Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5275/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X17 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdı̇ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR-in ETSN-nin yanında X2 Xidmətinin 26.07.2021-ci il tarixli əmrinin ləğv edilməsi həmin xidmətin yanında Şahdağ Milli parkının mühafizə yegeri vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12 oktyabr 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti ilə bağlanılan əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 01 və 02 saylı dolayılarına (cəmi 2160 hektar) mühafizə yegeri vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsi müddətli olmaqla bağlanmışdır. Cavabdehlə bağladığı əmək müqaviləsinin müddəti bir illikdir. 12 oktyabr 2021-ci il tarixdə qurtarmalıdır. Ancaq 9 ay tamamında cavabdeh onunla bağlanan əmək müqaviləsinin müddətinin qutarması səbəbi ilə əmək müqaviləsinə xitam vermişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin rəisi cənab X6 26 iyul 2021-ci il tarixli 208/ k saylı əmri ilə 26 iyul 2021-ci il tarixdən Şahdağ Milli parkının mühafizə yegeri olaraq mənimlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR-sı əmək məcəlləsinin 68.2- ci maddəsinin "b" bəndinə uyğun olaraq ( əmək müqaviləsinin müddətinin qutarması) xitam verilmişdir. Əmrin verilməsinə əsas digər cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının direktor əvəzi X7 qərəzli təqdimatı olmuşdur. Bundan əlavə cavabdehin 208/k saylı əmri ilə əmək müqaviləsinə xitam verildikdən sonra digər cavabdeh Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti həmin xidmətin yanında Şahdağ Milli parkının direktor əvəzi X10 təhvil-qəbul barədə 26 iyul 2021-ci il tarixli 126/k saylı əmri verilmişdir. Əmrin tələbinə əsasən mühafizə altında olan 01 və 02 saylı dolaylar Qəbələ bölməsinin Bum meşəbəyliyinin Qəbələ rayon Solqıca kəndi ərazisində yerləşən həmin ərazilərdə mühafizə yegeri işləyən X12 tərəfimdən təhvil verilməlidir. Hər iki əmrlə 28.07.2021-ci il tarixdə tanış olmuş və surətləri ona təqdim olunmuşdur. Hər iki əmr ədalətsiz verilməklə qərəzlidir. Ona görədə ləğv olunmasını xahiş edir. Bildirir ki, o, işlədiyi müddətdə qanunsuzluğa yol verməmişdir. İşlədiyi 9 ay müddətində meşələri tələb olunan səviyyədə mühafizə etmiş işində heç bir nöqsana yol verməmişdir. O, əvvəl də Şahdağ Milli parkında 2014-cü il tarixdən 2016-cı il tarixədək mühafizə yegeri vəzifəsində işləmişdir. 2016-cı ildə ailə vəziyyətinə görə öz xahişinə əsasən işdən çıxarılmışdır. Ancaq sonradan keçmiş xidmətini nəzərə alaraq ərizəsi əsasında Şahdağ Milli parkına mühafizə yegeri vəzifəsinə işə götürülmüşdür. Onunla sonuncu dəfə 12.10.2020- ci il tarixdən müqavilə bağlanmışdır. Əmək müqaviləsinin müddəti 1 il (bir) olmaqla 12.10.2021- ci il tarixdə qutarmalı idi.Cavabdeh tərəf müqavilə müddətinin başa çatmasını gözləmədən guya işdə yol verilən nöqsanlara görə işdən çıxarılmışdır, (əmr № 224/ü ) onu da qeyd etməyi zəruri hesab edir ki, Şahdağ Milli parkının Qəbələ bölməsinin Bum meşəbəyliyi üzrə xidməti ərazilərində qanunsuz ov edilməsi faktlarının aşkarlanmasına dair AR-sı ETS- nin Şahdağ Milli parkından aidiyyatı üzrə Qəbələ rayon prokrorluğuna göndərilmiş müraciət məktubu prokrorluğun nəzarəti altında Qəbələ RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış və müraciətdə göstərilən brokonyerliklə məşğul olan şəxslərlə arasında hər hansı bir qanunsuz sövdələşmə aparılması təsdiqini tapmamış və Şahdağ Milli parkından daxil olmuş məlumat əsasında toplanmış HK-1/945 saylı material üzrə cinayət işinin başlanması rədd edi!mişdir. Bildirmişdir ki, cavabdeh tərəf 22.09.2021-ci il tarixdə keçirilməsi saat 17:00-a təyin edilmiş ilkin mediasiya sesiyasında qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. Hesab edir ki, cavabdehlər tərəfindən qanunsuz olaraq işdən çıxarılmış və bu səbəbdən özünün və ailəsinin layiqli dolanışığını təmin edən ədalətli və qənaətbəxş ödəniş hüququndan məhrum olunmuşdur. Məmur özbaşnalığı və vəzifə səlahiyyətləırindən istifadə edərək X7 yazdığı qərəzli təqdimata narazılığımı bildirmək üçün 29.07.2021- ci il tarixdə X3 Xidmətinin rəisi cənab X6 qəbulunda olmuş və verilmiş qərara öz etirazını bildirmişdir (208/k). O gündən bir həftə keçdikdən sonra 05.08.2021ci il tarixdə 224 saylı əmr verilmiş və X7 yalandan verdiyi material üzrə araşdırma başlanmışdır (HK-1/945). Materialda onun və qonşu ərazidə yeger vəzifəsində işləyən X18 guya brokonyrlərlə sövdələşməsi qeyd olunmuşdur. Brokonyer kimi adları qeyd olunan şəxslər Qəbələ rayon Tikanlı kənd sakinləri X4, X8 qayınatası,X9 dayısı, X13 dayısı oğlu, Tovuz rayon sakinləri X19 və X14 isə X8 ailə dostlarıdır. Araşdırmada sözü gedən onun mühafizə etdiyi 02 saylı dolayda el arasında "Pəhləvan yurdu" adlanan ərazi X8 mühafizəsində olan el arasında"Pambıqlıq"adlanan əraziyə çox yaxındır. Sözü gedən Əraziləri eni 3 metr olan qaraçay adlanan çay ayırır. (Həmin ərazilərdə dağıstan turu adlanan dağ keçisi növü yaşamır.) Əgər 6-sı 7-si iyul 2021-ci il tarixdə keçirilmiş reyd zamanı guya olanlar doğru idisə (o, özü də onlarla birlikdə həmin günü ərazilərdə olmuşdur. Heç bir qanunsuzluq görməmişdir.) nə üçün X18 barəsində heç bir tədbir görülməmişdir. X7 göstərişi ilə keçirilən qeyri- qanuni reyddən (reyd barədə heç bir sənəd yoxdur.) 19 gün sonra 26.07.2021-ci il tarixdə guya olanlara görə həmkarlar iclası keçirilmədən, xəbərdarlıq, töhmət ümumiyyətlə onun xəbəri olmadan günahsız yerə işdən çıxarılmışdır. Onu da qeyd edir ki, işçinin işdən çıxarmazdan əvvəl günahının olub-olmadığı araşdırılmalıdır. Heç olmasa şifahi xəbərdarlıq olunmalı idi. Onun araşdırması isə işdən çıxarıldıqdan 10 gün ( HK-1/945) reyd keçirildikdən 1 ay sonra aparılmışdır. Əvvələr işlədiyi müddətdə xeyli sayda brokonyerliklə məşğul olan şəxsləri saxlayaraq silahları ilə birlikdə Şahdağ Milli parkının Qəbələ bölməsinə o dövrlər də sahə müfəttişi işləyən X28 ilə birlikdə təhvil vermişlər. Sonrakı işlədiyi dövrlərdə də turizm inkişafında xidmətləri olmuşdur. Bilet satışlarında iştirak etmişdir. Ona qəbul edilmiş qərəzli qərara görə ( 208/k ) iki dəfə ETSN-nin 168 nömrəli qaynar xəttinə zəng vuraraq öz haqlı etirazını bildirdiyinə baxmayaraq mənfi ya da müsbət heç bir cavab almamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X29 məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının 126/K saylı 26 iyul 2021-ci il tarixli əmrindən görünür ki, 1) İddiaçı Şahdağ Milli Parkının mühafizə yegeri ilə 12.10.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 26 iyun 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilməsi; 2) Mühafizə olunması İddiaçı həvalə olunmuş Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 01 və 02 saylı dolayılar (cəmi 2160 ha) mühafizə yegeri X12 təhkim olunması; Təhvil-qəbul işləri İddiaçı və X24 arasında aparılması; 3) təhvil-qəbul işlərinin icrasına nəzarət Milli Parkın Qəbələ Bölməsinin Bum meşəbəyliyi üzrə sahə müfəttişi X5 həvalə edilməsi; Mühafizə əməkdaşlarına daşıdıqları məsuliyyətin tam izah edilməsi, vəzifə təlimatı ilə tanış olunması və meşə qanunvericiliyinin tələblərinə uyğun şəkildə mühafizə tədbirlərini həyata keçirəcəyinə, cavabdeh olduğu ərazidə köküstə yaş ağacların kəsilməsinə və qanunsuz heyvan ovlanmasına qarşı çalışacağına, yanğın təhlükəsizliyini daim nəzarətdə saxlayacağına, öz vəzifə mövqeyindən istifadə etməyəcəyinə dair iltizamnamə alınmasının təmin edilməsi, Xidməti ərazilərin mühafizə yegerləri arasında yeni bölgüsü hazırlanaraq rəhbərliyə təqdim olunması; 4) Milli Parkın mühasibi X20 tapşırılsın ki, 12.10.2020-26.07.2021-ci il üzrə istifadə etmədiyi məzuniyyətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada sonuncu haqqhesabın ödənilməsinin təmin edilməsi; 5) Milli Parkən sənədlərlə iş üzrə mütəxəssisi X1 bütün aidiyyəti işçilərin tanış edilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 26.07.2021-ci il tarixli, 208/k №-li əmrindən görünür ki, İddiaçı 26.07.2021-ci il tarixdən Şahdağ Milli Parkının mühafizə yegeri ilə bağlanmış əmək müqaviləsinə Azerbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b" bəndinə uyğun olaraq (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Qəbələ rayon X26 Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X22 icraatına daxil olmuş HK- 1/945 saylı materialı nəzərdən keçirərək, Qəbələ rayon Prokurorluğundan və Şahdağ Milli Parkından daxil olmuş məlumat əsasında toplanmış HK-1/945 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının 126/K saylı 26 iyul 2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı 12 oktyabr 2020-ci il tarixdən 3 (üç) ay sınaq müddətinə Şahdağ Milli Parkına Qəbələ bölməsi üzrə mühafizə yegeri vəzifəsinə təyin edilməsi, Aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq hesablanması; 2) Mühafizə olunması X15 həvalə olunmuş Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 01 və 02 saylı dolayılar (cəmi 2160 ha) mühafizə yegeri İddiaçı təhkim olunsun. Təhvil-qəbul işləri İddiaçı və X24 arasında aparılması; 3) Təhvil-qəbul işlərinin icrasına nəzarət Milli Parkın Qəbələ Bölməsi üzrə direktor müavini X11 həvalə olunması, M.Məmmədova tapşırılsın ki, tərtib olunmuş təhvil-qəbul sənədləri 20 oktyabr 2020-ci il tarixədək Milli Parkın Baş Ofisinə təqdim olunsun. Mühafizə əməkdaşlarına daşıdıqları məsuliyyət tam izah edilməsi, vəzifə təlimatı ilə tanış olunması və meşə qanunvericiliyinin tələblərinə uyğun şəkildə mühafizə tədbirlərini həyata keçirəcəyinə, cavabdeh olduğu ərazidə köküstə yaş ağacların kəsilməsinə və qanunsuz heyvan ovJanmasına qarşı çalışacağına, yanğın təhlükəsizliyini daim nəzarətdə saxlayacağına, öz vəzifə mövqeyindən istifadə etməyəcəyinə dair iltizamnamə alınmasının təmin edilməsi, xidməti ərazilərin milli parkın əməkdaşları arasında bölgü cədvəli yenidən tərtib edilərək baş ofisə təqdim edilməsi; 4) Milli Parkın sənədlərlə iş üzrə mütəxəssisi X1 bütün aidiyyəti işçiləri tanış edilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 26.04.2021-ci il tarixli, 073K №-li əmrindən görünür ki, İddiaçı 26.04.2021-ci il tarixdən Şahdağ Milli Parkına təyin edilmiş mühafizə yegeri ilə bağlanmış əmək müqaviləsinin müddəti 3 ay uzadılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 19.01.2021-ci il tarixli, 014K №-li əmrindən görünür ki, İddiaçı 19.01.2021-ci il tarixdən Şahdağ Milli Parkına təyin edilmiş mühafizə yegeri ilə bağlanmış əmək müqaviləsinin müddəti 3 ay uzadılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 12.10.2021-ci il tarixli, 144K №-li əmrindən görünür ki, İddiaçı 12.10.2021-ci il tarixdən Şahdağ Milli Parkına təyin edilmiş mühafizə yegeri ilə bağlanmış əmək müqaviləsinin müddəti 3 ay uzadılmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə 12.10.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, qeyd edilən əmək müqaviləsinə 26.07.2021-ci il tarixdə 126/K saylı əmrlə AR ƏM-nin 68.2.b bəndinə əsasən xitam verlmilmişdir. İşəgötürən- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin rəisi X16 ilə işçi- X31 ilə bağlanmış 26.04.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı Şahdağ Milli Parkına əsas iş yeri üzrə mühafizə yegeri vəzifəsinə götürülmüşdür. Əmək müqaviləsi 26.07.2021-ci il tarixinədək 3 ay müddətə bağlanmışdır. İşəgötürən- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin rəisi X16 ilə işçi- X31 ilə bağlanmış 19.01.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı Şahdağ Milli Parkına əsas iş yeri üzrə mühafizə yegeri vəzifəsinə götürülmüşdür. Əmək müqaviləsi 19.04.2021-ci il tarixinədək 3 ay müddətə bağlanmışdır. İşəgötürən- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin rəisi X16 ilə işçi- X31 ilə bağlanmış 12.10.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı Şahdağ Milli Parkına əsas iş yeri üzrə mühafizə yegeri vəzifəsinə götürülmüşdür. Əmək müqaviləsi 12.01.2021-ci il tarixinədək 3 ay müddətə bağlanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin İddiaçı ünvanlanmış 18.10.2021-ci il tarixli, 21/S-759 №-li məktubundan görünür ki, onun Şahdağ Milli Parkının mühafizə yegeri vəzifəsindən qanunsuz azad edilməyinizə dair ərizəsinə baxılmış və araşdırılmışdır. Araşdırma zamanı Şahdağ Milli Parkının rəhbərliyi tərəfindən daxil olmuş Milli parkın Bum meşəbəyliyinin 01 və 02 saylı dolaylarının ərazisində, "Pəhləvan yurdu" adlanan yerdə 6 (altı) nəfər şəxsin ov etdiyi müəyyən edildiyi, 2 (iki) baş Dağıstan turunun ovlandığı və bununla əlaqədar onunla bağlanmış əmək müqaviləsinin uzadılmaması qeyd edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, X2 Xidmətinin 2021-ci il 26 iyul tarixli 208/k saylı əmrinə əsasən sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 12.10.2020-ci ildən Şahdağ Milli Parkının mühafizə yegeri vəzifəsində çalışmışdır. Onunla işə götürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti arasında sonuncu əmək müqaviləsi 26.04.2021-ci il tarixdə bağlanmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə X2 Xidmətinin 2021-ci il 26 iyul tarixli 208/k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 26 iyul 2021-ci il tarixli 208/k saylı əmrinin ləğv edilməsini və öz vəzifəsi üzrə işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz; 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər:
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə təqdim edilmiş iş materiallarını, hər iki tərəfin izahatlarını araşdırıb əmrin ləğvi və işə bərpa barədə iddia tələbinin əsassız olması qənaətinə gəlir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verildiyini iddia edir. Lakin məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış İddiaçı Şahdağ Milli Parkına əsas iş yeri üzrə mühafizə yegeri vəzifəsinə götürülməsinə dair 26.04.2021-ci il tarixli əmək müqaviləsi 26.07.2021-ci il tarixinədək, 3 ay müddətə bağlanmışdır. Növbəti əmək müqaviləsinin bağlanması bilavasitə işəgötürənin səlahiyyətləri çərçivəsində oluğdundan qeyd edilən əmək müqaviləsi iddiaçı şəxs ilə bağlanmamışdır. Belə halda məhkəmə hesab edirki, əmək müqaviləsinə tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməsi səbəbindən xitam verilmiş və işəgötürən tərəfindən əmək müqavilənin müddəti uzadılmamışdır. Bu isə əmək qanunvericiliyinin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇
İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytən Novruzova