Məhkəmə qərarları › İş №2(005)-601/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-601/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-601/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samsung LED markalı telefon, Sonorous Surefix üçün 379 (üç yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 114 (yüz on dörd) manat dəbbə pulu, İMEİ kodu **********45392 Samsung Galaxy S10 markalı telefon üçün 1749 (min yeddi yüz qırx doqquz) manat ödənilməmiş hissə, 525 (beş yüz iyirmi beş) manat dəbbə pulu, ümumilikdə 2767 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2797 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixində məhkəmənin dəftərxanası vasitəsi ilə iddianın dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Samsung LED markalı televizor, Sonorous Surefix üçün 379 (üç yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 114 (yüz on dörd) manat dəbbə pulu, cəmi 493 (dörd yüz doxsan üç) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********45392 olan Samsung Galaxy S10 Dual markalı telefon üçün 1749 (min yeddi yüz qırx doqquz) manat ödənilməmiş hissə, 525 (beş yüz iyirmi beş) manat dəbbə pulu, cəmi 2274 (iki min iki yüz yetmiş dörd) manat, ümumilikdə, 2767 (iki min yeddi yüz altmış yeddi) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2797 (iki min yeddi yüz doxsan yeddi) manat Cavabdehıulaıı alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı telefon, Sonorous Surefix, İMEİ kodu **********45392 Samsung Galaxy S10 markalı telefon almış və nəticədə 2767 (iki min yeddi yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 836 (səkkiz yüz otuz altı) manat (11 ay x 76 manat +0 manat ilkin ödəniş) Samsung LED markalı telefon, Sonorous Surefix üçün 493 (dörd yüz doxsan üç) manat olmaqla ondan, 379 (üç yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 114 (yüz on dörd) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2107 (iki min yüz yeddi) manat (12 ay x 159 manat 199 manat ilkin ödəniş) İMEİ kodu **********45392 Samsung Galaxy S10 markalı telefon üçün 2274 (iki min iki yüz yetmiş dörd) manat olmaqla ondan, 1749 (min yeddi yüz qırx doqquz) manat ödənilməmiş hissə, 525 (beş yüz iyirmi beş) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 815 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh oğluna lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00796709 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxx” MMC-dən qiyməti 836 manat olan Samsung LED markalı telefon, Sonorous Surefix almış və 11 ay müddətinə ayda 76 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqısatqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxx” MMC-dən qiyməti 2107 manat olan Samsung Galaxy S10 Dual telefonu almış, 199 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə ayda 159 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2019 və xx.xx.2019-cu il tarixli əşyanın təhvil-təslim aktlarına əsasən S Samsung Galaxy S10 Dual markalı telefon və Samsung LED markalı telefon, Sonorous Surefix Cavabdeh təhvil verilmişdir; “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən “xxxx” MMC-dən Samsung LED markalı telefon, Sonorous Surefix və Samsung Galaxy S10 Dual markalı telefonu almışdır. Cavabdeh bu günə kimi iki müqavilə üzrə 815 manat ödəmiş, xx.xx.2020-ci il tarixə cavabdehin cəmiyyətə 2128 manat məbləğində ödənilməmiş əsas borcu, 639 manat dəbbə pulu borcu, cəmi 2767 manat borcu vardır; “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqavilələri üzrə öhdəliyini yerinə yetirməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; xx xxxxxxx 2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı “xxxx” MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 25xx.xx.2019 və xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən Cavabdeh “xxxx” MMC-dən qiyməti 836 manat olan Samsung LED markalı telefon, Sonorous Surefix 11 ay müddətinə hər ay 76 manat aylıq ödəniş etməyi, qiyməti 2107 manat olan Samsung Galaxy S10 Dual markalı telefonu 199 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə 159 manat aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür (Müqavilənin 3.3-cü bəndi). İddiaçı “xxxx” MMC Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixinə onun 2128 manat məbləğində əsas, 639 manat məbləğində cərimə, cəmi 2767 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Cavabdeh tərəfindən hər hansı məbləğdə borcun ödənilməsini təsdiq edən sənəd mövcud deyil. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 2xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə yaranmış cəmi 2128 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 639 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə hesablanmış 114 manat və 525 manat məbləğində cərimə əsas borclara məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 30 manat və 100 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 2128 manat məbləğində əsas, cəmi 130 manat məbləğində cərimə məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 379 (üç yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, 1749 (min yeddi yüz qırx doqquz) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, cəmi 2258 manat (iki min iki yüz əlli səkkiz) məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar