Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-662/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əsassız varlanma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi ünvan 1 ünvanında yerləşən onun vəsaiti hesabına alınmış mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı anadangəlmə görmə məhdudiyyətlidir. Mərhum həyat yoldaşı X4 ilə 1996-cı ildən faktiki nikah münasibətlərində yaşamışdır. X8 da görmə məhdudiyyətli İ qrup əlil idi. 23 il onlar faktiki birgə nikah münasibətlərində olmuş və bu müddət ərzində sonuncu heç vaxt digər bir şəxslə nikah münasibətlərində olmamışdır. Nikah xəstəlik səbəbindən rəsmi qeydiyyata alınmamışdır. Lakin bütün qohum və qonşular onları ər-arvad kimi tanımışlar. İsgəndərova Bənövşə 11 avqust 2019-cu il tarixdə ürək dayanması nəticəsində vəfat etmişdir. 2000-ci ildə o, ünvan 2 ünvanda yerləşən 68 nömrəli mənzili almışdır. O, həmin mənzili almaq üçün Nizami rayonu, ünvan 4 ünvanında yerləşən mənzilini satmışdır. Bundan bir neçə ay sonra isə hazırki mənzili mərhum həyat yoldaşı Bənövşə İsgəndərovanın adına almışdır. Belə ki, mərhum həyat yoldaşı məcburi köçkün olduğu üçün müxtəlif kommunal və imtiyaz güzəştləri var idi. Hər ikisi birinci qrup əlil olduğu üçün müalicə xərclərini qarşılamağa maddi imkana sahib deyildilər. Bununla əlaqədar olaraq bir sıra güzəştlərdən yararlanmaq məcburiyyətində olmuşdur. Bu səbəbdən evi alan zaman həyat yoldaşının adına rəsmiləşdirmişdir. Lakin hal-hazırda mərhum həyat yoldaşı bacısı qızı Cavabdeh yaranmış vəziyyətin sui-istifadə edərək onun hesabına əsassız varlanmışdır. Belə ki, o şəxsi vəsaiti hesabına aldığı ünvan 5 yerləşən 68 nömrəli mənzili bacısının qanuni vərəsəsi kimi adına keçirmişdir. Lakin bildirildiyi kimi o, Nizami rayonu, ünvan 4 ünvanda yerləşən mənzili sataraq ünvan 5 yerləşən 68 nömrəli mənzili almışdır və zərurətlə əlaqədar olaraq mənzili mərhum İsgəndərova Bənövşənin adına rəsmiləşdirmişdir. Lakin cavabdeh bu faktı qəbul etməyərək, əsassız varlanmışdır. Daha əvvəl Nərimanov Rayon Məhkəməsinə nikah faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Lakin müvafiq iddia təmin olunmamışdır. Lakin mərhum həyat yoldaşı ilə aralarında dini qaydada bağlanmış nikah mövcuddur. Bu səbəbdən qeyd olunan mənzil ona qaytarılmalıdır. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı tərəfin özünün təqdim etdiyi AR Ali Məhkəməsinin 2(102)-4328/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı nikah münasibətlərində olma faktının müəyyən olunması ərizəsi məhkəmələr tərəfindən təmin olunmamışdır. İstinad olunan məhkəmə araşdırması zamanı iddiaçının mərhum X4 ilə bir nikah münasibətlərində olması faktı öz təsdiqini tapmamışdır. Bu halı məhkəmədə maraqlı şəxs mərhumun bacısı Xanova Telli də təsdiq etmişdir. İş üzrə maraqlı bir hal ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi dini nikah sənədi vaxtı ikən nikah münasibətlərində olma faktının müəyyən edilməsi zamanı iş üzrə 2019-cu il tarixdə təqdim edilməmiş, yalnız 2022-ci ildə hazırki iddia ilə təqdim edilmişdir. Sənəd də nə yazılması aydın deyildir. Xarici dildə tərtib edilmişdir. Bu səbəbdən həmin sənəd də şübhəlidir və sübut qismində qəbul edilməməlidir. İddiaçının təqdim etdiyi müxtəlif şəxslərin izahatları əsasında mərhumə X2 bir ünvanda yaşaması səbəbindən onları ər-arvad hesab etmələri əsassızdır. İki şəxsin bir ünvanda yaşaması onların ər-arvad münasibətində olmasının təsdiqi ola bilməz. Bundan başqa həmin şəxslər nikah qeydə alan müvafiq dövlət orqanı deyillər. Hazırki işlə bağlı Cavabdeh “mənzilə maneəsiz girişinin təmin olunması” tələbinə dair iddia ərizəsi Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin olunaraq iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzilə dair cavabdeh İddiaçı tərəfindən yaradılan məhdudiyyətlərinin qadağan edilməsi və iddiaçı Cavabdeh ünvan 7 ünvanında yerləşən mənzilə sərbəst giriş-çıxışının təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamənin icra edilməsinə maneələr yaradılır və qətnamə bu günə qədər icra edilməmişdir. İddiaçı qanuni qüvvəsini almış qətnamənin icrasından boyun qaçırır, icraçıların tələblərinə tabe olmur. Qeyd olunanlara əsasən tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş və bildirmişdir ki, iddiaçı hazırki tələblə iddia irəli sürmək üçün mülki qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, artıq 20 ildən çox müddət keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum İsgəndərova Bənövşənin bacısıdır və iddiaçını tanıyır. Həmin şəxs iddia ərizəsində mərhum bacısıyla ər-arvad kimi yaşadığını qeyd etsə də, bu məlumat tamamilə yalandır. Belə ki, bacısı həmin şəxsin yardıma ehtiyacı olduğu üçün yanına götürmüş və bəzi işlərdə İddiaçı ona köməklik göstərmişdir. Hər ikisi gözdən əlil olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş materiallarından görünür ki, X1 İdarəsinin verdiyi nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X4 dini qaydada nikah bağlamışlar. Nərimanov RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rizayev X11 rayonu, Faiq Yusifov küçəsi 40 ünvanda yerləşən 68 nömrəli ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(102)-4328/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10732/2021 nömrəli 17 noyabr 2021-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı ilə X4 1999-cu ildən 2019-cu ilədək ünvan 9 ünvanında yerləşən mənzildə ərarvad kimi yaşamışlar. İş materiallarında olan X5 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı ilə X4 1999-cu ildən 2019-cu ilədək ünvan 9 ünvanında yerləşən mənzildə ərarvad kimi yaşamışlar. İş materiallarında olan X6 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı ilə X4 1999-cu ildən 2019-cu ilədək ünvan 9 ünvanında yerləşən mənzildə ərarvad kimi yaşamışlar. İş materiallarında olan X10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı ilə X4 1999-cu ildən 2019-cu ilədək ünvan 9 ünvanında yerləşən mənzildə ərarvad kimi yaşamışlar. 116 saylı MKİS-in arayışına əsasən Rizayev X11 rayonu, Faiq Yusifov küçəsi 40 ünvanda yerləşən 68 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 Cavabdeh mülkiyyətindədir. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 3384 nömrəli reyestr kitabının 316896 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı iddia edir ki, ünvan 5 yerləşən 68 nömrəli mənzil X4 ilə birgə nikah dövründə alınmış, ev sonuncunun adına rəsmiləşdirilmiş, lakin İsgəndərova Bənövşə ilə arasında olan nikahın rəsmiləşdirilməməsi səbəbindən sözügedən əmlakın Cavabdeh adına rəsmiləşdirilməsini əsas götürərək, hazırda mübahisəli əmlakın cavabdehdən alınaraq ona verilməsini tələb edir. Həmçinin, məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, mübahisəli əmlak Cavabdeh mülkiyyətində olmuşdur. Belə ki, ünvan 5 yerləşən 68 nömrəli mənzil X3 məxsus olmuş, şəxs 2019-cu ildə vəfat etdikdən sonra Cavabdeh mülkiyyətinə keçmişdir. İş üzrə iddiaçı əmlakın birgə nikah dövründə aldığına istinad edərək, ona verilməsi tələbi ilə çıxış etmiş və bununla əlaqədar nikah faktının müəyyən edilməsi tələbi ilə iddia qaldırmış, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(102)-4328/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10732/2021 nömrəli 17 noyabr 2021-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud olarsa onun məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi halında irəli sürülən tələbin təmin edilməsi mümkündür. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi əmlakın ona qaytarılması tələbi təmin oluna bilməz. Bu səbəbdən iddia rədd edilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı mübahisəli əmlaka mülkiyyət hüququnun tanınmasını həmin əmlaka dair hüququnu təsdiq edə biləcək hər hansı sübutu təqdim etmədən tələb edir. Hazırda əmlakın mülkiyyətçisi Cavabdehdır. Belə olan halda iddiaçının qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı «əsassız varlanma” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «əsassız varlanma” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-662/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-662/2023
14.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver