Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7270/2024 29.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Sabit Xanlar oğlu Bəhrəmzadədən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-52/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyriyaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz, F. Məmmədov və K. Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2- ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyriyaşayış sahəsinə hüquqlarının təmin olunması, "xxxx" MMC tərəfindən qeyd olunan qeyri-yaşayış sahələrini onun sahiblik və istifadəsinə təhvil verilməsi, yol verdiyi qanun pozğunluğuna görə "xxxx" MMC-dən vurmuş olduğu zərərə görə 100.000 manat təzminat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri-yaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz, F. Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinə cavabdeh "xxxx" MMC tərəfindən müdaxilə edilməsi və məhdudiyyətlər yaratması kimi hərəkətlərə qadağan qoyulması, həmin qeyriyaşayış sahələrinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-52/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-52/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(005)-52/2022 saylı qətnaməsinə aşağıdakı düzəlişlər edilməsi, qətnamənin giriş hissəsində “yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması” sözlərinin “yaşayış sahəsinə olan hüquqların tanınması, sahiblik və istifadəyə təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” sözləri ilə əvəz edilməsi, qətnamənin nəticə hissəsində birinci abzasda “İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbi” sözləri “İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə olan hüquqların tanınması, sahiblik və istifadəyə təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı ərizə ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə və xx.xx.2022-ci il tarixli qərardadına izah verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 52/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2nə qarşı “yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması” tələbinə dair mülki iş üzrə İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə və xx.xx.2022-ci il tarixli qərardadına izah verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı xx.xx.2024-cü il tarixdə EMİS vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-52/2022 saylı qərardadının ləğv edilməsi, cavabdehin ərizəsinin təmin edilməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə və xx.xx.2022-ci il tarixli qərardadına izah verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı, 09 dekabr 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, İddiaçı şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmçinin verilmiş apellyasiya şikayətinin formasına diqqət yetirdikdə görünür ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmişdir. Kollegiya qeyd edir ki, MPM-ə əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-nin 6-cı bəndinə əsasən, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: - şikayətin verildiyi məhkəmənin adı və ünvanı; - şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; - barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; - şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;https://eqanun.az/framework/46945 - şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; - şikayətə əlavə edilən sənədlərin siyahısı. Göründüyü kimi İddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun formada verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-52/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-52/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7270/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7270/2024
29.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver