Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-55/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddiası; İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı zərər tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh "RNQ GROUP” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli binanın, 4-cü blokunun 10-cu mərtəbəsində yerləşən 68 saylı, ümumi sahəsi 81,5 kv.m olan 3 otaqlı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 30 avqust 2017- ci il tarixli,T 35 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən,"xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli binadan 97,0 kv.m tam təmirli mənzili alıcı Cavabdeh təhvil veməyi öhdəmizə götürmüşdük. Alıcı təmiri öz hesabına edəcəyini, təmir pulunun müqabilində qarşılıqlı razılaşma əsasında alıcının 97,0 kv mənzil sahəsinin üzərinə əlavə olaraq 13 kv verilməsini "xxxx" MMC rəhbərliyindən xahiş edilmişdir (97 kv +13 kv = 110 kv). "xxxx" MMC alıcının xahişini nəzərə alaraq Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli binadan 30 avqust 2017- ci il tarixli, T 35 saylı müqaviləyə əsasən 81,5 kv.m təmirsiz mənzil vermişdir. Alıcının"xxxx" MMC də 28,5 kv mənzil sahəsi qalmışdır. Alıcı Cavabdeh 28,5 kv.m mənzil sahəsinin bizdə qalmasını və təklifini nəzərə alaraq, onunla "xxxx" MMC arasında 24 sentyabr 2018-ci il tarixli, 85 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli binanın, 4-cü blokunun 6-cı mərtəbəsində yerləşən 39 saylı, ümumi sahəsi 40,0 kv.m olan 1 otaqlı mənzili alıcıya təhvil verməyi, Alıcı isə 28,5 kv.m sahəni əvəzləmə yolu ilə ödəməyi, yerdə qalan 8,5 kv sahənin hər kv metri ücün 1200 (min iki yüz manat, yəni 8,5 kv * 1200 = 10.000) manat olmaqla yerdə qalan 10.000 (on min manatı) manatı 24 ay müddətində yəni 08 sentyabr 2020-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür. Hətta alıcı, “RNQ GROUP" MMC-nə 10.000 (on min manatı) manat borclu qalmağı barədə yazılı iltizam vermişdir. "xxxx" MMC üzərinə götürdüyü öhdəliyi icra edərək mənzili alıcıCavabdeh təhvil vermişdir, lakin alıcı24 ay müddətinə qalıq ödənişləri ödəməklə bağlı öhdəliyi tam icra etməmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı zərər tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək İddiaçındən mənzilimin sökülməsi və yenisi ilə təmin edilməsi nəticəsində dəymiş zərər ümumilikdə 29000.00 (iyirmi doqquz min) manat pulunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı söküntü zamanı mənzilin təmir xərclərini hər kvadrat metrə görə 150 (yüz əlli) manat hesablamışıdır. Bakı şəhəri, Nərimanov rayonu ərazisində söküntü işlərini həyata keçirən digər tikinti şirkətləri tərəfindən təmir üçün ödəniləcək məbləğ 200-250 manat hesablanmışdır. Bunun nəticəsi olaraq şirkət tərəfindən mənə vurulun zərər 4800,00 (dörd min səkkiz yüz) manat təşkil etmişdir. Söküntü ərəfəsində, mənzildən çıxarılan zaman şirkət tərəfindən ona 1000,00 (bir min) manat kompensasiya ödənilməmişdir. Aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, 2020-ci ilin sentyabr və oktyabr ayları üçün kirayə pulu ödənilməmişdir. Bu isə ona 1000,00 (bir min) manat zərərin vurulması ilə nəticələnmişdir. Şirkətlə arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq, onların mənzillə təmin edilməyi 18 aydan 36 aya kimi uzadılmışıdır. Söküntü zamanı onun istifadəsində olan 50 kv.metr çardaq nəzərə alınmamışdır. Söküləcək mənzildə yerləşən əşyaların daşınması zamanı tərəfindən 50,00 (əlli) manat və 160,00 (yüz altmış) manat (166 xidmətinə) ödəniş edilmişdir. Həmçinin, şirkət tərəfindən sakin olaraq çıxarışların alınması, onlara məxsus çıxarışların ləğv olunması və telefon xətlərinin çəkilməsi üçün 260,00 (iki yüz altmış) manat əlavə ödənişlər tələb edilir. Müqaviləyə əsasən yaşadığım mənzilin ümumi ölçüsü 81,5 kv.metr təşkil etməlidir. Lakin, qeyd olunan mənzilin ümumi sahəsi 76,5 kv.metr təşkil edir. Bunun nəticəsi olaraq mənə 6000,00 (altı min) manat ziyan dəymişdir (5 kv.metr hər kv.metr görə 1200,00 manat təşkil edir). Şirkət tərəfindən mənzildə mətbəx mebelinin yığılmamış və buna dair mənə ödəniş edilməmişdir. Bu isə əlavə olaraq 1280,00 (min iki yüz səksən) manat zərər deməkdir. O, mənzilin giriş qapısını 450,00 (dörd yüz əlli) manata əldə etmişdir. Şirkət tərəfindən ona 170,00 (yüz yetmiş) manat kompensasiya ödənilmişdir. Mənzilin qapısının alınmasına görə ona 280,00 (iki yüz səksən) manat ziyan dəymişdir. Mənzilin təmirinə dair əlavə olaraq fəhlələrin zəhmət haqları və yüklərin qaldırılması üçün (lebyotka ilə) 370,00 (üç yüz yetmiş) manat tərəfindən xərclənmişdir. Bildirmək istərdi ki, mənzillərin giriş hissələri və dəhlizlər şirkət tərəfindən təmir olunmuşdur. Bizə məxsus mənzilin yerləşdiyi 10 mərtəbənin dəhlizi tamamilə şirkət tərəfindən təmir edilmişdir. Lakin, qarşı tərəfdə yerləşən 66-cı və 67-ci mənzillərdə yenicə təmir işləri aparan şirkət rəhbəri, qonşu X4 ümumi, hamı tərəfindən istifadə edilən dəhlizi dağıdaraq qanunsuz olaraq zəbt etmək qərarına gəlmişdir. Belə ki, qonşu ümumi dəhlizin divarlarını deşmiş, qanunsuz tikinti işləri apararaq dəhlizi zəbt etmiş, dəhlizə layihədən kənar qapı quraşdıraraq, şirkət tərəfindən görülən işləri pis vəziyyətə qoymuş və mənə ümumilikdə 4800,00 (dörd min səkkiz yüz) manat və 9000,00 (doqquz min) manat, cəmi 13800,00 (on üç min səkkiz yüz) manat zərər vurmuşdur (zəbt olunmuş 4 kv.metr və 7,5 kv.metrə görə 1200,00 manat təşkil edir). Cavabdeh “RNQ GROUP,, Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona böyük miqdarda dəymiş ziyanı nəzərə almalıdır. Belə ki, şirkət tərəfindən mənzilimin sökülməsi və yenisi ilə təmin edilməsi nəticəsində ümumilikdə 29000,00 (iyirmi doqquz min) manat zərər dəymişdir. İddiaçı MMC- nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə verərək Cavabdeh 10.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC- nin nümayəndəsi və vəkili Vəkil ilk iddianın məzmununa uyğun izahat verərək onun təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ilk iddianı qismən qəbul edərək bildirdi ki, həqiqətən onunla iddiaçı arasında onun 10.000 manat borcunun olmasına dair əlyazma imzalanmışdır. Həmin məbləgi o zaman ödəyəcək ki, onun mənzilinin divarında sonradan aparılan dəyişiklik əvvəlki vəziyyətə qaytarılsın. Eyni zamanda qarşılıqlı iddiasını müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.08.2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcının xahişini nəzərə alaraq Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli binadan 30 avqust 2017- ci il tarixli, T 35 saylı müqaviləyə əsasən 81,5 kv.m təmirsiz mənzil vermişdir. Alıcının"xxxx" MMC də 28,5 kv mənzil sahəsi qalmışdır. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5120 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qarabağ küçəsində 49 nömrəli ünvanda yerləşən, blok 4, 66-67 saylı mənzillərin yerləşdiyi mərtəbənin layihə sənədləri iş materiallarına əlavə edilmədiyini və eləcədə baxış zamanı nüvafiq qurumlardan razılaşdırılmış layihə sənədləri təqdim olunmadığı üçün, baxış zamanı əldə olunmuş məlumatlar ilə müqahisəli tədqiqat aparılmaqla həmin ünvanda yerləşən 66-67 saylı mənzillər üzrə layihədə göştərilməyən tikili inşa edilib-edilməməsini və əgər edilibsə həmin tikili iddiaçının istifadə və sahibliyində olan 68 saylı mənzilinin ərazisinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Baxış zamanı Bakı şəhəri, Nəsimi rayonu, Qarabağ küçəsində 49 nömrəli ünvanda yerləşən, blok 4, 66-67 saylı mənzilin daxilinə hər hansı ziyan dəydiyi müəyyən olunmamışdır. İşdə olan Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, Orucov X1. ilə Ə.Əlizadə küçəsinin kəsişməsində yerləşən mənzilin əvəzinə aldığı sahədən İddiaçı MMC-yə könüllü satdığını, onun əvəzində 48.000 manat alır.İddiası yoxdur, gələcəkdə olmayacag. Onun 10.000 manar borcu qalır. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.08.2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcının xahişini nəzərə alaraq Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli binadan 30 avqust 2017- ci il tarixli, T 35 saylı müqaviləyə əsasən 81,5 kv.m təmirsiz mənzil vermişdir. Alıcının"xxxx" MMC də 28,5 kv mənzil sahəsi qalmışdır. İşdə olan əlyazmaya əsasən cavabdehin həmin mənzilə görə MMC-yə 10.000 manat borcu qalmaqdadır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, ilk idda təmin olunmalı və Cavabdeh 10.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh qarşılıqlı iddiası əsassızdır, iddiaçı şəxsn təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı zərər tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk idda tələbi təmin edilsin. Cavabdeh 10.000 (on nim) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı zərər tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-55/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-55/2022
02.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver