Məhkəmə qərarları › İş №2(005)-527/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-527/2025

22.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-527/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mənzillə təmin olunma tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: mənzil ilə təmin olunma; subyektiv cavabdehlik) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin cəlb edilməklə) “mənzillə təmin olunma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli Sərəncamına əsasən, 1-ci qrup gözdən əlil Əliyev X5 RİH-nin xx.xx.2001-ci il tarixli 735A №-li Sərəncamı ilə 1 nəfər (özü) ailə tərkibi ilə 1-ci qrup gözdən əlil kimi güzəştli mənzil növbəsinə götürülmüşdür. xx.xx.2008-ci il tarixdə İddiaçı 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) Ə.Əliyev küçəsindəki 57A №-li evdə qeydiyyatda olmaqla yaşayır. Yasamal RİH-nin xx.xx.2007-ci il tarixli 391№-li Sərəncamı ilə onun mənzil uçotunun Nərimanov RİH-ə köçürülməsi qərara alınmış və yaşayış yeri üzrə mənzil növbəsində duranların siyahısına daxil edilməsi üçün xx.xx.2007-ci il tarixli Ə-204 №-li məktubla Nərimanov RİH-ə göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndi, "Bakı-Müasir" yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olunmuşdur. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin cəlb edilməklə) “mənzillə təmin olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəhbərliyinin xx.xx.2021-ci il tarixində ona təqdim etdiyi sənədə əsasən orada göstərilən ünvandakı yaşayış kompleksindən 2 otaqlı mənzilin iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ictimai Birliyinin rəhbərliyi (bundan sonra AzGƏC) tərəfindən təqdim olunan sənədə əsasən orada göstərilən ünvandakı yaşayış kompleksindən 2 otaqlı mənzil verilməsi barədə ona zəmanət verilmişdir. Lakin iddiaçı qeyd edir ki, cənab Prezidentin verdiyi sərəncama əsasən xx.xx.2022-ci il tarixində Abşeron rayonu, Məmmədli kəndi, "Bakı-Müasir" yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olunmuşdur. Ancaq ailəsi ilə həmin mənzildə yaşayarkən bir çox problemlərlə qarşılaşmışdır və hələ də qarşılaşır. Bu barədə ƏƏSM-nə müraciət etmişdir. Təəssüf ki, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Buna görə də xx.xx.2024-cü il tarixində AzGƏC ictimai Birliyinin rəhbərliyinin ona verdiyi sənədə əsasən verilməli olan 2 otaq mənzili tələb etməyinə dair ərizə ilə müraciət etmişdir. Həmin ərizədə dövlətin ona verdiyi evi geri qaytarmaq şərti ilə sənədə əsasən o, ona verilməli olan 2 otaqlı mənzili tələb etmişdir. Lakin 35 gün ərzində AzGƏC ictimai Birliyinin rəhbərliyi tərəfindən ona heç bir cavab verilməmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh tərəfindən iddia tələbinə etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi X3 bildirdi ki, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Belə ki, iddiaçı 2022-ci ildə ƏƏSMN tərəfindən Nazirlər Kabinetinin 492 saylı sərəncamı əsasında həmin sərəncamda göstərilən ünvan üzrə mənzillə təmin olunmuşdur. Lakin, həmin mənzilin hazırda cavabdeh tərəfindən təhvil verilməli olan mənzilə aidiyyəti yoxdur. Cavabdeh 2021-ci ilə qədər iddiaçını mənzillə təmin etməli idi. Lakin, 2021-ci ildə müvafiq sərəncam qəbul olunduqdan sonra, həmin öhdəliyi onlar həyata keçirmişdir. Buna baxmayaraq, hazırda cavabdeh tərəfindən iddiaçıya mənzil verilməsində maneə yoxdur. Nazirlik tərəfindən 2021-ci ilin 16 avqust tarixinə qədər uçota alınmış şəxslərə mənzil verilməsi təmin edilir. İddiaçının uçot tarixi də həmin tarixdən əvvəl olmuşdur. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Mülki işin materialları: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş ve valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” 492s nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin razılaşdırılmış təkliflərini nəzərə alaraq:

1. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 570 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin.

2. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan çoxmənzilli binaların (tikintisidavam edənlərə münasibətdə isə tikintisi başa çatdıqdan sonra) Komitənin balansından həmin binaların yerləşdiyi rayon (şəhər) icra hakimiyyətlərinin balansına verilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: 3.1. Bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin; 3.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Cavabdeh İddiaçı ünvanlanan 17 iyul 2021-ci il tarixli məktubundan görünür ki, “AzGƏC-in rəhbərliyi bildiririk ki, AzGƏC ilə "xxxx" MMC arasına bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov 196 ünvanında 5 girişli 16 mərtəbəli yaşayış binaları tikilir. Müqaviləyə əsasən bu binalardan gözdən əlillər üçün ayrılmış mənzillər binalar tikilib başa çatdırıldıqdan sonra AzGƏC-in mənzil növbəsində dayanan üzvlərinin istismarına veriləcək. Mənzillərin istismara verilməsi 2022-ci ilin sonunda nəzərdə tutulur. Bunun üçün Azərbaycan Respublikasının Mənzil Qanunvericiliyinə uyğun olaraq Mənzil Komissiyası yaradılacaq və mənzillər Bakı şəhəri üzrə 12 rayon İcra Hakimiyyətlərinin iştirakı ilə keçirilən Komissiyanın qərarı əsasında Bakı şəhərində mənzil növbəsində olan gözdən əlil vətəndaşlara növbəlik prinsipləri əsas tutulmaqla istismara veriləcək. AzGƏC-in rəhbərliyi sizin Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 735A saylı sərəncamına əasən 3(üç) nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülməyiniz barədə məlumatlandırılmışdır. AzGƏC-in rəhbərliyi sizin ailə tərkibinizə uyğun olaraq Azərbaycan Respublikası mənzil Qanunvericiliyi və növbəlik prinsipləri əsasında sözü gedən yaşayış binalarında saylı binada 2(iki) otaqlı mənzil ilə təmin edilməyinizə zəmanət verir.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyində ünvanladığınız kollektiv müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamının icrası çərçivəsində Nazirlik tərəfindən gözdən əlilliyi müəyyən edilmiş şəxslərə tam təmirli mənzillər təqdim edilir. Qeyd edirik ki, imtiyazlı şəxslərə Nazirlik tərəfindən təqdim edilmiş və onların istifadəsində olan mənzillərin təmir edilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz digər məsələlərlə bağlı Nazirlikdən Kapital Bank ASC-yə 31 oktyabr 2022-ci il tarixli **********1 nömrəli, "xxxx" ASC-yə 31 oktyabr 2022-ci il tarixli **********7 nömrəli, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinə 2 noyabr 2022-ci il tarixli **********9 nömrəli məktublar göndərilmişdir. Nəzirinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlilliyi olan şəxslərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya”smın Camal Bayramova 23 iyun 2022-ci il tarixli, Vahid Məmmədova 25 oktyabr 2022-ci il tarixli, Qədir Muxtarova 25 oktyabr 2022-ci il tarixli və Tapdıq Əkbərova 26 dekabr 2022-ci il tarixli qərarları əsasında sosial-məişət problemlərinin həll edilməsinə köməklik göstərilməsi məqsədilə 100 (yüz) manat məbləğində birdəfəlik maddi yardım ayrılmışdır. Həmçinin qeyd edirik ki, Nazirliyin “Əlilliyi olan şəxslərin tibbi reabilitasiya və sosial- məişət problemlərinin həllinə köməklik göstərən komissiya”sının iclasında adları qeyd olunmayan vətəndaşlara birdəfəlik maddi yardım verilməsi məsələsinə növbəlilik qaydasında baxılacaqdır.” Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli Sərəncamından görünür ki, vət.NRƏliyevin mənzil uçotu yaşayış yeri üzrə Nərimanov RİH-ə köçürülməsi və onun 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) xx.xx.2001-ci il tarixdən güzəştli mənzil növbəlilik siyahısına daxil edilməsi, Sərəncamın surətlərinin RİH başçısı Aparatının Hüquq şöbəsinə və vət. İddiaçı göndərilməsi Ümumi şöbəyə həvalə edilməsi qərar alınmışdır.

Mülki işə tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 31.1-ci addəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 95-ci maddəsinə əsasən, Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda (dövlət sosial (ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sair) xidmət müəssisələrinin) yaşayış sahələri qanunvericiliyə uyğun olaraq tibbi və sosial-məişət xidmətlər göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AR Qanununa əsasən, ictimai birliklər təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. İctimai birlik müəyyən sosial layihələr həyata keçirə, üzvlərinin sosial rifahının yaxşılaşdırılması üçün məyyən xidmətlər göstərə bilər, lakin cavabdeh ictimai birlik gözdən əlillərin mənzil təminatı ilə bağlı hər hansı bir öhdəlik daşımır. Belə ki, bu sahədə dövlət siyasətini həyata keçirən konkret inzibati orqan var və həmin inzibati orqan gözdən əlillərin mənzil təminatını həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbяr tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbяr tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə qarşı “İ qrup gözdən əlil olaraq cavabdehin sifarişi əsasında inşa olunan binalarda mənzillə təmin olunma” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olubolmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, gözdən əlilliyi olan şəxslərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsidir. Belə ki, AR Nazirlər Kabinetinin 16 avqust 2014-cü il tarixli, 492s nömrəli Sərəncamı ilə Vətən müharibəsi və X2 şəhid ailələrinin və qazilərinin, Çernobl AES qəzasının aradan qaldırılması ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlil şəxslərin yaşayış sahələri ilə təmin edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin Nizamnaməsindən görünür ki, birliyin əsas məqsədlərindən biri gözdən əlillərin mənzillə təmin edilməsi deyil, onların maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etməkdən ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Eyni zamanda, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin Nizamnaməsindən görünür ki, birliyin əsas məqsədlərindən biri gözdən əlillərin mənzillə təmin edilməsi deyil, onların maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etməkdən ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə qarşı “İ qrup gözdən əlil olaraq cavabdehin sifarişi əsasında inşa olunan binalarda mənzillə təmin olunma” tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, işin mübahisəsiz hallarına əsasən gözdən əlilliyi olan şəxslərə mənzillərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıldığından və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin iddiaçının mənzillə təmin edilməsi vəzifəsinin olmaması müəyyən edildiyindən, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mənzillə təmin olunma tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia isə dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mənzillə təmin olunma tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar