Məhkəmə qərarları › İş №2(005)-5294/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5294/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5294/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.04.2020-ci il tarixli müqaviləsinə əsasən Canon EOS fotoaparat üçün 675 manat ödənilməmiş hissə, 67 manat cərimə; 15.01.2020-ci il tarixli müqaviləsinə əsasən Lenovo notebook üçün 340.8 manat ödənilməmiş hissə, 34.2 manat cərimə; 01.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********24431 olan X1 8T markalı telefon üçün 55 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 1177 manat borc və 31.77 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə 26.04.2020-ci il, 15.01.2020-ci il və 01.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Canon EOS fotoaparat, Lenovo notebook, İMEİ kodu **********24431 olan X1 8T markalı telefon almış və nəticədə 1177 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İş materiallarında olan 01.03.2020-ci il tarixli 20136793 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh İMEİ kodu **********24431 olan X1 8T markalı telefon satılmışdır. İş materiallarında olan 01.03.2020-ci il tarixli 20136793 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 48 manat müəyyən edilmişdir. İş materiallarında olan 15.01.2020-ci il tarixli 20038783 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh Lenovo notebook satılmışdır. İş materiallarında olan 15.01.2020-ci il tarixli 20038783 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 56.9 manat müəyyən edilmişdir. İş materiallarında olan 26.04.2020-ci il tarixli 20240700 saylı nisyə alqı-satqı müqaviləsinə görə Cavabdeh Canon EOS fotoaparat satılmışdır. İş materiallarında olan 26.04.2020-ci il tarixli 20240700 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay 75 manat müəyyən edilmişdir. İş materiallarında olan 16.02.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarında olan 18.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 26.04.2020-ci il tarixli 20240700 saylı müqavilə üzrə ödəməli olduğu məbləğ 742 manat, 15.01.2020-ci il tarixli 20038783 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 375 manat, 01.03.2020-ci il tarixli 20136793 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 60 manat olmaqla cəmi 1177 manat təşkil edir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh nisyə satış müqaviləsinə görə hissə-hissə ödəmək şərti ilə mallar satılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 31.77 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 26.04.2020-ci il tarixli 20240700 saylı müqavilə üzrə 742 manat, 15.01.2020-ci il tarixli 20038783 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 375 manat, 01.03.2020-ci il tarixli 20136793 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 60 manat olmaqla cəmi 1177 manat borc və 31.77 manat dövlət rüsumu iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26.04.2020-ci il tarixli 20240700 saylı müqavilə üzrə 742 manat, 15.01.2020-ci il tarixli 20038783 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 375 manat, 01.03.2020-ci il tarixli 20136793 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 60 manat olmaqla cəmi 1177 (bir min yüz yetmiş yeddi) manat borc və 31.77 manat dövlət rüsumu iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova İş № 2(005)-5294/2021 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏTLƏR BARƏDƏ PROTOKOL Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 09 dekabr 2021-ci il Bakı şəhəri Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim bildirir ki, İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.04.2020-ci il tarixli müqaviləsinə əsasən Canon EOS fotoaparat üçün 675 manat ödənilməmiş hissə, 67 manat cərimə; 15.01.2020-ci il tarixli müqaviləsinə əsasən Lenovo notebook üçün 340.8 manat ödənilməmiş hissə, 34.2 manat cərimə; 01.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********24431 olan X1 8T markalı telefon üçün 55 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 1177 manat borc və 31.77 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə 29.10.2021-ci il tarixdə bildiriş göndərilmiş, lakin cavabdeh iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Hakim mülki işi araşdıraraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi. Protokol 09 dekabr 2021-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar