Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-545/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Cavabdeh “X10” MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər “X10” MMC və Cavabdeh2 qarşı mənzil üzrə müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər “X10” MMC və Cavabdeh2 qarşı mənzil üzrə müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilmə mövcud olan köhnə tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış mənzillərin inşa edilməsi, sakilərin müasir mənzillərlə təmin olunması məqsədilə valideynləridən ona və cavabdeh bacısı Cavabdeh2 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindəki, 99 saylı evin 20-ci mənzili sökülmüş, həmin mənzilin əvvəl olaraq iddiaçıya və Cavabdeh2 cavabdeh MMC tərəfindən Bakı şəhər Nərimanov rayonu, F.Yusifov küçəsindəki 37 saylı evin 2 otaqdan ibarət olan 26 və 2 saylı mənzilləri verilmişdir. Həmin ünvandakı evin 26 saylı mənzil onun, 21 saylı mənzil isə Cavabdeh2 sahibliyinə verilmişdir. Hər birinin sahibliyinə ayrı-ayrı mənzillər verilsə də həmin mənzillər üzrə müqavilələr xx.xx.2017-ci il tarixdə cavabdeh MMC tərəfindən yalnız digər Cavabdeh2 ilə bağlanılmışdır. Həmin ünvandakı evin 26 saylı mənzili sahibliyinə verilməklə həmin mənzil üzrə müqavilə cavabdehlər MMC ilə Cavabdeh2 arasında bağlanıldığından MMC-yə rəsmi müraciət edərək sökülən miras əmlakın əvəzi olaraq sahibliyənə verilmiş mənzil üzrə MMC ilə aralarında müqavilə bağlanılmasını tələb etmiş, MMC əvvəlcə razılıq bildirmiş, lakin sonradan əsaslı tələbinin icrasından yayınmışdır. Cavabdeh MMC tərəfindən istifadəsinə verilmiş mənzil üzrə müqavilənin bağlanılmasından yayındığından, razılaşma şərtlərinə əməl edildiyindən MMC tərəfindən sahibliyinə verilmiş mənzil üzrə müqavilənin bağlanılmış hesab olunması haqqında qərar qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh “Rahatçılığın Məkanı-Gold'’ MMC ilə sahibliyinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsindəki 37 saylı evin ümumi sahəsi 67 kv.metr olan, 2-ci bina, 4-cü blok, 8-ci mərtəbədəki 2 otaqdan ibarət olan 26-ci mənzil üzrə digər Cavabdeh2 arasında da bağlanılmış müqavilənin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindəki, 99 saylı evin 20-ci mənzilinin əvəzi olaraq cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X10” MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə İddiaçı və digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan “X10” MMC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 20K-1 №-li müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən sakin Cavabdeh2 mülkiyyətində olan müqavilənin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindəki, 99 saylı evin 20-ci mənzili “MMC”xxxx“MMC” isə həmin mənzilin əvəzinə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsindəki 37 saylı evin ümumi sahəsi 67 kv.metr olan, 2-ci bina, 4-cü blok, 7-ci mərtəbədəki 2 otaqdan ibarət olan 21-ci mənzili 18 ay müddətinə sakinə təhvil verir. İş materiallarında olan “X10” MMC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 20K-2 №-li müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən sakin Cavabdeh2 mülkiyyətində olan müqavilənin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindəki, 99 saylı evin 20-ci mənzili “MMC”xxxx“MMC” isə həmin mənzilin əvəzinə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsindəki 37 saylı evin ümumi sahəsi 67 kv.metr olan, 2-ci bina, 4-cü blok, 8-ci mərtəbədəki 2 otaqdan ibarət olan 26-ci mənzili 18 ay müddətinə sakinə təhvil verir. İş materiallarında olan xx xxxxxx 1995-ci il tarıli Azərtunelmetrotikinti Dövlət şirkətinin qərarından görünür ki, Əliyeva X1, ev 99, 20 saylı mənzilinin kirayəçisi kimi tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ 586159 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində beyin infarktından vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş İV-JQ 267456 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş İV-JQ 359500 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus mənzilin sökülməsi ilə bağlı ona cavabdeh “X10” MMC tərəfindən iki mənzil verilmiş və bu barədə aralarında xx xxxx 2017-ci il tarixlı 20K-1 və 20K-2 nömrəli müqavilələr bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X5 cavabdehlər “X10” MMC və Cavabdeh2 qarşı mənzil üzrə müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü mənzil üzrə müqavilənin onunla bağlanmış hesab edilməsinə dair iddia tələbini ümumiyyətcə əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, maddi ziyanın ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. QƏT ETDİ: X3 “X10” MMC və Cavabdeh2 qarşı mənzil üzrə müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-545/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-545/2021
09.04.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver