Məhkəmə qərarları › İş №2(005)-532/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-532/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-532/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) X5 qarşı “təmirə çəkilmiş xərcin ödənilməsi” barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 fevral 2019-cu il tarixli icarə müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə xitam verildiyi üçün icarəçi Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən sahənin boşaldılaraq ona, İddiaçı təhvil verilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 mart 2005-ci il tarixli, 228619 saylı qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən, sahəsi 47 kv.m. olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. 20 fevral 2019-cu il tarixində icarəyə verən kimi onunla icarəçi Cavabdeh arasında həmin əmlak üzrə icarə müqaviləsi bağlanılaraq notarial qaydada təsdiq edilmişdir. 20 fevral 2019-cu il tarixli müqavilənin 4-cü bəndinə əsasən, icarəyə götürənin icarəyə verənə aylıq 200 manat icarə haqqı ödəməsi müəyyən edilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti müqavilə imzalandığı vaxtdan xx.xx.2021-ci il tarixinədək müəyyən edilmişdir. Müqavilənin müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə rəğmən, bu günə qədər əmlak boşaldılaraq təhvil verilməmişdir. İcarəyə götürənə dəfələrlə xəbərdarlıq edilmiş, müddətin bitməsi ilə əlaqədar icarə müqaviləsinə xitam verildiyi üçün icarə obyektini boşaldaraq təhvil verməsi tələb edilmişdir. Lakin icarəyə götürən Cavabdeh bu günə qədər əmlakı təhvil verməmişdir. Bu səbəblə, xx.xx.2023-cü il tarixində ona pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq sözügedən əmlakı 3 iş günü müddətində boşaldaraq təhvil verməli olduğu bildirmiş, əmlak 3 iş günü müddətində boşaldaraq təhvil verilmədiyi təqdirdə əmlakın boşaldılaraq təhvil verilməsi və obyektin qanunsuz saxlandığı müddət üçün ona dəymiş zərərin, həmçinin vəkil xərcləri, poçt xərcləri, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu və digər xərclərin tutulması barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh əmlakını boşaldaraq ona təhvil verməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) X5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdülrəhmanov küçəsi, ev 18, mənzil 44-də yerləşən sahənin təmirinə sərf etdiyi 27.000 manat pulun, eyni zamanda iddianın verilməsi üçün məhkəmənin hesabına ödədiyi 271 manat pulun cavabdeh X4 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X7 ilə aralarında 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdülrəhmanov küçəsi, ev 118, mənzil 44-də yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən, qeyri-yaşayış sahəsi təmirsiz olduğundan, təmirə ehtiyacının olmasını qeyd edib. Aralarında belə bir razılıq olub ki, qeyri-yaşayış sahəsi onun hesabına təmir etdirilsin, icarə müqaviləsi bitdikdən sonra, qeyri-yaşayış sahəsindən çıxarkən təmir xərci ona ödəniləcək, bundan sonra qeyri-yaşayış sahəsini tərk edəcəkdi. Beləliklə, icarəyə götürdüyü qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Təmirə 27.000 manat pul vəsaiti sərf etmişdir. Cavabdehin özü də həmin məbləğdə xərcin çəkildiyini bilirdi və ona həmin xərci ödəyəcəyini bildirmişdir. Təmir etdirdikdən sonra uzun müddət qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Hazırda cavabdeh ondan müqavilənin bitdiyini bildirərək, qeyri-yaşayış sahəsindən çıxmağını tələb edir. İcarə müqaviləsi bağlandıqdan sonra razılaşdıqları kimi, mübahisəli sahəyə çəkdiyi xərci tələb etmiş, lakin cavabdeh həmin xərci ödəməkdən imtina etmişdir. Çəkdiyi xərc cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirmişdir ki, qarşı tərəflə bağladıqları icarə müqaviləsinin müddəti bitdiyindən obyektin boşaldılaraq ona təhvil verilməsini istəyir. Çünki həmin sahəni özü işlətmək niyyətindədir. Bunu dəfələrlə qarşı tərəfə bildirsə də, o, obyektdən çıxmır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Qarşılıqlı iddia ilə bağlı isə bildirir ki, obyekti cavabdeh təmir etməyib, əksinə obyekti təmirli vəziyyətdə cavabdehə vermişdir. Cavabdeh sadəcə öz zövqünə görə divarlara qara rəngli divar kağızı vurdurmuşdur. Halbuki, divarlara divar kağızının vurulmasına ehtiyac yox idi. Ümumiyyətlə cavabdeh obyektə divar kağızı vurulması barədə ona əvvəlcədən heç nə deməmişdir. Obyektə gələn zaman divara qara divar kağızının vurulduğunu görmüşdür. Buna qədər isə bütün divarlar ağ rəngdə idi. Həmin sahəni 10 ilə yaxın müddətdir ki başqa-başqa şəxslərə icarəyə vermişdir. Obyekt əvvəl aptek kimi, daha sonra vəkil ofisi kimi, mağaza kimi fəaliyyət göstərirdi. Həmin sahə təmirsiz olsa idi, qeyd edilən şəxslər tərəfindən işlədilə bilməzdi. Cavabdehlə heç vaxt təmir barədə razılaşmamışdır. Cavabdeh obyektdə nəyisə öz istəyinə uyğun onunla razılaşmadan dəyişibsə bunun xərclərini o çəkməli deyil. Ona görə də qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, ilkin iddia ərizəsinin təmin olunmamasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, icarə müqaviləsi bağlanarkən, qeyri-yaşayış sahəsi təmirsiz olduğundan, təmsil etdiyi şəxs oranı təmir etdirmişdir. Tərəflər razılaşmışlar ki, icarə müqaviləsi bitdikdən sonra, təmir xərci Cavabdeh ödəniləcək və məhz bundan sonra o, qeyri-yaşayış sahəsindən çıxacaqdır. İcarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq ilkin iddiaçı obyektin təmirinə xərclənmiş 27.000 manat pulun ödənilməsindən, Cavabdeh isə bu səbəbdən obyektdən çıxmaqdan imtina etmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında göstərmişdir ki, obyekti icarəyə götürəndə ora təmirsiz idi. Əvvəllər aptek kimi fəaliyyət göstərmişdi. İddiaçı təklif etmişdir ki, təmiri o, etsin, obyektdən çıxarkən isə təmir pulu qaytarılsın. Buna görə obyekti təmir etdirmiş və bunun üçün 27000 manat pul xərcləmişdir. Lakin İddiaçı razılaşmanı danır, o isə, təmir xərci qaytarılmayınca oranı tərk etməkdən imtina edir. Ümumiyyətlə onlar arasında bu vaxtadək heç bir problem olmamışdır. Lakin sonradan Əliövsət bəyin də razılığı ilə icarə haqqını onun arvadına verməyə başlamışdır. Bir müddət sonra isə Əliövsət bəy pulu onun özünə verməyini tələb etmişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Təmir xərclərinin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, usta kimi fəaliyyət göstərir. Onu həmin obyektə iş icraçısı kimi işləyən Elçin bəy gətirmiş, o isə, obyektdə təmir apararaq giriş hissəyə metlax, zalın döşəməsinə laminat, tavan hissəyə lambirin vurmuşdur. Sanuzel və mətbəxin təmirini də o, etmişdir. Obyektdə ilk dəfə gələn zaman ora təmirsiz, pis halda olmuş, daş sexi kimi fəaliyyət göstərmişdir. Təmir təxmini 2 ay çəkmiş, bunun üçün təxmini olaraq 22000 manatdan çox pul sərf edilmişdir. Təmir işinə görə pulu iş icraçısından almışdır. Orada işlədiyi vaxt Əliövsət bəyi də görmüşdür. Lakin xeyli vaxt keçdiyindən nə onu, nə də obyektin yerini dəqiq xatırlamır. Təxmini yadındadır ki, obyekt prezident iqamətgahı tərəfdə yerləşirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, təxmini 1 ildir ki, qeyri-rəsmi olaraq Cavabdeh yanında işləyir. Təmir vaxtı orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Əliövsət onun əri, Nadir isə onların obyektini icarəyə götürən şəxsdir. Əliövsət ilə hələ də rəsmi olaraq ailəli olsalar da ayrı yaşayırlar. Nadir obyekti götürəndə obyekt pis halda olmuşdur. Aralarında onun da iştirakı ilə belə danışıq olmuşdur ki, obyekti Nadir təmir etdirsin və nə vaxt obyektdən çıxsa, Əliövsət bütün təmir xərcini Nadirə ödəsin. Buna görə də Nadir, obyekti təmir etdirmişdir və bugünə kimi də orada işləyir. Obyekt birgə nigah dövründə əldə edilsə də, Əliövsət bəy obyekti icarəyə verəndə onun xəbəri və imzası olmadan müqavilə bağlamışdır. Nadirlə müqavilə bağlanılan zaman da onun imzası olmamışdır. Obyektin əvvəlki icarəçisini tanımır. Ümumiyyətlə əri onu döyərək obyektə getməyə icazə verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, tərəflər arasında xx.xx.2019-cu il tarixdə ilkin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Ə.Əbdülrəhimov küçəsi, ev 118 ünvanında yerləşən, sahəsi 47 kv.m. olan 44 saylı mənzilə dair ünvan 2isində təsdiq edilməklə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti müqavilənin imzalandığı andan xx.xx.2021-ci il tarixədək müəyyən edilir. Müqavilənin 4-cü bəndinə əsasən icarə haqqı aylıq 200 manat məbləğində müəyyən olunmuş, 8-ci bəndində isə icarəyə verənin razılığı olmadan icarəçinin icarəyə götürülən sahədə təmirtikinti işləri aparmayacağı nəzərdə tutulmuşdur; İşin mübahisəsiz digər halına görə, ilkin iddiaçı sözügedən icarə müqaviləsinin müddətinin bitməsi səbəbindən icarə predmetinin boşaldılaraq təhvil verilməsini tələb etsə də, cavabdeh obyektə çəkdiyi təmir xərclərinin ödənilmədiyini əsas gətirərək onun həmin tələbini icra etməmiş, beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 689.1-ci maddəsinə uyğun olaraq, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Beləliklə, mülki işin materiallarından və tərəflərin izahatlarından, mülkiyyət hüququ üzrə ilkin İddiaçı məxsus olan və Bakı şəhəri, Ə.Əbdülrəhimov küçəsi, ev 118 ünvanında yerləşən, sahəsi 47 kv.m. olan 44 saylı mənzilin Cavabdeh sahibliyində və istifadəsində olduğu müəyyən edilmişdir; sonuncunun mübahisəli mənzil üzərindəki sahibliyinin isə hər hansı hüquqi əsasa söykəndiyi iş materialları ilə öz təsdiqini tapmır. Əksinə onun ilkin iddiaçı ilə həmin mənzilə dair bağladığı icarə müqaviləsinin müddətin bitməsi əsası ilə xitam olunduğu (Mülki Məcəllənin 689.1-ci maddəsinə əsasən) müəyyən edilmişdir ki, işin qeyd edilən halı onun mübahisəli mənzil üzərindəki sahibliyinin hər bir halda qanunsuz olduğuna dəlalət edir. Qeyd olunduğu kimi, icarə müqaviləsi iki il müddətinə bağlanmışdır və müqavilənin müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ilk İddiaçı mülkiyyət hüququ üzrə ona məxsus olan mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia tələbinə gəldikdə isə, məhkəmənin qənaətinə görə, həmin iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh icarə müqaviləsi bağlanarkən təmirsiz olan mənzilin onun hesabına təmir etdirilməsi, icarə müqaviləsi bitdikdən sonra oradan çıxarkən isə təmir xərcinin ona ödənilməli olması barədə icarəyə verənlə razılaşdıqlarını iddia edərək qarşılıqlı iddia tələbini irəli sürmüş, bununla belə iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Onun vəsatəti əsasında dindirilmiş şahidlərin izahatlarına gəldikdə isə, şahidlərdən X9 mənzildə aparıldığı iddia edilən təmir zamanı orada ümumiyyətlə olmamışdır. İddiaçının həyat yoldaşı olan şahid X3 ilə ilkin iddiaçının hazırda faktiki ayrı yaşadığı və münasibətlərinin gərgin olduğu müəyyən edilmişdir. X2 isə mənzilin ümumiyyətlə təmirsiz olması, hansı işləri görməsi, icarəçinin 22000 manata yaxın xərc çəkməsi barədə ifadələrinin səmimi olduğu şübhə doğurur. Belə ki, ustanın 5 il əvvəl təmir etdiyi mənzildə dəqiq hansı işləri icra etdiyi, icarəçinin nə qədər xərc çəkdiyini xatırlaması inandırıcı deyildir. Həmçinin müqavilənin şərtlərindən də göründüyü kimi, yalnız icarəyə verənin razılığı ilə təmir işləri aparıla bilərdi. Qarşılıqlı iddia üzrə iddiaçı müvafiq razılığı aldığını bildirsə də, bunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Bu halı yalnız iddiaçının münasibətinin gərgin olduğu və faktiki ayrı yaşadığı arvadının izahatı ilə təsdiq etməyə çalışmışdır. Halbuki tərəflərin də izahatından göründüyü kimi, cavabdeh ilə iddiaçı arasında mübahisə, sonuncunun arvadının tələbi ilə icarə haqqının ona ödənilməsindən sonra başlanmışdır. Bu baxımdan şahid X1 izahatlarının qərəzli olduğu müşahidə edilir. Bu mənada qeyd edilən şahidlərin izahatları “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Həmçinin tərəflərin, o cümlədən şahid X1 izahatlarından göründüyü kimi, obyekt əvvəllər müxtəlif şəxslərə icarəyə verilmiş, eləcə də aptek kimi fəaliyyət göstərmişdir. Bu baxımdan mənzilin tamamilə təmirsiz olması barədə icarəçinin dəlilləri ağlabatan deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə həmçinin vurğulayır ki, İddiaçı “Cavabdeh mənzilin divar kağızlarını dəyişdirməsi”ni etiraf etməsi də fərqli nəticəyə gəlməyə əsas vermir. Belə ki, torpaq icarəsi istisna olmaqla, icarə müqaviləsi ilə bağlı münasibətlərə Mülki Məcəllənin əmlak kirayəsi ilə bağlı müddəaları tətbiq edilə bilər (maddə 700.1. və 700.3.). Mülki Məcəllədə göstərilmişdir ki, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur (680.1.). Əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri aid deyildir (680.1.1.). Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir (680.2.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında istismar, qulluq və təmizləmə xərcləri istisna olmaqla əmlakın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzi kirayəyə verən tərəfindən ona ödənilməlidir. Burada zəruri xərclər dedikdə onlar nəzərdə tutulur ki, əmlakın mövcud vəziyyətdə saxlanması həmin xərclər çəkilmədən mümkün deyildir. Kirayə verilmiş əşyanın yaxşılaşdırılması ilə bağlı xərclərlə əlaqədar məsələlər mülki qanunvericiliyin özgə işlərinin tapşırıqsız aparılması ilə bağlı məsələləri tənzim edən normaları ilə tənzimlənir. Mülki Məcəllədə göstərilmişdir ki, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur (1087.1.). İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir (1088.1.). Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur (1090.1.). Məhkəmə qeyd edir ki, əvvəla mənzilin divar kağızlarının dəyişdirilməsi əşyanın saxlanması və ya bərpası üçün çəkilmiş zəruri xərc kimi qiymətləndirilə bilməz. İkincisi, həmin işin qarşılıqlı iddia üzrə cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməsi müəyyən edilmir. İlkin iddiaçının izahatına görə də, buna zərurət olmamış, qarşılıqlı iddiaçı bunu öz zövqünə uyğun etmişdir. Üçüncüsü, həmin işin yaxşılaşdırma hesab olunması mümkündür, lakin onun ilkin iddiaçının razılığı alınmaqla edildiyi müəyyən edilmir (qarşılıqlı iddiaçı bununla bağlı icarəyə verəni əvvəlcədən xəbərdar etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir), əksinə ilkin iddiaçı mənzilin divar kağızlarının dəyişdirilməsindən xəbərsiz olduğunu, sonradan ora gedərkən bunu gördüyünü bildirmişdir. Qeyd olunduğu kimi digər işlərin görülməsini və müqavilə şərtlərinə uyğun olaraq bununla bağlı əmlakın mülkiyyətçisinin razılığının alınmasını isə təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Halbuki, tərəflər arasındakı icarə müqaviləsinin 8-ci bəndinə görə də, icarəyə verənin razılığı olmadan icarəçinin icarəyə götürülən sahədə təmir-tikinti işləri aparmayacağı nəzərdə tutulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin ekspertiza təyin edilmədən müvafiq iddianın rədd edilməsinin qanunsuz olması dəlili ilə bağlı isə məhkəmə qeyd edir ki, əvvəla ekspertiza təyin edilməsi barədə vəsatət yazılı şəkildə verilməlidir. Hazırki iş üzrə tərəf baxış iclasında şifahi vəsatət vermişdir. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçıdan obyektin əvvəlki və təmirdən sonrakı şəkilləri tələb edilsə də, müvafiq fotoşəkillər məhkəməyə təqdim edilməmişdir. Mötəbər sübut kimi qəbul edilməyən şahid ifadələrinə əsaslanmaqla ekspertizanın təyin edilməsi isə mütənasiblik, zərurilik kimi prinsiplərə zidd olmaqla işin əsassız uzadılmasına səbəb olacaqdı. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Bakı şəhəri, Ə.Əbdülrəhimov küçəsi, ev 118 ünvanında yerləşən 44 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməli, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia təmin olunmamalıdır. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Bakı şəhəri, Ə.Əbdülrəhimov küçəsi, ev 118 ünvanında yerləşən 44 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar