Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-570/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.03.2020-ci il tarixli müqaviləsinə əsasən, BOSCH Tozsoran, Samsung monitor üçün 207 (iki yüz yeddi) manat ödənilməmiş hissə, 62.1 (altmış iki manat, on qəpik) manat dəbbə pulu; 03.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Sony Playstation-4, PLAYSTATİON-4 pult üçün 146 (yüz qırx altı) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu; 30.11.2020-ci il tarixli müqaviləsinə əsasən, SONY Playstation 4 PRO 1TB + +2 games, PLAYSTATİON-4 pult, 3 ədəd Playstation 4 disk üçün 1183 (min yüz səksən üç) manat ödənilməmiş hissə, 355 (üç yüz əlli beş) manat dəbbə pulu; 12.12.2020ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********01534 X3 20 Ultra markalı telefon üçün 2867.6 (iki min səkkiz yüz altmış yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 279 (iki yüz yetmiş doqquz) manat dəbbə pulu; 15.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********221 Nokia 2720 Flip markalı telefon, Samsung aksesuar, Samsung PowerBank, Logitech Klaviatura üçün 493.1 (dörd yüz doxsan üç manat, on qəpik) manat ödənilməmiş hissə. 117 (yüz on yeddi) manat dəbhə pulu; 30.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********40567 iPhone 11 Pro Max markalı telefon üçün 2248,2 (iki min iki yüz qırx səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 675 (altı yüz yetmiş beş) manat dəbbə pulunu, ümumilikdə 8676 manat borc, 106.76 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 31.03.2020-ci il, 03.04.2020-ci il, 30.11.2020-ci il, 12.12.2020-ci il, 15.12.2020-ci il, 30.12.2020-ci il tarixli müqavilələrinə əsasən, BOSCH Tozsoran, Samsung monitor, SONY PLAYSTATİON-4, PLAYSTATİON-4 pult, SONY PlayStation4 PRO 1TB + 2 (James, PLAYSTATlON-4 pult, 3 ədəd Playstation 4 disk, İMEİ Kodu **********01534 X3 20 Ultra markalı telefon, İMEİ Kodu 35**********221 Nokia 2720 Flip markalı telefon, Samsung aksesuar, Samsung PowerBank, Logitech Klaviatura, İMEİ Kodu **********40567 iPhone 11 Pro Max markalı telefon almış və nəticədə 8676 (səkkiz min altı yüz yetmiş altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1314.6 (min üç yüz on dörd manat, altmış qəpik) manat (12 ay x 104.3 manat + 63 manat ilkin ödəniş) olan BOSCİİ Tozsoran, Samsung monitor üçün ümumilikdə, 269.1 (iki yüz altmış doqquz manat, on qəpik; manat olmaqla ondan 207 (iki yüz yeddi) manat ödənilməmiş hissə, 62.1 (altmış iki manat, on qəpik) manat dəbbə pulu; 03.04.2020-ci tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1110 (min yüz on) manat (12 ay x 73.5 manat * 22H manat ilkin ödəniş) olan SONY PLAYSTATİON-4, PLAYSTATİON-4 pult üçün ümumilikdə, 189 (yüz səksən doqquz) manat olmaqla ondan 146 (yüz qırx altı) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu; 30.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1779 (min yeddi yüz yetmiş doqquz) manat (6 ay x 206.5 manat l 0 manat ilkin ödəniş) olan SONY PlayStation4 PRO 1TB + 2 Games, PLAYSTATİON-4 pult, 3 ədəd Playstation 4 disk üçün ümumilikdə, 1538 (min beş yüz otuz səkkiz) manat olmaqla ondan 1183 (min yüz səksən üç) manat ödənilməmiş hissə, 355 (üç yüz əlli beş) manat dəbbə pulu; 12.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3330.6 (üç min üç yüz otuz manat, altmış qəpik manat (24 ay x 133.4 manat 129 manat ilkin ödəniş) olan İMEİ Kodu **********01534 X3 20 Ultra markalı telefon üçün ümumilikdə, 3146.6 (üç min yüz qırx altı manat, altmış qəpik) manat olmaqla ondan 2867.6 (iki min səkkiz yüz altmış yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 279 (iki yüz yetmiş doqquz) manat dəbbə pulu; 15.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 597.6 (beş yüz doxsan yeddi manat, altmış qəpik) manat (12 ay x 49.8 manat • 0 manat ilkin ödəniş) olan İMEİ Kodu 35**********221 Nokia 2720 Flip markalı telefon, Samsung aksesuar, Samsung PowerBank, Logitech Klaviatura üçün ümumilikdə, 610.1 (altı yüz on manat, on qəpik) manat olmaqla ondan 493.1 (dörd yüz doxsan üç manat, on qəpik) manat ödənilməmiş hissə 117 (yüz on yeddi) manat dəbbə pulu; 30.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3201.2 (üç min iki yüz bir manat, iyirmi qəpik) manat (12 ay x 225.1 manat + 500 manat ilkin ödəniş) olan İMEİ Kodu **********40567 iPhone İİ Pro Max markalı telefon üçün ümumilikdə, 2923.2 (iki min doqquz yüz iyirmi üç manat, iyirmi qəpik) manat olmaqla ondan 2248.2 (iki min iki yüz qırx səkkiz manat, iyirmi qəpik; manat ödənilməmiş hissə, 675 (altı yüz yetmiş beş) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4188.1 manat təşkil edir. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, maddi vəziyyətinin ağır olduğunu, cərimə kimi yazılmış vəsaitlərin silinməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 30.12.2020-ci il tarixli № ******* saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********40567 iPhone 11 Pro Max markalı telefon satın almışdır. İş materiallarında olan 30.12.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, 30.12.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 3201.20 manat pulu, aylıq 225.10 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15.12.2020-ci il tarixli № 22132357 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh İMEİ Kodu 35**********221 Nokia 2720 Flip markalı telefon, Samsung aksesuar, Samsung PowerBank, Logitech Klaviatura satın almışdır. İş materiallarında olan 15.12.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, 15.12.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 597.60 manat pulu, aylıq 49.80 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.12.2020-ci il tarixli № ******* saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən X3 20 Ultra markalı telefonu satın almışdır. İş materiallarında olan 12.12.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, 12.12.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 3330.60 manat pulu, aylıq 133.40 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.11.2020-ci il tarixli № 22095188 tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən PS4PRO1TB+HORİZON/GOOD OF VAR, SONY PLAYSTATİON-4(PES 2021),PLAYSTATİON 4 (RED DEAD REDEMPTİON İİ), Playstation (UFC4) PLAYSTATİON-4 pult satın almışdır. İş materiallarında olan 30.11.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, İsmayılova 30.12.2020-ci il tarixli müqavilə üzrə Nərmin Mirzahid qızı 1799 manat pulu, aylıq 296.50 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.04.2020-ci il tarixli № 20211521 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Playstation-4 SONY 1TB PRO və Playstation -4 pul satın almışdır. İş materiallarında olan 03.04. 2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Cavabdeh 1.110 manat pulu, aylıq 73.5 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 31.03.2020-ci il tarixli № 20209253 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən BOSCH Tozsoran, Samsung monitor satın almışdır. İş materiallarında olan 31.03.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, 31.03.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 1314.6 manat pulu, aylıq 104.3 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.10.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 31.03.2020-ci il tarixli müqaviləsinə əsasən, BOSCH Tozsoran, Samsung monitor üçün 207 (iki yüz yeddi) manat ödənilməmiş hissə, 62.1 (altmış iki manat, on qəpik) manat dəbbə pulu; 03.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Sony Playstation-4, PLAYSTATİON-4 pult üçün 146 (yüz qırx altı) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu; 30.11.2020-ci il tarixli müqaviləsinə əsasən, SONY Playstation4 PRO 1TB + +2 games, PLAYSTATİON-4 pult, 3 ədəd Playstation 4 disk üçün 1183 (min yüz səksən üç) manat ödənilməmiş hissə, 355 (üç yüz əlli beş) manat dəbbə pulu; 12.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********01534 X3 20 Ultra markalı telefon üçün 2867.6 (iki min səkkiz yüz altmış yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 279 (iki yüz yetmiş doqquz) manat dəbbə pulu; 15.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********221 Nokia 2720 Flip markalı telefon, Samsung aksesuar, Samsung PowerBank, Logitech Klaviatura üçün 493.1 (dörd yüz doxsan üç manat, on qəpik) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat dəbhə pulu; 30.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********40567 iPhone 11 Pro Max markalı telefon üçün 2248.2 (iki min iki yüz qırx səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 675 (altı yüz. Yetmiş beş) manat dəbbə pulunu, ümumilikdə, 8676 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 31.03.2020-ci il, 03.04.2020-ci il, 30.11.2020-ci il, 12.12.2020-ci il, 15.12.2020ci il, 30.12.2020-ci il tarixli müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda əsas borcu cəmi 7144 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 31.03.2020-ci il tarixli müqavilə üzrə 207 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 62.1 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 15 manata, 03.04.2020-ci il tarixli müqavilə üzrə 146 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 43 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 10 manata, 30.11.2020-ci il tarixli müqavilə üzrə 1183 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 355 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 30 manata, 12.12.2020-ci il tarixli müqavilə üzrə 2867.6 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 279 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 30 manata, 15.12.2020-ci il tarixli müqavilə üzrə 4931 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 117 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 20 manata, 30.12.2020-ci il tarixli müqavilə üzrə 2248.2 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 675 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 30 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 106.76 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 7144.9 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu və 106.76 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 31.03.2020-ci il tarixli müqavilə üzrə 207 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 03.04.2020-ci il tarixli müqavilə üzrə 146 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 30.11.2020-ci il tarixli müqavilə üzrə 1183 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 12.12.2020-ci il tarixli müqavilə üzrə 2867,6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 15.12.2020-ci il tarixli müqavilə üzrə 493,1 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 30.12.2020-ci il tarixli müqavilə üzrə 2248,2 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, ümumilikdə 7144.9 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu olmaqla cəmi 7279,9 manat pul və 106.76 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-570/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-570/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver