Məhkəmə qərarları › İş №2(005)-624/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-624/2021

03.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-624/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, 3-cü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) "müavinət” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx” ASC- yə qarşı "müavinət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Əmək Məcəlləsinin 169.1-ci maddəsinin tələbinə əsasən maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanaraq "xxxx” ASC-dən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, xx.xx.2020-ci tarixindən xx.xx.2020-ci il tarixinədək maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanaraq "xxxx” ASC-dən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildən fasiləsiz olaraq "xxxx" ASC zavodunda işləyir. İşlədiyi müddətdə onun heç bir nöqsanları olmayıb. Zavod rəhbərliyi bəzi sexlərini icarəyə verərək mənfəət qazanır. İddiaçı özünündə orda səhm payı olduğunu, bugünə qədər səhmdar olaraq ona zavodun gəlirlərindən ayrılmamışdır. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və X1 kompensasiya ilə bağlı müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixinədək işlədiyini daha sonra ödənişsiz məzuniyyətə buraxıldığını bildirmişdir. İşlədiyi ayın maaşını ala bilməmiş, pandemiya dövründə də ona ödəniş olunmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. "xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X3 məhkəmənin dəftərxana vasitəsi ilə xx.xx.2021-ci il tarixdə yazılı etiraz təqdim edərək, iddiaçı eyni hallara və eyni xahişə malik, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə xx.xx.2019 tarixində müraciət etmiş və məhkəmə tərəfindən qəbul edilmiş № 2(005)-560/2020, xx.xx.2020 tarixli Qətnamə ilə iddia təmin edilmişdir. Bunun ardınca tərəfimizdən xx.xx.2020 tarixli Apelyasiya Şikayəti Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2020 tarixli, № 2(103)-4443/2020 Qətnamə ilə şikayətimiz qismən təmin edilərək qət edilmişdir: “xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-560/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və yeni qətnamə qəbul edilməsi qət edilmişdir. “xxxx" ASC tərəfindən İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək əmək haqqı hesablanaraq ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində əks olunmuş tərəflər, əsaslar, predmet eynilik təşkil edir. Hazırki icraatınızda olan işin predmeti, məhkəməyə ünvanlanmış əsaslar üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş Qətnamə və Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş Qətnaməsi mövcuddur. İddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi nümayəndəsi X10 bildirmişdir ki, İddiaçı təmsil etdiyi quruma hər hansı bir müraciəti daxil olmamış, bu baxımdan iddiaya münasibətdə işin həll olunmasını məhkəmənin mülahizəsinə buraxılır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx” Açıq Səhmdar Cəmiyyəti X9 xx xxxxxx 2019-cu il tarixli 13 nömrəli "işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin xx.xx.2019-cu il tarixdən geri çağırılmasını əmr edilmişdir; "xxxx” Açıq Səhmdar Cəmiyyətinin X9 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə xx xxxxxx 2020-ci il tarixli 01 saylı əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 129-cu maddəsinin 2ci hissəsinə və kollektiv müqavilənin 4.10-cu maddəsinə əsas tutaraq aşağıda adları istisna olmaqla (Rəhbərlik: X4 - idarə heyətinin sədr müavini, X13 - baş mühasib, Növbəli nəzarət sahəsi: X12 - rəis, X5 - nəzarətçi, X15 - nəzarətçi, X8 - nəzarətçi) bütün işçi heyyəti xx.xx.2020-ci il tarixdən 1 (bir) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmaları, Xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onlarda ödənişsiz məzuniyyətdə hesab edilmələri əmr edilmişdir; xx.xx.2020-ci il tarixli "xxxx” Açıq Səhmdar Cəmiyyətinin xəbərdarlığının surətinə əsasən şüşə qablar, karton qutuları və material anbarının qutu hazırlayanı işində işləyən İddiaçı xx.xx.2020-ci il tarixindən Araq süzmə qutu hazırlayan iş yeri ixtisar olduğu üçün əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş yerinin ixtisar olması ilə əlaqədar hər iş həftəsi əmək haqqı saxlanılmaqla iş axtarmağa görə 1 (bir) iş günü əmək funksiyasının icrasından azad edilir; "xxxx” Açıq Səhmdar Cəmiyyətinin X9 “işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə” xx xxxx 2020-ci il tarixli, 03 saylı əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Səhmdar cəmiyyənin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin xx.xx.2020-ci il tarixli 01 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti xx xxxxxx 2020-ci il tarixə kimi uzadılması əmr edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-506/2020 nömrəli xx.xx.2020ci il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı cavabdeh "xxxx” ASC- yə qarşı "pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilərək, "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək haqqının üçdə iki hissəsi miqdarının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4443/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-560/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, “xxxx" ASC tərəfindən İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 1990cı il tarixdən "xxxx” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrində işləmiş, müəyyən edilmişdir ki, işəgötürənin xx xxxxxx 2020-ci il tarixli əmri ilə işçilərin xx.xx.2019-cu il tarixdən geri çağırılmasını əmr edilmiş, xx xxxxxx 2020-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixdən 1 (bir) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, xx xxxx 2020-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixli 01 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti xx xxxxxx 2020-ci il tarixə kimi uzadılması əmr edilmişdir; Məhkəmə iddia ərizəsini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129, 169-cu maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçıya xx.xx.2020-ci tarixindən xx.xx.2020-ci il tarixinədək olan müddət ərzində cavabdeh təşkilatın təqsiri üzündən əmək haqqı verməməsi tələbi qismən əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan, hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (maddələr 129.1 və 129.2). Əmək Məcəlləsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir, işçinin təqsiri üzündən boşdayanma vaıxtı ödənilmir (maddə 169.1 və 169.2). Qanunvericiliyin yuxarıda qeyd olunan mənasına görə, işçi ilə işəgötürənin razılığı əsasında, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. Bu o deməkdir ki, əsaslar olduğu təqdirdə 6 ayadək ödənişsiz məzuniyyətin verilməsi qanunidir. İşdən görünür ki, Kollektiv müqavilənin 4.10-cu bəndində işəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxılması nəzərdə tutulmuşdur. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli əmri ilə işçilərin 1 (bir) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, həmin əmrin müddəti sonradan xx xxxx 2020-ci il tarixli əmri ilə xx xxxxxx 2020-ci il tarixə kimi uzadılması əmr edilmişdir. Cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdə “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə" əmr verilmiş, işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə əmrin verildiyi xx.xx.2020-ci il tarixdən 6 ay müddətində yəni, xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətin verilməsi qanuni olmuşdur. Həmin müddət başa çatdıqda işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə əmr verilməmiş, qanunla ödənişsiz məzuniyyətin verilmə müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq həmin müddətin 6 aydan çox – xx.xx.2020-ci il tarixədək uzadılması qanunsuz olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 28.3-cü maddəsinə əsasən kollektiv müqavilə müəssisənin üzündə, unun filiallarında, nümayəndəliklərində və diyər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda iso kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir. Həmin Məcəllənin 30.1 -ci maddəsinə əsasən kollektiv müqavilənin layihəsinin hazırlanması, bağlanması qaydaları və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və rəsmiləşdirilir. Bu məqsədlə tərəflər bərabər saylı nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yarada bilərlər. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən həmkarlar ittifaqları təşkilatının iclasının, konfransının və digər yığıncaqla'inın səlahiyyətli olması onun nizamnaməsi ilə tənzimlənir. İşçilərin(nümayəndələrin) 50 faizindən çoxunun iştirak etdiyi ümumi yığıncaq (konfrans) səlahiyyətli hesab olunur. Həmin Məcəllənin 30.6-cı maddəsinə əsasən, kollektiv müqavilənin layihəsi iclasda (konfransda) iştirak edənlərin səs çoxluğj ilə təsdiq edilir. Tərəflər, kollektiv müqavilə təsdiq edildikdən sonra onu üç gün ərzində imzalamalıdırlar. İmzalanmış kollektiv müqavilə və ona əlavələr yeddi təqvim günü ərzində məlumat üçün işəgötürənlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 28.3-cü maddəsinə əsasən kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir; 29-cu maddəsinə əsasən kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir; 30.1-ci maddəsinə əsasən kollektiv müqavilənin layihəsinin hazırlanması, bağlanması qaydaları və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və rəsmiləşdirilir. Bu məqsədlə tərəflər bərabər saylı nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yarada bilərlər; 30.3-cü maddəsinə əsasən həmkarlar ittifaqları təşkilatının iclasının, konfransının və digər yığıncaqlarının səlahiyyətli olması onun nizamnaməsi ilə tənzimlənir. İşçilərin(nümayəndələrin) 50 faizindən çoxunun iştirak etdiyi ümumi yığıncaq (konfrans) səlahiyyətli hesab olunur; 30.6-cı maddəsinə əsasən, kollektiv müqavilənin layihəsi iclasda (konfransda) iştirak edənlərin səs çoxluğu ilə təsdiq edilir; 30.6-ci maddəsinə əsasən tərəflər, kollektiv müqavilə təsdiq edildikdən sonra onu üç gün ərzində imzalamalıdırlar. İmzalanmış kollektiv müqavilə və ona əlavələr yeddi təqvim günü ərzində məlumat üçün işəgötürənlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir; 31.1-ci maddəsinə əsasən kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər; 31.4-cü maddəsinə əsasən, bu Məcəllədə və digər normativ hüquqi aktlarda kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir; 32.1-ci maddəsinə əsasən kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; 146.1-ci maddəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. 146.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir; 169.2-ci maddəsinə əsasən işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Göründüyü kimi "xxxx” Açıq Səhmdar Cəmiyyətinin əmri ilə səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti yenidən xx xxxxxx 2020-ci il tarixədək uzadılması əmr edilmiş, məhz bunun nəticəsində cavabdeh təşkilat Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada iddiaçının hüququnun pozuntusu ilə nəticələnmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixli 12 saylı əmrilə ödənişsiz məzuniyyətə buraxılmış işçilər geri çağırılmış, işçi əmək fəaliyyətini xx xxxxxx 2020-ci il tarixədək davam etdirmiş, iddiaçının bu müddət ərzində (iddia tələbində xx.xx.2020-ci il tarixdən tələb olunması nəzərə alınmaqla) cavabdehdən əmək haqqının üçdə iki miqdarı hesablanaraq verilməsi tələbi əsaslıdır. "xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-cm il tarixədək müvafiq əmrlərə uyğun olaraq İddiaçı işləmək imkanınından məhrum olmuş, əmək haqqı almamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, İddiaçı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, eləcə də xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək əmək haqqının üçdə iki miqdarı hesablanaraq "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx” ASC tərəfindən xx xxxxxx 2020-ci il tarixdən - xx xxxxxx 2020-ci il tarixədək, eləcə də xx xxxx 2020-ci il tarixdən - xx xxxxxx 2020-ci il tarixədək əmək haqqının üçdə iki hissəsi miqdarı hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar