Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2499/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2nə qarşı “yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı 6 fevral 2024-cü il tarixli iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyriyaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz, F. Məmmədov və K. Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri-yaşayış sahəsinə hüquqlarının təmin olunması, "xxxx" MMC tərəfindən qeyd olunan qeyri-yaşayış sahələrini onun sahiblik və istifadəsinə təhvil verilməsi, yol verdiyi qanun pozğunluğuna görə "xxxx" MMC-dən vurmuş olduğu zərərə görə 100.000 manat təzminat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, "xxxx" MMC ilə xx.xx.2019cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri-yaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz, F. Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinə cavabdeh "xxxx" MMC tərəfindən müdaxilə edilməsi və məhdudiyyətlər yaratması kimi hərəkətlərə qadağan qoyulması, həmin qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-52/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-52/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(005)-52/2022 saylı qətnaməsinə aşağıdakı düzəlişlər edilməsi, qətnamənin giriş hissəsində “yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması” sözlərinin “yaşayış sahəsinə olan hüquqların tanınması, sahiblik və istifadəyə təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” sözləri ilə əvəz edilməsi, qətnamənin nəticə hissəsində birinci abzasda “İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbi” sözləri “İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə olan hüquqların tanınması, sahiblik və istifadəyə təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-52/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin iddiaçıya münasibətdə bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-52/2022 saylı qərardadı ilə şikayət təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-52/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması, şikayət, e-2(005)-52/2022 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4326/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-52/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-52/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-52/2022 saylı qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-52/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 52/2022 nömrəli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-52/2022 saylı qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardadı ləğv edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri-yaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz k. F. Məmmədov və K. Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinə hüquqlarının təmin olunması, "xxxx" MMC tərəfindən qeyd olunan qeyri-yaşayış sahələri onun sahiblik və istifadəsinə təhvil verilməsi, yol verdiyi qanun pozğunluğuna görə "xxxx" MMC vurmuş olduğu zərərə görə 100000 manat təzminat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri-yaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz k. F. Məmmədov və K. Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri-yaşayış sahəsinə cavabdeh "xxxx" MMC tərəfindən müdaxilə edilməsi və məhdudiyyətlər yaratması kimi hərəkətlərə qadağan qoyulması, həmin qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx.xx.2021-ci il tarixində baxılaraq ekspertizanın təyin edilməsinə dair qərardad qəbul edilmişdir. Cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2nə qarşı yaşayış-sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx.xx.2022-ci il tarixində baxılaraq qətnamə qəbul edilmişdir. Qətnamədə onun cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbinin təmin edilməməsi qət edilmişdir. Sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi iddiaçının məlumatı olmadan öz təşəbbüsü ilə xx.xx.2022-ci il tarixində qərardad qəbul edərək; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(005)- 52/2022 saylı qətnaməsinə aşağıdakı düzəlişlərin edilməsini qərara almışdır: Qətnamənin giriş hissəsində “yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması” sözləri “yaşayış sahəsinə olan hüquqların tanınması, sahiblik və istifadəyə təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi sözləri ilə əvəz edilsin. Qətnamənin nəticə hissəsində birinci abzasda “İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbi” sözləri “İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh2nə qarşı yaşayış sahəsinə olan hüquqların tanınması, sahiblik və istifadəyə təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi sözləri ilə əvəz edilsin. Məhkəmə iddiaçının iddia tələbindən kənara çıxaraq qərardad qəbul etmişdir ki, bununla da kobud prosessual pozuntu törətmişdir. Qərardadın qəbul edilməsini iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində "xxxx" MMC-yə, Cavabdeh2nə qarşı iddia qaldırmasında və cavabdehin hakim Ramin Quliyevin icraatında olan e-2(005)-4787/2023 nömrəli işə xx.xx.2022-ci il tarixli qərardadı əlavə etdikdən sonra məlum olmuşdur. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixli, 2(005)-52/2022 nömrəli qərardadından şikayət vermə müddətinin bərpası ərizəsi verməklə şikayət vermişdir. Nərimanov Rayon Məhkəməsi İddiaçı cavabdeh "xxxx" MMC-nə“ Sipark” yaşayış kompleksinə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-52/2022 saylı qərardadından İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizəsinə xx.xx.2023-cü il tarixində baxaraq 2(005)- 52/2022 nömrəli qərardad qəbul edərək; - Ərizənin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(005)52/2022 saylı qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-52/2022 nömrəli qərardadından şikayət vermiş və məhkəmə xx.xx.2023-cü il tarixli 2(005)-52/2022 nömrəli qərardadının tam əksi olan xx.xx.2024-cü il tarixli 2(005)-52/2024 nömrəli qərardad qəbul etmişdir. Qərardadda; - cavabdehin şikayətinin təmin edilməsi, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)52/2022 nömrəli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(005)-52/2022 saylı qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardadının ləğv edilməsi qərara alınmışdır. Qərardad qəbul edilərkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi mülki hüquq münasibətləri ilə bağlı mübahisələrin həll edilməsinin prosessual prinsiplərini və qaydalarını pozmuşdur. Bundan əlavə, məhkəmə hazırki mübahisə ilə bağlı hüquq münasibətlərini tənzimləyən normativ xarakterli aktları ətraflı araşdırmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı, 28 fevral 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli göndəriş məktublarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(005)-52/2022 saylı qərardadının surəti birinci instansiya məhkəməsi tərəfindən iddiaçının rəsmi qeydiyyatda olduğu, həmçinin iddia ərizəsində və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədə göstərdiyi ünvana göndərilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı vəkil X3 ilə xx.xx.2022-ci il tarixində müqavilə bağlamışdır. Sonuncunun xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciəti əsasında ona iş üzrə müvafiq sənədlərin təqdim edilməsi təmin olunmuş, o, qəbzi imzalamaqla bu sənədləri rəsmi olaraq qəbul etmişdir. Maraqlarını müdafiə etdiyi X4 həm də xx.xx.2023-cü il tarixdən hazırki iş üzrə elektron məhkəmə sisteminə əlavə edilmiş və mülki işin bütün materialları ilə tanış olmaq imkanını əldə etmişdir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 52/2022 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, lakin qeyd edilən prosessual hərəkət qanunvericiliklə müəyyən edilmiş müddətdə edilmədiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-52/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı daha sonra, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-52/2022 saylı qərardadından apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuşdur. Şikayətdə göstərilənlər isə bu mövqeyi əks etdirən qərardadın ləğv olunması üçün əsas olan hallar deyildir. Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-52/2022 saylı 6 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2499/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2499/2024
02.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver