Məhkəmə qərarları › İş №2(005)-60/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-60/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-60/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının, İbrahimova Ramilə Namiq qızının katibliyi, Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı1 İddiaçı2 və Köçərlinskiy Ceyhun Sürəddin oğlu iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin və qeydiyyatın ləğvi, əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin və qeydiyyatın ləğvi, əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil ilə bağlı Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın Yekunları barədə xx xxxxxxxx 2015-ci il tarixli, 78/19 nömrəli protokolu və həmin tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinin, Köçərlinskiy Ceyhun Sürəddin oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 3 ünvanında yerləşən 5 nömrəli mənzil ilə bağlı “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2014-cü il tarixli Hərracın Yekunları barədə Y-121 nömrəli protokolunun və İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzil ilə bağlı xx xxx 2014-cü il tarixli Hərracın Yekunları barədə Y-122 nömrəli protokolunun, yəni bu protokollara və müqavilələrə əsasən həmin əmlakların Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmalarına dair hərracın nəticələri və bu əmlakların Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışların ləğv olunması və həmin mənzillərin yenidən qiymətləndirilməklə onlardan borc məbləğini ödəyən əmlakın hərraca çıxarılması barədə qətnamə çıxarılması, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri özlərinin qulluq mövqelərindən istifadə etməklə, yəni hərrac təşkilatının vəzifəli şəxsləri ilə əlaqəyə girərək qəsdən, bilə-bilə və aldatma yolu ilə ona məxsus Bala şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi 34/35 ünvanında yerləşən 2 nömrəli, Köçərlinskiy Ceyhun Sürəddin oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 3 ünvanında yerləşən 5 nömrəli və İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi ev 56 ünvanında yerləşən 62 nömrəli mənzillərin ilkin qiymətləndirilməsində iddiaçının iştirakını təmin etməyib, qanunsuz və əsassız olaraq ipoteka predmetləri olan mənzilləri qəsdən aşağı qiymətlə hərraca çıxarmaqla və hərracdan qiymətlərini 15% və 25% aşağı salmaqla, nəticədə külli miqdarda, yəni təxminən 290.000 (iki yüz doxsan min) manat dəyərində olan mənzilləri 39.022,57 (otuz doqquz min iyirmi iki dollar əlli yeddi sent) ABŞ dolları məbləğində borcun müqabilində 142.775 (bir yüz qırx iki min yeddi yüz yetmiş beş) manat qiymətə öz mülkiyyətlərinə keçirməklə iddiaçının 100.000 (bir yüz min) manat qiymətdən artıq əmlaklarını qulluq mövqelərindən sui-istifadə etməklə ələ keçirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.3.2-ci və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdikləri üçün bu barədə xüsusi qərardad çıxarıb müvafiq prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə bağlanmış xx xxxxxx 2010-cu il tarixli 439/0-USD nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı1 illik 27% olmaqla 12 (on iki) ay müddətinə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti verilmiş, kreditin təminatı kimi İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil, Köçərlinskiy Ceyhun Sürəddin oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 3 ünvanında yerləşən 5 nömrəli mənzil xx xxxxxx 2010-cu il tarixli İPİ 439/0-USD nömrəli ipoteka müqaviləsi ilə ipotekaya qoyulmuşdur. xx xxxxxx 2010-cu il tarixli 439/0-USD nömrəli kredit xətti müqaviləsinə edilmiş xx xxxx 2011-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən kredit xəttinin məbləği 150.000 (bir yüz əlli min) ABŞ dolları məbləğinə kimi artırılmış və kreditin təminatı kimi əvvəlki iki ipoteka ilə yanaşı İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzil də ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. İddiaçı1 tərəfindən kredit məbləği vaxtında qaytarılmadığından bank tərəfindən borcun məcburi qaydada tutulması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmiş və müvafiq məhkəmənin xx xxxx 2012-ci il tarixli 2(009)- 993/2012 nömrəli qətnaməsi ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilərək, İddiaçı1 ümumilikdə 193.860,42 (bir yüz doxsan üç min səkkiz yüz altmış dollar qırx iki sent) ABŞ dolları məbləğində vəsaitin tutulması və ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi ev 3 ünvanında yerləşən 5 nömrəli mənzilə və Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi ev 56 ünvanında yerləşən 62 nömrəli mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, İddiaçı1 tərəfindən isə məhkəmədən sonra xx xxxxxx 2012-ci il tarixdə 154.837,86 (bir yüz əlli dörd min səkkiz yüz otuz yeddi dollar səksən altı sent) ABŞ dolları məbləğində ödəniş edilmiş, 39.022,57 (otuz doqquz min iyirmi iki dollar əlli yeddi sent) ABŞ dolları məbləğində faiz borcundan ödənilməmiş borc qalmışdir. İddiaçı1 ilə bank arasında əldə edilmiş razılaşmaya əsasən iddiaçı şəxsə qalıq borcunun hissə-hissə ödənilməsinə müddət verilmiş və bankın xx xxxxxx 2012-ci il tarixli 06-11/816 nömrəli məktubu ilə “İcra haqüqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədi geri götürülmüşdür. Bundan sonra İddiaçı1 xəbəri olmadan xx xxx 2013-cü il tarixdə bank qətnamənin icrasını təzələmiş və ipoteka əmlaklarını hərraca çıxarmışdır. ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzilin 110.000 (bir yüz on min) manat dəyərində qiymətləndirilməsi və bu qiymətlə hərraca çıxarılması barədə 2014-cü ilin iyul ayında İddiaçı1 bildiriş gəlmiş, mənzilin dəyəri bazar qiymətindən süni surətdə çöx aşağı müəyyən edildiyindən iddiacı şəxs bununla razılaşmayaraq “qiymətləndirici ekspert rəyinin ləğv esilməsi” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia vermiş, iddia icraata qəbul edilmiş, İddiaçı1 vəsatəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(005)-4289/2014 nömrəli qərardadı ilə həmin əmlakın yenidən qiymətləndirilməsi qərara alınmış, qərarın icrası “Tərəqqi” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. Bundan sonra İddiaçı1 məhkəmədən heç bir xəbər almamış, bankın icranı geri götürdüyünü güman etmişdir. Bundan sonra İddiaçı1, həmçinin ipoteka qoyanlar Köçərlinskiy Ceyhun Sürəddin oğlunun və İddiaçı2 xəbərləri və məlumatları olmadan onlara məxsus ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzil, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 3 ünvanında yerləşən 5 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzil hərraça çıxarılmış və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilmişdir. Hərracın keçirilməsindən və nəticəsindən onların xəbəri olmamış, bu barədə idiaçı İddiaçı1 və digər ipoteka qoyan şəxslərə rəsmi qaydada məlumat verilməmiş və müvafiq bildiriş göndərilməmişdir. Bu barədə İddiaçı1 və digər ipoteka qoyan şəxslərə 2015-ci ilin dekabr ayının əvvəlində bankın problemli kreditlər departamentindən məlumat verilmişdir. Bununla bağlı Bakı şəhəri Səbail və Nərimanov Rayon İcra şöbələrinə, Hərrac Mərkəzlərinə müraciət edib zəruri sənədləri topladıqdan sonra onlara məlum olmuşdur ki, onlara məxsus ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzil 110.000 (bir yüz on min) manat qiymətə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 3 ünvanında yerləşən 5 nömrəli mənzil 32.000 (otuz iki min) manat qiymətə və Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzil 50.000 (əlli min) manat qiymətə hərraça çıxarılmış, hərracda qiymətləri 15% və 25% aşağı salındıqdan sonra ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil Bakı şəhəri üzrə ixtisaslaşdirilmış “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın Yekunları barədə və xx xxxxxxxx 2015-ci il tarixli 78/19 nömrəli protokolu və həmin tarixli “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqaviləsinə əsasən 70.125 (yetmiş min bir yüz iyirmi beş) manat qiymətə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 3 ünvanında yerləşən 5 nömrəli mənzil “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2014-cü il tarixli Hərracın Yekunları barədə Y-121 nömrəli protokol ilə 20.400 (iyirmi min dörd yüz) manat qiymətə və Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzil ilə bağlı xx xxx 2014cü il tarixli Hərracın Yekunları barədə Y-122 nömrəli protokolu ilə 31.875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat qiymətə, yəni 39.022,57 (otuz doqquz min iyirmi iki dollar əlli yeddi sent) ABŞ dolları məbləğində borca qarşı ipotekaya qoyulmuş üç əmlak olmaqla, ümumilikdə 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat qiymətə, həmin dövrün məzənnəsi ilə 156.923 (bir yüz əlli altı min doqquz yüz iyirmi üç) ABŞ dolları qiymətinə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılaraq, onun mülkiyyətinə verilmişdir. Bu günə kimi borcdan artıq məbləğ İddiaçı1 verilməmiş, bank tərəfindən 4 (dörd) ildir ki, İddiaçı1 117.923 (bir yüz on yeddi min doqquz yüz iyirmi üç) ABŞ dolları məbləğində pul vəsaitindən əsassız istifadə etməklə cavabdeh qanunsuz varlanmışdır. Hesab edir ki, qiymətləndirmə prossesində ipotekaya qoyulmuş evlərin qiyməti süni surətdə aşağı salınmış və bazar qiymətindən açıq-aşkar çox aşağı müəyyən edilmişdir. Belə ki, ipotekaya qoyulmuş yaşayış evlərindən biri Bakı şəhəri, İçəri şəhər adlanan yerdə yerləşməklə Bakı şəhəri üzrə ən baha mənzil olan yerdir, təxmini olaraq üç ədəd ipoteka predmetlərinin ümumi dəyəri 290.000 (iki yüz doxsan min) manatdan yuxarı təşkil etdiyi halda, hərracda onlar 192.000 (bir yüz doxsan iki min) manat qiymətə satışa çıxarılmış, guya bu qiymətə və hətta evlərin qiyməti 15% və 25% aşağı salındıqdan sonra 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat qiymətə həmin evləri alan olmamışdır. Bu açıq-aşkar həqiqətə uyğun deyildir. Eyni zamanda, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində iddiaçının və digər ipoteka qoyanların iştirakı təmin edilməmiş, ipotekanın qiyməti onlarla razılaşdırılmamış, əsassız və qanunsuz olaraq əmlaklarına aşağı qiymət qoyulmaqla, faktiki heç bir hərrac keçirilmədən saxtakarlıq yolu ilə mənzillər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, İddiaçı1 tərəfindən isə məhkəmədən sonra xx xxxxxx 2012-ci il tarixdə 154.837,86 (bir yüz əlli dörd min səkkiz yüz otuz yeddi dollar səksən altı sent) ABŞ dolları məbləğində ödəniş edilmiş, 39.022,57 (otuz doqquz min iyirmi iki dollar əlli yeddi sent) ABŞ dolları məbləğində faiz borcundan ödənilməmiş borc qalmışdir. Belə olduğu halda, ipoteka mənzillərindən birinin satılması banka olan borcun bağlanması üçün kifayət etdiyi halda, qanunsuz və əsassiz olaraq İddiaçı1 və digər ipoteka qoyan şəxslərə məxsus olan üç ədəd, ümumi dəyəri təxminən faktiki olaraq 250.000 (iki yüz əlli min) manat, hərracın saxta qiyməti ilə isə 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat və ya 156.923 (bir yüz əlli altı min doqquz yüz iyirmi üç sent) ABŞ dolları olan mənzillər satılaraq 39.022,57 (otuz doqquz min iyirmi iki dollar əlli yeddi sent) ABŞ dolları əvəzində götürülməklə, İddiaçı1 və digər ipoteka qoyan şəxslərə məxsus olan əmlak qəsdən, bilə-bilə mənimsənilmiş, İddiaçı1 külli miqdarda ziyan vurulmuşdur. Həmçinin, hərracın keçirilməsi rəsmi qaydada İddiaçı1 və digər ipoteka saxlayanlara bildirilməmiş, onların hərracda iştirakı təmin edilməmiş, əmlakların qiymətləndirilməsində onların razılığı soruşulmamış, onları aldadıb əmlaklarını qanunsuz ələ keçirmişlər. Ona görə də hesab edir ki, Ləğvetmə prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti hərrac təşkilatı ilə əlaqəyə girərək qəsdən, bilə-bilə və aldatma yolu ilə İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən 2 nömrəli, Köçərlinskiy Ceyhun Sürəddin oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 3 ünvanında yerləşən 5 nömrəli və İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzillərin ilkin qiymətləndirilməsində İddiaçı1 və digər ipoteka qoyan şəxslərin iştiraklarını təmin etməyib, qanunsuz və əsassız olaraq ipoteka predmetləri olan mənzilləri aşağı qiymətlə hərraca çıxarmaqla və hərracdan qiymətlərini 15% və 25% aşağı salmaqla, nəticədə təxminən 290.000 (iki yüz doxsan min) manat dəyərində olan mənzilləri 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat qiymətə öz mülkiyyətlərinə keçirdikləri üçün ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzil ilə bağlı Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın Yekunları barədə xx xxxxxxxx 2015-ci il tarixli 78/19 nömrəli protokolu və həmin tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsi, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi ev 3 ünvanında yerləşən 5 nömrəli mənzil ilə bağlı “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2014-cü il tarixli Hərracın Yekunları barədə Y-121 nömrəli protokol və İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzil ilə bağlı xx xxx 2014-cü il tarixli Hərracın Yekunları barədə Y-122 nömrəli protokolu, bu protokollara və müqavilələrə əsasən həmin əmlakların Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmalarına dair hərracın nəticələri və bu əmlakların Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv olunmalı və həmin mənzillər yenidən qiymətləndirilməklə onlardan borc məbləğini ödəyən əmlak hərraca çıxarılmalı və hərracda İddiaçı1 və digər ipoteka qoyan şəxslərin iştirakları da təmin edilməlidir. Göstərilənlərdən görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri özlərinin vəzifə səlahiyyətlərindən suiistifadə edib hərrac təşkilatının vəzifəli şəxsləri ilə əlaqəyə girərək qəsdən, bilə-bilə və aldatma yolu ilə İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən 2 nömrəli, Köçərlinskiy Ceyhun Sürəddin oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 3 ünvanında yerləşən 5 nömrəli və İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzillərin ilkin qiymətləndirilməsində İddiaçı1 və digər ipoteka qoyan şəxslərin iştiraklarını təmin etməyib, qanunsuz və əsassız olaraq ipoteka predmetləri olan mənzilləri qəsdən aşağı qiymətlə hərraca çıxarmaqla və hərracdan qiymətlərini 15% və 25% aşağı salmaqla, nəticədə külli miqdarda, yəni təxminən 290.000 (iki yüz doxsan min) manat dəyərində olan mənzilləri 39.022,57 (otuz doqquz min iyirmi iki dollar əlli yeddi sent) ABŞ dolları məbləğində borcun müqabilində 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat qiymətə, 156.923 (bir yüz əlli altı min doqquz yüz iyirmi üç) ABŞ dolları qiymətinə öz mülkiyyətlərinə keçirməklə İddiaçı1 hərracın qiyməti ilə 117.923 (bir yüz on yeddi min doqquz yüz iyirmi üç) ABŞ dolları məbləğində əmlaklarını qulluq mövqeylərindən sui-istifadə etməklə ələ keçirib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cu, 179.3.2-ci və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Buna görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu faktla bağlı Ləğv etmə prosseesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin və hərrac təşkilatının vəzifəli şəxsləri barədə xüsusi qərardad çıxarılmaqla müvafiq prokurora xəbər verilməsi təmin edilməlidir. İddiaçı1 hərracın nəticələrindən xəbər tutduqdan sonra qanunvericiliyin tələblərinə müvafiq olaraq Hərracın nəticələrinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydiyyatın ləğv edilməsi, əmlakin yenidən qiymətləndirmənin keçirilməsinə dair” iddia tələbi ilə xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)-449/2017 nömrəli qərardadı ilə İddiaçı1 iddia ərizəsi baxılmamış saxlanılmış və qərardad onunla əsaslandırılmışdır ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Bu düzğün qərardad deyildir, faktiki o məhkəmə baxışında iştirak etmişidir, həmin qərardaddan apellyasiya şikayəti verilməsi vaxt çox apardığından sənədləri geri götürüb yenidən eyni məzmunlu iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bu dəfə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)-575/2018 nömrəli qərardadı ilə İddiaçı1 iddia ərizəsi yenidən baxılmamış saxlanılmış və qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə prossesində iştirak etməmişdir. Faktiki olaraq o iştirak etmişdir, üç ilə yaxındır ki, İddiaçı1 pozulmuş hüquqlarının bərpası üçün çalışır, belə bir vəziyyətdə məhkəmə prossesində iştirak etməməyi qeyri-mümkündür. Sonuncu məhkəmə prossesində cavabdehlə birlikdə iştirak etmiş, məhkəmə baxışı təxirə salınmış və növbəti məhkəmənin vaxtı barədə onlara məlumat veriləcəyi bildirilmişdir. Lakin xx xxxxxx 2018-ci il tarixə kimi onlara məlumat verilmədiyindən ərizə ilə məhkəməyə müraciət etmişlər və xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)-575/2018 nömrəli qərardadını və iddia ərəzəsinəı əlavə edilmiş sənədləri almış və yenidən iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı2 və Köçərlinskiy Ceyhun Sürəddin oğlu mülki iş üzrə iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, İddiaçı1 iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılması və müvafiq yekun qərar çıxarılmasını məhkəmədən xahiş etmiş, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı2 və Köçərlinskiy Ceyhun Sürəddin oğlu qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı2 və Köçərlinskiy Ceyhun Sürəddin oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh təşkilatların nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümaydələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Köçərlinskiy Ceyhun Sürəddin oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində xx xxxxxx 2010-cu il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 1264 nömrəli reyestr kitabının 115139 nömrəli vərəqində xx xxxxxx 2010-cu il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 1296 nömrəli reyestr kitabının 118225 nömrəli vərəqində xx xxxxxx 2011-ci il tarixdə qeydiyyata alınmışdır; xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-kreditor ilə İddiaçı1borcalan arasında bağlanmış 439/0-USD nömrəli kredit xətti müqaviləsinin surətindən və məzmunundan görünür ki, kredit tərəfindən borcalana şəxsi məqsəd üçün 12 (on iki) ay müddətinə illik 27% olmaqla 100.000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır; xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə İddiaçı1-ipoteka qoyan arasında bağlanmış İP1 439/0-USD nömrəli ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-kreditor ilə İddiaçı1-borcalan arasında bağlanmış 439/0-USD nömrəli kredit xətti müqaviləsi üzrə verilmiş kredit məbləğinin təminatı kimi İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil ipotekaya qoyulmuşdur. İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil 52.000 (əlli iki min) manat dəyərində qiymətləndirilmişdir; xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə Köçərlinskiy Ceyhun Sürəddin oğlu-ipoteka qoyan və İddiaçı1-borcalan arasında bağlanmış İP2 439/0-USD nömrəli ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-kreditor ilə İddiaçı1-borcalan arasında bağlanmış 439/0-USD nömrəli kredit xətti müqaviləsi üzrə verilmiş kredit məbləğinin təminatı kimi Köçərlinskiy Ceyhun Sürəddin oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Köçərlinskiy Ceyhun Sürəddin oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzil 30.000 (otuz min) manat dəyərində qiymətləndirilmişdir; xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-kreditor ilə İddiaçı1borcalan arasında bağlanmış 439/0-USD nömrəli kredit xətti müqaviləsi üzrə 01 nömrəli xx xxxx 2011-ci il tarixli əlavə sazişin surətindən və məzmunundan görünür ki, müvafiq sazişə əsasən kredit xəttinin məbləği 150.000 (bir yüz əlli min) ABŞ dolları məbləğinə kimi artırılmış və kreditin təminatı kimi əvvəlki iki ipoteka ilə yanaşı İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzil də ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir; xx xxxx 2011-ci il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə İddiaçı2ipoteka qoyan və İddiaçı1-borclu arasında bağlanmış İP3 439/0-USD nömrəli ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-kreditor ilə İddiaçı1-borcalan arasında bağlanmış 439/0-USD nömrəli kredit xətti müqaviləsi üzrə 01 nömrəli xx xxxx 2011-ci il tarixli əlavə saziş üzrə verilmiş kredit məbləğinin təminatı kimi İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzil ipotekaya qoyulmuşdur. İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzil 50.000 (əlli min) manat dəyərində qiymətləndirilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(009)-993/2012 nömrəli icra vərəqəsinin surətindən və məzmunundan görünür ki, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı1, Köçərlinski Rifat İlham oğluna, Köçərlinski Çinarə İlham qızına, İddiaçı2, Köçərlinskiy Ceyhun Sürəddin oğluna, Sevtlana Köçərlinskiyə, Köçərlinski Natiq Sürəddin oğluna, İlahə Məmmədovaya, Köçərlinski Sübhan Natiq oğluna və Köçərlinski Minayə Natiq qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı1 151.123,63 (bir yüz əlli bir min bir yüz iyirmi üç dollar altmış üç sent) ABŞ dolları məbləğində əsas, 37.409,68 (otuz yeddi min dörd yüz doqquz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində faiz, 5.327,11 (beş min üç yüz iyirmi yeddi dollar on bir sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 193.860,42 (bir yüz doxsan üç min səkkiz yüz altmış dollar qırx iki sent) ABŞ dolları məbləğində vəsaitin öədniş gününə məzənnə üzrə manatla və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilə, Köçərlinskiy Ceyhun Sürəddin oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi ev 3 ünvanında yerləşən 5 nömrəli mənzilə və İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi ev 56 ünvanında yerləşən 62 nömrəli mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, mənzillər açıq hərracdan satıldıqdan bir ay sonra cavabdeh şəxslər mənzildən çıxmadıqları təqdirdə İddiaçı1, Köçərlinski Rifat İlham oğlunun və Köçərlinski Çinarə İlham qızının ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilindən, Köçərlinskiy Ceyhun Sürəddin oğlunun, Sevtlana Köçərlinskinin, Köçərlinski Natiq Sürəddin oğlunun, İlahə Məmmədovanın, Köçərlinski Sübhan Natiq oğlunun və Köçərlinski Minayə Natiq qızının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi ev 3 ünvanında yerləşən 5 nömrəli mənzilindən, İddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir; Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə, Abşeron Rayon İcra Şöbəsinə və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə ünvanladığı xx xxxxxx 2012-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, İddiaçı1 ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(009)-993/2012 nömrəli icra vərəqəsi üzrə borcun ödənilməsi barədə razılıq əldə edildiyindən, müvafiq icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən qaytarılması xahiş olunmuşdur; Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx xxxxxxx 2013-cü il tarixli sifariş məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(009)-993/2012 nömrəli icra vərəqəsi üzrə müvafiq ipoteka predmetlərinin satışını təşkil edib, satışdan əldə olunan məbləğin Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur; Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X5 xx xxxxxx 2013-cü il tarixli icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişinin məzmunundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(009)-993/2012 nömrəli icra vərəqəsində göstərilən tələbin dərhal təmin edilməsi cavabdehlər İddiaçı1, Köçərlinski Rifat İlham oğlundan və Köçərlinski Çinarə İlham qızından tələb edilmişdir; “Sərraf-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2013-cü il tarixli 13-958/1 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzilinin həmin dövrə olan qiyməti 50.000 (əlli min) manat təşkil etmişdir; “Sərraf-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2013-cü il tarixli 13-958/2 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Köçərlinskiy Ceyhun Sürəddin oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzilinin həmin dövrə olan qiyməti 32.000 (otuz iki min) manat təşkil etmişdir; “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 dekabr dekabr 2013-cü il tarixli 2636 nömrəli bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili 50.000 (əlli min) manat qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı xx xxxxxx 2014-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq bildiriş Dalğa Ekspress poçt firmasının 070551 nömrəli qəbzi ilə İddiaçı2 göndərilmiş və xx xxxxxx 2014-cü il tarixdə qeyd edilən ünvanda Xəlilova soyadlı şəxs qəbul edərək imza etmişdir; “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 dekabr dekabr 2013-cü il tarixli 2637 nömrəli bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili 32.000 (otuz iki min) manat qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı xx xxxxxx 2014-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq bildiriş Dalğa Ekspress poçt firmasının 070552 nömrəli qəbzi ilə Köçərlinskiy Ceyhun Sürəddin oğluna göndərilmiş və xx xxxxxx 2014-cü il tarixdə qeyd edilən ünvanda şəxsin imza etməklə qəbul etmişdir; “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2014-cü il tarixli 204 nömrəli bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili 27.200 (iyirmi yeddi min iki yüz) manat (32.000x15%=27.200) qiymətə təkrar hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı xx xxxxxx 2014-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq bildiriş Dalğa Ekspress poçt firmasının 007865 nömrəli qəbzi ilə Köçərlinskiy Ceyhun Sürəddin oğluna göndərilmiş və xx xxxxxx 2014-cü il tarixdə qeyd edilən ünvanda şəxsin imza etməklə qəbul etmişdir; “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2014-cü il tarixli 206 nömrəli bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili 42.500 (qırx iki min beş yüz) manat (50.000x15%=42.500) qiymətə təkrar hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı xx xxxxxx 2014-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq bildiriş Dalğa Ekspress poçt firmasının 063343 nömrəli qəbzi ilə İddiaçı2 göndərilmiş və xx xxxxxx 2014-cü il tarixdə qeyd edilən şəxsin köçməsi qeydi ilə geri qaytarılmışdır; “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın nəticələri haqqında xx xxx 2014-cü il tarixli Y-121 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Köçərlinskiy Ceyhun Sürəddin oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili 32.000 (otuz iki min) manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25% aşağı qiymətə, yəni 20.400 (iyirmi min dörd yüz) manat dəyərində alıcı-Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən əldə edilmişdir; “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti-satıcı ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6-alıcı arasında bağlanmış xx xxx 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Köçərlinskiy Ceyhun Sürəddin oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili 32.000 (otuz iki min) manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25% aşağı qiymətə, yəni 20.400 (iyirmi min dörd yüz) manat dəyərində alıcı tərəfindən əldə edilmişdir; “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın nəticələri haqqında xx xxx 2014-cü il tarixli Y-122 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili 50.000 (əlli min) manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25% aşağı qiymətə, yəni 31.875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat dəyərində alıcı-Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən əldə edilmişdir; “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti-satıcı ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6-alıcı arasında bağlanmış xx xxx 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili 50.000 (əlli min) manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25% aşağı qiymətə, yəni 31.875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat dəyərində alıcı tərəfindən əldə edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 1296 nömrəli reyestr kitabının 118225 nömrəli vərəqində xx xxxxxxx 2014-cü il tarixdə qeydiyyata alınmışdır; “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2014-cü il tarixli 249 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 110.000 (bir yüz on min) manat təşkil etmişdir; Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2015-ci il tarixli 78/19 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzili 70.125 (yetmiş min bir yüz iyirmi beş) manat dəyərində Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən əldə edilməsi hesab edilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə xx xxxxxxxx 2015-ci il tarixli 78/19 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzili 110.000 (bir yüz on min) manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti 93.500 (doxsan üç min beş yüz) manat məbləğində müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25% aşağı qiymətə, yəni 70.125 (yetmiş min bir yüz iyirmi beş) manat dəyərində alıcı-Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən əldə edilmişdir; “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti-satıcı ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6-alıcı arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzili 70.125 (yetmiş min bir yüz iyirmi beş) manat dəyərində alıcı tərəfindən əldə edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 1264 nömrəli reyestr kitabının 115139 nömrəli vərəqində xx xxxxxx 2015-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Tərəqqi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli 12 nömrəli hesabatın məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən 56 nömrəli evin 62 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 85.000 (səksən beş min) manat təşkil etmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Tərəqqi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli 12/1 nömrəli hesabatın məzmunundan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 3 nömrəli evin 5 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 65.000 (altmış beş min) manat təşkil etmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Tərəqqi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli 12/2 nömrəli hesabatın məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsində yerləşən 34/35 nömrəli evin 2 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 240.000 (iki yüz qırx min) manat təşkil etmişdir; “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli 056/20 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzilin 2014-2015-ci illər üçün orta bazar qiyməti 223.000 (iki yüz iyirmi üç min) manat, hazırkı dövrə olan orta bazar qiyməti isə 240.000 (iki yüz qırx min) manat; Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 3 nömrəli evin 5 nömrəli mənzilinin 2014-2015-ci illər üçün orta bazar qiyməti 54.000 (əlli dörd min) manat, hazırkı dövrə olan orta bazar qiyməti isə 59.000 (əlli doqquz min) manat və Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzilin 2014-2015-ci illər üçün orta bazar qiyməti 75.000 (yetmiş beş min) manat, hazırkı dövrə olan orta bazar qiyməti isə 81.000 (səksən bir min) manat təşkil etmişdir; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun: 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir); 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərindən görünür ki, qiymətləndirmənin nəticələri haqqında rəy Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının: 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır; 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi X1 üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir; 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2014-cü il tarixli 249 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, qiymətləndirici tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət olunmuş, onun tələblərinə müvafiq əsaslandırılma aparılaraq mübahisəli bağ evlərinin qiymətləri təyin edilmişdir. Məhkəmə hesab edir ki, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2014-cü il tarixli 249 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərilən mənzilin qiymətinin aşağı göstərilməsi barədə İddiaçı1 dəlilləri əsassızdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şəxs digər əmlaklara dair iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, müvafiq əmlaklar iddiaçı şəxsin mülkiyyətində olmaması və həmin əmlaklar xüsusi mülkiyyət hüququ üzrə digər şəxslərə aid olduğundan, qeyd edilən əmlaklara dair İddiaçı1 tələb hüququ yoxdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, müvafiq tələbin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin “müvafiq əmlaka dair hərracın yekunları barədə protokolun, əmlakın alqı-satqısı barədə müqavilənin və çıxarışın ləğv edilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə iddia tələbinin əsas hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “müvafiq əmlaka dair hərracın yekunları barədə protokolun, əmlakın alqı-satqısı barədə müqavilənin və çıxarışın ləğv edilməsi” hissəsində də təmin edilə bilməz. Məhkəmə iddiaçı şəxsin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri özlərinin qulluq mövqelərindən istifadə etməklə hərrac təşkilatının vəzifəli şəxsləri ilə əlaqəyə girərək qəsdən, bilə-bilə və aldatma yolu ilə ona məxsus mənzilin ilkin qiymətləndirilməsində onun iştirakını təmin etməyib, qanunsuz və əsassız olaraq ipoteka predmeti olan mənzili qəsdən aşağı qiymətlə hərraca çıxarmaqla iddiaçının külli miqdarda əmlakını ələ keçirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.3.2-ci və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdikləri üçün bu barədə xüsusi qərardad çıxarıb müvafiq prokurora xəbər verilməsi” hissəsində qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh cəmiyyətin faktiki rəhbəri olan şəxs barəsində xüsusi qərardad çıxarılması ilə bağlı hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı1 hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 İddiaçı2 və Köçərlinskiy Ceyhun Sürəddin oğlu iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin və qeydiyyatın ləğvi, əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 İddiaçı2 və Köçərlinskiy Ceyhun Sürəddin oğlu iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin və qeydiyyatın ləğvi, əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar