Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-524/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 26.02.2018-ci il tarixindən 10.02.2021-ci il tarixinədək işlədiyim vaxt pensiya stajına hesablanaraq, cavabdeh tərəfindən pozulmuş əmək hüquqlarımla bağlı vurulmuş 3000 (üç min) manat maddi ziyanın və mcdiasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilən 50 manatın dövlət rüsumun yarısını yanı 25 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdlr ki, o 26.02.2018-ci il tarixindən 10.02.2021-ci il tarixinədək X5 qanuni təmsilçisi olan “Arsenal Group LTD" X2 çalışdığı müddətdə işini layiqli olaraq yerinə yetirmiş, demək olar ki, nümunəvi işçi olaraq tutduğu vəzifədə çalışmışdır. Cavabdeh X2 2018-2021-ci il tarixlərində işlədiyi müddətdə demək olar ki, Cavabdeh MMC tərəfindən onun bütün əmək üzrə hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, 26.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinədək o, Cavabdeh X2 müqaviləsiz olaraq çalışmış və bu faktı işdən azad olunanda cavabdeh tərəfindən əmək kitabçasını ona təqdim edəndə bilmişdir. Əmək kitabçasına əsasən cavabdeh onunla yalnız 01.02.2019-cu il tarixində əmək müqaviləsi bağlamışdır. Qeyd edir ki, 26.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinədək, əmək haqqı ona əlbə əl verilirdi və demək olar ki büüıı işçilərə əmək haqqı əlbə əl verildiyinə görə bu fakt məndə şübhə yaratmırdı. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, 26.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinədək Cavabdeh X3 tərəfindən onun gələcəkdə pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Faktiki olaraq qeyd etmək olar ki, həmin illərdə “Arsenal Group LTD" MMC-də çalışmağıma baxmayaraq, işəgötürən tərəfindən hüquqlarının pozulması nəticəsində əmək stajı rəsmi olaraq qeyd edilməmişdir. Bundan əlavə olaraq, məzuniyyət pulu, və digər əlavə ödənişlər "Arsenal Group LTD” MMC tərəfindən ona ödənilmirdi. Görünür ki, cavabdeh Əmək Məcəlləsinə uyğun olaraq onunla əmək müqaviləsini bağlamamışdır və bununla həm onun əmək stajına zərər vurmuşdur, həm də sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Əlavə olaraq bildirmək istəyir ki. O, 26.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinədək müqaviləsiz işləməyi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin yanında X6 müraciət etmişdir. Müraciətinə cavab olaraq ona Azərbaycan Respublikasının Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin yanında X7 tərəfindən 19.05.2021-ci il tarixli **********4 saylı məktub göndərilmişdir. Həmin məktubda bildirilmişdir ki, Cavabdeh MMC təfərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 192.4-ci maddələrinin tərkiblərinin olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir, lakin İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi ən geci 3 ay keçənədək verilə biləcəyinə görə 192.1 maddəsinin tərkibi olmasına baxmayaraq inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Məhkəməyə bildirmişdir ki, əmək kitabçasına əsəsən 26.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinədək müqaviləsiz işləməyindən əlavə olaraq da 01.02.2019-cu il tarixində əmək müqaviləsi əsasında çalışdığı müddətdə bir çox əmək üzrə hüquqları pozulmuşdur. Qeyd etmək istəyir ki, işəgötürən iş vaxtlarını kobud şəkildə pozurdu, belə ki, 3 il ərzində iş saatından əlavə olaraq hər həftə 9 saat işləmiş və əlavə işlədiyi iş vaxtların və bayram günlərin ödənişini etməmişdir. Bunlardan əlavə olaraq qeyd elmək istəyir ki, 2019-2020 iş ilinə görə 07.02.2020 tarixindən 27.02.2020 tarixinədək olan vaxt ərzində məzuniyyətə çıxmamağıma baxmayaraq Cavabdeh MMC tərəfindən qeyri-qanuni özləri tərəfindən məzuniyyət ərizəsi özləri tərəfindən əmək müfəttişliyinə təqdim edilmişdir. Əlavə olaraq da qeyd etmək istəyir ki 3 il (26.02.2018-ci il tarixindən 10.02.2021-ci il tarixinədək) ərzində məzuniyyətə çıxmamağına baxmayaraq kompensasiya ödənilməmişdir. Cavabdeh MMC mülki işin aidiyyatı üzrə göndərilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin aidiyyatı üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-5733/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası barədə mülki iş üzrə Cavabdeh MMC-nin mülki işin aidiyyatı üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməməsi qərara alınmışdır. Cavabdeh MMC Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)- 5733/2021 nömrəli qərardadından şikayət verərək mülki işin baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(005)-5733/2021 nömrəli qərardadı şikayət təmin edilməmiş, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)- 5733/2021 nömrəli qərardadından Cavabdeh MMC-nin verdiyi şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-1389/2022 saylı, 25.01.2022-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5733/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin dəlillərinin yenidən müzakirə edilib qanunauyğun qərarın qəbul edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında İddiaçı mülki işin aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Cavabdeh MMC-yə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Belə ki, iş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan (i.v. 12) görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1essual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; Həmin məcəllənin 36.6-cı maddəsinə əsasən Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər; Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova HKƏMƏSİ M
Məhkəmə qərarları › İş №2(005)-524/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-524/2022
11.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver