 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin və təqdim edilmiş ərizənin mahiyyətinə aid olmayan mülahizələr əsasında tərtib edilmiş qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Belə ki, apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmiş, lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəblərdən ötürülməsi və bərpası barədə deyil, ötürülməmiş hesab edilməsi barədə ərizə təqdim edilmiş, məhkəmə isə müddətin üzrlü hesab edilməsi üçün müraciət olmadığı halda, müddətin üzrlü hesab edilməsi barədə qənaət sərgiləmişdir. İddiaçı müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün belə, əsaslı dəlil və sübutlar təqdim etməmiş, müddətin hansı səbəbdən ötürülməsinə dair mövqe nümayiş etdirməmiş, ötən hər günün prosessual əsaslarını izah etməmişdir. Birinci instansiya məhkəməsi isə öz qərarında qeyd etmişdir ki, iddiaçı tərəfindən sözügedən qərardaddan ilk dəfə şikayət verilərkən müddət pozulmadığından hazırda buraxılmış müddət üzrlü hesab edilməlidir. Lakin prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilənlərdən əlavə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2499/2024 saylı xx.xx.2024cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsa da, məhkəmə şikayətin qaytarılmasını həyata keçirmədən yeni verilmiş şikayət üzrə müddət məsələsini müzakirə etmiş, müddətin bərpa edilməsin həyata keçirsə də, şikayətə münasibətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə riayət etmədən, birbaşa apellyasiya instansiya məhəkəməsinə göndərilməsi qərarına gəlməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilmiş şikayət üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad artıq qüvvəsini itirmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilən prosessual uyğunsuzluqların aradan qaldırmaq üçün birinci instansiya məhkəməsi çəkişmə prinsipinə uyğun müzakirələr aparmaqla və tərəflərin prosessual hüquqların (vəzifələrin) izah etməklə müvafiq prosessual hərəkətlərin ardıcıllığın təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Evrostroy-S.S” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə və ərizəyə (mümkünlüyünə) baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar