Məhkəmə qərarları › İş №2(005)-5369/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5369/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5369/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Panasonic Fen-daraq, 2 ədəd Delonghi Mikatermik peç üçün 494 (dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 18.10.2019-cu il tarixli müqaviləsinə əsasən, LG Mikrodalğalı soba, Samsung LED TV üçün 876 (səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, 87 (səksən yeddi) manat cərimə, 02.07.2019-cu il tarixli müqaviləsinə əsasən, GREE kondisioner üçün, 1343 (min üç yüz qırx üç) manat ödənilməmiş hissə, 134 (yüz otuz dörd) manat cərimə; 17.10.2019-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə, ümumilikdə 3509 manat borc, 55.09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 11.11.2019-cu il, 18.10.2019-cu il, 02.07.2019-cu il və 17.10.2019-ci il tarixli müqaviləsinə əsasən, Panasonic Fendaraq, 2 ədəd Delonghi Mikaternıik peç, LG Mikrodalğalı soba, Samsung LED TV, GREE kondisioner, Samsung Paltaryuyan almış və nəticədə 3509 (üç min beş yüz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (12 ay x 51 manat + 0 manat ilkin ödəniş) olan Panasonic Fen-daraq, 2 ədəd Delonghi Mikatermik peç üçün ümumilikdə, 543 (beş yüz qırx üç) manat olmaqla ondan. 494 (dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 (qırx doqquz) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1084 (min səksən dörd) manat (12 ay x 90 manat + 4 manat ilkin ödəniş) olan LG Mikrodalğalı soba, Samsung LED TV üçün ümumilikdə. 963 (doqquz yüz altmış üç) manat olmaqla ondan, 876 (səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 87 (səksən yeddi) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1824 (min səkkiz yüz iyirmi dörd) manat (24 ay x 76 manat + 0 manat ilkin ödəniş) olan GREE kondisioner üçün ümumilikdə, 1477 (min dörd yüz yetmiş üç) manat olmaqla ondan, 1343 (min üç yüz qırx üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 134 (yüz otuz dörd) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan üçün ümumilikdə, 526 (beş yüz iyirmi altı) manat olmaqla ondan, 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47 (qırx yeddi) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 958 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 11.11.2019-cu il, 18.10.2019-cu il, 02.07.2019-cu il və 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Panasonic Fen-daraq, 2 ədəd Delonghi Mikaternıik peç, LG Mikrodalğalı soba, Samsung LED TV, GREE kondisioner, Samsung Paltaryuyan almış və nəticədə 3509 (üç min beş yüz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (12 ay x 51 manat + 0 manat ilkin ödəniş) olan Panasonic Fen-daraq, 2 ədəd Delonghi Mikatermik peç üçün ümumilikdə, 543 (beş yüz qırx üç) manat olmaqla ondan. 494 (dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 (qırx doqquz) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1084 (min səksən dörd) manat (12 ay x 90 manat + 4 manat ilkin ödəniş) olan LG Mikrodalğalı soba, Samsung LED TV üçün ümumilikdə. 963 (doqquz yüz altmış üç) manat olmaqla ondan, 876 (səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 87 (səksən yeddi) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1824 (min səkkiz yiiz iyirmi dörd) manat (24 ay x 76 manat + 0 manat ilkin ödəniş) olan GREE kondisioner üçün ümumilikdə, 1477 (min dörd yüz yetmiş üç) manat olmaqla ondan, 1343 (min üç yüz qırx üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 134 (yüz otuz dörd) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.10.2019-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan üçün ümumilikdə. 526 (beş yüz iyirmi altı) manat olmaqla ondan, 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47 (qırx yeddi) manat cərimə; Cavabdehin, müqavilələr üzrə ümumilikdə 3509 manat borcunu iddiaçı "xxxx" MMC cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 55.09 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilələr üzrə 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Panasonic Fen-daraq, 2 ədəd Delonghi Mikatermik peç üçün 494 (dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 18.10.2019-cu il tarixli müqaviləsinə əsasən, LG Mikrodalğalı soba, Samsung LED TV üçün 876 (səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, 87 (səksən yeddi) manat cərimə, 02.07.2019-cu il tarixli müqaviləsinə əsasən, GREE kondisioner üçün, 1343 (min üç yüz qırx üç) manat ödənilməmiş hissə, 134 (yüz otuz dörd) manat cərimə; 17.10.2019-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə, ümumilikdə 3509 manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir ; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11.11.2019cu il tarixli müqaviləsinə əsasən, Panasonic Fen-daraq, 2 ədəd Delonghi Mikatermik peç üçün 494 (dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 18.10.2019-cu il tarixli müqaviləsinə əsasən, LG Mikrodalğalı soba, Samsung LED TV üçün 876 (səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, 87 (səksən yeddi) manat cərimə, 02.07.2019-cu il tarixli müqaviləsinə əsasən, GREE kondisioner üçün, 1343 (min üç yüz qırx üç) manat ödənilməmiş hissə, 134 (yüz otuz dörd) manat cərimə; 17.10.2019-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə, ümumilikdə 3509 manat borc və 55.09 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən 494 (dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 18.10.2019-cu il tarixli müqaviləsinə əsasən, 876 (səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, 87 (səksən yeddi) manat cərimə, 02.07.2019-cu il tarixli müqaviləsinə əsasən, 1343 (bir min üç yüz qırx üç) manat ödənilməmiş hissə, 134 (bir yüz otuz dörd) manat cərimə, 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə, ümumilikdə 3509 (üç min beş yüz doqquz) manat borc və 55.09 (əlli beş manat doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar