Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-550/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işdən azad olunmasının qanunsuz hesab edilməsi, işdən azad edilmə barədə əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və bərpa olunanadək orta əmək haqqınının onun xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işdən azad olunmasının qanunsuz hesab edilməsi, işdən azad edilmə barədə əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və bərpa olunanadək orta əmək haqqınının onun xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun işdən azad olunmasını qanunsuz hesab edərək, işdən azad edilmə barədə əmrin ləğv edilərək, onun əvvəlki iş yeri olan cavabdeh cəmiyyətdə baş mühasib vəzifəsinə bərpa edilməsi, xx xxxx 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən qanunsuz və əsassız olaraq xx xxxx 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, işdən azad edilmişdir. Onun dəfələrlə müraciət etməsinə baxmayaraq, bu barədə əmr ona verilməmiş və onunla son haq-hesab edilməmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı onun işdən azad edilməsini bütün iş günü ərzində işə gəlməməsi kimi göstərərək, müvafiq əmri çıxardarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə müraciət etmiş, lakin bir nəticə əldə edilməmişdir. Qeyd edilməlidir ki, hazırkı vaxtadək işəgötürən olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin səbəblərinin izahı verilməmişdir. Bu maddənin heç bir bəndinin yaranmış məsələyə aidiyyəti yoxdur. O, cavabdeh cəmiyyətdə işə başladığı gündən heç vaxt icazə istəməmiş, iş saatlarından da artıq qalıb işləmişdir. Çünki, bu şirkətə məxsus mağaza şəbəkəsində olan beş iri mağaza, anbar (150 kv.metr) və yetmiş nəfər işçiyə tək onun özü baş mühasib olaraq, bütün mühasibat işlərini idarə etmişdir. İşlədiyi müddət ərzində cavabdeh şirkətin bütün hesabatlarını, əmək haqqı cədvəllərini, alış-satış sənədlərini, gömrük bəyannamələrini, bank əməliyyatlarını, müvafiq portallarda cavabdeh şirkətə aid olan bütün uçot sənədlərini, yaşıl dəhliz açılmasını, eləcə də pul dövriyyəsinin düzgün təşkilini təmin etmişdir. Bütün bu qeyd edilənləri nəzərə alaraq onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaq tam qanunsuzdur. O, xx xxx 2020-ci il tarixdə işə gələrkən cavabdeh cəmiyyətin direktoru Olqa Movçan ona və icraçı direktor olan Anar Şeyxzamanlıya zəng edərək, onun ofisdən çıxmasını istəmişdir. O da öz növbəsində ofisdən çıxmışdır. xx xxx 2020-ci il tarixdə cavabdeh cəmiyyətin təsisçisi ona zəng edərək, bütün işlərin Anar Şeyxzamanlıya təhvil verilməsini xahiş etmiş və ona üç aylıq kompensasiya veriləcəyi bildirilmişdir. xx xxx 2020-ci il tarixdə o ofisə gedərək bütün işlərini təhvil vermişdir. Lakin cavabdeh cəmiyyətin direktoru və icraçı direktor olan Anar Şeyxzamanlı onu aldadaraq bütün işləri təhvil alandan sonra onun 18 illik mühasib işinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə zərər vurmuşlar. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə əlavə iş yeri olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına baş mühasib vəzifəsinə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixdə öz xahişi ilə əsas iş yeri kimi dəyişiklik edilmişdir. İddiaçı baş mühasib olduğu üçün yalnız onun tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin sistemində şirkətin elektron kabinetinə giriş parol və pin kod vasitəsi ilə həyata keçirilirdi. İşlədiyi dövr ərzində öz əmək funksiyasını doğru yerinə yetirməmiş və əmək müqaviləsində qeyd edilən öhdəlikləri yerinə yetirməmişdir. Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamələri, Dövlət Statistika İdarəsinə və digər hesabatların müəyyən edilmiş müddətdə təqdim etmədiyinə görə işdən çıxan işçilərə vaxtında son haqq-hesablarını ödənilməsini aparmamışdır. Hər ay kameral yoxlama nəticəsində göndərilən hesabatlarda uyğunsuzluqların olduğu aşkar olunurdu. Hesabatları vaxtıvaxtında göndərmədiyinə görə şirkətə bir neçə dəfə xəbərdarlıq elan edilmişdir. Müdiriyyət tərəfindən araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymadığına görə şirkətə qarşı xx xxxxxx 2019-cu il tarixdə 1.000 (bir min) manat, xx xxxxxx 2020-ci il tarixdə 3.000 (üç min) manat və xx xxxxxx 2020-ci il tarixdə 6.000 (altı min) manat məbləğində maliyyə sanksiyaları tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir və göstərilən məbləğlər hər dəfə avtomatik olaraq şirkətin hesabından silinmişdir. İddiaçı bu məlumatları hər dəfə müdiriyyətdən gizlətmişdir və məktublara cavab verməyərək etinasız yanaşmışdır. Bununla əlaqədar ona izahat vermək tələb olunsa da, o bundan imtina etmişdir. Bu səbəbdən də, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının xx/xx-2020 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə görə, həmin məcəllənin 10-cu maddəsinin “ç” bəndinə görə (işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq), həmçinin əmək müqaviləsi ilə təyin edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xx xxxx 2020-ci il tarixdə İddiaçı işdən azad edilmişdir. xx xxxx 2020-ci il tarixdə isə onun son haqq-hesabı bank hesabına köçürülmüşdür. Bundan başqa, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona göstərilməmiş və son haqq-hesab vərəqəsi verilməmişdir. Əslində isə bu məlumat həqiqətə uyğun deyildir, çünki şirkətin İnsan Resursları bölməsinin əməkdaşı X2 tərəfindən İddiaçı təklif edilmişdir ki, əmrin surətini və son haqq hesab sənədlərini təhvil alsın. Həmin ərəfədə, yəni xx xxxx 2020-ci il tarixdə şirkətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən daxil olan məktubda göstərilmişdir ki, İddiaçı şirkətə qarşı şikayətinə baxılır və bununla əlaqədar sənədlər tələb olunur. Onlar da öz növbələrində məktuba cavabı və tələb olunan sənədləri (əmək müqaviləsinin, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin, son haqq-hesab cədvəli və sair sənədləri) Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə göndərdilər. Yəni İddiaçı istədiyi təqdirdə həmin sənədlərin surətlərini həmin qurumdan da götürə bilərdi. Göründüyü kimi, İddiaçı qərəzli və məqsədli olaraq əmrin surətini və son haqq-hesab sənədlərini qəsdən götürməmiş və bu barədə heç bir müraciət etməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddiası əsassızdır və buna görə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işdən azad olunmasının qanunsuz hesab edilməsi, işdən azad edilmə barədə əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və bərpa olunanadək orta əmək haqqınının onun xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsininin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə xx xxxxxx 2020-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, mübahisə edilən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının əmrinə əsasən İddiaçı xx xxxx 2020-ci il tarixdən işdən azad edilmişdir və xx xxxx 2020-ci il tarixdə son haqq-hesabı İddiaçı bank hesabına köçürülmüşdür. Şirkətin İnsan Resursları bölməsinin əməkdaşı X2 tərəfindən İddiaçı əmrin surətinin və son haqq hesab sənədlərinim təhvil alınmasını təklif etmişdir. Qeyd olunanlara əsasən, İddiaçı pozulmuş hüquqlarının bərpası tələbi ilə məhkəməyə ən geci xx xxxx 2020-ci il tarixdə (yəni hüququnun pozulduğunun aşkar etdiyi gündən 1 (bir) təqvim ayı müddətində) müraciət edə bilərdi. Lakin, 2(005)-3987/2020 nömrəli işin materiallarına nəzər yetirilsə görmək olar ki, iddiaçı şəxs 3 (üç) aya yaxın müddət ərzində iddia müddətini ötürərək, yəni xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhəkəməsinə müraciət etmişdir, məhkəməyə təqdim edilən sənədlərdə çatışmazlıq olduğundan iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı yenidən, yəni xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhəkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və iş icraata qəbul edilmişdir, göründüyü kimi bu dəfə də səhlənkarlıq edərək iddia ərizəsi qaytarıldıqdan sonra yalnız 2 (iki) ay sonra yenidən məhkəməyə müraciət etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, 2(005)-3987/2020 nömrəli iş üzrə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinə iddia müddətini tətbiq edərək iddianın rədd (imtina) edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, İddiaçı işlədiyi dövr ərzində öz əmək funksiyasını doğru yerinə yetirməmiş və əmək müqaviləsində qeyd edilən öhdəlikləri yerinə yetirməmişdir. X4 azərbaycan dilini bilmədiyindən və onun Azərbaycan Respublikasından kənarda olmasından istifadə edərək, işlərin qaydasında olduğunu, gərəkli hesabatları qanunvericiliyə uyğun olaraq verdiyini və işini keyfiyyətli apardığını deyərək rəhbərliyi mütəmadi olaraq aldatmışdır.2020-ci ilin may ayında müstəqil auditorun yoxlaması zamanı qeyd edilən çox böyük nöqsanlar müəyyən olunmuşdur. 2020-ci ilin yanvar ayının əvvəllərində mağazalarda köhnə tipli kassa aparatlarının istifadəsinə görə şirkətə xəbərdalıq edilmişdir, buna görə də təcili olaraq yeni kassa aparatları alınmışdır və bu məsəslənin həlli üçün İddiaçı göstəriş verilmişdir. Kassa aparatlarının qeydiyyata alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyindən xüsusi kod əldə edilməli idi, bunu da məhz İddiaçı etməli idi. Hətta Azərbaycan Respublikası Vergilər Naziriliyindən bu məsələnin həlli ilə bağlı vergilər departamentinə yaxınlaşma haqqında bildiriş də gəlmişdir, lakin İddiaçı getməmişdir və elektron portal ilə də heç bir məlumat verməmişdir. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymadığına görə şirkətə qarşı xx xxxxxx 2019-cu il tarixdə 1.000 (bir min) manat, xx xxxxxx 2020-ci il tarixdə 3.000 (üç min) manat və xx xxxxxx 2020-ci il tarixdə 6.000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir və göstərilən məbləğlər hər dəfə avtomatik olaraq şirkətin hesabından silinmişdir. İddiaçı baş mühasib olduğu üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin portalında şirkətin elektron kabinetinə giriş parol və pin kod vasitəsi ilə yalnız onun tərəfindən həyata keçirilirdi. Bununla əlaqədar ona izahat vermək tələb olunsa da o bundan imtina etmişdir. Elektron portalda olan kameral yoxlama məktublarına ya cavab vermirdi, ya da ki, gec cavab verirdi. Hər ay kameral yoxlamalarda göndərilən hesabatlarda uyğunsuzluqlar aşkar olunurdu. Hesabatları vaxtı vaxtında göndərmədiyinə görə şirkətə bir neçə dəfə xəbərdarlıq elan edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, 2019-cu il üçün hesabat ən geci 2020-ci ilin mart ayınadək verilməli idi, lakin İddiaçı tərəfindən verilməmişdir, halbuki bu onun vəzifə borcu idi. Hesabatın gecikdirilməsi nəticəsində 100.000 (bir yüz min) manat məbləğində fərq yaranmışdır və bu səhv 2020-ci ilin may ayında kənardan dəvət edilmiş mühasib tərəfindən aşkarlanaraq düzəldilmişdir. Pandemiya dövründə İddiaçı evdən işləyirdi və maaşı tam olaraq ödənilirdi, lakin bu dövr ərzində bir dənə də olsun belə müvafiq orqanlara lazımi hesabatları verməmişdir, nümunə olaraq aşağıdakıları qeyd etmək olar. Belə ki, 2020-ci ilin birinci kvartalı üçün Dövlət Sosial Müdafiə Fonduna hesabat verilməmişdir; xx xxxxx 2020-ci il tarixədək verilməli olan gəlir vergisi və dövlət sosial sığorta hesabatları verilməmişdir; 2019-cu il üçün statistika hesabatı verilməmişdir. Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamələri, Dövlət Statistik fonduna və digər hesabatlarının müəyyən edilmiş müddətdə təqdim etmədiyinə görə işdən çıxan işçilərə vaxtında son haqq-hesablarının ödənilməsini aparmamışdır. Qeyd edilən məlumatlar müvafiq orqanlara sorğular verilməsi ilə təsdiqlənə bilər. Daxili ticari nəzarət proqramı 1C ilə ümumiyyətlə işlənmirdi. Məlumatlar 1C proqramında yanlış göstərilmişdir, bunu mühasibatlığın operator əməkdaşları təsdiq edə bilərlər. İddiaçı mağazalarda kassa aparatlarının lazımi hesabatını aparmırdı və yoxlamırdı. İddiaçı tərəfindən edilən yanlış sənədləşməyə görə maliyyə ödənişləri və bank əməliyyatları çətinliklə yerinə yetirilirdi, bəzən isə bir neçə gün çəkirdi. Bunu bank əməkdaşları təsdiq edə bilərlər. Göstərilən kobud nöqsanlar üzə çıxdıqdan sonra İddiaçı təklif olunmuşdur ki, öz istəyi ilə ərizə yazıb işdən azad edilsin, lakin o ofisdə səs-küy salaraq üç aylıq maaş aldıqdan sonra işdən çıxacağını bildirmişdir. Bundan sonra isə ümumiyyətlə işə gəlməmişdir, insan resursları əməkdaşı dəfələrlə əlaqə saxlayaraq işə gəlməsini xahiş etsə də, o gəlməmişdir. ASAN imza kartını və parollarını, Olqa Movçanın adına olan bank kartını özü ilə apararaq şirkətə təqdim etməmişdir. Rəsmi olaraq ünvanına poçt vasitəsi ilə işə gəlməmə səbəbi haqqında məktuba yazılsa da, o buna məhəl qoymamışdır. Bu səbəbdən də, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının xx/xx-2020 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə görə, həmin məcəllənin 10-cu maddəsinin “ç” bəndinə görə (işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq) həmçinin əmək müqaviləsi ilə təyin edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xx xxxx 2020-ci il tarixdə İddiaçı işdən azad edilmişdir. xx xxxx 2020-ci il tarixdə isə son haqq-hesabı bank hesabına köçürülmüşdür. Məhkəmə iclasında ifadə verən şahid X2 bildirmişdir ki, o Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir. İddiaçı xx xxx 2020-ci il tarixdə bütün günü işə gəlməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialıişəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 95/19 nömrəli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, işçi əlavə iş yerinə baş mühasib vəzifəsinə işə qəbul edilmişdir (1.2-ci bənd). Əmək müqaviləsi xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan 3 (üç) ay müddətinə bağlanmışdır (2.1-ci bənd). İşçi x xxxxxx 2019-cu il tarixdən işə başlayır (2.2-ci bənd). İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür: şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir; daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir; maliyyə nizamına ciddi əməl edilməsini, inzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir; məsləhətlərin verilməsi, uçot siyasətinin tərtibi, büdcə və mühasibat nəzarətinin, habelə mühasibat fəaliyyətinin digər aspektlərinin və sistemlərinin qurulması; vergi bəyannamələrinin hazırlanması, vergitutma problemləri üzrə məsləhətlərin verilməsi, mübahisəli iddiaların vergi komissiyaları ilə razılaşdırılması; rəhbərliyin digər tapşırıqlarını icra etmək (3.1-ci bənd). İşçiyə hər ay 822,34 (səkkiz yüz iyirmi iki manat otuz dörd qəpik) manat GROSS məbləğdə əmək haqqı ödənilir (4.1-ci bənd); Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialıişəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 95/19 nömrəli əmək müqaviləsinin xx xxxxxx 2019-cu il tarixli 01 nömrəli əlavənin surətindən və məzmunundan görünür ki, əmək müqaviləsində aşağıdakı dəyişikliklər edilmişdir: işçi əsas iş yerinə baş mühasib vəzifəsinə işə qəbul edilir (1.2-ci bənd). Əmək müqaviləsi xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək bağlanmışdır (2.1-ci bənd). İşçiyə hər ay 1.660,33 (bir min altı yüz altmış manat otuz üç qəpik) manat GROSS məbləğdə əmək haqqı ödənilir (4.1-ci bənd); Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialıişəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 95/19 nömrəli əmək müqaviləsinin xx xxxx 2020-ci il tarixli 01 nömrəli əlavənin surətindən və məzmunundan görünür ki, əmək müqaviləsində aşağıdakı dəyişikliklər edilmişdir: işçiyə hər ay 1.883,80 (bir min səkkiz yüz səksə üç manat səksən qəpik) manat GROSS məbləğdə əmək haqqı ödənilir (4.1-ci bənd); Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli **********7318 nömrəli qərarın surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı 1.000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır; Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli **********1524 nömrəli qərarın surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verildiyinə görə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı 3.000 (üç min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır; Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli **********2036 nömrəli qərarın surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üç və daha çox dəfə yol verildiyinə görə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı 6.000 (altı min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır; xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı-işəgötürən ilə İddiaçı-işçi arasında onun əsas iş yeri kimi həmin cəmiyyətdə baş mühasib vəzifəsinə təyin edilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, müvafiq müqavilənin qurtardığı tarix xx xxxxxx 2020-ci il müəyyən edilmişdir; Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının İddiaçı ünvanladığı xx xxx 2020-ci il tarixli məktubun surətindən və məzmunundan görünür ki, o xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixlərdə heç bir üzürlü səbəb olmadan iş yerinə işə çıxmamış və çıxmamağının səbəbləri barədə heç bir məlumat verməmişdir. Bununla bağlı olaraq, ondan işə çıxmamağının səbəbləri haqqında (müvafiq arayış və ya hüquqverici sənədlər əlavə olunmaqla) rəsmi məlumat verilməsi xahiş edilmişdir; Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının xx xxx 2020-ci il tarixli xx/xx-2020 nömrəli əmrin surətindən və məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə görə, həmin Məcəllənin 10-cu maddəsinin “ç” bəndinə görə (işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq), həmçinin əmək müqaviləsi ilə təyin edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xx xxxx 2020-ci il tarixdən işdən azad edilmişdir; xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı ilə həmin filialda baş mühasib vəzifəsində işləyən İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə), yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir; Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının xx xxxx 2020-ci il tarixli aktının məzmunundan görünür ki, həqiqətən də xx xxxx 2020-ci il tarixdən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialında baş mühasib vəzifəsində çalışan əməkdaş İddiaçı ilə mobil telefon əlaqəsi yaradılaraq, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, müvafiq əmrin surətinin təqdim edilməsi üçün ofisə yaxınlaşması haqqında bildirilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məlumatın təqdim edilməsi barədə məktubun məzmunundan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) xx xxxxxxx 2019-xx xxx 2020-ci il dövrü və 2020-ci ilin birinci rübü üçün cari mənfəət vergisi üzrə aparılmış hesablamalar haqqında məlumatların təqdim edilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılaraq bildirilmişdir ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması qeyd edilən dövrlərdə aparılmışdır və həmçinin uçot baza məlumatlarına əsasən 2020-ci ilin birinci rübü üçün mənfəət vergisi hesablanmamışdır. Qeyd olunan aylar üzrə hesablamalar isə 2019-cu ilin oktyabr ayına hesablama yaranmış bu uyğunsuzluğa (Təqdim edilmiş bəyannamənin 308-ci Vergi Məcəlləsinin 75.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ 37.827,55 (otuz yeddi min səkkiz yüz iyirmi yeddi manat əlli beş qəpik) manat məbləğində göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron vergi hesab-fakturaları və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır) əsasən aparılmışdır. Eyni zamanda, 2019-cu ilin dekabr ayına hesablama (təqdim edilmiş bəyannamənin 308-ci “Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaiməfakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 48.916,11 (qırx səkkiz min doqquz yüz on altı manat on bir qəpik) manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e- VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır) bu uyğunsuzluğa əsasən aparılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, 2020-ci ilin fevral ayında hesablama (Dövlət Gömrük Komitəsindən alınmış məlumata əsasən ƏDV qeydiyyatının qüvvədə olduğu dövrlər idxal üzrə ödənilmiş ƏDV məbləğinin 33.143,46 (oruz üç min bir yüz qırx üç manat qırx altı qəpik) manat olmasına baxmayaraq, əvəzləşməyə təqdim edilmiş yük gömrük bəyannamələri üzrə cəmi əvəzləşdirilən ƏDV məbləği 56.543,46 (əlli altı min beş yüz qırx üç manat qırx altı qəpik) manat məbləğində olmuşdur ki, nəticədə 23.400 (iyirmi üç min dörd yüz) manat məbləğində kənarlaşma yaranmışdır) bu uyğunsuzluğa əsasən aparılmışdır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə əlavə iş yeri olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına baş mühasib vəzifəsinə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixdə öz xahişi ilə əsas iş yeri kimi dəyişiklik edilmişdir. İddiaçı işlədiyi dövr ərzində öz əmək funksiyasını doğru yerinə yetirməmiş və əmək müqaviləsində qeyd edilən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymadığına görə şirkətə qarşı xx xxxxxx 2019-cu il tarixdə 1.000 (bir min) manat, xx xxxxxx 2020-ci il tarixdə 3.000 (üç min) manat və xx xxxxxx 2020-ci il tarixdə 6.000 (altı min) manat məbləğində maliyyə sanksiyaları tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Bu səbəbdən də, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının xx/xx-2020 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə görə, həmin məcəllənin 10-cu maddəsinin “ç” bəndinə görə (işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq), həmçinin əmək müqaviləsi ilə təyin edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xx xxxx 2020-ci il tarixdə İddiaçı işdən azad edilmişdir. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işdən azad olunmasının qanunsuz hesab edilməsi, işdən azad edilmə barədə əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və bərpa olunanadək orta əmək haqqınının onun xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun işdən azad olunmasını qanunsuz hesab edərək, işdən azad edilmə barədə əmrin ləğv edilərək, onun əvvəlki iş yeri olan cavabdeh cəmiyyətdə baş mühasib vəzifəsinə bərpa edilməsi, xx xxxx 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; 62-ci maddəsinə əsasən, “İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər”; 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda; 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun xx xxxxxx 1993-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən işdən çıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə, əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdən çıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Göründüyü kimi, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə əlavə iş yeri olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına baş mühasib vəzifəsinə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixdə öz xahişi ilə əsas iş yeri kimi dəyişiklik edilmişdir. İddiaçı işlədiyi dövr ərzində öz əmək funksiyasını doğru yerinə yetirməmiş və əmək müqaviləsində qeyd edilən öhdəlikləri yerinə yetirməmiş, bunun nəticəsi kimi cavabdeh şirkət Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə 1.000 (bir min) manat, xx xxxxxx 2020-ci il tarixdə 3.000 (üç min) manat və xx xxxxxx 2020-ci il tarixdə 6.000 (altı min) manat məbləğində maliyyə sanksiyaları tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Bu səbəbdən də, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının xx/xx-2020 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə görə, həmin məcəllənin 10-cu maddəsinin “ç” bəndinə görə (işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq), həmçinin əmək müqaviləsi ilə təyin edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xx xxxx 2020-ci il tarixdə İddiaçı işdən azad edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işdən azad olunmasının qanunsuz hesab edilməsi, işdən azad edilmə barədə əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və bərpa olunanadək orta əmək haqqınının onun xeyrinə ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işdən azad olunmasının qanunsuz hesab edilməsi, işdən azad edilmə barədə əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və bərpa olunanadək orta əmək haqqınının onun xeyrinə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-550/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-550/2021
08.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver