Məhkəmə qərarları › İş №2(005)-563/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-563/2025

04.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-563/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova qarşı (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı tələbi; AR ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndi ilə) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 17 aprel 2024cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmrinin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 15 oktyabr 2014-cü il tarixli, 155 saylı əmri ilə Gəncə şəhəri 52 saylı Körpələr evi - Uşaq bağçasına müdir vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə GəncəDaşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyinin tələb və təkidinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmışdır. Həmin ərizəsinə əsasən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ‘'a" bəndinə əsasən xitam verilmişdir. Bir gün sonra yenidən ərizə yazaraq, Gəncə şəhəri 52 saylı Körpələr evi - Uşaq bağçasına müdir vəzifəsinə təyin olunmuşdur. Onun işdən azad olunması barədə verilmiş xx.xx.2023-cü il tarixli, 3-29/3-1-1512k/2023/3 nömrəli əmr və yenidən işə qəbul olunması barədə verilmiş xx.xx.2023-cü il tarixli, 3-29-69/3-l-69k/2023 saylı əmr X21 Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən imzalanaraq müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Həmin əmrlərin surəti ona verilməsə də bütün bunlar əmək kitabçasına qeyd edilməklə öz əksini tapmışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə Anar Qədiməliyevin əmri ilə o, yenidən işə götürülmüş və həmin şəxsin xx.xx.2023-cü il tarixli əmri ilə ona şiddətli töhmət verilmişdir. 3 günlük işə qəbul olunmuş şəxsə şiddətli töhmət necə verilə bilər? Onun yenidən işə qəbul olunmasından çox az bir müddət keçməsinə baxmayaraq, Anar Qədiməliyevin göstərişi əsasında onun müdirəsi olduğu bağçada monitorinq keçirilmişdir. Əgər onun işlədiyi bağçada hər hansı bir problemi olsaydı niyə o, ərizə yazaraq işdən çıxdığı halda yenidən həmin işə qayıdırdı? Bundan əlavə olaraq onu da qeyd edir ki, əgər onun işlədiyi müddətdə hər hansı nöqsanlar var idisə, onda niyə o, ərizəsini yazaraq işdən çıxmaq istədikdə onun fəaliyyətini yoxlamadan onu rahatlıqla işdən çıxartmışlar? Göründüyü kimi burada onunla prinsip aparılmış və onun əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilmişdir, özü də əmək müqaviləsinə xitam işə götürən tərəfindən yox, başqa şəxs tərəfindən verilmişdir. Mövcud sənədlərdən açıq-aydın görünür ki, onun işə qəbul, işdən azad, yenidən işə qəbul, töhmət, monitorinq və sair əmrlər Anar Qədiməliyev tərəfindən verilir. Lakin sonuncu əmək müqaviləsinə xitam verən isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovdur. Onun verdiyi əmr əmək kitabçasına Anar Qədiməliyev tərəfindən işlənilmişdir. O, əmək müqaviləsinə qanunsuz və əsassız xitam verildiyi üçün ilkin olaraq qanunvericiliyin tələbinə uyğun olaraq mübahisənin mediasiya vasitəsilə həll edilməsini cavabdeh tərəfə təklif etmişdir. Lakin, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir, ona görə də o, məcbur olub hazırki iddia ərizəsi ilə məhkəmə müraciət edir. Cavabdeh tərəfindən 09 fevral 2024-cü il tarixdə Gəncə şəhəri 52 saylı körpələr evi - uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinin Arifə Mustafayevaya 3- 29-31/2-108/2024 saylı məktubla Gəncə şəhəri 52 saylı körpələr evi - uşaq bağçasının müdiri onun, həmin bağçanın gözətçiləri X16 və X13 əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə razılığın verilməsini bildirmişdir. Eyni zamanda xadimə-dayə vəzifəsində işləyən Ceyhunə Quliyevaya, tərbiyəçi Arifə Mustafayevaya və təsərrüfat müdiri Esmira Məmmədovaya adı məlum olmayan intizam tənbeh növünün verilməsinə münasibət bildirməsini xahiş etmişdir. X28 Təşkilatı 16 fevral 2024-cü il tarixdə 09 fevral 2024-cü il tarixli, 3-29-31/2-108/2024 saylı məktubda göstərilən halları müzakirə edərək 02 saylı protokolla rəsmiləşdirmiş və Həmkarlar komitəsinin hər bir üzvünün yazılı münasibətlərini almaqla protokola əlavə edərək göstərilən təqdimata öz mənfi münasibətini göstərməklə adıçəkilən işçilərin ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə razılıq verməmişdir. Göstərilənlərə baxmayaraq, cavabdehlər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin (Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) tələblərini kobud şəkildə pozulmaqla onun, həmin bağçanın gözətçiləri X16 və X13 əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfindən Qanunun tələbi pozularaq Gəncə şəhəri 52 saylı Körpələr evi Uşaq bağçasının Həmkarlar ittifaqı Komitəsinin sədri Arifə Mustafayevaya xx.xx.2023-cü il tarixli, 3-29-31/2- 108/2024 saylı məktubla müraciət edərək Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi kimi iclasda iştirak etmək üçün məktəbəqədər təhsil müəssisələri üzrə işçi qrupunun rəhbəri Ülviyyə Abdullayevaya etibar edilməsi bildirilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ərizəsində xx.xx.2023-cü il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyinin tələb və təkidinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazdırıldığını iddia edir. Bir gün sonra isə onunla yeni müqavilə bağlandığını qeyd etmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli əmrlə ona şiddətli töhmət verildiyini bildirir. İddiaçı sual edir ki, üç günlük işə qəbul olunmuş şəxsə şiddətli töhmət necə verilə bilər və əgər işlədiyi bağçada hər hansı bir problemi olsaydı, niyə ərizə yazaraq işdən çıxdıqdan sonra yenidən həmin işə qayıdardı? Bundan əlavə olaraq, iddiaçı qeyd edir ki, əgər onun işlədiyi müddətdə hər hansı nöqsanlar mövcud idisə, nəyə görə ərizə əsasında işdən azad edilməsi zamanı fəaliyyətinin yoxlanılmadan rahat şəkildə işdən çıxarılmasına icazə verilmişdir? Göründüyü kimi, iddiaçı öz ərizəsində onunla prinsipial münasibət aparıldığını və əmək müqaviləsinə qanunsuz, əsassız şəkildə xitam verildiyini iddia edir. O, həmçinin əmək müqaviləsinə xitamın işəgötürən tərəfindən deyil, başqa bir şəxs tərəfindən həyata keçirildiyini də irəli sürür. Mövcud sənədlərə əsaslanaraq iddiaçı bildirir ki, onun işə qəbul edilməsi, işdən azad edilməsi, yenidən işə qəbul olunması, töhmət, monitorinq və sair əmrlər Anar Qədimliyev tərəfindən verilib. Lakin iddiaçının bu mövqe üçün irəli sürdüyü iddialar tamamilə əsassızdır. Belə ki, İddiaçı işdən çıxarma üçün hər hansı təkid olunmamışdır. Həmin tarixdə bütün təhsil müəssisələrinin rəhbərləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeçiliyindən çıxaraq Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərkibinə keçmişdir. Bu proses çərçivəsində hər bir təhsil müəssisəsinin rəhbərinin işəgötürəni qismində tərəf dəyişdiyindən onların əmək müqaviləsinə xitam verilmiş və yenidən müvafiq qaydada işə qəbul edilmişdir. Bu, qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilmişdir və iddiaçının bu barədə irəli sürdüyü iddialar əsassızdır. İddiaçının ərizəsində X21 Təhsil İdarəsinin sabiq müdiri Anar Qədiməliyevə məxsus olduğunu iddia etdiyi 3-29/3-1-1512K/2023/3 nömrəli, xx.xx.2023 tarixli əmrin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin əmri olduğu müəyyən edilmişdir. Bundan əlavə, 3-29-69/3-1-69K/2023 nömrəli, xx.xx.2023 tarixli əmrin isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru tərəfindən verilmiş olduğu aydın şəkildə göstərilmişdir. İddiaçı sual edir ki, üç günlük işə qəbul olunmuş şəxsə şiddətli töhmət necə verilə bilər? Belə ki, xx.xx.2023-cü il tarixində Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasında xadimə-dayə vəzifəsində çalışan X8 çalışmanın yaş həddinə çatmışdır. Lakin bağçanın müdiri İddiaçı, X2 əmək müqaviləsinə xitam verməyib. Eyni zamanda, İddiaçı, X5 əmək müqaviləsinin uzadılması ilə bağlı heç bir əmri təqdim etmədən, oktyabr və noyabr ayları üçün əmək haqqı təyin edib. Bu hallar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulmasına və dövlət büdcəsindən əsassız vəsait ayrılmasına səbəb olmuşdur. Buna görə də, xx.xx.2023-cü il tarixində İddiaçı şiddətli töhmət verilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasında xx.xx.2024-cü il tarixində keçirilmiş monitorinq nəticəsində cavabdeh, Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin sədri Arifə Mustafayevaya məktubla müraciət edərək, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi üçün razılıq verilməsini bildirmişdir. Bununla yanaşı, X14 İttifaqı Təşkilatı 16 fevral 2024-cü il tarixində keçirilmiş iclasında, 09 fevral 2024-cü il tarixli məktubda göstərilən halları müzakirə etmiş, və bu müzakirə 02 saylı protokolla rəsmiləşdirilmişdir. Həmkarlar Komitəsinin üzvləri yekdilliklə mənfi münasibət bildirərək, adıçəkilən işçinin ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad edilməsinə razılıq verməmişlər. İddiaçı həmçinin bildirir ki, buna baxmayaraq, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, X28 komitəsi onun əməq müqaviləsinə ƏM-in 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə razılıq verilmədiyi nəzərə alınmamış və xx.xx.2024-cü ildə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Lakin İddiaçı irəli sürdüyü bu iddialar tamamilə əsassızdır. Belə ki, Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasında xx.xx.2024-cü il tarixdə keçirilmiş monitorinq zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir: xx.xx.2024-cü il tarixdə bağçaya gətirilmiş və ümumi dəyəri 847.58 manat olan yuyucu vasitələr və oyuncaqlar (mayə sabun, təmizləyici vasitələr, oyuncaq maşınlar, heyvan dəstləri və s.) monitorinq zamanı bağçada tapılmamışdır. Bağça müdiri İddiaçı izahatında malların anbardan iki maşınla daşındığını bildirmişdir. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, mallar yalnız bir maşınla daşınmışdır və bəzi malların hara aparıldığı məlum deyil. Bağçanın yerləşdiyi bina 32 nömrəli körpələr evi-uşaq bağçasına məxsus olduğundan, mühafizə məsələlərində ciddi boşluqlar müəyyən edilmişdir. Belə ki, 52 nömrəli bağçanın gözətçiləri X30 və X24 uzun müddətdir işə gəlmir. Gözətçilərin yoxluğunda mühafizə və nəzarət tamamilə təmin olunmamışdır. Bundan başqa, X16 bağça müdirinin qardaşı olduğu müəyyən edilmişdir. Monitorinq zamanı müəyyən edilmişdir ki, uşaqların qruplara bölünməsi MTİS proqramına uyğun təşkil edilməmişdir. Tədris prosesi gündəlik fəaliyyət planına uyğun aparılmır. Qruplarda uşaqların günorta qidalanmasını təşkil etmək üçün vəzifə səlahiyyəti olmayan işçilər – paltaryuyan, dəyişəyə baxan və dalandarlar (Əhmədova Aynurə, Qasımova Məleykə və Cəfərova Güllər) cəlb edilmişdir. Bağça inventarla tam təmin olunmasına baxmayaraq, uşaqlar özləri ilə gətirdikləri şəxsi fincanlardan istifadə edirlərmiş. Bundan başqa, daxili nəzarət kameralarına baxış zamanı bağçadan mütəmadi olaraq bağlamaların çıxarıldığı müşahidə edilmişdir. İşçilərin izahatlarından məlum olmuşdur ki, bağçanın müdiri İddiaçı bağçadan qanunsuz şəkildə ərzaqları və digər əşyaları çıxarmış, bu prosesdə tərbiyəçi Arifə Mustafayeva da ona yardım etmişdir. Mustafayeva izahatında müdirin tapşırıqlarını yerinə yetirdiyini etiraf etmişdir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 32 saylı uşaq bağçasının paltaryuyan işçisi Həmzəyeva Həbibət tərəfindən verilmiş yazılı izahatda, İddiaçı bağçadan ərzaqları qanunsuz şəkildə çıxardığını qeyd etmişdir. O, ərzaqların bəzən İddiaçı öz şəxsi avtomobili ilə, bəzən isə atasının avtomobili vasitəsilə daşındığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 32 saylı uşaq bağçasının gözətçisi X15 tərəfindən verilmiş yazılı izahatda, iddiaçın ərzağı bağçadan gizli şəkildə çıxartaraq apardığını qeyd etmişdir. Bağça müdirinə xx.xx.2023-cü il tarixdə vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Buna baxmayaraq, monitorinq nəticələri göstərir ki, bağça müdiri öz vəzifə borclarını yenə də yerinə yetirməmiş, bağçanın fəaliyyətində ciddi pozuntulara yol vermişdir. xx.xx.2024cü il tarixində keçirilmiş monitorinq zamanı aşkar olunmuş nöqsanlara görə, onun ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad olunması üçün Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasının X1 razılıq tələb edilmiş, lakin 16 fevral 2024-cü il tarixində keçirilmiş iclasda bu tələbə müsbət cavab verilməmişdir. Bu səbəbdən həmin tarixdə işdən azad edilmə prosesi həyata keçirilməmişdir. 4. Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasında xx.xx.2024-cü il tarixdə keçirilmiş monitorinq nəticələri göstərir ki, bağça müdiri öz vəzifə borclarını yenə də yerinə yetirməmiş, bağçanın fəaliyyətində ciddi pozuntulara yol vermişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş monitorinq zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir: 1. Uşaq qeydiyyatında uyğunsuzluq: Bağçada 71 nəfər uşaq olduğu halda, onlardan 33 nəfərinin portalda qeydiyyatda olmadığı müəyyən edilmişdir. Portaldan çıxarılmış uşaq siyahısı ilə qruplar yoxlanılarkən uşaqların portalda göstərilən qruplarda olmadığı aşkar edilmişdir. 2. Anbar qalıqlarında uyğunsuzluq: Anbara baxış zamanı 0,5 kq toyuq əti, 1,7 kq un və 1,5 kq yerkökünün anbar kitabına uyğun gəlmədiyi, artıq qalıq kimi qeydə alındığı müəyyən edilmişdir. 3. Qanunsuz pul yığımı: X7, Əliyeva Şəhanə, Əhmədova Aynurə, Allahverdiyeva İzafət və musiqi rəhbəri Mahmudova Nailə yazılı izahatlarında və məlumatlarında bildirmişlər ki, bağçanın müdiri İddiaçı uşaqların qəbulu zamanı valideynlərdən birdəfəlik 50 manat və hər ay 20 manat məbləğində pul tələb edir. Əməkhaqqı ilə bağlı qanunsuzluq: Musiqi rəhbəri Mahmudova Nailə izahatında qeyd etmişdir ki, onun adına yazılmış əlavə 0,25 ştat vahidinin əməkhaqqısını bağçanın müdiri qanunsuz olaraq özünə götürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixində verdiyi izahatında göstərilən məqamlar onun idarəçilik fəaliyyətində yol verdiyi ciddi nöqsanları bir daha təsdiq edir. Belə ki, İddiaçı anbara baxış zamanı 0,5 kq toyuq əti, 1,7 kq un və 1,5 kq yerkökünün anbar kitabına uyğun gəlmədiyini etiraf etmişdir. Bu, ərzaqla bağlı qeyri-şəffaf idarəçilik və anbar uçotunda yol verilmiş pozuntuları açıq şəkildə ortaya qoyur. Bundan əlavə, monitorinq zamanı 71 nəfər uşaqdan 33 nəfərinin portalda qeydiyyatda olmadığı müəyyən edilmiş, İddiaçı izahatında isə bu rəqəmin azaldılaraq 14 nəfər uşağın portalda qeydiyyatda olmadığını bildirmişdir. Bu da bağçada faktiki vəziyyətin rəsmi qeydlərlə uyğun gəlmədiyini və qeyri-qanuni idarəçilik yanaşmasının mövcudluğunu təsdiq edir. Bu etiraflar, təqdim edilən monitorinq nəticələri və işçilərin yazılı izahatları iddiaçının fəaliyyətində ciddi hüquq pozuntularının olduğunu göstərir. Məhz bu səbəbdən, bağça müdiri olaraq onun əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə tam uyğun olaraq həyata keçirilmişdir. 19 yanvar 2024-cü il tarixində Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasında aparılmış monitorinq nəticəsində ciddi nöqsanlar aşkar edilmiş və bağçanın müdiri İddiaçı əmək müqaviləsinə xitam verilməsi qərarı verilmişdir. Bununla belə, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsaslanaraq qeyd edir ki, həmkarlar ittifaqına üzv olan şəxsin işdən çıxarılması üçün həmkarlar ittifaqının razılığı alınmalıdır. Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasının X4 üzvləri bağçanın öz işçilərindən ibarətdir. Bu hal, həmkarlar ittifaqının obyektivliyini şübhə altına almışdır. Həmin üzvlər, həm monitorinqdə aşkarlanan nöqsanlara görə cavabdeh olan işçilərdir, həm də İddiaçı rəhbərliyi altında çalışmış şəxslərdir. Nəticədə, həmkarlar ittifaqının obyektiv qərar qəbul etmə imkanı məhdud olmuşdur. Bundan əlavə, qeyd etmək lazımdır ki, bağça müdiri İddiaçı özü də həmin bağçanın həmkarlar ittifaqının üzvüdür. Bu, həmkarlar ittifaqının müstəqilliyini və qərar qəbulunda qərəzsizliyini ciddi şəkildə zədələmişdir. Belə bir vəziyyətdə, 23 fevral 2024-cü il tarixində Azərbaycan Təhsil İşçiləri X22 Respublika Komitəsinə müraciət edilərək, obyektiv qərarın qəbul edilməsinə şərait yaradılması üçün tədbirlər görülməsi xahiş edilmişdir. 6. Təqdim olunan monitorinq nəticələri, bağçanın işçilərindən alınan izahatların bir-birinə ziddiyyət təşkil etdiyini ortaya qoymuşdur. Məsələn, bağça müdiri X11 16 fevral 2024-cü ildə keçirilən həmkarlar ittifaqı iclasında əmək funksiyalarını yerinə yetirdiyini, əmək müqaviləsi üzrə öhdəliklərini dəqiq yerinə yetirdiyini və rəhbər olaraq bütün vəzifələrini vicdanla həyata keçirdiyini vurğulamışdır. O, həmçinin kollektivin sevgisini qazandığını bildirmişdir. Lakin 20 yanvar 2024-cü il tarixli yazılı izahatında, İddiaçı anbardan artıq ərzaq götürdüyünü təsdiq etmişdir. Bu, ciddi ziddiyyət təşkil edən bir vəziyyətdir. Digər tərəfdən, 08 aprel 2024-cü il tarixində alınmış izahatlar da həmin ziddiyyətləri gücləndirir. Bağçanın orta qrup tərbiyəçisi X17, 16 fevralda keçirilmiş həmkarlar ittifaqı iclasında İddiaçı işində heç bir qüsur olmadığını, əmək funksiyalarını düzgün yerinə yetirdiyini və öz öhdəliklərinə əməl etdiyini qeyd etmişdir. Həmçinin, o, İddiaçı işçilər üçün yalnız rəhbər deyil, hətta ana əvəzi olaraq təqdim etmişdir. xx.xx.2024-cü ildə verdiyi izahatda isə qrupdakı uşaqlardan hər ay üçün 20 manat, qəbul üçün isə 50 manat yığılaraq müdirə təhvil verildiyini etiraf etmişdi. Monitorinqdən sonra verilən izahatlar, həmkarlar ittifaqında qorxudan və ya təzyiqlərdən dolayı verilmiş ilkin çıxışlardan tamamilə ziddiyyət təşkil edir. Bu izahatlarda, işçilər yol verilmiş nöqsanları etiraf edir və açıq şəkildə bağça müdiri tərəfindən qeyri-qanuni hərəkətlərin həyata keçirildiyini bildirirlər. Beləliklə, qeyd etdiyi izahatlar və faktlar, həmkarlar ittifaqının üzvləri tərəfindən verilən izahatlarla əlaqədar mövcud olan ciddi ziddiyyətləri və obyektivliyin pozulmasını açıq şəkildə göstərir. Bu cür vəziyyət isə, qərar qəbul edərkən obyektivliyin təmin edilmədiyini göstərir. Təkrar pozuntular və həmkarlar ittifaqının obyektiv qərar qəbul etmədiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq İddiaçı əmək müqaviləsinə həmkarlar ittifaqına müraciət edilmədən xitam verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun vəzifəyə təyin edilmə barədə əmrindən görünür ki, İddiaçı 19 dekabr 2023-cü il tarixindən ünvan 2-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-29-31/3-1-1035k/2023 saylı intizam tənbehinin tətbiqi barədə əmr ilə müəyyən olunur ki, Ülviyyə Abdullayevanın təqdimatına əsasən ünvan 2 – uşaq bağçasının müdiri İddiaçı vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, ünvan 2 – uşaq bağçasının müdiri İddiaçı barəsində, həmçinin xadimə dayə vəzifəsində çalışan X3, təsərrüfat müdiri X11, tərbiyəçi Mustafayeva Arifə, gözətçilər Zaur Əliyev və Əvəz Abbasov, həmçinin tibb bacısı vəzifəsində işləyən X25 barəsində qanunamüvafiq tədbirlər görülməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən ünvan 2 – uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış 09 fevral 2024-cü il tarixli 3-29-31/2-108/2024 saylı məktubla müəyyən olunur ki, təqdimatda qeyd olunan ünvan 2 – uşaq bağçasının müdiri İddiaçı, gözətçilər X30 və X24 ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilməsi, həmçinin adları qeyd olunan xadimə dayə vəzifəsində çalışan Ceyhunə Quliyeva, tərbiyəçi Arifə Mustafayeva, təsərrüfat müdiri Esmira Məmmədova barəsində intizam tənbehinin verilməsi ilə bağlı keçiriləcək Həmkarlar İttifaqının iclasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi kimi iştirak etmək Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məktəbəqədər təhsil müəssisələri üzrə işçi qrupunun rəhbəri Ülviyyə Abdullayevaya etibar edilmişdir. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən ünvan 2 – uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış 09 fevral 2024-cü il tarixli 3-29-31/2-109/2024 saylı məktubla müəyyən olunur ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq həyata keçirilmişdir. Nəticə olaraq müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə, həmçinin 3-29-31/3-1/1035K/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmrə əsasən verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətə baxmayaraq intizam tənbehlərindən nəticə çıxarmadığını nəzərə alaraq Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı, gözətçilər X30 və X24 ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilməsini, həmçinin adları qeyd olunan xadimə dayə vəzifəsində çalışan Ceyhunə Quliyeva, tərbiyəçi Arifə Mustafayeva, təsərrüfat müdiri Esmira Məmmədova barəsində intizam tənbehinin verilməsini məqsədəmüvafiq hesab edir. - ünvan 2 – uşaq bağçasının Həmkarlar Təşkilatının 16 fevral 2024-cü il tarixli protokolundan görünür ki, bağçanın müdirəsi İddiaçı, gözətçilər X30 və X24 ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilməsini, həmçinin adları qeyd olunan xadimə dayə vəzifəsində çalışan Ceyhunə Quliyeva, tərbiyəçi Arifə Mustafayeva, təsərrüfat müdiri Esmira Məmmədova barəsində intizam tənbehinin verilməsi məsələsinə baxılmış, Həmkarlar İttifaqı 09 fevral 2024-cü il tarixli, 3-29-31/2-108/2024 saylı məktubda göstərilən halları müzakirə edərək 2 saylı protokolla rəsmiləşdirmiş və Həmkarlar komitəsinin hər bir üzvünün yazılı münasibətlərini almaqla protokola əlavə edərək göstərilən təqdimata öz mənfi münasibətini göstərməklə adıçəkilən işçilərin ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə razılıq verməmişdir. - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən Azərbaycan Təhsil İşçiləri X22 Respublika komitəsinin sədrinə ünvanlanmış 23 fevral 2024-cü il tarixli məktubla müəyyən olunur ki, Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasının X9 sədri X6 həmkar kimi fəaliyyətinin yoxlanılması xahiş olunmuşdur. -Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, ünvan 2 – uşaq bağçasının müdiri İddiaçı barəsində qanunamüvafiq tədbirlər görülməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin əmək müqaviləsinin ləğv edilməsi barədə 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmri ilə müəyyən olunur ki, Gəncə-Daşkəsən Regional Təhsil idarəsi tərəfindən Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasında aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Əlavə olaraq Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı əmək müqaviləsi üzrə vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş və Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 (altı) ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-İstifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 17 aprel 2024-cü il tarixdən ləğv edilməsi, son haqq-hesabının aparılması əmr edilmişdir. -0018646 saylı əmək kitabçasının surəti ilə müəyyən olunur ki, işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci hissəsinə əsasən 19 dekabr 2023-cü il tarixdən ünvan 2 – uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmiş, ünvan 2 – uşaq bağçasının müdiri ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmri ilə 17 aprel 2024-cü il tarixdən ləğv edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin əmri ilə İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 2 – uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 17 aprel 2024-cü il tarixli, 3-29- 69/3-1-341k/2024 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 17 aprel 2024-cü il tarixdən ləğv edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını və işə bərpa olunana qədər məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -70-ci maddəsinin "xxxx" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X4 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. -83-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. -186-cı maddəsinin 2-ci bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək. -187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. - 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. -188-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. -188-ci maddəsinin 2-ci maddəsinə əsasən, müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. -188-ci maddəsinin 3-cü hissəsinə əsasən, bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. -300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İddiaçı əmək müqaviləsinə 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı iddia tələbi 3 hissədən ibarətdir: 1) işəgötürənin əmrinin ləğv edilməsi; 2) iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması; 3) məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı tələbi. Tələbin ikinci və üçüncü hissəsi törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır. Yəni tələbin birinci hissəsi təmin olunduğu halda, digər hissələrinə hüquqi qiymət verilir. Təmin olunmadığı halda tələbin digər hissələrinə hüquqi qiymət verilməsi zərurəti olmur. Məhkəmə, iddia tələbinin birinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan əmək qanunvericiliyi maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi, qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qeyd olunan tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluqlar aşkar olunmuşdur. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin mübahisələndirilən 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ...ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. İşəgötürənin mübahisələndirilən 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmrindən görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil idarəsi tərəfindən Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasında aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Əlavə olaraq Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı əmək müqaviləsi üzrə vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş və Əmək Məcəlləsinin 72-ci maddəsinin “əu bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 (altı) ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin uç” bəndinə əsasən işçinin əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hazırda cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müvafiq vəzifə nöqsanları və ya çatışmamazlıqlarına dair hallara qiymət verilməsindən qabaq bu hallar üzrə işəgötürənin vəzifələrinin düzgün icra edib-etməməsinin müəyyən olunmasını zəruri hesab edir. Əks təqdirdə işəgötürən tərəfindən işçiyə dair görülmüş tədbirlərin hüquqi əsaslılığı şübhə altına alına bilər. İş materiallları ilə müəyyən olunur ki, işçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin əmri ilə xx.xx.2023-cü il tarixdən işə qəbul olunmuşdur. Göründüyü kimi, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil X20muşdur (xx.xx.2023-cü il tarixdən). Bununla belə, işçiyə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Halbuki qanunvericiliyə əsasən, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər (ƏM 188-ci maddəsinin 1-ci bəndinə əsasən). İş materiallarına Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin işçisi olan İddiaçı barəsində intizam tənbehi tədbirlərinin tətbiqi barədə əmr verməsi səlahiyyətinin olmasına dair sənəd əlavə olunmamışdır. Məhkəmə iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş “imza səlahiyyətlərinin verilməsi haqqında“ əmrə münasibətdə isə qeyd edir ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, qeyd olunan əmr (sənədin nömrəsi 3-29-69/3-2- 03F/2024; sənədin tarixi xx.xx.2024) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru X26 tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Yəni regional təhsil idarələrinin müdirlərinin (habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinə) məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə, direktorlarına intizam tənbehi tədbirlərinin tətbiqi barədə əmrləri imzalamaq səlahiyyəti xx.xx.2024-cü il tarixdən etibarən yaranmışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin işçisi barəsində intizam tənbeh tədbirinin tətbiqinə dair əmr verilmiş, bununla belə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin qeyd olunan tarixdə belə bir səlahiyyətinin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin əmri ilə xx.xx.2023-cü il tarixdə işə qəbul ounmuşdur. Bununla da, qeyd olunan tarixdən etibarən tərəflər arasında əmək münasibətləri yaranmışdır. İşçiyə yalnız bu tarixdən sonra yol verdiyi pozuntulara görə işəgötürən tərəfindən intizam tənbehlərindən biri verilə bilərdi. Bununla belə, işçiyə işəgötürən olmayan şəxs tərəfindən, xx.xx.2023-cü il tarixdə 2023cü ilin oktyabr ayında, yəni əmək müqaviləsi bağlanmazdan əvvəlki dövrdə baş vermiş hadisə ilə bağlı intizam tənbehi verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, işçinin əmək müqaviləsinə Əmək Məccəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əsası ilə xitam verilməsi qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, digər əsaslardan fərqli olaraq qanunvericilklə işçinin əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi üçün müəyyən şərtlər müəyyən olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsasla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X4 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsasla xitam verilməsini istəyirsə, bununla bağlı ilkin olaraq əsaslandırılmış yazılı təqdimatla Həmkarlar ittifaqı təşkilatına müraciət etməlidir. Təşkilat tərəfindən təqdimata ən gec 10 gün müddətində baxılmalı, işəgötürən X4 qabaqcadan razılığını aldıqdan sonra işçinin əmək müqaviləsinə bu əsasla xitam verə bilər. Əmək qanunvericiliyində belə bir proseduru nəzərdə tutulmasında məqsəd işçilərin əmək hüquqlarının müdafiəsi baxımından su-istifadə hallarına yol verilməməsi və qeyd edilən prosedurun formal xarakterə mailk olmasının qarşısının alınmasından ibarətdir. Baxılan işdə mərkəzləşdirilmiş mühasibatlığın qrup rəhbəri tərəfindən xx.xx.2024-cü il tarixdə uşaq bağçasında aparılmış montorinq zamanı aşkar olunmuş nösqanlara görə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinə təqdimatla müraciət olunmuş, sonuncu ünvan 2 – uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış 09 fevral 2024-cü il tarixli məktubu ilə İddiaçı (digər şəxslərlə yanaşı) əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi məsələsinə münasibət bildirilməsini xahiş etmişdir. Göründüyü kimi, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi məqsədilə müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət olunmamışdır. Digər tərəfdən işəgötürən olmayan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin məktubunda qeyd olunan məsələlərlə bağlı xx.xx.2024-cü il tarixdə Həmkarlar ittiqanının iclası keçirilmiş, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilməsi məsələsinə baxılmış, X19-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin 09 fevral 2024cü il tarixli, 3-29-31/2-108/2024 saylı məktubunda göstərilən halları müzakirə edərək 2 saylı protokolla rəsmiləşdirmiş və Həmkarlar komitəsinin hər bir üzvünün yazılı münasibətlərini almaqla protokola əlavə edərək göstərilən təqdimata öz mənfi münasibətini göstərməklə adıçəkilən işçilərin ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə razılıq verməmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsində İddiaçı əmək müqaviləsinə həmkarlar ittifaqına müraciət edilmədən xitam verildiyini etiraf etmişdir. Göründüyü kimi, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veirlərkən müəssisədə fəaliyyət göstərən X4 qabaqcadan alınmış razılığı olmamışdır. Bununla da işəgötürən iddiaçı barəsində 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmri verən zaman Əmək Məcəlləsinin 80-cı maddəsinin imperativ tələblərini pozmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıya intizam tənbehi verən işəgötürən “intizam tənbehinin verilməsi qaydaları”nı nəzərdə tutan Əmək Məcəlləsinin 187-ci maddəsinin də tələblərini pozmuşdur. Belə ki, işəgötürən həmin maddənin 1-ci bəndinin tələblərini pozaraq intizam tənbehi verməmişdən əvvəl iddiaçıdan yazılı izahat verməsini tələb etməmişdir. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, işçinin işlədiyi bağçada xx.xx.2024-cü il tarixdə monitorinq keçirilmiş, bunun nəticəsində aşkar olunmuş çatışmazlıqlara görə işçinin əmək müqaviləsinə xitam verilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə məktubla HİK-ə müraciət olunmuş, xx.xx.2024-cü il tarixdə HİK-in iclası keçirilmişdir (işçinin əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməmişdir). Lakin mübahisəli əmrlə əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra – xx.xx.2024-cü il tarixdə isə intizam tənbehi kimi işçinin əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilərdi. Bundan başqa İddiaçı əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv edilməsinə dair əmrdə qanunvericliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu;

1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Yuxarıda göstərilən maddi hüquq normasının tələblərindən göründüyü kimi işə götürən tərəfindən işçi barəsində sözügedən əmr tərtib edildiyi zaman əmri imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, habelə ünvanı göstərilməlidir. İddiaçı barəsində qəbul edilmiş əmrdə “Eşi Bağırovun” adı və soyadı qeyd edilsə də ata adı, ünvanı qeyd olunmamışdır. Bununla yanaşı əmr əsaslandırılmamış, işçinin əmək vəzifələrini kobud şəkildə pozulmasının nədən ibarət olmasını, qanunvericiliyin hansı tələblərinin pozulduğunu, işçi tərəfindən hanı nöqsan və çatışmazlıqlara yol verildiyini göstərməmiş, yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamış, bu halların hər hansı biri ilə əsaslandırma aparmamışdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci və üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçınin barəsində verilmiş əmrdə ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Lakin cavabdeh tərəfindən sözügedən əmr verilərkən bu tələblərə əməl olunmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Belə ki, işəgötürən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən vəzifədən azad olunması barədə 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 saylı əmri ilə qanunvericiliyin tələblərini pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdir. Qeyd olunan hal isə Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmrin ləğv olunması kimi hüquqi nəticəyə səbəb olur. Sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Bu səbəbdən də iddiaçı barəsində qəbul edilmiş əmr Əmək Məcəlləsinin imperativ tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməli və İddiaçı Gəncə şəhəri 52 saylı körpələr eviuşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməlidir Məhkəmə qeyd edir ki, 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 saylı əmrin Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ləğv olunması, eyni zamanda İddiaçı işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi üçün qanuni əsaslar yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X10 Şəhla Tahir qızına dair 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunmalı, İddiaçı 17 aprel 2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilməlidir. V. Nəticə:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216-220-ci, 358-360-cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X10 Şəhla Tahir qızına dair 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunsun. İddiaçı 17 aprel 2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar