Məhkəmə qərarları › İş №2(005)-555/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-555/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-555/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və cavabdehin mənzilə qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və cavabdehin mənzilə qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr-ti 7B, mənzil 9 saylı mənzil, seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh ilə 2018-ci ilin dekabr ayında nikaha daxil olmuş, xx.xx.2020-ci il tarixdə nikah pozulmuşdur. Birgə nikahda olduqları xx.xx.2019-cu il tarixdə, cavabdeh onun razılığına əsasən həmin ünvana pasport qeydiyyatına alınmışdır. Beləliklə, çıxarılacaq qətnamə cavabdehin həmin mənzilə qeydiyyatının ləğv edilməsi üçün əsas olmaqla, Cavabdeh Oləs qızının, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr-ti 7B saylı evdə yerləşən, 9 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, çıxarılacaq qətnamə cavabdehin həmin mənzilə qeydiyyatının ləğv ediməsi üçün əsas olmaqla, Cavabdeh, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu. Atatürk pr-ti 7B saylı evdə yerləşən, 9 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 7 B nömrəli evin, 9 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Nərimanov Rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması xx.xx.2020-ci il tarixdə 39 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Plenum qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsindən göründüyü kimi, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 7 B nömrəli evin, 9 nömrəli mənzili iddiaçı tərəfindən Cavabdeh ilə rəsmi nikaha daxil olmazdan əvvəl xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyatdan küçmişdir. Cavabdeh mübahisəli ünvanda pasport qeydiyyatına alınsa da, hal-hazırda mülkiyyətçinin ailə üzvü hesab edilmir və tərəflər arasında bu barədə notarial razılaşma mövcud deyil. Cavabdeh ilə İddiaçı arasındakı nikahın pozulması xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Eyni zamanda mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə cavabdehin istifadə hüququnun saxlanılması üçün də əsaslar yoxdur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 7 B nömrəli evin, 9 nömrəli mənzilindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Cavabdeh, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 7 B nömrəli evin, 9 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar