Məhkəmə qərarları › İş №2(005)-663/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-663/2020

01.12.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-663/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi İddiaçı və maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı Bakı şəhəri 9 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə qanun üzrə vərəsə tanınması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Bakı şəhəri 9 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə qanun üzrə vərəsə tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə törətdiyi cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-nın 32.5 və 180.3.2-ci maddələri ilə 9 il azadlıqdan məhrum olunmuşdur. Hazırda AR ƏN-nin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. X1, anası Əliyeva Şölə Məhərrəm qızıdır. Ailənin tək uşağıdır. Valideynlərinin hər ikisi vəfat etmişdir. Onların yeganə vərəsəsidir. Valideynlərindən ona qalan daşınmaz əmlak Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, ev 96, mənzil 19-da yerləşir. Digər daşınmaz əmlak isə anası Əliyeva Şölə Məhərrəm qızına məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binanın 1-ci mərtəbəsində 78.9 kv.m ümumi sahədən ibarət eyri-yaşayış sahəsi 86 saylı mağaza paylı mülkiyyət hüququ ilə “xxxx” MMC 19.725 kv.m X5 19,45 kv.m, X2 10 kv.m, Əliyeva Şölə Məhərrəm qızının 10.0 kv.m, X3 19.725 kv.m ¼ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 40 №-li reyestr kitabının 3767 №-li vərəqəsində qeydiyyata alınmışdır. Atası tərəfindən anası Əliyeva Şölə Məhərrəm qızına xx xxxxxx 2006-cı ildə Bakı şəhəri 38 №-li Notariat dövlət kontorunda vəsiyyətnamə verilmişdir. Hazırda mərhum anasının qardaşı onun məhkumluğundan istifadə edərək ona yeganə varis kimi qalan mənzili kirayə verərək əmlakı yararsız hala salmışdır. Qeyd edilənləri nəzərə alaraq, qanun üzrə vərəsə kimi tanınması, valideynlərindən miras qalmış əmlakların üzərinə həbs qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinin oğlunun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında hazırkı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, ərizə qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. İş materialında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Əliyeva Şölə Məhərrəm qızı xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materialında olan Nərimanov rayon VVAQD şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materialında olan xx.xx.2006-cı il tarixli vəsiyyətnamədən görünür ki, X4 ona məxsus olan bütün əmlakını, Əliyeva Şölə Məhərrəm qızına vəsiyyət edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışdan müəyyən olunur ki, Əliyeva Şölə Məhərrəm qızının Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində 78.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (86 saylı mağaza) paylı mülkiyyət hüququ üzrə “xxxx” MMC 19.725 kv.m, X5 19,45 kv.m, X2 10.0 kv.m, X3 19.725 kv.m -1/4 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 3767 nömrəli vərəində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsində istifadədə olan 0.06544 ha torpaq sahəsində yerləşən 96 nömrəli, 4 nömrəli binada 22.8 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Əliyeva Şölə Məhərrəm qızının adına daşınmaz əmlakın dövlət reyestr kitabının 61132 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, mərhum Əliyeva Şölə Məhərrəm qızı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı mərhumun yeganə övladıdır. Hal-hazırda ərizəçi cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən Əliyeva Şölə Məhərrəm qızından qalan əmlaka vərəsə kimi tanınması üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi İddiaçı mərhum Əliyeva Şölə Məhərrəm qızının vərəsəsi olması hüquqi faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə bu hissədə təmin edilməlidir. Ərizəçinin əmlakın üzərinə həbs qoyulmağı barədə tələbinin təmin edilməsini məhkəmə qeyri-müəyyən olduğundan mümkün hesab etmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi İddiaçı mərhum Əliyeva Şölə Məhərrəm qızının vərəsəsi olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar