Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5563/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər “İrşad-Electronics» MMC-yə, “İrşad-Electronics» MMC-nin Bərdə filialına qarşı pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyatının müəyyən edilməsi barədə məsələyə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “İrşad-Electronics» MMC-yə, “İrşad-Electronics» MMC-nin Bərdə filialına qarşı iddia ərzəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-3199/2021 saylı 21.10.2021-cu il tarixli qərardadı ilə İddiaçı Cəmtil oğlunun cavabdehlər “İrşad-Electronics» MMC-yə, “İrşad-Electronics» MMC-nin Bərdə filialına qarşı pulun geri qaytarılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsi mülki işin aidiyyat məsələsinə münasibətdə qeyd etmişdir ki, “İrşad-Electronics» MMC Nərimanov Rayonu ərizəsində qeydə alınmışdır, buna görə də mülki iş baxılması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Hazırda məhkəmə hesab edir ki, mülki işin aidiyyatı üzrə göndərilməsi zamanı aidiyyat qaydaları pozulmuş, “İrşad-Electronics» MMC-nni hüquqi ünvanı üzrə məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron sisteminin məlumatından görünür ki, iş üzrə cavabdeh “İrşad-Electronics» MMC-nin hüquqi ünvanı - ünvan 1 İrşad- Electronics» MMC-nin Bərdə filialı isə iddiada cavabdeh qismində qeyd olunsa da, həmin qurum hüquqi şəxs deyil, filialdır. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Xüsusilə qeyd olunmalıdır ki, “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ” və “şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasının yolverilməzliyi” konstitusion prinsiplərdir (Konstitusiyanın 62-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə görə, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “İrşad-Electronics» MMC-yə, “İrşad- Electronics» MMC-nin Bərdə filialına qarşı pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyatının müəyyən edilməsində fikir ayrılığı olduğundan mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32, 36-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər “İrşad-Electronics» MMC-yə, “İrşad-Electronics» MMC-nin Bərdə filialına qarşı pulun geri qaytarılması tələbinə dair iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-5563/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5563/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver