Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-551/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ( müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Pasport və qeydiyyat şöbəsi cəlb edilməklə ) “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi 50 saylı evin 36 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması əsası ilə həmin mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi 50 saylı evin 36 saylı mənzili mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü ıl tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdeh ilə aralarında olan nikah Nərimanov rayon məhkəməsinin 2(005)-2278/7019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh öz valdeyinlərinin yanında yaşayır, lakin iddiaçının mənzilində formal olaraq qeydiyyatda qalır. Cavabdeh iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda olsa da orada yaşmır, habelə onunla ailə münasibətlərinə xitam verilmişdir. Azərbaycan respublikası Daxil işlər Nazirliyinin ******* nömrəli arayışndan görünür ki, cavabdeh hazıradək Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsi 50 saylı evin 36 saylı mənzilində qeydiyyatda qalmışdırlar. Cavabdehin iddiaçıya məxsus mənzildə yaşamamasını məhkəmədə təsdiq edə bilən şahidləri vardır və zərurət yaranarsa onlar da gəlib bu barədə ifadə verə bilərlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun, eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci və 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının vəklinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 50 saylı evin 36 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1938 nömrəli reyestrlə qeydiyyata alınmışdır. ASAN 1 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi,ev.50, m.36 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X5, X3, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 manat (iyirmi manat) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin xx.xx.2020-ci il tarixli **********01 nömrəli məhkəmə sorğusuna əlavə edilmiş sənədlərin surətindən görünür ki, İddiaçı “xxxx” MTK-ya üzv qəbul edilərək və ona MTK-nın Bakı şəhəri, N.Nərimanov rayonu, M.Əlizadə 917-ci məhəllədəki kooperativ yaşayış 50 binasında, 1 giriş, 10 mərtəbə, yaşayış sahəsi 104,0 kv.m. ümumi sahəsi 170,10 kv.m olan 4 otaqlı, 36 saylı mənzilin verilməsi və sənədə 1 nəfər ailə tərkibi daxil edilmişdir. “xxxx” MTK tərəfindən xx.xx.2013-cü il tarixli 04 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi 917-ci məhəllədə yerləşən 50 saylı yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Binanın İ giriş 10-cu mərtəbəsində ümumi sahəsi 170,10 kv. metr yaşayış sahəsi 104,0 kv. metr olan 4 otaqlı 36 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənildiyi qeyd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2278/2019 nömrəli qətnaməsi ilə X4 ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Bakı Nikah Evində 1849 nömrəli akt qeydi ilə bağlanmış nikah pozularaq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları X2 yanında saxlanılması və xx.xx.2019-cu il tarixdən başalayaraq xx.xx.2011ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon polis idarəsi tərəfindən xx.xx.2020-ci il tarixli 078-29908 nömrəli məktuba əsasən üçüncü şəxslərin qeydiyyatdan çıxarılma tələbinə dair iddiası üzrə məhkəmə iclasının nümayəndənin iştirakı olmadna baxılmasına etiraz etmədiklərini bildirimişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər xx.xx.2010-cu il tarixdən rəsmi nikaha daxil olmuşlar. Nikah xx.xx.2019-cu il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 290050-2278/2019-cu il tarilxli qətnaməsilə pozulmuşdur. ünvan 2 ünvanında yerləşən mənzilə “xxxx” MTK-nın üzvlərinin xx xxxx 2013-cü il tarixli protokolundan çıxarışa əsasən iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla xx.xx.2013-cü il tarixdə hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmamasına və cavabdehin istifadə hüququnun yaranmamasına dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ( müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Pasport və qeydiyyat şöbəsi cəlb edilməklə ) “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Mülku iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-551/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-551/2021
08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver