Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-540/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X9 qarşı “iş stajının əmək kitabçasına daxil edilməsi, əmrin surətinin və əmək kitabçasının, məzuniyyətə görə ödənilməli olan pul məbləğinin hesablanaraq qaytarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 qarşı “iş stajının əmək kitabçasına daxil edilməsi, əmrin surətinin və əmək kitabçasının qaytarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh arasında bağlanmış 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən 15 sentyabr 2016-cı il tarixdən 25 may 2018-ci il tarixə qədər “Bağazıcı akademiy” tədris kurlarında fəaliyyət göstərdiyi iş stajının əmək kitabçasına daxil edilməklə, işdəan azad olunmğa dair 25 may 2018-ci il tarixli əmrin surətinin və əmək kitabçasının iddiaçıya qaytarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X13 fərdi sahibkardır, o Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatya alınmışdır (VÖEN **********). Cavabdeh fərdi sahibkar kimi “Boğazçı-Akademi-Bakı” adında tədris müəsissəsini təşkil etmiş, vətandaşlarla bağlanılan müqavilələr əsasında onların övladlarına pullu tədris kursları keçirməklə məşğuldur. İddiaçı, X10 cavabdeh - işəgötürən ilə başlanmış əmək müqaviləsinə əsasən 15 sentyabr 2016-cı il tarixdən 25 may 2018-ci il tarixədək “Boğazıcı akademy” tədris kürsalrında müəlimə vəzifəsində işləmişdir. Əmək fəaliyyətinə müqavilənin bağlandığı 15 sentyabr 2016-ci il tarxidən etibarən başlanmış, yəni həmin tarixdən faktiki işə buraxılıb fəaliyyət göstərmiş, lakin iddiaçıya məlum olmayan səbəblərdən əmək müqaviləsinin bir nüsxəsi cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir. Bu zaman cavbabdeh əmək kitabçasını da iddiaçıdan alaraq özünüzdə saxlamışdır. Cavabdehə məxsus tədris müəsissəsində müəyyən müddət ərzində fəaliyyət göstərdikdən sonra iddiaçı 25 may 2018-ci il tarixdə işdən azad olunmuş, lakin işdən azad olunandan sonra cavabdeh iddiaçıya əmrin surətini verməmiş və əmək kitabçasını qaytarmamışdır. Yaxın zamanlarda iddiaçı cavabdehə müraciət edərək işdən azad olunmağına dair əmrin surətini və tədris kurslarında faktiki fəaliyyət göstərdiyi 15 sentyabr 2016-cı il tarixdən 25 may 2018-ci il tarixə qədər müddət üzrə əmək stajının əmək kitabçasına daxil etməkə, əmək kitabçasının iddiaçıya qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh heç bir səbəb göstərmədən bundan imtina etmiş, iddiaçı ilə hörmətsiz kobud ritorikada danışmışdır. Belə olan halda, iddiaçı vəkilə müraciət edib hüquqi yardım göstərilməsini xahiş etmişdir. Vəkil sorğu ilə cavadbehə müraciət edib, imtinanın səbəbləri barədə ətraflı məlumat verməsini xahiş etmişdir. Lakin, cavabdeh Azərbaycan qanunlarına və Azərbaycan vəkilinə də hörmətsizlik nümayiş etdirərək sorğuya cavab verməkdən qəti surətdə İmtina etmişdir. Bundan sonra hüquqularının cavabdeh tərəfindən pozulduğunu anlayıb, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin etdiyi qanuna zidd əməlləri iddiaçıya belə düşünməyə əsas verir ki, o vergi və sosial sığorta ödənişlərindən yayınmaq üşün iddiaçı ilə əmək müqaviləsinin bağlanması barədə müvafiq dövlət nəzərət orqanlarına məlumat verməmiş və qanunsuz əməllərinin izlərini gizlətmək üçün əmək müqaviləsinin və əmrin surətini iddiaçıya təqdim etməkdən boyun qaçırır, əmək kitabçasını isə ümumiyyətlə qaytarmaq istəmir. Eyni zamanda İddiaçı iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması nəticəsində iddiaçıya 2370 manat maddi ziyan vurulmuşdur. Belə ki, cavabdeh işdən azad olunmağına dair sənədləri iddiaçıya verməkdən imtina etdiyi üçün iddiaçının hamiləlikdən sonra uşağın doğulması ilə bağlı xəstəxanaya müvafiq sənədləri təqdim edə bilməmiş və nəticədə uşaq pulu ala bilməmişdir. Maddi ziyanın baş verməsi bilavasitə cavabdehin qanunsuz əməlləri ilə səbəbli əlaqədədir. İlkin iddia tələbindən əlavə cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya vurduğu zərərə görə 2370 manat (iki min üç yüz yetmiş manat) məbləğində maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17 mart 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək analıq məzuniyyətinə görə vurulan ziyana görə pul məbləğinin də hesablanaraq iddiaçıya qaytarılması öhdəliyini cavabdeh X6 üzərinə qoyulması barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil2 17.05.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə vəsatət təqdim edərək göstərmişdir ki, mülki iş üzrə X6 bildirdiyinə görə iddiaçı ilə 1 aylıq əmək müqaviləsi bağlanmış və 1 ay sonra əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə X6 arasında bağlanmış əmək müqaviləsinin və həmin müqavilənin ləğv edilməsinin üzərindən uzun illər vaxt keçmişdir. Belə ki, müqavilənin ləğv edildiyi tarixin üzərindən 1 aydan daha artıq müddət keçdiyindən həmin mülki iş üzrə iddia müddəti tətbiq edilməli və iddianın rədd edilməsi barədə qərar çıxarılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X16 ifadəsində bildirmişdir ki, İddiaçı ilə birlikdə “Boğazçı-Akademi-Bakı” adında tədris müəssəsində işləmişlər. 2016-cı ilin noyabr ayından 2017-ci ilin fevral ayına qədər orada fəaliyyət göstərmişdir. “Boğazçı- Akademi-Bakı” adında tədris müəssəsi tərəfindən əmək kitabçası təqdim olunmayıb. İddiaçı həmin tədris mərkəzində mental hesablama və surətli oxu müəlliməsi kimi fəaliyyət göstərib. Əvvəlki məhkəmə iclasında iştirak etmiş digər şahid X7 ifadəsində bildirmişdir ki, İddiaçı ilə birlikdə 2017-ci ildə “Boğazçı-Akademi-Bakı” adında tədris müəssəsində işləmişlər. O işə gələn zaman iddiaçının analıq məzuniyyətində olduğu bildirmişdirlər. “Boğazçı-Akademi-Bakı” adında tədris müəssəsi tərəfindən ona əmək kitabçası təqdim olunmayıb. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 18.09.2020-ci il tarixli 1391 nömrəli vəkil sorğusundan görünür ki, 15 sentyabr 2016cı il tarixdən 25 may 2018-ci il tarixə qədər “Bağaziçi akademy” tədris kurslarında fəaliyyət göstərdiyi müddətin iş stajı kimi əmək kitabçasında daxil edilməsi və əmək kitabçasının sahibinə qaytarılması barədə tədbir görülməsi xahiş olunmuşdur. Gəncə-Kəpəz RPİ tərəfindən verilmiş 01.04.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlardan görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 2örünür ki, iddiaçı “Boğazçı-Akademi-Bakı” adına tədris müəssəsi olmuşdur. X13 AA1622397 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh X13 19.07.1985-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi əvəzləmə kartı haqqında doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatdan görünür ki, İddiaçı övladı 28.05.2018-ci il tarixdə doğulmuşdur. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının övladı X5 28.05.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə 27.06.2018-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 3712 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.03.2021-ci il tarixli 1818-19/12 nömrəli məktubundan görünür ki, “Boğazıçı-Akademi-Bakı” tədris müəssəsinin yaradılması ilə bağlı məlumatın verilməsi barədə müraciətə baxılmışdır. Qeyd olunan müəssisə ilə bağlı Təhsil Nazirliyində hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 23.02.2021-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, İddiaçı adına X13 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi məlumatı mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 18.03.2021-ci il tarixli **********082300 nömrəli məktubdan görünür ki, idarədə olan reyestrdə “Boğazçi-Akademi- Bakı” adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsinin 10.03.2021-ci il tarixli **********688400 nömrəli məktubdan görünür ki, 10.03.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən X6 (VÖEN **********) 07.04.2017-ci il tarixdən vergi uçotunda olması və fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. 19.06.2015-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı ilə işəgötürən X8 arasında 08.05.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iş yeri Tədris mərkəzinin ofisi qeyd edilmiş və əmək müqaviləsi üzrə ofis meneceri vəzifəsində çalışmışdır. 07.03.2016-cı il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə işəgötürən X4 arasında 07.03.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış, bu müqavilə üzrə onun iş yeri “Menar” Tədris Mərkəzi 28 may filalı qeyd edilmiş və əmək müqaviləsi üzrə ofis meneceri vəzifəsində çalışmışdır. 12.06.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 12.06.2017-ci il tarixdən (işçi) İddiaçı ilə (işəgötürən) X13 arasında iş yeri kurs qeyd edilmiş və əmək müqaviləsi üzrə müəllim vəzifəsində vaxtamuzd çalışmışdır. 14.10.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 15.09.2020-ci il tarixli işçi İddiaçı ilə 132-134 nömrəli məktəb təhsil kompleksində informatika müəllimi kimi əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında 12.06.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 25 may 2018-ci il tarixədək iddiaçı “Boğazıçı-Akademi- Bakı” tədris müəssəsində işləsə də ona əmək müqaviləsi təqdim edilməmişdir. İşlədiyi dövrdə iddiaçının övladı X5 28.05.2018-ci il tarixdə doğulmuşdur. Məhkəmə iş üzrə gəldiyi nəticəni aşağıdakılarla hüquqi əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Mülki Məcəllənin 752.1-0ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İşin hallarından göründüyü kimi iddiaçı öz tələbində və şahid ifadələrində 15 sentyabr 2016-cı il tarixdən cavabdehlə əmək müqaviləsinin bağlandığını bildmişdir. Bununla belə tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, 12.06.2017-ci il tarixdən (işçi) İddiaçı ilə (işəgötürən) X13 arasında iş yeri kurs qeyd edilmiş və əmək müqaviləsi üzrə müəllim vəzifəsində vaxtamuzd çalışmışdır. 15 sentyabr 2016-cı il tarixdən iddiaçının cavabdehlə işləməsinə dair şahid ifadələrinə münasibətdə məhkəmə hesab edir ki, əmək qanunverilciyinin tələblərinə uyğun həmin dövrdə iddiaçının əmək münasibətlərində olduğunu təsdiq edən əmək müqaviləsi iddiaçı tərəfindən təqdim edilmədiyindən 15 sentyabr 2016-cı il tarixdən 12.06.2017-ci il tarixədək tərəflər arasında münasibətlər podrat müqaviləsi ilə mülki qanunveriliyin müddəalarına uyğun tənzimlənməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, 15 sentyabr 2016-cı il tarixdən əmək müqaviləsinin bağlanması ilə bağlı hissədə iddia əsaslı hesab edilə bilməz. 12.06.2017-ci il tarixdən (işçi) İddiaçı ilə (işəgötürən) X13 arasında iş yeri kurs qeyd edilmiş əmək müqaviləsi üzrə müəllim vəzifəsində vaxtamuzd çalışmasını təsdiq edən əmək müqaviləsi bildirişinin mövcudluğu əmək kitabçasına məhz bu tarixdən iddiaçının işləməyinin daxil edilməsini zəruri edir. O da qeyd edilməlidir ki, iddiaçının 17 mart 2021-ci il tarixli ərizəsindən də göründüyü kimi iddiaçı 25 may 2018-ci il tarixədək “cavabdehlə əmək müqaviləsi bağlayaraq “Boğaziçi Akademisi” tədris kurslarında işlədiyini bildirir. Bununla belə qızı X2 doğumu ilə əlaqədar sosial məzuniyyətə görə pul ödənişlərini ala bilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinin 1-ci bəndinə əsasən, Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2016-cı il tarixli 1725 saylı Sərəncamına əsasən 2016-cı il ilin fevralın 1-dən uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətlərin məbləği artırılmışdır. İddiaçının uşağı X2 iş materiallarında olan doğum haqqında şəhadətnaməsinin suərtindən də məlum olur ki, iddiaçı 25 may 2018-ci il tarixdə işdən azad olunduqdan sonra 28 may 2018-ci il tarixdə X5 doğulmuşdur. Qeyd edilən hal belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı 25 may 2018-ci il tarixdə işdən azad olunmalı olduğundan, qismən ödənişli sosial məzuniyyətdə olması ilə bağlı uşağa qulluğa görə itirilmiş müvainətin əvəzinin tələb edilməsi də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh X13 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi üzrə 12.06.2017-ci il tarixdən 25.05.2018-ci il tarixə qədər olan iş stajı əmək kitabçasına daxil edilməklə və təsdiq edilməklə həmin əmək kitabçası cavabdeh X13 tərəfindən İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X13 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi üzrə 12.06.2017-ci il tarixdən 25.05.2018-ci il tarixə qədər olan iş stajı əmək kitabçasına daxil edilməklə və təsdiq edilməklə həmin əmək kitabçası cavabdeh X13 tərəfindən İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-540/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-540/2021
27.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver