Məhkəmə qərarları › İş №2(005)-5705/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5705/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5705/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı1,İddiaçı2,İddiaçı3, İddiaçı4, İddiaçı5,İddiaçı6, İddiaçı7, İddiaçı8,İddiaçı9, İddiaçı10, İddiaçı11,İddiaçı12, İddiaçı13, İddiaçı14 Sahil oğlu, İddiaçı15 Cavabdeh MTKya qarşı “maliyyə arayışının təqdim edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1,İddiaçı2, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı6,İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Sahil oğlu, İddiaçı15 Cavabdeh MTKya qarşı “maliyyə arayışının təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia risəzisni və ona əlavə edilmiş sənədləri tədqiq edərək bu qənaətə gəlir ki, iddia ərizəsinin forma və məzmunu ilə bağlı qanunvericliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, hər bir iddiaçı cavabdehlə ayrı-ayrı vaxtlarda ayrı-ayrı mənzillərə dair müqavilələr imzalanmışdır. Lakin hazırda iddiaçılar məhkəməyə ayrı-ayrılıqda deyil, birlikdə müraciət edirlər. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə iddia ərizəsinin icraata qəbul edilməsi mümkün hesab edilə bilməz. Belə ki, hazırkı halda qeyd olunan mübahisənin məhkəmə tərəfindən baxılması həm bir-biri ilə əlaqəsi olmayan müqavilələrdən yaranan mübahisələr bir icraatda birləşdirildiyindən tam, obyektiv, hərtərəfli məhkəmə araşdırmasının aparılmasına məhdudiyyət yaradar, həm də ayır-ayrı işlər üzrə məhkəmə mübahisəsinə dair dövlət rüsumunun ödənilməsindən mülki mübahisə üzrə tərəflərin yayınması mənfi məhkəmə təcrübəsinin yaranması ilə nəticələnə bilər. Eyni zamanda iddia tələblərinə birlikdə baxılması iş üzrə ağlabatan məhkəmə araşdırılması müddətlərini də pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə iddia ərizəsinə qanunla müəyyən edilmiş forma və məzmunla bağlı tələblərə riayət edilmədiyini nəzərə alıb hesab edir ki, İddiaçı1, İddiaçı2,İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Sahil oğlu, İddiaçı15 Cavabdeh MTK-ya qarşı “maliyyə arayışının təqdim edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Sahil oğlu, İddiaçı15 Cavabdeh MTKya qarşı “maliyyə arayışının təqdim edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100,60 (yüz manat,60 qəpik) manat məbləğində pul (Bakı Şəhəri üzrə AsanPay vasitəsi ilə, qəbzin nömrəsi: **********) İddiaçı1 geri qaytarılsın. İddiaçılara qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar