Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-620/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı MMC-nin nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ümumi sahəsi 52.4 kv,m olan 34 saylı evin 9 saylı mənzilindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, cavabdehin mülkiyyətində olan mənzilin qanuni sahəsinə 20% əlavə yaşayış sahəsi əlavə etdirməklə, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra "xxxx" MMC iddia ərizəsilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı xx.xx.2017-ci il tarixli 454 №-li Sərəncamı ilə Bakı şəhəri, ünvan 2 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 34 saylı evin 9 saylı mənziliindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi üçün iddiaçıya təhvil verilməsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 99 kv.m olan 3 otaqlı təmirli mənzilin cavabdehə verilməsi, ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil "xxxx" MMC-yə təhvil verildiyi gündən başlayaraq , yeni mənzil tikilib təhvil verilənədək cavabdehin müvəqqəti yaşayacağı mənzilə görə hər ay 400 manat kirayə haqqının "xxxx" MMC-dən tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “AR Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında” AR 2012-ci il 29 iyun tarixli 392-İVQ №-li Qanunun tətbiqi barədə AR Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə AR NK 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı (bundan sonra “Nazirlər Kabinetinin Qərarı” adlandırılacaq) qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyriyaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi NRİH-nə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətinə olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq olunmuş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və NK-nin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Ağa Neymətulla və F.Yusifov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə, AR Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 454 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncam vermişdir. Sərəncama əsasən Ağa Neymətulla küçəsi 32, 34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanda yerləşən 1.082 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin Sərəncama əsasən "xxxx" MMC ARNK-nin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərinin köçürülməsi, köçürülmə iə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Sərəncama əsasən "xxxx" MMC-yə Ağa Neymətulla küçəsi 32, 34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan sərəncamla "xxxx" MMC-yə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla Fövqəladə Hallar Nazirliyinin təsisatdan kənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi, Ağa Neymətulla 32,34 və Faiq Yusifov 9,11,13,!5 saylı ünvanlarda yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. 14 fevral 2018-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X3 şöbəsiniin qrup rəhbəri Emil Zeynalov, mühəndis Akif İbrahimov, NRİH-nin İctimai-Siyasi və Humanitar məsələləri üzrə müdir müavini Toğrul Əliyev və Nərimanov rayon 30 saylı MKİS Baş mühəndisi Asif Hüseynov ilə birlikdə Tikintidə X4 Agentliyinin 25 yanvar 2018-ci il tarixli 36\00594 saylı tapşırığına əsasən ünvan 4 ünvanlarda yerləşən yaşayış binalarına vizual texniki baxış keçirilmişdir və akt (bundan sonar Akt adlandırılacaq) tərtib etmişlər. Göstəilən Akta əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binaların divarlarında suvaq qatının tökülməsi, aşınması mövcuddur, evlərin dam örtüyünün yararsız olması, atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin olamaması, olanlarının isə yarasız vəziyyətdə olması halları müşahidə olunmuş, həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmiş, bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) nizamsız şəkildə, inşaat norma və təhlüləsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin daralması yanğın və bu kimi digər arzuolunmaz hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırıb. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. "xxxx" MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə hazırki iş üzrə cavabdeh istisna olmaqla bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Nərimanov rayonunun Ağa Nemətulla küçəsi 34 saylı binanın sakinləri olan cavabdehlər ailə üzvləri ilə "xxxx" MMC-nin ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılmışdır. İddiaçı, Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə Cavabdehlər bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, onun mülkiyyətində olan yaşayış sahəsinin, İddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Cavabdehə izah edilmişdir ki, onun mülkiyyətində olan 2 otaqlı ümumi sahəsi 52.4 kv.m olan mənzilin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çatması səbəbindən bu sahələr sökülərək əvəzində bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzlli yaşayış binalarında təzə mənzillər veriləcəkdir. Lakin cavabdeh qərəzli şəkildə "xxxx" MMC-nin təkliflərindən-iddiaçı tərəfindən yaşayış sahələrinə əlavə 20% sahə əlavə etməklə tam təmirli mənzilin verilməsi təklifindən imtina etmişlər və İddiaçının təklifləri ilə razılaşmayaraq ondan dəyəri qat-qat çox olan sahələr tələb etməkdədir. Həmçinin, İddiaçı tərəfindən Cavabdehlərə yeni yaşayış binası tikilənədək və ona ailə üzvləri ilə birlikdə bu binada yeni mənzil təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Bundan əlavə, İddiaçı tərəfindən Cavabdehin əşyaların daşınması üçün nəqliyyat vəsaitinin və işçi qüvvəsinin verilməsi təklif edilmişdir. Lakin, Cavabdeh iddiaçı tərəfindən onlara edilən ədalətli kompensassiya təkliflərinə baxmayaraq, qeyrireal kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqda davam edir və "xxxx" MMC ciddi maliyyə itkisi üzləşmişdir. Belə olan halda, yəni Dövlət Proqramının tərkib hissəsi olan Normativ aktların icrasının təmin etmək məqsəd ilə "xxxx" MMC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, "xxxx" MMC-nin işçiləri tərəfindən ona məxsus mənzilin söküləcəyi ilə bağlı xəbərdarlıq olunmuşdur. Bu barədə qardaşı, Nümayəndə etibarnamə verilmişdir. Dəfələrlə ofisə çağırılmış, hər gəlişində müxtəlif şəxslər onu qarşılamışdır. O müvafiq olaraq hər gəlişində işin mahiyyəti ilə bağlı hüquqi sənədlər təqdim edilməsini tələb etsə də, qarşı tərəf bu tələbi həyata keçirməmişdir. Təqribən 1 ay əvvəl Mətləb adlı bir vəkil "xxxx" MMC adından onunla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Telefon danışığının mahiyyəti mənzillə bağlı olmaqla, cavabdehin iradlarını iddiaçının nümayəndəsinə bildirməsi ilə yekunlaşmışdır. Şirkət nümayəndəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq, bütün müraciətlər nəticəsiz qalmışdır. Bildirmişdir ki, mənzil daş evdir, 2-ci mərtəbədə yerləşir, həyətyanı sahəsində 3 avtomobil saxlayır. Həyətdə olan yaşıllıqlar məhv edilmişdir. Müvafiq evdə hər mərtəbədə 2 qonşu yaşamışdır. Ev 2 mərtəbədir. Parklanma xərci həyətyanı sahəsi olduğundan ödəmir. Evin kommunal xərci ümumi il ərzində 18-20 manat təşkil edir. Hazırda tikilən binadan veriləcək mənzilin kommunal xərcləri kvadrat metr üçün 10 qəpik hesablanaraq, yeraltı dayanacaq verilməsini tələb etmişdir. Təklif olunan müqaviləni təsisçi vasitəsilə bağlanılmasını və Kapital Bankdan 1.000.000 (bir milyon) manat dəyərində zəmanət məktubunun verilməsini tələb edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 bildirmişdir ki, hazırda mübahisələndirilən mənzildə yaşayış yoxdur. Qeyd olunan ərazidə digər sakinlərlə aidiyyatı müqavilələr bağlanmış və sakinlər həmin ərazidən köçmüşdürlər. Cavabdehə onun mülkiyyətində olan faktiki sahəsi 54 kv.m olan evə görə yeni tikiləcək binadan 99 kv.m olmaqla, tam təmirli mənzil verilməsi, eləcədə cavabdeh ev təhvil verildiyi gündən, cavabdehə təqdim olunacağı tarixədək, hər ay 400 manat məbləğində kirayə haqqı verilməsi təklif olunmuşdur. Cavabdeh isə öz növbəsində 54 kv.m sahəsi olan evin müqabilində iddiaçıdan müvafiq olaraq 125, 113, 63 kv.m ölçüdə 3 mənzil təqdim olunmasını tələb etmişdir. Nəticədə mübahisənin məhkəmə qaydasında həlli zərurəti meydana gəlmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə tələbini qəbul etmədiyini və onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfindən 54 kv.m sahəsi olan mənzilin müqabilində 125, 113, 63 kv.m sahəsi olan 3 mənzilin cavabdehə təqdim olunması, eləcədə kirayə haqqı qismində aylıq 700-800 manat məbləğində ödəniş iddiaçıdan tutularaq, cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 454 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Ağa-Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanda yerləşən 1.082 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmiş, "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmiş, İddiaçı MMC-nə ünvan 5 ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyriyaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır; Bakı Şəhər Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 454 saylı sərəncamına əsasən Rayonun Ağa Nemətulla 32,34 və Faiq Yusifov 9,11,13,15 saylı ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 1,082 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir; Rayonun Ağa Nemətulla 32,34 və Faiq Yusifov 9,11,13,15 saylı ünvanlarda yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-yə aşağıdakılar həvalə edilmişdir:
1. "xxxx" MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbulu və onun sanitar vəziyyətinə nəzarət;
2. Ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin;
3. Ərazinin və obyektin memarlıq-planlaşdırma həlllini layihələşdirmə ərəfəsində RİH ilə razılaşdırsın;
4. Tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövləqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertizası İdarəsindən xüsusi rəy alınması;
5. Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi;
6. Rayonun Ağa Nemətulla 32,34 və Faiq Yusifov 9,11,13,15 saylı ünvanlarda yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi; Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 130 nömrəli xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, “Araz-2011A" MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1. 75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1758 nömrəli razılaşma məktublarını, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 və xx.xx.2018-ci il tarixli, 128 nömrəli sərəncamlarını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 25025 nömrəli ekspertiza rəyi nəzərə alınaraq, Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda sökülmüş qəzalı binaların yerində "Araz- 2011A” MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmışdır; Bakı şəhəri, N.Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9,11,13,15 ünvanlarında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, münəndisi Akif İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Toğrul Əliyev və Nərimanov rayonunun 30 saylı Mənzil Kommunal istismar Sahəsinin baş mühəndisi Asif Hüseynov ilə birlikdə Tikintidə X4 Agentliyinin 25 yanvar 2018-ci il tarixli 36/00594 saylı tapşırığına əsasən Bakı səhəri, N.Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9,11,13,15 ünvanlarında yerləşən yaşayış binalarına vizual texniki baxış keçirmiş, Ağa Nemətulla 32: Üçmərtəbəli yaşayış binası 1962-ci ildə kürsülü, üçgirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina üç hissədən ibarətdir, ölçüləri 13,2 x 9,7; 14,0 x 9,7; 13,2 x 9,7 metrdir. Kürsülərin hündürlüyü 0,8 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Mərtəbəarası örtük çoxboşluqlu dəmir-beton plitələrdən, arakəsmələr çilləkən üzrə suvaq, damı ağac konstruksiyaları üzrə dalğalı metal vərəqələrlə örtülmüşdür. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsiı, divarlarda və tavanda nəmişlik əlamətləri mövcuddur Pilləkən qəfəsələrində pillələrin sınması, qopması, müşahidə olundu. Pilləkən qəfəsəsinin meydançalarının altından su çənləri asılmışdır. Bu isə sakinlərin təhlükəsiz hərəkətini məhdudlaşdırır və təhlükəli hesab edilir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması insanların həyatı üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər(metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. Bunlar yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Ağa Nemətulla 34: Üçmərtəbəli yaşayış binası 1965-ci ildə kürsülü, dördgirişli inşa olunub. Bina bir-birinə perpendikulyar tikilmiş iki hissədən ibarəldir, ölçüləri 27,2 x 9,7; 27,2 x 9,7 metrdir. Kürsülərin hündürlüyü 0,6 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşından ibarətdir. Mərtəbəarası örtük çoxboşluqlu dəmir-beton plitələrdən, damı yastı tipli olub, üçqat ruberoidlə izolyasiya olunmuşdur. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsiı, divarlarda nəmişlik əlamətləri, pilləkən qəfəsələrində pillələrin sınması, qopması, navalçaların və dam örüyünün nasaz olması mövcuddur. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması həyat üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər(metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. İşdə olan Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 4 nömrəli “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın surətinə əsasən Bakı şəhəri Nərimanov RİH layihəçi "Araz-2011A” MMC-yə Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda 10820,0 kv.m və 5879,2 kv.m olan çoxmərtəbəli yaşayış binalarında tikintisi aparılmasına icazə verilmişdir. 30 saylı MKİS-in 032090 saylı arayışına əsasən Cavabdeh Ağa Nemətulla küçəsi 34 nömrəli evin 9 nömrəli mənzilində pasport qeydiyyatındadır. İşə materiallarına əlavə edilmiş "xxxx" MMC ilə vətəndaşlar arasında bağlanılmış müqavilələrin məzmunundan görünür ki, vətəndaşlar özlərinə məxsus ünvan 8 ünvanlarda sökülmüş qəzalı binaların yerində "xxxx" MMC tərəfindən yeni tikiləcək evlərdə mənzillər almağı öhdəliklərinə götürmüşlər. Elektron informasiya sistemindən çıxarışa əsasən ünvan 9 ünvanda yerləşən əmlak Cavabdeh mülkiyyətindədir. Dövlət qeydiyyatına alınmış şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 34, mənzil 9 ünvanda yerləşən əmlakın dövlət qeydiyyatına alınmış ölçüləri 42.40 kv.m təşkil edir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddia üzrə cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi bina qəzalı, istismara yararsız vəziyyətdədir. Həmin ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən "xxxx" MMCnin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması işin mübahisəsiz halıdır. "xxxx" MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırki cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. İş materiallarından görünür ki, mübahisəli mənzilin yerləşdiyi bina hazırda qəzalı və istismara yararsız vəziyyətdədir. Məhkəmə hesab edir ki, cavabdehin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdeh üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. İddiaçı "xxxx" MMC-nin irəli sürdüyü təklifdən də görünür ki, həmin təklif kifayət qədər ədalətli və ağlabatandır, onun icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Bundan əlavə Sərəncamı icra edən iddiaçı "xxxx" MMC tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdeh mülkiyyətində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı tərəfindən cavabdehə söküləcək binadakı mənzilinin əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzil təklif olunur. İddiaçı tərəf cavabdehin ünvan 11 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 42.4 kv.m-dən ibarət olan (iddiaçı tərəfin iddia ərizəsinə əsasən 52.4 kv.m. olan) mənzilin əvəzinə yeni tikiləcək binada 99 kv.m ölçüdə, 3 otaqlı təmirli mənzil və sökülməsi nəzərdə tutulan mənzilin "Araz-2011A” MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı təklif edir, cavabdeh tərəf isə bununla razılaşmayaraq mənzilin müqabilində 125, 113, 63 kv.m sahəsi olan 3 mənzilin cavabdehə təqdim olunması, eləcədə kirayə haqqı qismində aylıq 700-800 manat məbləğində ödəniş verilməsini tələb edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli Qərarında Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin, Yasamal Rayon İcra Hakimiyyətinin, Səbail Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon İcra Hakimiyyətinin və Xəzər Rayon İcra Hakimiyyətinin bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirmələləri qərara alınmışdır: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi; 4.3. ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi. Həmin qərarla “Bakı şəhəri Sabunçu rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli Qərarı, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 yanvar tarixli 8 nömrəli Qərarı, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Yeni tikiləcək yaşayış binasında mənzillərin verilməsi hüquqmüəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh iddiaçı tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 10.0.10,10.0.11 və 10.0.12-ci maddələrinin tələbinə görə yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından iddiaçının qeyd olunan tələblə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Beləliklə araşdırılan sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı xx.xx.2017-ci il tarixli 454 №-li Sərəncamı ilə Bakı şəhəri, ünvan 2 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC ilə müqavilə bağlanmışdır. Hazırda ünvan 8 ünvanlarda sökülmüş qəzalı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 34 saylı evin 9 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmış, lakin razılıq əldə olunması mümkün olmamışdır. Eyni zamanda, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Ağa Nemətulla 32,34 və Faiq Yusifov 9,11,13,15 saylı ünvanında sakinlərin əksər hissəsi ilə "xxxx" MMC arasında razılıq əldə edilmişdir. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehin yaşamağa davam etməsi onun həyat və sağlamlıgına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, o mənzili boşaltdığı halda, mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla "xxxx" MTK-nın üzərinə qoyulmuş vəzifədir və MTK da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Hazırkı cavabdehdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər sakinlər onlara yaradılmış şəraitdən və "xxxx" MTKnın əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamını icra edən iddiaçı "xxxx" MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın (faktiki vəziyyətə uyğun) dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binasından köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehin mənzilə görə MTK-dan əsassız olaraq real olmayan qiymətlər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildən təyinatı üzrə istifadə etməməsində ifadə olunur. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 8 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 42.40 kv.mdən (faktiki 52.4 kv.m. olan) ibarət olan mənzil boşaldılaraq “Araz-2011A" MMC-yə təhvil verilməli və həmin mənzil "Araz-2011A” MMC tərəfindən sökülməli, "xxxx" MMC tərəfindən ünvan 12 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 42.4 kv.mdən (faktiki 52.4 kv.m. olan) ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 99 kv.m ölçüdə, 3 otaqlı təmirli mənzil Cavabdeh təhvil verilməli, sökülməsi nəzərdə tutulan mənzilin "Araz-2011A” MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MMC tərəfindən Cavabdeh hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 9 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 42.4 kv.m-dən ibarət olan (iddiaçı tərəfin iddia ərizəsinə əsasən 52.4 kv.m. olan) mənzil boşaldılaraq “Araz-2011A" MMC-yə təhvil verilsin. Həmin mənzil "Araz-2011A” MMC tərəfindən sökülsün, "xxxx" MMC tərəfindən ünvan 11 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 42.4 kv.mdən ibarət olan (iddiaçı tərəfin iddia ərizəsinə əsasən 52.4 kv.m. olan) mənzilin əvəzinə yeni tikiləcək binada 99 kv.m ölçüdə, 3 otaqlı təmirli mənzil Cavabdeh təhvil verilsin. Sökülməsi nəzərdə tutulan mənzilin "Araz-2011A” MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MMC tərəfindən Cavabdeh hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytən Novruzova