Məhkəmə qərarları › İş №2(005)-5237/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5237/2021

28.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5237/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi-X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzil sahəsi verilməklə çıxarılma tikililərin sökülməsi və kirayə haqqının ödəniilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzil sahəsi verilməklə çıxarılma tikililərin sökülməsi və kirayə haqqının ödəniilməsi” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27.04.2005ci il tarixli 107 saylı və 15.09.2005-ci il tarixli, 247 saylı sərəncamları ilə “AYBlR" MTK-nə yaşayış binalarının tikintisinə icazə verilmiş Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə ayrılmış torpaq sahəsində yaşayan cavabdehlər Cavabdeh1 Şükur oğlu - Nərimanov rayonu, Ə. Ağaoğlu küçəsi, ev 18, m.1, Cavabdeh2- Nərimanov rayonu, Ə. Ağaoğlu küçəsi, ev 18. m.2a və Cavabdeh3- Nərimanov rayonu. Ə.Ağaoğlu küçəsi, ev 18, m.2a. İddiaçı MTK-nın vəsaiti hesabına həmin ərazidə inşa olunacaq binadan 15% artiq sahəsi olmaqla müvafiq mənzillərə köçürülməsi, mənzillərdən çıxarılaraq inşa olunacaq binaya köçürülənədək “AYBİR" MTK-nın maddi vəsaiti hesabına kirayə haqqının ödənilməsi və mənzillərin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MTK 20 dekabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının məhkəməyə ünvanladığı ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 170.2, 170.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzil sahəsi verilməklə çıxarılma tikililərin sökülməsi və kirayə haqqının ödəniilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar