Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-544/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi İddiaçı MMMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 486, 72 (dörd yüz səksən altı manat yetmiş iki qəpik), Cavabdeh2 505,77 (beş yüz beş manat yetmiş yeddi qəpik), Cavabdeh3 505,77 (beş yüz beş manat yetmiş yeddi qəpik), X3 463,20 (dörd yüz altmış üç manat iyirmi qəpik), Cavabdeh5 339,84 (üç yüz otuz doqquz manat səksən dörd qəpik), Cavabdeh6 oqlundan 252,89 (iki yüz əlli iki manat səksən doqquz qəpik), Cavabdeh7 oqlundan 562,24 (beş yüz altmış iki manat iyirmi dörd qəpik), Cavabdeh8 oqlundan 1357,20 (min üç yüz əlli yeddi manat iyirmi qəpik), Cavabdeh9 oqlundan 3068 (üç min altmış səkkiz manat). Cavabdeh10 4009,10 (dörd min doqquz manat on qəpik), Cavabdeh11 4009,10 (dörd min doqquz manat on qəpik), Cavabdeh12 1492.40 AZN (min dörd yüz doxsan iki manat qırx qəpik) manat məbləğində borcun, həmçinin ödənilmiş 141 manat dövlət rusumunun cavabdehlərdən müştərək qaydada iddiaçı “Nərimanov -11" MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, H. Əliyev prospekti 83/85 ünvanında yerləşən (bundan sonra - Bina) "Nərimanov -11” mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin (bundan sonra MMMC) idarə heyətinin sədridir. MMMC Ədliyyə Nazirliyində 03 yanvar 2019-cu il tarixində rəsmi qeydiyyatdan keçərək, hüquqi şəxs kimi fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. 23 sentyabr 2018-ci il tarixində Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilmişdir. Həmin yığıncaqda digər məsələlərlə bərabər qərara alınmışdır ki, 01 yanvar 2019-cu il tarixindən başlayaraq, hər bir sahə mülkiyyətçisi ona məxsus sahənin hər kv/m-ni 20 qəpiyə vurmaqla alınan pjl məbləqini, Binanın ümumi xərclərinin təmin edilməsi məqsədiylə ödəməyə borcludur. 17 yanvar 2019-cu il tarixində keçirilmiş MMMC iştirakçılarının ümumi yığıncağı da öz növbəsində 23 sentyabr 2018-ci il tarixli Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarlarını yerinə yetirərək qərara almışdır ki, binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (Lift xidməti idarəsi, Sanitariya - Təmizlik və Kommunal Xidmətlər İdarəsi və sairə), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş diqər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədiylə, hər bir sahə mülkiyyətçisi ona məxsus daşınmaz əmlakın sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləqini, hər ay MMMC-yə ödəməyə borcludur. Yazıb bildirmək istəyirəm ki, yuxarıda qeyd etdiyim qərarların mövcudluquna baxmayaraq, bəzi Bina sakinləri onlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinə görə mütləq (məcburi) pul ödənişlərini MMMC-yə etməkdən yayınırlar. Belə ki; X2 101.4 kv.m olan mənzilin sahibidir. 24 aydır ona məxsus yaşayış sahəsinə görə MMMC-yə ödəniş etmir. Bu səbəbdən də, MMMC-yə 486, 72 AZN borcu yaranmışdır (101.4 kv.m x 0,2 x 24ay =486,22 AZN). Cavabdeh2 sahəsi 105.37 kv.m olan mənzilin sahibidir. 24 aydır ona məxsus yaşayış sahəsinə görə MMMC-yə ödəniş etmir. Bu səbəbdən də, MMMC-yə 505,77 AZN borcu yaranmışdır (105.37 kv.m x 0,2 x 24ay = 507.77 AZN). Cavabdeh3 sahəsi 105,37 kv.m olan mənzilin sahibidir. 24 aydır ona məxsus yaşayış sahəsinə görə MMMC-yə ödəniş etmir. Bu səbəbdən də, MMMC-yə 505,77 AZN borcu yaranmışdır (105,37 kv.m x 0,2 x 24ay = 505,77 AZN. X1 96,5 kv.m olan mənzilin sahibidir. (Qoşma: 9-4). 24 aydır ona məxsus yaşayış sahəsinə görə MMMC-yə ödəniş etmir. Bu səbəbdən də, MMMC-yə 463,2 AZN borcu yaranmışdır (96.5 kv.m x 0,2 x 24ay = 463,2 AZN). Cavabdeh5 sahəsi 70,8 kv.m olan mənzilin sahibidir (Qoşma: 9-5). 24 aydır ona məxsus yaşayış sahəsinə görə MMMC-yə ödəniş etmir. Bu səbəbdən də, MMMC-yə 339,84 AZN borcu yaranmışdır (70,8 kv.m x 0,2 x 24ay = 339,84 AZN). Cavabdeh6 sahəsi 105,37 kv.m olan mənzilin sahibidir.(Qoşma: 9-6). 12 aydır ona məxsus yaşayış sahəsinə görə MMMCyə ödəniş etmir. Bu səbəbdən də, MMMC-yə 252,89 AZN borcu yaranmışdır (105,37 kv.m x 0,2 x 12ay = 252,89 AZN). Cavabdeh7 sahəsi 100,4 kv.m olan mənzilin sahibidir. (Qoşma: 9-7). 28 aydır ona məxsus yaşayış sahəsinə görə MMMC-yə ödəniş etmir. Bu səbəbdən də, MMMC-yə 562,24 AZN borcu yaranmışdır (100,4 kv.m x 0,2 x 28ay = 562,24 AZN). Cavabdeh8 hər birinin sahəsi 117,0 kv.m olan (ümumilikdə 234,0 kv.m) 2 qeyri yaşayış sahəsinin sahibidir (Qoşma: 9-8). 29 aydır ona məxsus yaşayış sahəsinə görə MMMC-yə ödəniş etmir. Bu səbəbdən də, MMMC-yə 1357,2 AZN borcu yaranmışdır (234,0 kv.m x 0,2 x 29ay = 1357,2 AZN). Cavabdeh9 1-ci mərtəbədə yerləşən sahəsi 260 kv.m olan qeyri yaşayış sahəsinin, zirzəmidə sahəsi 260 kv.m olan qeyri yaşayış sahəsinin və sahəsi 260 kv.m olan mənzilin sahibidir (Qoşma: 9- 9). O zirzəmiyə görə 35 ay pul ödəməyərək 1820 AZN borcu yaranmışdır (260 kv.m x 0,2 x 35ay = 1820 AZN). 1-ci mərtəbədəki qeyri yaşayış sahəsinə və mənzilə görə 12 ay pul ödəməyərək 1248 AZN borcu yaranmışdır ((260 kv.m + 260 kv.m) x 0,2 x 12ay = 1248 AZN)). Beləliklə Cavabdeh9 oqlunun MMMC-yə ümumilikdə 3068 AZN borcu var (1820 AZN + 1248 AZN = 3068 AZN). Cavabdeh10 zirzəmidə sahəsi 434,9 kv.m olan qeyri yaşayış sahəsinin və birinci mərtəbədə sahəsi 402,0 kv.m olan qeyri yaşayış sahəsinin sahibidir. O zirzəmiyə görə 35 ay pul ödəməyərək 3044,3 AZN borcu yaranmışdır (434,9 kv.m x 0,2 x 35ay = 3044,3 AZN) 1-ci mərtəbədəki qeyri yaşayış sahəsinə görə 12 ay pul ödəməyərək 964,8 AZN borcu yaranmışdır (402 kv.m x 0,2 x 12ay = 964,8 AZN). Beləliklə Cavabdeh10 oqlunun MMMC-yə ümumilikdə 4009,1 AZN borcu var (3044,3 AZN + 964,8 AZN = 4009,1 AZN). Cavabdeh11 zirzəmidə sahəsi 434,9 kv.m olan qeyri yaşayış sahəsinin və 1 -inci mərtəbədə sahəsi 402,0 kv.m olan qeyri yaşayış sahəsinin sahibidir. O zirzəmiyə görə 35 ay pul ödəməyərək 3044,3 AZN borcu yaranmışdır (434,9 kv.m x 0,2 x 35ay = 3044,3 AZN) 1-ci mərtəbədəki qeyri yaşayış sahəsinə görə 12 ay pul ödəməyərək 964,8 AZN borcu yaranmışdır (402 kv.m x 0,2 x 12ay = 964,8 AZN). Beləliklə Cavabdeh10 oqlunun MMMC-yə ümumilikdə 4009,1 AZN borcu var (3044,3 AZN + 964,8 AZN = 4009,1 AZN). Cavabdeh12 sahəsi 213,2 kv.m olan mənzilin sahibidir 35 aydır ona məxsus yaşayış sahəsinə görə MMMC-yə ödəniş etmir. Bu səbəbdən də, MMMC-yə 1492,4 AZN borcu yaranmışdır (213,2 kv.m x 0.2 x 35ay = 1492,4 AZN). Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasın dair ərizə təqdim edərək Cavabdeh13 97.02 (doxsan yeddi manat iki qəpik), Nəbiyevə Dursun Məmməd qızından 486, 72 (dörc yüz səksən altı manat yetmiş iki qəpik), Cavabdeh2 505,77 (beş yüz beş manat yetmiş yeddi qəpik), Cavabdeh3 5C5,77 (beş yüz beş manat yetmiş yeddi qəpik), X3 463,20 (dörd yüz altmış üç manat iyirmi qəpik), Cavabdeh5 339,84 (üç yüz otuz doqquz manat səksən dörd qəpik), Cavabdeh6 oqlundan 252,89 (iki yüz əlli iki manat səksən doqquz qəpik), Cavabdeh7 oqlundan 562,24 (beş yüz altmış iki manat iyirmi dörd qəpik), Cavabdeh8 oqlundan 1357,20 (min üç yüz əlli yeddi manat iyirmi qəpik), Cavabdeh9 oqlundan 3068 (üç min altmış səkkiz manat), Cavabdeh10 oqlundan 4009,10 (dörd min doqquz manat on qəpik), Cavabdeh11 qızından 4009,10 (dörd min doqquz marat on qəpik), Cavabdeh12 oqlundan 1492,40 AZN (min dörd yüz doxsan iki manat qırx qəpik) manat məbləqində borcun, həmçinin ödənilmiş 141 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçı “Nərimanov -11" MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (bundan sonra- MMMC) iddiaçı, cavabdeh qismində isə Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 saylı binada (bundan sonra-Bina) sahə mülkiyyətçiləri olan X9, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh5, Cavabdeh6 oqlu, Cavabdeh7, Cavabdeh8 oqlu, Cavabdeh9 oqlu, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 tərəflərdir. Cavabdehlər onlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinə görə mütləq (məcburi) olan pul ödənişlirini "xxxx" MMMC-yə ödəməkdən qərəzli olaraq yayındıqlarından, həmin pulların məhkəmə qaydasında onlardan tutularaq MMMC-yə ödənilməsi barədə tərəfimizdən iddia qaldırılmışdır. Bildirmək istəyirlər ki, məhkəməyə təqdim etdikləri iddia ərizəsində Cavabdeh13 cavabdeh qismində qeyd edilməsi diqqətimizdən yayınmışdır. Belə ki, Cavabdeh13 Binada yerləşən və ünvanı ünvan 21 kv.m olan mənzilin mülkiyyətçisidir Cavabdeh13 artıq 11 aydır ki ona məxsus yaşayış sahəsinə görə MMMC-yə ödəniş etmir. Bu səbəbdən də, MMMC-yə 97, 02 AZN borcu yaranmışdır ((44.1 kv.m x 0,2 x 11 ay = 97,02 AZN Hal hazırda Cavabdeh13 yuxarıda qeyd etdikləri mənzili kirayəyə verərək, özünün faktiki olduqu yer Azərbaycan, Naxçıvan MR., Ordubad ray. Dəstə k. Hesab edirlər ki, Cavabdeh13 cavabdehlər sırasına daxil edilərək, ondan 97,02 AZN tutularaq MMMCyə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi X11 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı nizamnaməsinin surətindən görünür ki, çoxmənzilli binalarda yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər. Nizamnamənin 2.2.1-ci bəndinə əsasən yaşayış binalarının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması; 2.2.2-ci bəndinə əsasən yaşayış binalarının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması cəmiyyətin fəaliyyət növlərinə daxildir. İş materiallarına əlavə olunmuş İddiaçı MMMC-nin idarə heyətinin üzvləri X11, X12 və Cavabdeh6 tərəfindən imzalanmış 17 yanvar 2019-cu il tarixli protokoldan görünür ki, binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (Lift xidməti idarəsi, Sanitariya-Təmizlik və Kommunal Xidmətlər İdarəsi və sairə), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədiylə, binanın hər bir sahə mülkiyyətçisi ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəməlidir. Müqavilənin 4.1-ci bəndi dəyişilərək aşağıdakı redaksiyada qəbul edilsin: Müqavilə 01.05.2032-ci il tarixədək qüvvədədir. İş materiallarında olan 26.11.2021-ci il tarixli aktdan görünür ki, X6 486, 72 (dörd yüz səksən altı manat yetmiş iki qəpik), Cavabdeh2 505,77 (beş yüz beş manat yetmiş yeddi qəpik), Cavabdeh3 505,77 (beş yüz beş manat yetmiş yeddi qəpik), X5 463,20 (dörd yüz altmış üç manat iyirmi qəpik), Cavabdeh5 339.84 (üç yüz otuz doqquz manat səksən dörd qəpik), Cavabdeh6 252,89 (iki yüz əlli iki manat səksən doqquz qəpik), Cavabdeh7 oqlunun 562,24 (beş yüz altmış iki manat iyirmi dörd qəpik), Cavabdeh8 oqlunun 1357,20 (min üç yüz əlli yeddi manat iyirmi qəpik), Cavabdeh9 oqlunun 3068 (üç min altmış səkkiz manat), Cavabdeh10 4009.10 (dörd min doqquz manat on qəpik). Cavabdeh11 4009,10 (dörd min doqquz manat on qəpik), Cavabdeh12 1492,40 AZN (min dörd yüz doxsan iki manat qırx qəpik) manat məbləğində İddiaçı MMMC-yə ödənilməmiş borcu vardır. İş materiallarında olan 20.12.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanında yerləşən "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin (VÖEN **********) idarə heyətinin üzvləri və cəmiyyətin təftiş komissiyasının sədri, bu AKTı tərtib edib imzalamaqla təsdiq edirik ki, Cavabdeh13 29 noyabr 2021-ci il tarixinə İddiaçı MMMC-yə mütləq (məcburi) pul ödənişləri üzrə 97, 02 AZN (doxsan yeddi manat iki qəpik) məbləğində ödənilməmiş borcu vardır. İş materiallarına əlavə olunmuş 29 noyabr 2013-cü il tarixli, 20/83 nömrəli; 25 noyabr 2013-cü il tarixli, 30/85 nömrəli; 25 noyabr 2013-cü il tarixli, 23/85 nömrəli; 14 mart 2017-ci il tarixli, 46 nömrəli; 06 iyun 2017-ci il tarixli, 83-85-110 nömrəli; 25 noyabr 2013-cü il tarixli, 29/85 nömrəli; 05 yun 2017-ci il tarixli, 83-85-129a nömrəli; 25 dekabr 2013-cü il tarixli, 01a/83 nömrəli; 19 sentyabr 2014-cü il tarixli, 32a/83 nömrəli; 12.01.2015-ci il tarixli, 03a/83 nömrəli; 12 yanvar 2015-ci il tarixli, 03a/83 nömrəli zəmanət müqavilələrinin surətlərindən görünür ki, müvafiq olaraq Cavabdeh1, Cavabdeh2,X10, X8,Cavabdeh5,Cavabdeh6,Cavabdeh7,Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 83-85 ünvanında inşa olunmuş yeni yaşayış binasında yeni mənzillə təmin olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı №1368464 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 72 M6, 4 saylı mənzil Cavabdeh13 tam mülkiyyətindədir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 23 sentyabr 2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağı Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Ümumi yığıncağın qərarları 92 səs çoxluğu ilə qəbul edilmişdir. Həmin protokolun 5-ci bəndinə görə binanın hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri qərara alınmışdır. Cavabdehlər MMMC iştirakçılarının ümumi yığıncağında binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (Lift xidməti idarəsi, Sanitariya Təmizlik və Kommunal Xidmətlər İdarəsi və sairə), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə, yuxarıda qeyd edilən əsalara baxmayaraq, bəzi bina sakinləri yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini etməkdən yayınırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cü maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehlərdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğlər 23 sentyabr 2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin 92 səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqlarıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh13 97,02 manat (doxsan yeddi manat iki qəpik), X4 486,72 manat (dörd yüz səksən altı manat yetmiş iki qəpik), Cavabdeh2 505,77 manat (beş yüz beş manat yetmiş yeddi qəpik), Cavabdeh3 505,77 manat (beş yüz beş manat yetmiş yeddi qəpik), X3 463,20 manat (dörd yüz altmış üç manat iyirmi qəpik), Cavabdeh5 339,84 manat (üç yüz otuz doqquz manat səksən dörd qəpik), Cavabdeh6 252,89 manat (iki yüz əlli iki manat səksən doqquz qəpik), Cavabdeh7 562,24 manat (beş yüz altmış iki manat iyirmi dörd qəpik), Cavabdeh8 1357,20 manat (min üç yüz əlli yeddi manat iyirmi qəpik), Cavabdeh9 3068 manat (üç min altmış səkkiz manat), Cavabdeh10 4009,10 manat (dörd min doqquz manat on qəpik), Cavabdeh11 4009,10 (dörd min doqquz manat on qəpik), Cavabdeh12 1492.40 manat (min dörd yüz doxsan iki manat qırx qəpik) məbləğində borc İddiaçı MMMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 141 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh13 97,02 manat (doxsan yeddi manat iki qəpik), X4 486,72 manat (dörd yüz səksən altı manat yetmiş iki qəpik), Cavabdeh2 505,77 manat (beş yüz beş manat yetmiş yeddi qəpik), Cavabdeh3 505,77 manat (beş yüz beş manat yetmiş yeddi qəpik), X3 463,20 manat (dörd yüz altmış üç manat iyirmi qəpik), Cavabdeh5 339,84 manat (üç yüz otuz doqquz manat səksən dörd qəpik), Cavabdeh6 252,89 manat (iki yüz əlli iki manat səksən doqquz qəpik), Cavabdeh7 562,24 manat (beş yüz altmış iki manat iyirmi dörd qəpik), Cavabdeh8 1357,20 manat (min üç yüz əlli yeddi manat iyirmi qəpik), Cavabdeh9 3068 manat (üç min altmış səkkiz manat), Cavabdeh10 4009,10 manat (dörd min doqquz manat on qəpik), Cavabdeh11 4009,10 (dörd min doqquz manat on qəpik), Cavabdeh12 1492,40 (min dörd yüz doxsan iki manat qırx qəpik) manat məbləğində borc və 141 manat dövlət rüsumu İddiaçı MMMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-544/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-544/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver