Məhkəmə qərarları › İş №2(005)-5830/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5830/2021

13.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5830/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddiaçının ərizəsinə əlavə etdiyi sənədlərdən müəyyən olunur ki, iddiaçı alqısatqı müqaviləsinin surətini və bununla bağlı notariat işini iddia ərizəsinə əlavə etməmişdir. Bu səbəbdən də alqı-satqı müqaviləsi əsasında cavabdehin həmin alqı-satqı müqaviləsinin tərəfi olduğu və ya başqa əsaslarla mənzilə qeydiyyatda olması ilə bağlı sübutlar əlavə edilməmişdir. Həmçinin iddiaçı ərizəsində qeyd etdiyi kimi əmlakın cavabdehin atasından almasına dair heç bir sübut əlavə etməmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında 4527757nömrəli arayışından da görünür ki, mənzildə qeydiyyatda olan şəxs yoxdur. Qeyd edilən əsaslara görə alqı-satqı müqaviləsi əsasında cavabdehin həmin alqısatqı müqaviləsinin tərəfi olduğu və ya başqa əsaslarla mənzilə qeydiyyatda olması ilə bağlı sübutlar əlavə edilmədiyindən məhkəmə hesab edir ki, həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd edilən tələb ilə bağlı İddiaçı mülkiyyətində olan şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı ( cavabdehin qeydiyyatda olduğu və alqı-satqı müqaviləsi üzrə əvvəlki mülkiyyətçilərin ailə üzvü olmadığı halda) inzibati orqana müraciət etməli, (Nərimanov RPİ) müraciətə imtina olunduqda isə həmin imtina əsasında inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4, 263, 264-cü maddələrin əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. İddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar