Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5481/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizəsi üzrə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; doğum faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinin bərpa olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “doğum akt qeydinin bərpa olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi Rzayeva X2 Respublikası, Qafan rayonunda doğulmuşdur. Bakı şəhərində yaşayır. Doğum haqqında şəhadətnamə və bütün digər sənədlər Ermistan Respublikası, Qafan rayonunda qalmış və itirilmişdir. Hazırda Ərizəçi itmiş sənədlərinin bərpa olunmasım istəyir. Hüquq və vəzifələrini həyata keçirmək üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi zərurəti yaranır. Ərizəçi doğum haqqında şəhadətnaməsini əldə etmək üçün Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. 03 dekabr 2025-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsinin imtina məktubunda qeyd edilir ki, Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə də yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məlumat üçün qeyd etmək zəruridir ki Ərizəçi ata adı X10, ana adı isə X6r. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki,doğum haqqında şəhadətnaməsini itirmişdir. Qafanda doğulduğu üçün onu yenidən əldə edə bilmirş Ata adı Yunusdir, ana adı Əcəbdir. Atasının ata adı Hacıdır. Doğulduğu yer Qafan rayonudur. Özü hazırda işləmir, evdar qadındır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bununla belə yazılı ərizə təqdim edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi vəkilinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 137 №-li məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa olunması barədə sorğuya cavab olaraq bildirilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum аkt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyə olunur. -AB seriyalı 027621 saylı qaçqın vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Ərizəçi 1968-ci ildə Ermənistan, Qafan rayonunda doğulmuş, 1988-ci ildə Qafan rayonunu tərk etmişdir. -İ-JZ seriyalı 638049 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X7 xx.xx.1963-cü il tarixdə Qafan rayonunda anadan olmuşdur. X1, anası X4r. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: -305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. -307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktian müəyyən edir. -307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: -4-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - 4.1-ci bəndində qeyd edilir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin doğumunun qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər xx.xx.1966-cı il təvəllüdlü X8 və xx.xx.1963-cü il təvəllüdlü X5 dinlənilmişdirlər. Məhkəmə iclasında şahid qismində dinlənilmiş xx.xx.1966-cı il təvəllüdlü X8 bildirmişdir ki, ərizəçinin dayısıoğludur. Özü 1966-cı il təvəllüdlüdür. Ərizəçinin doğum tarixi xx.xx.1968-ci ildir. O, Qafan rayonu, Kirs kəndində anadan olmuşdur. Özü də orada doğulmuşdur. Özünün doğum haqqında şəhadətnaməsi də yoxdur, itirmişdir. Ərizəçinin atasının adı Yunusov Yunus olmuşdur. Ərizəçigil 4 qardaş, 3 bacı olmuşdurlar. Məhkəmə iclasında şahid qismində dinlənilmiş xx.xx.1963-cü il təvəllüdlü X5 bildirmişdir ki, ərizəçinin bacısıdır. Ərizəçi xx xxxxxxxx 1968-ci il təvəllüdlüdür. Özü isə 1963-cü il təvəllüdlüdür. O, Qafan rayonu Kirs kəndində doğulmuşdur. Anasının adı Əcəb, atasının adı Rəhimdir. Soyadları Yunusovadır. Ailədə 4 qardaş, 3 bacıdırlar. Digər bacısı burada deyil, Naxçıvandadır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ərizəçi xx.xx.1968-ci ildə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. Onun atasının adı X10, anasının adı X9 olmuşdur. O, 1988-ci ildə Qafan rayonundan qaçqın düşmüşdür. Ərizəçi nikaha daxil olduqdan sonra “Rzayeva” soyadına keçmişdir. Məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin bərpası ərizəçinin hüquqlarının bərpasına yönəlmişdir. Məhkəmə hazırki halda ərizəçinin tələbi üzrə müəyyən edilməli halların ona məxsus olan hüquq müəyyənedici sənəd olmasını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktları nəzərə alaraq hesab edir ki, ərizəçinin doğum akt qeydi bərpa edilməldir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X3”, “doğum tarixi” qrafasında “xx.xx.1968-ci il”, “doğulduğu yer” qrafasında “Ermənistan, Qafan rayonu”, “Atası” qrafasında “X10”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X9”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən ərizə təmin edilməli, Ərizəçi doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X3”, “doğum tarixi” qrafasında “xx.xx.1968-ci il”, “doğulduğu yer” qrafasında “Ermənistan, Qafan rayonu”, “Atası” qrafasında “X10”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X9”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi bərpa edilmiş doğum haqqında akt qeydinin aparılması və ona həmin doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi müvafiq qeydiyyat şöbəsinə həvalə edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X3”, “doğum tarixi” qrafasında “xx.xx.1968-ci il”, “doğulduğu yer” qrafasında “Ermənistan, Qafan rayonu”, “Atası” qrafasında “X10”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X9”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi bərpa edilmiş doğum haqqında akt qeydinin aparılması və ona həmin doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-5481/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5481/2025
12.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver