Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-621/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və əldə olunmuş pulun bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və əldə olunmuş pulun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlə 25 oktyabr 2007-ci il tarixdən rəsmi nikahda olmuşdur. Üç övladı var: 31 avqust 2004-ci il təvəllüdlü qızı X2 və iki oğlu - 25 iyun 2008-ci il təvəllüdlü X6 və 20 mart 2010-cu il təvəllüdlü X7. Aralarındakı ailə münasibətləri həddindən artıq gərginləşdiyinə görə nikah pozulmuşdur. 17 iyun 2017-ci il tarixdə tərəfindən nikahın pozulması haqqında şəhadətnamə alınmışdır. 2016-cı ildə birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli iş № 2-(005)- 7216/ 2016 qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş əmlak aralarında bölünmüşdür. Həmin qətnaməyə əsasən İsmayıllı rayonu, Eyyubbəyli kəndindəki torpaq sahələrinə sahiblik hüququnu təsdiqləyən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 5 Çıxarış almışdır. 09.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 4.6574 hektarda ½ pay, 23,04,2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 3.7298 hektarda ½ pay, 09.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 3.2 hektarda ½ pay, 09.04.109-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə -0.1393 hektarda ½ pay, 09.04.2019- cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 1.5 hektarda ½ pay ona məxsusdur. Torpaq sahələrinin olduğu yer və xüsusiyyətləri həmin sahələrin naturada ayrılmasına imkan vermir. Ona görə də Azərbaycan Respublikası MM-nin 220.2, 220.3 və 220.4-cü maddələrinə əsasən qeyd edilən torpaq sahələrindəki payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu 6.6132 hektar təşkil edir. (4.6574+3.7298+3.2+0.1393+1.5):2 = 6.6132 . Qeyd olunanları nəzərə alaraq, məhkəmədən İsmayıllı rayonu, Eyyubbəyli kəndindəki 6.6132 hektar torpaq sahəsinin dəyərinin müəyyən edilməsi üçün ekspertizanın təyin olunmasını və cavabdehdən həmin məbləğ tutularaq ona ödənilməsini xahiş edir. Daha sonra iddiaçı iddiasına dəqiqləşdirmə təqdim edərək İsmayıllı rayonu, Eyyubbəyli kəndindəki 6.6132 hektar torpaq sahəsinin açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə etdi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz etmədi və təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7216/2016 saylı 30 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu 4 A, ünvanında yerləşən 137 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu 4 A ünvanında yerləşən qeyri-yaşayış sahasinə X3 və Cavabdeh 2/1 hissədə payları müəyyən edilmiş və bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, “Fiat Doblo minik” markalı, **-OE-*** dövlət nömrə nişanlı, “Dodge Durango" minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E200” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə X3 və Cavabdeh 2/1 hissədə payları müəyyən edilmiş və bu barədə qeydiyyatın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol polisi İdarəsinə həvalə edilmiş, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 4,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 3,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 3,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,139 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 0,2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ½ hissədə payları müəyyən edilmiş və bu barədə Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə həvalə edilmiş, Cavabdeh tərəfindən Cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış 08.03.2013-cü il tarixli 013 saylı müqavilə üzrə ödənilmiş məbləğ 1/2 hissədə payları müəyyən edilmiş, Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, 3E saylı evin 8 saylı mənzili, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 345 saylı sahəyə X3 və Cavabdeh 1/2 hissədə payları müəyyən edilmiş və bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, Subaru Forester minik markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə X3 və Cavabdeh ½ hissədə payları müəyyən edilmiş və bu barədə qeydiyyatın aparılması Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol polisi İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki,İsmayıllı rayon, Eyyubbəyli kəndi 0.1393 ha, 3.2 ha,1.5 ha, 4.6574 ha,3.7298 ha hektar torpaq sahələrinə tərəflərin ½ payları qeydiyyata alınmışdır. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli X5 Mərkəzi”MMC-nin hesabatlarından görünür ki, İsmayıllı rayon, Eyyubbəyli kəndində yerləşən 3.7298 ha torpaq sahəsinin 17 fevral 2020-ci il tarixə hazırkı bazar dəyəri 5221.72 manat, ½ payının dəyəri 2610,86 manat, İsmayıllı rayon, Eyyubbəyli kəndində yerləşən 3.2 ha torpaq sahəsinin 17 fevral 2020-ci il tarixə hazırkı bazar dəyəri 4480 manat, ½ payının dəyəri 2240 manat, İsmayıllı rayon, Eyyubbəyli kəndində yerləşən 1.5 ha torpaq sahəsinin 17 fevral 2020-ci il tarixə hazırkı bazar dəyəri 2100 manat, ½ payının dəyəri 1050 manat, İsmayıllı rayon, Eyyubbəyli kəndində yerləşən 0,1393 ha torpaq sahəsinin 17 fevral 2020ci il tarixə hazırkı bazar dəyəri 139,3 manat, ½ payının dəyəri 69,65 manat, İsmayıllı rayon, Eyyubbəyli kəndində yerləşən 4,6574 ha torpaq sahəsinin 17 fevral 2020-ci il tarixə hazırkı bazar dəyəri 65230,36 manat, ½ payının dəyəri 3260,18 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 09.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 4.6574 hektarda ½ pay, 23,04,2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 3.7298 hektarda ½ pay, 09.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 3.2 hektarda ½ pay, 09.04.109-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə -0.1393 hektarda ½ pay, 09.04.2019- cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 1.5 hektarda ½ pay İddiaçı mülkiyyətindədir və tərəflər arasında bu əmlaklara payların müəyyən edilməsinə dair məhkəmə mübahisəsi olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7216/2016 saylı 30 noyabr 2016-cı il tarixli qətnaməsi ilə qeyd edilən əmlakların iddiaçının ½ pay hüququ müəyyən edilmişdir. Hazırda İddiaçı, Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və əldə olunmuş pulun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə bağlı çətinlik yaranmışdır. Belə ki, mübahisə predmeti olan avtomobilə tənasübsüz zərər vurmadan onun naturada ayrılması qeyri-mümkündür. Bu səbəbdən məhkəmə avtomobilin açıq hərraca çıxarılaraq satılması və əldə olunmuş gəlirin tərəflərin paylarına münasib bölünməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İsmayıllı rayon, Eyyubbəyli kəndində yerləşən 4.6574 hektar, 3.7298 hektar, 3.2 hektar , 0.1393 hektar, 1.5 hektar torpaq sahələri açıq hərracdan satılmalı, hərracdan əldə olunan pul tərəflərin paylarına münasib bölünməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İsmayıllı rayon, Eyyubbəyli kəndində yerləşən 4.6574 hektar, 3.7298 hektar, 3.2 hektar, 0.1393 hektar, 1.5 hektar torpaq sahələri açıq hərracdan satılsın və əldə olunmuş gəlir İddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib bərabər bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-621/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-621/2021
27.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver