Məhkəmə qərarları › İş №2(005)-5446/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5446/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5446/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, 31.07.2019-cu il tarixli müqaviləsinə əsasən 2 ədəd LG LED TV üçün 157 manat ödənilməmiş hissə, 15 manat cərimə; 19.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 1184 manat ödənilməmiş hissə, 118 manat cərimə; 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən SONY PLAYSTATlON-4 üçün 962 manat ödənilməmiş hissə, 96 manat cərimə; 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 1886 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 188 manat cərimə olmaqla, ümumilikdə 4606 manat borc, 66,06 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 31.07.2019cu il, 19.11.2019-cu il, 29.01.2020-ci il və 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd LG LED TV, Samsung LED TV, SONY PLAYSTATİON-4, Samsung LED TV almış və nəticədə 4606 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.07.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1396 manat (11 ay x 112 manat + 164 manat ilkin ödəniş) olan 2 ədəd LG LED TV üçün ümumilikdə 172 manat olmaqla, ondan 157 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1422 manat (18 ay x 79 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 1302 manat olmaqla, ondan 1184 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 118 manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1050 manat (12 ay x 87.5 manat + 0 manat ilkin ödəniş) olan SONY PLAYSTATİON-4 üçün ümumilikdə 1058 manat olmaqla, ondan 962 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 96 manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1996,2 manat (18 ay x 110.9 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 2074 manat olmaqla, ondan 1886 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 188 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1675.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, Ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim”olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC 31.07.2019-cu il, 19.11.2019-cu il, 29.01.2020-ci il və 18.01.2020-ci il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh 2 ədəd LG LED TV, Samsung LED TV, SONY PLAYSTATİON-4, Samsung LED TV almış və nəticədə 4606 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.07.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1396 manat (11 ay x 112 manat + 164 manat ilkin ödəniş) olan 2 ədəd LG LED TV üçün ümumilikdə 172 manat olmaqla, ondan 157 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1422 manat (18 ay x 79 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 1302 manat olmaqla, ondan 1184 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 118 manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1050 manat (12 ay x 87.5 manat + 0 manat ilkin ödəniş) olan SONY PLAYSTATİON-4 üçün ümumilikdə 1058 manat olmaqla, ondan 962 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 96 manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1996,2 manat (18 ay x 110.9 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 2074 manat olmaqla, ondan 1886 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 188 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1675.2 manat təşkil edir. İş materiallarında olan Cavabdeh 26.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə ödənilməyən ümumi borcu 4606 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə kredit yolu ilə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,”kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, iddia təmin edilməli, 31.07.2019-cu il tarixli müqaviləsinə əsasən 2 ədəd LG LED TV üçün 157 manat əsas borcu, 15 manat cərimə, 19.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 1184 manat manat əsas borcu, 118 manat cərimə, 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən SONY PLAYSTATlON-4 üçün 962 manat manat əsas borcu, 96 manat cərimə, 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 1886 manat manat əsas borcu, müştəriyə güzəşt olunaraq 188 manat cərimə olmaqla, ümumilikdə 4606 manat borc və 66,06 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 31.07.2019-cu il tarixli müqaviləsinə əsasən 2 ədəd LG LED TV üçün 157 manat əsas borcu, 15 manat cərimə, 19.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 1184 manat manat əsas borcu, 118 manat cərimə, 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən SONY PLAYSTATlON-4 üçün 962 manat manat əsas borcu, 96 manat cərimə, 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 1886 manat əsas borc, müştəriyə güzəşt olunaraq 188 manat cərimə olmaqla, ümumilikdə 4606 (dörd min altı yüz altı) manat borc və 66,06 (altmış altı manat, 06 qəpik) manat ödənilmiş dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar