Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-617/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçılar İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən FHN DYMX Nərimanov rayon DYMH 17 nömrəli YMB-nin ailəvi yataqxana binasındakı iki otaqlı mənzilinə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Bakı şəhəri Nərimanov rayonun X7 Hissəsinin 17 nömrəli X3 ailəvi yataqxana binasında iki otaqlı mənzil Azərbaycan Respublikası FİİN DYMX-nin Mənzil-məişət və Sosial-təminat komissiyasının 24 sentyabr 2010-cu il tarixli 23 nömrəli protokoluna əsasən iddiaçıya ayrılmışdır. Göstərilən tarixdə həmin mənzilə ailəsi ilə birlikdə köçüb orada yaşamışlar. Artıq üç ildən çoxdur ki, cavabdeh həmin ünvanda yaşamır. ünvan 4ətnaməsindən görünür ki, onların nikahı pozulmuşdur. Nərimanov rayon X7 Hissəsinin 21.10.2020-ci il tarixli, 37/39-290 saylı arayışından görünür ki, cavabdeh mübahisəli mənzildə yaşamır. Cavabdehin qeydiyyatda olması iddiaçıya bir çox maddi çətinliklər yaradır, onun əvəzinə kommunal xərclərini ödəməli olur və bu da onun maddi imkansızlığı ilə əlaqədar müəyyən çətinliklər yaradır. Cavabdehin ünvan 5 ünvanda yerləşən FHN DYMX Nərimanov rayon DYMH 17 nömrəli YMB-nin ailəvi yataqxana binasındakı iki otaqlı mənzildə olan hüquqları itirilməlidir. Məhkəmə iclasında İddiaçı tələbinə mahiyyəti üzrə baxıldığı halda isə iddia tələblərinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Bakı şəhəri Nərimanov rayonun X7 Hissəsi tərəfindən verilmiş 21.10.2020-ci il tarixli arayışının məzmunundan görünür ki, “1979-cü il təvəllüdlü İddiaçı həqiqətən Azərbaycan Respublikası ünvan 6 ünvanda yerləşən Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Bakı şəhəri Nərimanov rayonun X7 Hissəsinin 17 nömrəli X3 ailəvi yataqxanasında aşağıda göstərilən ailə tərkibi ilə birlikdə yaşayır və qeydiyyatdadır. Keçmiş həyat yoldaşı-Cavabdeh-1974-cü il təvəllüdlü heç bir yerdə işləmir. Qeydiyyatdadır, yaşamır. X4-2009-cu il təvəllüdlü, X2 - 2013-cü il təvəllüdlü” Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-432/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəsi və aliment" tələbinə dair iddia iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 10.01.2008-cı il tarixdə Tovuz rayon VVADQ şöbəsi tərəfindən qeydə alınmış və 11 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, 20.08.2009-cu il təvəllüdlü X10 və 30.10.2013-cü il təvəllüdlü X8 (anası) İddiaçı yanında saxlanılması, 20.08.2009-cu il təvəllüdlü X10 Cavabdeh alınıb (anası) İddiaçı verilməsi, Cavabdeh 13.11.2019-cu il tarixdən başlayaraq, 30.10.2013-cü il təvəllüdlü X8nın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, 20.08.2009-cu il təvəllüdlü X10 (anası) X5 verildiyi tarixdən başlayaraq, 20.08.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nərimanov Rayonu X7 Hissəsinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 03.03.2021-ci il tarixli, 37/34-073 saylı sorğuya cavab məktubundan görünür ki, Nərimanov rayonu Müzəffər Nərimanov 12 ünvanda yerləşən 17 nömrəli X3 xidməti ailəvi yataqxanası Fövqəladə Hallar Nazirliyinin balansındadır və məktubda qeyd olunan yaşayış sahəsində İddiaçı həmin yataqxanada övladları ilə birlikdə qeydiyyatdadır, yaşayır; 05.11.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, tərəflər 10.01.2008-cı il tarixdə nikaha daxıl olmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-432/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli Qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Tərəflərin birgə nikahından 20.08.2009-cu il təvəllüdlü X10 və 30.10.2013-cü il təvəllüdlü X8 adlı övladları var. Tərəflər aralarında nikah pozulmamışdan əvvəl ünvan 1 ünvanda yerləşən FHN DYMX Nərimanov rayon DYMH 17 nömrəli YMB-nin ailəvi yataqxana binasındakı iki otaqlı mənzildə yaşamışdır. Hazırda İddiaçı keçmiş əri Cavabdeh Nərimanov rayonu Müzəffər Nərimanov 12 ünvanda yerləşən 17 nömrəli X3 xidməti ailəvi yataqxanasında olan yaşayış sahəsində istifadə hüququnun itirilməsini xahiş edir. Cavabdeh tərəf iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda, iddiaçı mübahisəli yaşayış sahəsinə dair hər hansı bir qanuni hüququ olmadığından onun məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Belə ki, mübahisəli yaşayış sahəsi Fövqəladə Hallar Nazirliyinin balansındadır. İddiaçı cavabdehin istifadə hüququnun itirilməsinə dair tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Buna görə də Cavabdeh ünvan 1 ünvanda yerləşən FHN DYMX Nərimanov rayon DYMH 17 nömrəli YMB-nin ailəvi yataqxana binasındakı iki otaqlı mənzilinə olan istifadə hüququnun itirilməsi barədə tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-617/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-617/2021
29.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver