Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-521/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı4 Zeynal oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, Salahova (Abdinova) Xatirə Zeynal qızı, İddiaçı3 və İddiaçı4 Zeynal oğlunun Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, Salahova (Abdinova) Xatirə Zeynal qızı, İddiaçı3 və İddiaçı4 Zeynal oğlu Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı4 və Cavabdeh (cavabdeh) arasında xx xxxxxx 2005-ci il tarixində nikah bağlanmış, nikah bağlandıqdan sonra cavabdeh iddiaçıların birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşmüşdür və hal-hazırda da qeydiyyatdadır. Cavabdeh 2015-ci ilə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, sonra İddiaçı4 ilə birlikdə aldıqları Bakı şəhəri, Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, ev 3, 62 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-0092/2016 saylı qətnaməsi ilə İddiaçı4 ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-1486/2017 saylı qətnaməsi ilə Bakı şəhəri, Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, ev 3, 62 saylı mənzil üzrə pay birgə mülkiyyət sayılmaqla 60 faizi (3/5 hissəsinə) hissəsinə Cavabdeh, 40 (2/5 hissəsinə) faiz hissəsinə isə İddiaçı4 mülkiyyət hüququ tanınmışdır. Birgə nikah müddətində əldə edilmiş və məhkəmə qaydasında bölünmüş həmin mənzil 10 iyul 2019-cu il tarixində satılmış, mənzilin dəyərinin 60%-i, yəni 61.800 manat hissəsi cavabdehə verilmiş və bu barədə iltizam tərtib edilmişdir. Hesab edir ki, cavabdeh keçmiş əri İddiaçı4 ilə birlikdə alqı-satqı yolu ilə əldə edilmiş Bakı şəhəri. Yeni Yasamal, Dadaş Bünyadzadə küç, ev 3, 62 saylı mənzilə köçdüyündən, uzun müddət orda yaşadığından və sonra həmin əmlak bölünərək ona aid hissədə müvafiq paya uyğun pul məbləği ödənildiyindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmışdı və onun istifadə hüquqi itirilmişdir, bu hüquqa kompensasiya ödənilmədən xitam verilə bilər. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi (xitam verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı4 Zeynal oğlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iddiaçılar və cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-5092/2016 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı4 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Səadət Sarayında xx xxxxxx 2005-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3203 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2006-ci il təvəllüdlü X4 və xx xxxx 2009-cu il təvəllüdlü X5 anası Cavabdeh yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx xxxx 2016-cı il tarixdən başlayaraq İddiaçı4 qacancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulması, iş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun İddiaçı4 aid edilməsi, İddiaçı4 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1486/2017 saylı qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddialar qismən təmin olunması, İddiaçı4 Bakı şəhəri, X10 Bünyadzadə küçəsi, ev 3, 62 saylı mənzilə köçürülməsi, qalan hissədə ilkin iddia təmin edilməsi, Bakı şəhəri, X10 Bünyadzadə küçəsi, ev 3, 62 saylı mənzil üzrə pay birgə mülkiyyət sayılmaqla 60 faizi (3/5 hissəsinə) hissəsinə Cavabdeh, 40 (2/5 hissəsinə) faizi hissəsinə isə İddiaçı4 mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia qalan hissədə təmin olunması, ilkin iddia üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 15 (on beş) manatı İddiaçı4. 5 (beş) manatı Cavabdeh, qarşılıqlı iddia üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsummun 10 (on) manatı Cavabdeh, 30 (otuz) manatı isə İddiaçı4 aid edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İltizamdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Abdinova X2 İddiaçı4 ondan ötrü verir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı4 məxsus olan Yasamal rayonu, Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsində yerləşən ANT-İnşaat təmir-tikinti MMC tərəfindən inşa edilmiş 3 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 102,77 kv.m sahəsi olan 2 otaqlı 62 saylı mənzilin xx xxxx 2019-cu il tarixində alqı-satqısı nəticəsində əldə edilmiş pul vəsaitinin 60%-i yəni 61800 manat təşkil edən hissəsi İddiaçı4 tərəfindən ona verilmişdir. İş materiallarında olan 38 saylı MKİS-in xx.xx.2020-ci il tarixli, 38/004 saylı arayışından görünür ki, ünvan 2 ünvanında cavabdeh Cavabdeh qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin FM seriyalı 029657 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsindəki 3 otaq, 45,2 yaşayış sahəsi, 84.14 kv.m ümumi sahəsi olan torpaq sahəsindən ibarət 27/332 A saylı fərdi yaşayış evi X1 adına, digər paylar üzrə isə X3, İddiaçı3 və İddiaçı4 Zeynal oğlunun adına xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 4788/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı4 və Cavabdeh tərəfindən verilmiş apelyasiva şikayətləri təmin edilməmişdir. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsindəki 3 otaq, 45,2 yaşayış sahəsi, 84.14 kv.m ümumi sahəsi olan torpaq sahəsindən ibarət 27/332 A saylı fərdi yaşayış evi X1 adına, digər paylar üzrə isə X3, İddiaçı3 və İddiaçı4 Zeynal oğlunun mülkiyyətindədir. İddiaçı4 Zeynal oğlu ilə Cavabdeh arasındakı nikah xx.xx.2016cı il tarixdə ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü olan Cavabdeh arasında hər hansı bir razılaşma yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia üzrə cavabdeh iddiaçının gəlini olmuş və mübahisəli evdə yaşamış və qeydiyyata düşmüşdür. Hal hazırda aralarında olan nikah pozulduğundan iddiaçılar keçmiş ailə üzvü olan Cavabdeh istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Göründüyü kimi, cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçinin mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Qeyd edilənləri nəzərə alara, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ünvan 2 ünvanındakı yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-521/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-521/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver