Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-592/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun oğlu X5 ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinin məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarındakı nikahı Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsində 26.10.2010-cu il tarixində 919 nömrəli akt qeydi ilə qeydiyyata aldırmaqla evlənmişlər. Birgə nikahlarından 14.08.2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət münasibətləri normal olmuş, lakin sonradan münasibətlər pisləşdiyindən iddiaçı boşanmaq qərarına gəlmiş, boşanma işi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflər ailə qurduqları vaxtdan 2018-ci il tarixinə kimi ünvan 1 ünvanında yaşamış, 2010-cu ildən bu ünvana qeydiyyata düşmüşdür. Lakin, 2018-ci ildə Cavabdeh onu və oğlunu döyərək evdən məcburi şəkildə çıxarmışdır. İddiaçının yaşamağa yeri və heç bir mülkü yoxdur. Qeydiyyatda olduğu, gəlin köçdüyü mənzildə yaşamaq hüququnun olmasına baxmayaraq onun hüquqları tapdalanır və o hələ də uşağı ilə evsiz qalmış, evsizliklə əlaqədar olaraq oğlunun təhsilini də yarımçıq qoymalı olmuşdur. Cavabdehlə birgə nikah dövründə yaşadıqları və qeydiyyatda olduğu fərdi yaşayış evində uşağı ilə yaşamasına icazə vermir, bununla da onun hüquqlarını pozur. İddiaçı valideynlərinin evinin olduqca şəraitsiz olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, iddiaçının köçmək istədiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində özü və anası yaşayır. İddiaçının həmin evdə yaşamasına etiraz etmir, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1983cü il tarixdə Azərbaycanda doğulmuşdur; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən 26.10.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 614308 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X6 arasında 26.10.2010-cu il tarixdə bağlanmış nikah 919 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Dosmuxanov, arvada Dosmuxanova soyadı verilmişdir; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsində istifadədə olan 0.24039 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli binada 64.6 kv.m ümumi, 30.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 25 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X1 ½ hissə, Cavabdeh ½ hissə, adlarına daşınmaz əmlakın dövlət reyestrində 763 nömrəli reyestr kitabının 71292 nömrəli vərəqində 09.07.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Yusifbəyli və partnyorları” Vəkil Bürosuna ünvanlanmış 13.01.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsi 5, 25 saylı mənzilin 1/2 hissəsi 09.07.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda bildiririk ki, Cavabdeh adına Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsi 5, 25b saylı mənzil 14.07.1998-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin 21 saylı DNK-nın 3m-A-21 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. Həmçinin bildiririk ki, sənədlərin surəti məhkəmə sorğusu əsasında verilə bilər. Cavabdeh adına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir; 27.10.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, işin müəyyən olunmuş, mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh ilə İddiaçı arasında 26.10.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflər arasında nikah pozulmuşdur. İddiaçı oğlu X5 ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən nikah dövründa yaşamasını iddia etməklə həmin yaşayış sahəçinə köçürülmələrinin məhkəmə qaydasında müəyyən edilməsi xahiş edir, cavabdeh isə iddia tələbini qəbul edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hazırda köçməsini tələb etdiyi yaşayış sahəsi ünvan 1 paylı mülkiyyət hüququ üzrə X1 ½ hissə, Cavabdeh ½ hissədə payları müəyyən olunmuşdur. Cavabdeh tərəfindən həmin iddia tələbinin etiraf olunması ilə bağlı isə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etməməlidir. Belə ki, ünvan 1 ünvanına köçürülmə bərədə tələbin cavabdeh tərəfindən qəbul edilməsi digər şəxslərin qanunla qorunan hüquqlarına zidd olduğundan məhkəmə həmin etirafı qəbul etmir. Məhkəmə iddia tələbinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Belə ki, İddiaçı köçməsini tələb etdiyi yaşayış sahəsi paylı mülkiyyətdədir, iş üzrə cavabdeh olaraq digər paylı mülkiyyətçiyə (X2) yönəlmiş tələbi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.4-cü maldəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maldəsinə əsasən, Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6-cı maldəsinə əsasən, Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan yaşayış sahəsinə iddiaçının köçürülməsi ilə bəğlı cavabdehin etirafı qəbul edilmir və ünvan 1 1/ hissələrdə paylı mülkiyyətdə oluduğu təqdirdə iddiaçının mübahisəli evə köçməsini tələb etməsi əsassız hesab olunur. Belə ki, əmlakın naturada bölgüsü aparılması iş materialları ilə müəyyən edilmir, İddiaçı oğlu X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə məhkəmə qaydasında müəyyən olunduğu halda, digər mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” barədə iddia tələbi rədd olunsun. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-592/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-592/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver