Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-564/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, maraqlı şəxslər Bakı şəhəri 9 saylı Notariat Kontoru və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə vərəsəlik hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, maraqlı şəxslər Bakı şəhəri 9 saylı Notariat Kontoru və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə vərəsəlik hüqunun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.04.2016-cı il tarixdə vəfat etmiş X4 miras əmlaka,yəni ünvan 1 ünvanındakı paydan ½ pay həcmində qanun üzrə vərəsəlik hüququ tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01.01.1939-cu il təvəllüdlü X6 28.04.2016-cı il tarixdə vəfat etmişdir. Mərhumun ölümündən sonra iddiaçı və qardaşı Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Kontoruna müraciət edərək vərəsəlik paylarının müəyyən edilməsini xahiş etmişlər. Notariat kontoru tərəfindən lazımı sənədləşmə işləri aparılandan sonra 08.11.2016-cı il tarixdə 2v-270 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnaməyə əsasən AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 28.04.2016-cı il tarixdə vəfat etmiş X3 vərəsələri olaraq, bərabər paylar olmaq şərti ilə ½ hissədə İddiaçı və Cavabdeh tanınmışlar. Qeyd edilən şəhadətnamə mərhumdan miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 89 bağ sahəsində yerləşən 0.12 ha-dan ibarət torpaq sahəsinə aid verilmişdir. Mərhumdan 2 miras əmlakı qalmışdır: Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 89 bağ sahəsində yerləşən 0.12 ha-dan ibarət torpaq sahəsi və ünvan 2 ünvanındakı mənzilə dair (1/2) pay. Tərəflər öz aralarında razılığa gəlmişlər ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 89 bağ sahəsində yerləşən 0.12 ha-dan ibarət torpaq sahəsinə aid miras payını İddiaçı qardaşı Cavabdeh bağışlayır, digər miras əmlak isə bərabər paylar ilə öz aralarında bölünür. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müxtəlif bəhanələr ilə ünvan 1 ünvanındakı mənzilə dair mərhumun adına olan qeydiyyat vəsiqəsini notariat kontoruna verməkdən imtina edir. İddiaçı tərəfindən 13.10.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 9 saylı notariat kontoruna müraciət edilərək, mərhum anası X4 məxsus ünvan 2 ünvanındakı miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat kontoru qeyd edilən əmlaka dair AR İN ƏMDK DƏDRX 1 saylı Bakı ərazi İdarəsinə sorğu ünvanlamışdır. Sorğuya əsasən qeyd edilən təşkilatın nümayəndəsi qeydiyyat vəsiqəsinin dublikatının verilməsi məqsədi ilə həmin ünvana gəlmiş, lakin Cavabdeh AR İN ƏMDK DƏDRX 1 saylı Bakı ərazi İdarəsindən gəlmiş əməkdaşı mənzilə buraxmamış, bu səbəbdən mənzilə dair çıxarışın dublikatının alınması mümkün olmamışdır. Notariat kontoru tərəfindən təkrar sorğu verilərək, ünvan 2 ünvanındakı əmlakın X4 məxsus olub-olmaması, əgər qeyd edilən əmlak mərhuma məxsusdursa, həmin əmlakın üzərində hər hansı bir yüklülüyün olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. AR İN ƏMDK DƏDRX 1 saylı Bakı ərazi idarəsində qeyd edilən sorğuya cavab olaraq bildirmişlər ki, əmlakın qeydiyyat vəsiqəsi təqdim edilməsə, yüklülük barədə məlumatın verilməsi mümkün deyil. Cavabdehə notariat kontoru tərəfindən rəsmi bildiriş ünvanlansa da, notariat kontoruna gəlməmiş və sənədləri təqdim etməkdən boyun qaçırmışdır. Belə olan halda Notariat kontoru qeyd edilən mənzilə dair qeydiyyat vəsiqəsini təqdim etmək mümkün olmaması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, 28.04.2016cı il tarixdə vəfat etmiş anası X2 qalmış miras əmlaka, yəni ünvan 1 ünvanındakı paydan 2/1 pay həcmində onun qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil ayrı-ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən iclasda iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər 9 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 08 oktyabr 2020-ci il tarixli 1613 saylı məktubdan görünür ki, X3 adına hər hansı əmlak olub-olmadığı barədə məlumat verilməsini və əgər varsa həmin əmlaka dair dövlət reyestrindən çıxarışları vərəsəsi olduğu İddiaçı verilməsini xahiş etmişdir. İş materiallarında olan 17 oktyabr 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, ərizəçi İddiaçı ünvanlanmış **********65 nömrəli bildirişdən görünür ki, ünvan 2 ünvanındakı mənzil üzərində daşınmaz əmlak hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair sözügedən ünvanda yerləşən mənzildə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İş materiallarında olan AZ-İ seriyalı 797049 nömrəli Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03.05.2016-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 28.04.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 38 saylı MKİS tərəfindən verilmiş 197674 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanındakı mənzildə pasport qeydiyyatındadır. X6 28.04.2016-cı il tarixdə vəfat etmiş və ölənə qədər X9 və Cavabdeh ilə qeydiyyatda olmuş, yaşamışdır və onlardan başqa qeydiyyatda heç kim yoxdur. İş materiallarında olan 06/11/2016-cı il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, X9, Cavabdeh və X6 ünvan 2 ünvanındakı mənzildə qeydiyyatdadır. İş materiallarında olan 27 mart 1995-ci il tarixli 276333 saylı nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 və X6 arasındakı nikah pozulmuş və bu barədə 212 sayla qeyd edilmişdir. İş materiallarında olan 11.02.1965-ci il tarixdə verilmiş ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X7, anası X5r. İş materiallarında olan 12.11.1966-cı il tarixdə verilmiş ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 28 mart 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X7, anası X5r. 08 noyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, AR MM 1159-ci maddəsinə əsasən X3 vərəsələri: ünvan 1 ünvanındakı mənzildə qeydiyyatda olan Cavabdeh və ünvan 6 ünvanındakı mənzildə qeydiyyatda olan İddiaçıdur. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhəri 44 saylı notariat kontoru 4-Ə-141 saylı alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 89 bağ sahəsində yerləşən 0.12 hadan ibarət torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər doğma qardaşdırlar, analarının vəfatından sonra miras qalmış iki daşınmaz əmlakdan biri - Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 89 bağ sahəsinə vərəsələrin bərabər payları müəyyən edilməklə vərəsəlik şəhadətnaməsi verilmiş, lakin ünvan 2 ünvanındakı mənzilə vərəsələrin payları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. AR Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən, 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, 28.04.2016-cı il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka, yəni ünvan 1 ünvanındakı paydan 2/1 pay həcmində İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Kontoru və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilsin. 28.04.2016-cı il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka, yəni ünvan 1 ünvanındakı paydan 2/1 pay həcmində İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınsın. Ödənilmiş 30 ( otuz ) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-564/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-564/2021
02.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver