Məhkəmə qərarları › İş №2(005)-563/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-563/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-563/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “mülkiyyətdə payçısı olduğu sahəsinin dəyərinin hesablanması və payına düşən məbləğin ona ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “mülkiyyətdə payçısı olduğu sahəsinin dəyərinin hesablanması və payına düşən məbləğin ona ödənilməsi” tələbinə dar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdə payçısı olduğu Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16A nömrəli evin 24 nömrəli mənzilinin 1/12 hissəsinin dəyərinin hesablanmasını və payına düşən məbləğin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16 nömrəli evin 24 nömrəli mənzilinin 1/12 hissəsinin payçısıdır. Həmin ünvan söküntüyə getdiyi üçün hər bir payçıya 1/12 kv.metr və əlavə 25% verilməsi təklif olunmuşdur. O, 1/12 hissədə payçı kimi Cavabdeh Mənzil- Tikinti Kooperativinin təklifi ilə razı deyil, ona görə də hesab edir ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən mülkiyyətinin söküldüyü halda onun payının pulunu nağd şəkildə ödənilməsini doğru sayır. Belə ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinin ona verdiyi yaşayış sahəsinin 1/12 hissəsi ilə razı deyildir, ona veriləcək həmin kvadrat ilə o heç cür orada yaşaya bilmər. Bunun yolu ancaq ona pul şəkilində kvadratın əvəzi ödənilməli və o özü üçün yaşayış sahəsi əldə etməlidir. Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 1/12 kvadratın əvəzinin ona nağd şəkildə ödənilməsindən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X13 iddia ərizəsini qəbul etməyərək, onun rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, icraçı tərəf olan Cavabdeh (Cavabdeh təsisçilərinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh adı və hüquqi forması dəyişdirilərək Cavabdeh Mənzil-Tikinti Kooperativinə çevrilmiş və müvafiq nizamnaməsi təsdiq edilmişdir) ilə mülkiyyətçi tərəf olan X4 (Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16 nömrəli evin 24 nömrəli mənzilinin 6/12 hissəsinin payçısı) arasında bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən mülkiyyətçi tərəf ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (6/12 hissədə ona məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın Cavabdeh tərəfindən sökülməsinə razılıq verir, Cavabdeh isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətçi tərəfin mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 54,3 kv.metr (faktiki sahəsi 56 kv.metr) olan mənzilin əvəzinə birgirişli 1 nömrəli binada yerləşən 2 otaqlı, ümumi sahəsi 77,5 kv.metr olan mənzili təmirli vəziyyətdə mülkiyyətçi tərəfin mülkiyyətinə payına uyğun olaraq (6/12 hissədə ona məxsus olmaqla) verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair müvafiq müqavilədə sökülməsi nəzərdə tutulan mənzillərin müqabilində mənzil mülkiyyətçilərinə malik olduqları yaşayış sahələri əvəzinə hər kv.metr sahə üçün hər hansı məbləğdə pul vəsaitinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənləri rəhbər tutaraq, müvafiq iddia ərizəsini əsassız hesab edib, onun rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16a nömrəli evin 56 kv.metr ümumi sahəsi olan 24 nömrəli mənzil 1/12 hissədə X7 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxx 2018-ci il), 1/12 hissədə X2, 1/12 hissədə X8, 1/12 hissədə X3, 1/12 hissədə X5, 6/12 hissədə X1 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxxxx 2018-ci il) və 1/12 hissədə İddiaçı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxxx 2018-ci il) məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində müvafiq mənzil 1132 nömrəli reyestr kitabının 102593 nömrəli vərəqində qeydiyyata alınmışdır; Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında Cavabdeh istifadəsinə verilməsi haqqında xx xxxx 2020-ci il tarixli 55 nömrəli sərəncamının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış yeri üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.750 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh istifadəsinə verilməsi qərara alınmışdır; İcraçı tərəf olan Cavabdeh ilə mülkiyyətçi tərəf olan X10 (Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16 nömrəli evin 24 nömrəli mənzilinin 1/12 hissəsinin payçısı) arasında bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair xx xxxxxxxx 2020ci il tarixli müqavilənin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən mülkiyyətçi tərəf ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (1/12 hissədə ona məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın Cavabdeh tərəfindən sökülməsinə razılıq verir, Cavabdeh isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətçi tərəfin mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 54,3 kv.metr (faktiki sahəsi 56 kv.metr) olan mənzilin əvəzinə birgirişli 1 nömrəli binada yerləşən 2 otaqlı, ümumi sahəsi 77,5 kv.metr olan mənzili təmirli vəziyyətdə mülkiyyətçi tərəfin mülkiyyətinə payına uyğun olaraq (1/12 hissədə ona məxsus olmaqla) verməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə Cavabdeh tərəfindən tikilib təhvil veriləcək təmirli mənzili qəbul etməyi öhdəsinə götürür (1.3-cü bənd); İcraçı tərəf olan Cavabdeh ilə mülkiyyətçi tərəf olan X4 (Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16 nömrəli evin 24 nömrəli mənzilinin 6/12 hissəsinin payçısı) arasında bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair xx xxxxxxxx 2020ci il tarixli müqavilənin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən mülkiyyətçi tərəf ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (6/12 hissədə ona məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın Cavabdeh tərəfindən sökülməsinə razılıq verir, Cavabdeh isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətçi tərəfin mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 54,3 kv.metr (faktiki sahəsi 56 kv.metr) olan mənzilin əvəzinə birgirişli 1 nömrəli binada yerləşən 2 otaqlı, ümumi sahəsi 77,5 kv.metr olan mənzili təmirli vəziyyətdə mülkiyyətçi tərəfin mülkiyyətinə payına uyğun olaraq (6/12 hissədə ona məxsus olmaqla) verməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə Cavabdeh tərəfindən tikilib təhvil veriləcək təmirli mənzili qəbul etməyi öhdəsinə götürür (1.3-cü bənd); Cavabdeh təsisçilərinin xx xxxxxxx 2020-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, müvafiq qərar ilə Cavabdeh adı və hüquqi forması dəyişdirilərək Cavabdeh Mənzil-Tikinti Kooperativinə çevrilmiş və müvafiq nizamnaməsi təsdiq edilmişdir; Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16a nömrəli evin 56 kv.metr ümumi sahəsi olan 24 nömrəli mənzil 1/12 hissədə X7 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxx 2018-ci il), 1/12 hissədə X2, 1/12 hissədə X8, 1/12 hissədə X3, 1/12 hissədə X5, 6/12 hissədə X1 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxxxx 2018-ci il) və 1/12 hissədə İddiaçı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxxx 2018-ci il) məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində müvafiq mənzil 1132 nömrəli reyestr kitabının 102593 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında Cavabdeh istifadəsinə verilməsi haqqında xx xxxx 2020-ci il tarixli 55 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış yeri üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.750 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh istifadəsinə verilməsi qərara alınmışdır. Həmçinin, müəyyən edilmişdir ki, icraçı tərəf olan Cavabdeh ilə mülkiyyətçi tərəf olan X4 (Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16 nömrəli evin 24 nömrəli mənzilinin 6/12 hissəsinin payçısı) arasında bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən mülkiyyətçi tərəf ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (6/12 hissədə ona məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın Cavabdeh tərəfindən sökülməsinə razılıq verir, Cavabdeh isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətçi tərəfin mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 54,3 kv.metr (faktiki sahəsi 56 kv.metr) olan mənzilin əvəzinə birgirişli 1 nömrəli binada yerləşən 2 otaqlı, ümumi sahəsi 77,5 kv.metr olan mənzili təmirli vəziyyətdə mülkiyyətçi tərəfin mülkiyyətinə payına uyğun olaraq (6/12 hissədə ona məxsus olmaqla) verməyi öhdəsinə götürmüşdür. Digər payçı olan İddiaçı müvafiq müqavilə bağlamaqdan imtina etmiş, cavabdeh cəmiyyət tərəfindən hər bir payçıya 1/12 kv.metr və əlavə 25% verilməsi təklif olunmuş, o 1/12 hissədə payçı kimi Cavabdeh Mənzil-Tikinti Kooperativinin təklifi ilə razı olmamış və hesab etmişdir ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən mülkiyyətinin söküldüyü halda onun payının pulu nağd şəkildə ödənilməlidir. Buna gördə də, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdə payçısı olduğu Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16A nömrəli evin 24 nömrəli mənzilinin 1/12 hissəsinin dəyərinin hesablanmasını və payına düşən məbləğin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh cəmiyyətin nümayəndəsi iddia ərizəsini qəbul etməyərək, qeyd edilən qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair müvafiq müqavilədə sökülməsi nəzərdə tutulan mənzillərin müqabilində mənzil mülkiyyətçilərinə malik olduqları yaşayış sahələri əvəzinə hər kv.metr sahə üçün hər hansı məbləğdə pul vəsaitinin verilməsi nəzərdə tutulmadığından, müvafiq iddia ərizəsini əsassız hesab etmiş və onun rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı şəxsin Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən mülkiyyətinin söküldüyü halda onun payının nağd pul şəklində ödənilməsi ilə bağlı müvafiq öhdəliyin cavabdeh cəmiyyətin üzərinə öhdəliyin qoyulması ilə bağlı heç bir hüquqi əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “mülkiyyətdə payçısı olduğu sahəsinin dəyərinin hesablanması və payına düşən məbləğin ona ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “mülkiyyətdə payçısı olduğu sahəsinin dəyərinin hesablanması və payına düşən məbləğin ona ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar