Məhkəmə qərarları › İş №2(005)-616/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-616/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-616/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin 2017, 2018, 2019, 2020-ci illərdə keçirilmiş yığıncaqlarının protokollarının surəti; “xxxx” ASC-nin nizamnaməsinin surəti; “xxxx” ASC-nin 2017, 2018, 2019, 2020-ci illərinin reyestrlərinin surəti; “xxxx” ASC-nin ümumi yığıncağında iştirak edən və qeydiyyatdan keçən səhmdarların siyahısı 2017, 2018, 2019, 2020-ci illər; “xxxx” ASC-nin Emissiya prospektinin surəti, “xxxx” ASC-nin 2017, 2018, 2019-cu illərə dair maliyyə nəticələri haqqında hesablamalarının müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin surəti; “xxxx” ASC-nin 2017, 2018, 2019, 2020-ci illərə dair fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətləri; “xxxx” ASC-nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surəti; “xxxx” ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin Daşınmaz Əmlakının Dövlət Reyestrindən çıxarışı və sahənin texniki pasportunun surəti; 2017, 2018, 2019-cu illərdə görülmüş işlər haqqında hesabatlar; “xxxx” ASC-nin səhmdarlara göndərilən 2017, 2018, 2019, 2020-ci illərin iclaslarının keçirilməsinə dair məktubların çatdırılmasına və alınmasına dair qəbzlərin əsli və surəti; yuxarıda göstərilən sənədlərin İddiaçı təqdim etməyi “xxxx” ASC-yə həvalə edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Həsər oğlu “xxxx” ASC-nin səhmdarı olaraq Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixində müraciət edib. “xxxx” ASC-nin İdarə heyətinin sədrindən aşağıdakı sənədlərin: “xxxx” ASC-nin 2017, 2018, 2019, 2020-ci illərdə keçirilmiş ümumi yığıncaqlarının protokollarının surətləri; “xxxx” ASC-nin nizamnaməsinin surəti; “xxxx” ASC-nin 2017, 2018, 2019, 2020-ci illərinin reyestrlərinin surəti; “xxxx'’ ASC-nin ümumi yığıncağında iştirak edən və qeydiyyatdan keçən səhmdarların siyahısı 2017, 2018, 2019, 2020-ci illər; “xxxx” ASC-nin Emissiya prospektinin surəti; “xxxx” ASC-nin 2017, 2018, 2019-cu illərə dair maliyyə nəticələri haqqında hesablamalarının müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin surəti; “xxxx” ASC-nin 2017, 2018, 2019, 2020-ci illərə dair fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətləri; “xxxx” ASC-nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surəti; “xxxx” ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin Daşınmaz Əmlakının Dövlət Reyestrindən çıxarışı və sahənin texniki pasportunun surəti; 2017, 2018, 2019-cu illərdə görülmüş işlər haqqında hesabatlar; “xxxx” ASC-nin səhmdarlara göndərilən 2017, 2018, 2019, 2020-ci illərin iclaslarının keçirilməsinə dair məktubların çatdırılmasına və alınmasına dair qəbzlərin əsli və surəti; Göndərilən sənədlərin surəti olduğundan onları təsdiq olunmuş formada verməyi ASC-dən tələb etmişdir. Azərbaycan Respublikası “İnformasiya əldə etmək haqqında” və Azərbaycan Respublikası “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanuna əsasən 15 iş günü ərzində cavab verilməli idi. Azərbaycan Respublikası MM-nin 102.4, 106-2.3, 106-1.2.3, 107-6.3-cii maddələrinə əsasən İddiaçı bir səhmdar kimi cəmiyyətin barəsində məlumatlar almaq, protokolların, reyestrlərinin, nizamnamənin, hesabatların, icarə müqavilələrinin və sairlərin surətlərini əldə etmək hüququ vardır. Lakin “xxxx” ASC İddiaçı məlumatların açıqlanmasına dair müraciətini xx.xx.2020-ci il tarixində almağına rəğmən bu günə qədər tələb olunan sənədlər təqdim edilməyib. Cəmiyyətin tələb olunan sənədləri və məlumatları açıqlamadan yayınması, ümumiyyətlə yazılı şəkildə verməyi lüzum bilməməsi İddiaçı məlumat almaq hüquqlarını kobud şəkildə pozub, çünki nəticə etibarı ilə həmin məlumatları əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan hesabın operatoru haqqında məlumatın təsdiqlənmiş surətindən görünür ki, emitent “xxxx” ASC-nin olduğu bir qiymətli kağızın nominal dəyəri 2 AZN olan 25 ədəd adi adlı səhmlər İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış məktublardan görünür ki, müvafiq sənələrin surəti 10 gün müddətində təqdim olunmazsa məhkəməyə müraciət olunacaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı emitent “xxxx” ASC-nin olduğu bir qiymətli kağızın nominal dəyəri 2 AZN olan 25 ədəd adi adlı səhmlərə malikdir. İddiaçıHəsən oğlu bir səhmdar kimi cəmiyyətin barəsində məlumatlar almaq, protokolların, reyestrlərinin, nizamnamənin, hesabatların, icarə müqavilələrinin və sairlərin surətlərini əldə etmək hüququ olduğunu iddia edir. Lakin “xxxx” ASC İddiaçı məlumatların açıqlanmasına dair müraciətini xx.xx.2020-ci il tarixində almağına baxmayaraq bu günə qədər tələb olunan sənədləri təqdim etməyib. Cəmiyyətin tələb olunan sənədləri və məlumatları açıqlamadan yayınması, ümumiyyətlə yazılı şəkildə verməyi lüzum bilməməsi iddiaçının məlumat almaq hüquqlarını kobud şəkildə pozub, çünki nəticə etibarı ilə həmin məlumatları əldə edə bilməmişdir. Cavabdeh isə iddia tələbinə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında olan mübahisə səhmdar cəmiyyəti ilə səhmdar arasındakı münasibətlər çərçivəsində yaranmışdır. Hazırki mübahisəyə Mülki Məcəllənin müddəaları rəhbər tutularaq qiymət verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 98.1-ci maddəsinə əsasən, Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 98.4-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar. 98.7-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin hüquqi vəziyyəti və səhmdarların hüquq və vəzifələri, müvafiq olaraq, bu Məcəlləyə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müəyyənləşdirilir. 99.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 106-1.3-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. (AR MM-nin 106-1.3.1., 106-1.3.2., 106-1.3.3., 106-1.3.4. , 106-1.3.5. , 106-1.3.6., 106-1.3.8-2., 106- 1.3.8-3., 106-1.3.8-4 və 106-1.3.9.-cu maddələri ) Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin İddiaçı cəmiyyətin fəaliyyəti ilə bağlı müvafiq məlumatların təqdim edilməsi vəzifəsinin yerinə yetirməməsi səhmdar kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, cəmiyyətin qanunvericiliyə əsasən iddiaçıya məlumat vermək vəzifəsini icra etməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz olmuşdur. Bu baxımdan İddiaçı müvafiq sənədlərin ona təqdim edilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı və qanunidir, ona görə də iddia təmin edilməli cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin üzərinə “xxxx” ASCnin 2017, 2018, 2019, 2020-ci illərdə keçirilmiş yığıncaqlarının protokollarının surətinin; “xxxx” ASC-nin nizamnaməsinin surətinin; “xxxx” ASC-nin 2017, 2018, 2019, 2020-ci illərinin reyestrlərinin surətinin; “xxxx” ASC-nin ümumi yığıncağında iştirak edən və qeydiyyatdan keçən səhmdarların siyahısının 2017, 2018, 2019, 2020-ci illər; “xxxx” ASCnin Emissiya prospektinin surətinin, “xxxx” ASC-nin 2017, 2018, 2019-cu illərə dair maliyyə nəticələri haqqında hesablamalarının müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin surətinin; “xxxx” ASC-nin 2017, 2018, 2019, 2020-ci illərə dair fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; “xxxx” ASCnin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətinin; “xxxx” ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin Daşınmaz Əmlakının Dövlət Reyestrindən çıxarışının və sahənin texniki pasportunun surətinin; 2017, 2018, 2019-cu illərdə görülmüş işlər haqqında hesabatların; “xxxx” ASCnin səhmdarlara göndərilən 2017, 2018, 2019, 2020-ci illərin iclaslarının keçirilməsinə dair məktubların çatdırılmasına və alınmasına dair qəbzlərin əslinin və surətinin İddiaçı təqdim edilməsi öhdəliyi həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» Açıq Səhmdar Cəmiyyətinin üzərinə “xxxx” ASC-nin 2017, 2018, 2019, 2020ci illərdə keçirilmiş yığıncaqlarının protokollarının surətinin; “xxxx” ASC-nin nizamnaməsinin surətinin; “xxxx” ASC-nin 2017, 2018, 2019, 2020-ci illərinin reyestrlərinin surətinin; “xxxx” ASC-nin ümumi yığıncağında iştirak edən və qeydiyyatdan keçən səhmdarların siyahısının 2017, 2018, 2019, 2020-ci illər; “xxxx” ASC-nin Emissiya prospektinin surətinin, “xxxx” ASC-nin 2017, 2018, 2019-cu illərə dair maliyyə nəticələri haqqında hesablamalarının müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin surətinin; “xxxx” ASC-nin 2017, 2018, 2019, 2020-ci illərə dair fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; “xxxx” ASC-nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətinin; “xxxx” ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin Daşınmaz Əmlakının Dövlət Reyestrindən çıxarışının və sahənin texniki pasportunun surətinin; 2017, 2018, 2019-cu illərdə görülmüş işlər haqqında hesabatların; “xxxx” ASC-nin səhmdarlara göndərilən 2017, 2018, 2019, 2020-ci illərin iclaslarının keçirilməsinə dair məktubların çatdırılmasına və alınmasına dair qəbzlərin əslinin və surətinin İddiaçı təqdim edilməsi öhdəliyi həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar